"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

`Putin deyib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır`

18 Yanvar 2017 - 22:44
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

 

Bunu da oxuyun

Sabah yağış yağacaq

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yanvarın 17-də Moskvada keçirdiyi ilin yekunlarına dair mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi barədə fikirləri Azərbaycanda birmənalı qarşılanmayıb.

Lavrov “Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi” sualına belə cavab verib: “Bu, mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil”.

Rusiya XİN rəhbəri, həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ilk növbədə status məsələsi həll olunmalı, sonra torpaqların işğaldan azad edilməsindən söhbət gedə bilər.

Siyasi ekspertlər hesab edirlər ki, bu mövqe Azərbaycanın maraqlarına ziddir və münaqişənin həllində vasitəçilik edən dövlətə inamsızlığı artırır.

Millət vəkili Rasim Musabəyovun fikrincə, Lavrovun fikirləri yeni deyil, sadəcə ona ünvanlanan suala qabarıq şəkildə cavab verib: “İşğal altındakı əraziləri güc yolu ilə azad edəcəkdiksə, bunu çoxdan edərdik. Nə üçün başlamamışıq? Ermənistanın arxasında Rusiya dayanır. Biz sülh tərəfdarıyıq. İstəyirik ki, problem sülh yolu ilə həll olunsun. Rusiya bunu yaxşı başa düşür. Dünənki mətbuat konfransında Lavrov suala qabarıq şəkildə cavab verib. Lavrov ermənidir, bunu hamı bilir. Rusiyanın Ermənistanın arxasında dayandığı da heç kimə sirr deyil”.

R.Musabəyov vurğulayıb ki, Azərbaycanın öz torpaqlarını güc tətbiq etməklə işğaldan azad etmək hüququ var: “Amma, bu hüququndan istifadə etmək imkanı olmalıdır. Rusiya Çeçenistanda müharibə apardı. 200 min insanı qırdı. Rusiya nüvə silahına malik dövlətdir. Çenenistanla müharibə zamanı Rusiya “bu bizim daxili işimizdir” deyirdi ki, heç kim bu məsələyə yaxın durmasın”.

Politoloq Fikrət Sadıqov bildirib ki, Lavrovun mövqeyi yanlışdır və qəbuledilə bilməz: “Bəlkə də bu Lavrovun şəxsi fikridir. Biz dəfələrlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın rəsmi mövqeyini eşitmişik. Rusiya prezidenti Vladimir Putin deyib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu aprel döyüşlərindən sonra keçirilən Vyana və Sank-Peterburq görüşlərində də təsdiq olunub. Lavrov isə sanki Rusiyanın rəsmi mövqeyindən bixəbərdir. Buna inanmaq çətindir. Çünki, o Dağlıq Qarabağ münaqişəsinin sırf Azərbaycanın daxili işi olmadığı qənaətindədir. Bu tam yalnış mövqedir. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, bu, heç də o demək deyil ki, Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarmağa hüququ yoxdur. Bizim hüququmuz və gücümüz var. Əgər lazım olarsa, heç kimdən icazə istəməyəcəyik. Hələlik münaqişənin həlli ilə bağlı danışıqlar gedir. Azərbaycan mərhələli planın tərəfdarıdır”.

Lavrovun çıxışına münasibət bildirən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bütün beynəlxalq ictimaiyyət tanıyır və dəstəkləyir. O ki qaldı sülh prosesinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün beynəlxalq platformadır. Münaqişənin həlli əlaqədar beynəlxalq təşkilatların beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan çoxsaylı qərar və qətnamələri var.

Məmmədyarov əminliklə bildirib ki, əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin olunacaq və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması mümkün olacaq.

Previous Post

`Putin deyib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır`

Next Post

Azərbaycanda pul siyasəti sərtləşdirilir

Bənzər yazılar

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47

Çoxtərəfli əməkdaşlıq formatlarında fəal yer alan Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əlaqələri də qarşılıqlı hörmət və etimada, bərabərhüquqlu tərəfdaşlıq...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb. Elchi.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata...

Next Post

Azərbaycanda pul siyasəti sərtləşdirilir

Azərbaycanda pul siyasəti sərtləşdirilir

Son xəbərlər

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52
Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.