"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Elnaz Eyvaz: “Belə bir söhbətin məktəbdən çıxması biabrçılıqdır” – MÜSAHİBƏ

16 Yanvar 2017 - 18:39
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Bakı şəhərindəki orta məktəblərin birində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışan yazar Elnaz Eyvaz Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbdə baş verən qalmaqallı hadisəylə bağlı Teleqraf.com-un suallarını cavablandırıb:

 

– Bir neçə gündür, Şəmkir kənd məktəbində direktorla laborantın qarşılıqlı rüşvət və əxlaqsız video ilə bağlı ittihamları müzakirələrə səbəb olub. Sözügedən hadisə ilə əlaqədar reaksiyanız necədir?

 

– Bu olaya 5 ballıq qiymət sistemi ilə “2” qiyməti verərdim. Direktorla laborant bir-birini günahlandırır, lazım gəlsə, özlərini müdafiə etmək üçün şər də ata bilərlər. Dalaşan adamlar arasında belə halların olması qeyri-adi bir şey deyil. Şəmkir məktəbində baş verən situasiyada direktorun, yoxsa laborantın düz danışdığını bilmirəm.

 

Ümumiyyətlə, belə bir söhbətin məktəbdən çıxması biabrçılıqdır. Artıq maraqlı deyil ki, biabırçı söhbət direktorla müəllim arasında, yaxud müəllimlər arasında olub. Bu xəbəri həmin məktəbin şagirdləri ilə yanaşı, başqa məktəblərdə təhsil alanlar, o cümlədən, mənim şagirdlərim də oxuyur. Düşünürlər ki, direktor müəllimə əxlaqsız təkliflər irəli sürə bilərmiş. Uşaqdırlar, onlar məsələnin bir tərəfini bilirlər, digər tərəfindən xəbərləri yoxdur.

 

Rüşvət məsələsinə gəlincə, məsələ laborantın dediyi kimidirsə, rüşvət təklifi əxlaqsız təklifdən daha pisdir. Direktor xanımı günahlandırır ki, noutbukda videolar olub. Direktorun qeyri-əxlaqi dediyi videoları xanım özü izləyirmiş, başqasına əxlaqsızlıq aşılamırmış, başqalarına pislik etmirmiş. Sual olunur: hansı daha çox əxlaqsızlıqdır: noutbukunda hansısa videoları izləmək, yoxsa kimdənsə rüşvət almaq, kimisə rüşvət kimi əxlaqsız bir işə sürükləmək? Bilirikmi başqaları evində oturub noutbukunda nələrə baxır? Kimsə qeyri-əxlaqi videolara baxırsa-baxsın, bu, insanın şəxsi işidir. Daha kim baxır belə videolara, bilirikmi? Onda görün nə qədər cinayətə cəlb ediləsi adam var (gülür). Həqiqəti bilmirəm, bəlkə də, laborant direktora şər atır və ya əksinə, ancaq xanımın dediyi kimi direktor doğrudan da, rüşvət alırsa, deməli, o, rüşvət almaqdan çəkinmir. Bax problem budur. Niyə çəkinmir? Çünki bilir ki, ona heç kəs nə isə deməyəcək. Yəqin aldığından kimlərəsə ötürür ki, ona söz demirlər. Bu fikirlər, ümumiyyətlə, rüşvət alan müəssisə rəhbərləri və məmurların hamısına aiddir. Arxayın olurlar ki, kimsə ondan şikayət etsə də, məsələnin üstünü ört-basdır edəcək, ona bu işdə kömək edəcək adamlar var.

 

– Neqativ hallar, adətən, bölgə məktəblərində müşahidə olunur. Rayondakı məktəblərin iki instansiyaya – icra hakimiyyətlərinə və təhsil şöbələrinə tabeçiliyi olduğundan bəzən bu qurumlar arasında baş verən qarşıdurmalardan məktəblər əziyyət çəkir, direktor iki qurumun diktəsi ilə fəaliyyət göstərməli olur. Belə iddialar nə dərəcədə real görünür?

 

– Rayon məktəbləri gözdən uzaq yerdə olduğu üçün oradakı neqativ hallar bir az diqqətdən kənarda qalır. Şəhər məktəblərində hər hansı neqativ hal olursa, gedib hadisəni yerindəcə araşdırmaq, vəziyyətdən xəbərdar olmaq imkanı daha genişdir.

 

– Müəllim kimi necə düşünürsünüz, məktəblərdə direktor-şagird-müəllim münasibətləri necə qurulub?

