"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

SOS: Bakıda yayılan qrip ölüm gətirir

13 Yanvar 2017 - 10:34
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

SOS: Bakıda yayılan qrip ölüm gətirirSeyfəddin Əsəd: “Bu qripin orqanizmdə saçdan dırnağa qədər zədələmədiyi nöqtə yoxdur”

Ölkəmizdə yayılan qrip virusu insanlar arasında ciddi təlaş  yaradıb. Hazırda H3N2 adlandırılan bu virus sürətlə yayılmaqdadır. Virus yalnız Azərbaycanda deyil, qonşu ölkələrdə də var və geniş yayılıb. Hətta bu qrip epidemiyası Fransanın Lion şəhərindəki qocalar evində 13 nəfərin ölümünə səbəb olub. 
Ölkənin sosial məsələlər və səhiyyə naziri Marisol Turen ağır xəstəliyin ölümcül fəsadlarının 23 dekabrdan 7 yanvaradək olan müddətdə ortaya çıxdığını bildirib. Nazir vurğulayıb ki, belə hadisəni “fövqəladə vəziyyət” hesab edir. O qeyd edib ki, qripdən ölmüş qocaların orta yaş həddi 91,5 olub. Qocalar evində yaşayan 72 nəfərdən hazırda daha altı nəfəri xəstəxanaya yerləşdirilib. Nazir ölkənin İctimai Təminat Baş İdarəsinə hadisənin təhqiqatı ilə bağlı göstəriş verib.
 
Fransada qrip epidemiyası 2016-cı ilin dekabrından yayılıb. Ölkənin tibb mütəxəssisləri xəstəliyin xüsusən 65 yaşdan yuxarı insanlar üçün təhlükəli olduğunu bildiriblər.
Ölkəmizdə də qripə yoluxanlar kifayət qədər olsa da, hələ ki ölüm faktı qeydə alınmayıb. Səhiyyə Nazirliyi sonuncu açıqlamasında H2N1 adlanan bu virusun təhlükəli olduğunu deyib. RTƏS-in Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova ötən ilin oktyabr ayından indiyədək Səhiyyə Nazirliyi (SN) Respublika Taun Əleyhinə Stansiyaya (RTƏS) kəskin respirator viruslara yoluxmalara görə laboratoriya müayinələrinin aparılması üçün 265 nümunə daxil olduğunu bildirib.
Onun sözlərinə görə, bu nümunələrin müayinəsi nəticəsində 2 nəfərdə A qripinin H3N2 virusu, 5 nəfərdə paraqrip, 6 nəfərdə Adena virus, digərlərində isə kəskin respirator virus infeksiyaları aşkarlanıb. R.İsmayılova qeyd edib ki, H3N2 virusunun aşkarlandığı 2 nəfər son 1 ay ərzində ölkədən kənara çıxmayıb: “Yəni bu, onlar tərəfindən gətirilmə virus deyil. Onlar elə Azərbaycanda olarkən bu virusa yoluxublar. H3N2 virusuna yoluxan şəxslər xəstəliklərini çox yüngül keçirdiklərindən onları heç stasionar müəssisəyə də yerləşdirməmişik. Həmin şəxslər artıq sağalıblar”.
 