 

– Bu münasibətlərin qurulması hər kəsin öz xarakterindən irəli gələn məsələdir. Mən sinif rəhbəri idim, sinfim keçən il məzun oldu. Valideyn zəng vurub hansısa müəllimdən şikayət edirdi, məktəbə gəlmək istəyirdisə, sinif rəhbəri kimi məsələnin üstünə özüm düşürdüm, çalışırdım ki, problemi yoluna qoyum. İstəmirdim ki, valideyn hansısa müəllimlə üz-üzə gəlsin, uşaqlar da gedib evdə desin ki, məktəbdə filan müəllim valideynlə dalaşdı. Söhbətin böyüməməsinə çalışırdım, lazım biləndə valideyni direktorun yanına gəlməyə qoymurdum, özüm gedib danışırdım. Yəqin bu, bir az da şəxsi xüsusiyyətlərdən irəli gələn şeydir, mən söz-söhbəti, dava-dalaşı sevmirəm, qorxuram (gülür). Bir məqamı də qeyd edim, müəllim savadlı olmalıdır, savadı olmayan adamın vicdanı necə qəbul edir ki, özünə müəllim deyib məktəbə getsin. Savad qədər vacib olan ikinci bir şey müəllimin təkcə şagirdə elm verməsi deyil. Şagird müəllimindən həm oturuş-duruş, bir sözlə, mədəniyyət, insanlıq öyrənməli, ona baxıb nümunə götürməlidir, müəllim şagird üçün mənəviyyat məcmuəsi olmalıdır.

 

Məsələn, Azərbaycan dili müəlliməsi təkcə qrammatikanı öyrətməli  deyil, kimsə müəllimdən qrammatikanı, bir başqası insanlıq öyrənə bilər. Təəssüflər olsun ki, bir çox müəllimlər şagirdlərlə münasibəti qura bilmirlər. 9-10-11-ci sinifdə oxuyan şagirdlər, xüsusilə oğlan uşaqları ilə necə gəldi rəftar etmək, onlara sinifdə ağır söz demək olmaz. Yaşlarının elə dövrüdür ki, özləri də bilmədən müəllimə ağır söz deyə, hətta əl qaldıra bilərlər. Hər bir şagirdi öz dilində danışdırmaq, fərdi xüsusiyyətlərini nəzərə alıb yanaşmaq lazımdır.

 

– Müəllimlər də şikayələnirlər ki, zəmanə dəyişib, uşaqlar əvvəlki tək deyil, tərbiyəsizləşiblər, aqressivləşiblər…

 

– Mən məktəbi 1993-cü ildə bitirmişəm. Guya bizim dövrümüzdə müəllimləri əsəbiləşdirən, dərsi pozan, tərbiyəsizlik, nadinclik edən uşaqlar yox idi? Sadəcə olaraq, indiki uşaqların bizim uşaqlığımızdan fərqi odur ki, indi informasiya bolluğudur, texnika əsridir, internetdə hər şeydən xəbərləri var, bizdə bu imkanlar yox idi. Bizdən fərqlidirlər, çünki bizdən daha çox məlumatlıdırlar. İnsan hər dövrdə insandır, nə verərsən, onu da qaytarıb sənə verərlər.

 

– Uşaqlarla davranış məsələsinə toxundunuz, bir müddət öncə  məktəblərdə intihar xəbərləri intensiv yayılırdı. Belə məsələ qaldırıldı ki, məktəblərdə işlək psixoloqlar, sosial işçilər olmaldır, psixoloq ştatları formal xarater daşıyır və sair. Psixoloqların fəaliyyətini qənaətbəxş saymaq olarmı? 

 

– Məncə, bu, məktəbin müdiriyyətindən asılıdır. Direkor, ştatdakı işçilərdən iş tələb edərsə, o zaman heç bir ştat formal xarakter daşımaz. Sinif rəhbərləri ailə başçısı kimidir, o, hansı şagirdin nə problemi olduğunu daha yaxşı bilməlidir. Şagirdin psixoloqla söhbət etməyə ehtiyacı varsa, onda sinif rəhbəri psixoloqla əlaqə qurmalı, birlikdə uşaqla bağlı tədbir görülməlidir, lazımdırsa, təkbətək danışmalı və ya valideyni də çağırıb söhbət aparılmalıdır. Bütün ümumiləşdirilmələrin əleyhinəyəm, psixoloq ştatları bütün məktəblərdə formal deyil və ya formaldır demək olmaz.

 

– Rəsmi təsdiqini tapmasa da, sinif rəhbəri vəzifəsinin ləğv olunacağı xəbərləri dolaşır. Bu, reallaşarsa, şagirdlərin xeyrinə olacaq yoxsa?..

 

– Məktəbdə hər bir sinfin rəhbəri mütləq olmalıdır. Məsələn, məktəbdə 20 sinif varsa, bu sinifləri başlı-başına buraxsaq, o məktəb nə vəziyyətdə olar? Hər sinif rəhbəri öz sinfinə nəzarət edir, uşaqlar çəkinir ki, sinif rəhbərimiz var, bizə söz deyər, danlayar. Ali məktəblərlə orta məktəbləri müqayisə etmək olmaz. Universitetlərdə təhsil alanlar 17-18 yaşı keçən gənclərdir. 3 müəllim bir yerə düşəndə ağız deyəni qulaq eşitmir, o ki qaldı 20-25 şagird bir sinifdə rəhbərsiz ola.

 

– Diaqnostik qiymətləndirilmə maaş artımına səbəb oldu. Belə yenilikləri müəllimlər necə qarşılayır?

 

– Hazırda proses davam edir, müəllimi imtahan etmək lazımdır, savadlarını yoxladıqları kimi müəllimlərin psixologiyasını, qarşısındakı ilə necə münasibət qura bildiyini, həmsöhbət olduğunu da yoxlasınlar. İmtahanda bizə psixoloji suallar verilmişdi, sonradan o sualların cavabı gəlmədi. Bilmədim, gördülər ki, hamımız psixik ona görə cavab vermədilər, yoxsa hamımızı ağıllı gördülər (gülür). Özəl orta məktəblərdə müəllimlərin işə qəbulu zamanı imtahan turlarından biri də müsahibə turudur, müəllimlə üz-üzə oturub imtahan edirlər ki, görək şagirdlə necə danışacaq, özü etik normalara riayət edə bilirmi, sabah sinfə girəndə uşaqlar necə çalışacaq. Elə müəllimlər var ki, şagirdlə rəftar etməyi bacarmır. Uşaq belə müəllimdən hansı etik normanı öyrənsin?  Uşaqlar istəyir ki, müəllimləri onlarla dost olsun, amma müəllimlərin hamısı şagirdlərlə dost deyillər və bunu düzgün hesab eləmirlər. Hesab edirlər ki, müəllim şagirdlə xoş rəftar edə, gülüb-danışa, dərsdən kənar söhbət edə bilməz. Guya uşağın üzünə güləndə müəllimin başına çıxar. Vallah, elə müəllimlər var ki, heç vaxt uşaq onun gülümsədiyini də görməyib, amma çox rahatlıqla “başına çıxır”, dərsini pozur, dediyini eşitmir. Sadəcə olaraq, münasibəti düzgün qurmaq lazımdır. Şagirdi sevmək lazımdır, onların bu sevgiyə ehtiyacı var. Sən onları sevəndə danlasan da, şəkər-bal kimi qəbul edirlər. Mən uşaqlara zarafatla deyirəm ki, siz uşaq deyilsiniz, balaca adamlarsınız.

 

– Bəs bir müəllim kimi sizi ən çox narahat edən məqam nədir? 

 

– Hazırkı yeni təlim metodu hələ də formalaşmayıb, dərsliklərdə yanlışlıqlar var. Neçə ildir bunu keçid dövrü ilə izah edirlər. Məni narahat edən odur ki, keçid dövrünün uşaqları 10-15 ildən sonra bu cəmiyyətdə hansı yeri tutacaqlar? Biz nəyisə təcrübə aparırıq, onun nəticəsi 5 ildən sonra bilinəcəksə, həmin periodda təhsil alan uşaqlar qurbana çevrilirlər.

 

Yeni təhsil metodu ilə oxuyan uşaqlar 2 ildən sonra qəbul imtahanı verəcəklər, səbirsizliklə nəticəni gözləyirəm. Bu metodun müsbət tərəfləri də var, amma hələ ipin ucunu tuta bilmirik. Dərsliklərdə o qədər yanlışlıqlar olur ki, uşağa düz olanı deyirsən, deyir kitabda belə yazılıb axı. Nə qədər fakt, əsas gətirməlisən ki, uşağa kitabda səhv yazıldığını sübut edəsən. Deməyə utanırsan ki, kitabda səhv yazılıb. Qayıdır ki, kitabda da səhv yazılar heç? Məktəb cəmiyyətin ən həssas yeridir. Bir şablon ifadə var, hər şey parta arxasından başlayır. Söhbətimizin əvvəlində Şəmkirdə baş verən hadisədən danışdıq, məktəblərlə bağlı belə hallar çoxdur. Görün, bu, nə qədər uşağın mənəviyyatına təsir edib. Uşaqların da bu söhbətlərdən xəbəri olur. Axı niyə məktəbdə biabırçı söhbətlər ictimailəşib bütün ölkəyə yayılandan sonra yoxlamalara başlanır? Məgər əvvəlcədən xəbərləri yox idi?

 

Previous Post

Elnaz Eyvaz: “Belə bir söhbətin məktəbdən çıxması biabrçılıqdır” – MÜSAHİBƏ

Next Post

Piyadalara qarşı sərt addım: Əmlaklarına həbs qoyulacaq

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Piyadalara qarşı sərt addım: Əmlaklarına həbs qoyulacaq

Piyadalara qarşı sərt addım: Əmlaklarına həbs qoyulacaq

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.