R.İsmayılova H3N2 virusunun mövsümi qrip olduğunu və onun daha yüngül klinik əlamətlərlə müşahidə edildiyini də söyləyib. Onun sözlərinə görə, bu virusa yoluxma zamanı xəstədə hərarət, başağrısı, boğaz ağrısı müşahidə edilir: “Qrip hesab olunmayan və qripə bənzər əlamətləri olan paraqrip və Adena virusa yoluxma zamanı da soyuqlama əlamətləri – yüksək hərarət, başağrısı, öskürək, boğaz ağrısı müşahidə edilir. Amma bu xəstəliklərdən ağırlaşmalar olmur. Biz müayinələr zamanı gördük ki, H3N2-yə yoluxanların vəziyyəti paraqrip və adena virusa yoluxanlarla müqayisədə daha yüngüldür”.
Stansiya rəsmisinin sözlərinə görə, paraqrip, Adena virus və H3N2 viruslarından hansının insan orqanizmi üçün daha təhlükəli olması barədə fikir yürütmək olmaz: “Çünki bu xəstəliklərin necə keçməsi insanın özünün immunitetindən, gigiyenik qaydalara, yataq rejiminə əməl etməsindən asılıdır. Əgər insan yataq rejimində olmursa, özünü soyuğa verirsə, lazım olan həcmdə maye qəbul etmirsə, əllərini tez-tez sabunla yumursa, onda ağırlaşmalar baş verə bilər. Ona görə də demək mümkün deyil ki, bunlardan hansı daha ağır keçir. Bu, fərdi məsələdir”.
Ümumiyyətlə qripə yoluxanlar artıq onlara antibiotiklərin də təsir etmədiyini deyir. Bəs qripdən qurtulmaq üçün hansısa təbii yollarla müalicələr, türkəçarələr varmı?
Image result for Seyfəddin Əsəd
Təbii üsullarla müalicə həkimi Seyfəddin Əsəd pripə qarşı təbii vasitələrdən istifadə etməklə ondan xilas olmağın mümkün olduğunu dedi: “Əgər qrip olma ehtimalınız varsa və ya artıq qrip olmusunuzsa, burun boşluğuna hər iki saatdan bir soğan suyu tökülür. Əgər qripə yoluxan körpə uşaqdırsa, soğan suyu mütləq su ilə qarışdırılmalıdır. 2 saatdan bir 1 çay qaşığı bal ağızda sovrulur. Bir diş səhər, bir diş günorta və bir diş də axşam sarımsaq yeyilməlidir. Bir diş sarımsaq da kəsilib evdə boşqabda qoyulur ki, o virusların yayılmasının qarşısını alsın. Arı məhsulları, arı südü, çiçək tozu, bal, xüsusilə də tərkibində çoxlu təbii antibiotik olan, göbələk verməyən vərəm unu məhsulları qripin qarşısının alınmasında və müalicəsində çox əhəmiyyətlidir. Moruq, zoğal mürəbbəsi, sulu xəngəl, əvəlik yeyilməli, banka qoyulmalıdır. Xəstə keçi piyi ilə özünü yağlatmalı və möhkəm tərləməlidir. Bununla da qrip bir günə keçib gedir, ikinci günə keçmir”.
S.Əsəd qriplərin fərqli olduğunu dedi: “Bu cür yayılan qriplər fərqlidir. Eləsi var ki, heç burundan su gəlmir. Birbaşa temperatur kəskin şəkildə qalxır. Bu, xüsusilə körpə uşaqlarda immunitet aşağı olduğu üçün kütləvi hal alıb. Ona görə də  belə vəziyyətdə uşaqları evdə saxlamaq təhlükəlidir. Temperatur qalxanda qıcolmalar ola bilər və ciddi fəsadlara gətirib çıxara bilər. Ona görə də immuniteti yüksək olan adamlar qripə yoluxmurlar. Məsələn, arıçılar qripə heç vaxt yoluxmur. Qripli adam 10 adamla görüşür. Kimin immuniteti aşağıdırsa, o qripə yoluxur.
İmmuniteti yuxarı olan adamlarda isə bu özünü göstərə bilmir. Qripin növləri çox olduğuna görə təəssüflər olsun ki, onun birbaşa müalicəsi üçün vaksin yoxdur. Bu da ciddi fəsadlara gətirib çıxarır. Orqanizmdə saçdan dırnağa qədər zədələyə bilmədiyi bir nöqtə yoxdur. Çünki qrip virusdur. Virus olduğu üçün də hər yeri deşib zədələyə bilir. Ürək əzələsində, oynaqlarda və yaxud da ki, müxtəlif boşluqlarda həmin yerin iltihabına qədər ciddi fəsadlara səbəb ola bilir. Xüsusilə də beyin toxuması olduqca həssasdır. Bu virus bütün mərkəzləri zədələyə bilir. Ona görə də qripdən qorxmaq və müdafiə olunmaq lazımdır”.
Previous Post

SOS: Bakıda yayılan qrip ölüm gətirir

Next Post

İlham Əliyev məqalə yazdı – MƏTN (YENİLƏNİR)

Bənzər yazılar

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

31 İyul 2026 - 21:53

Fransa Prezidenti Emmanuel Makron Seutaya miqrantların genişmiqyaslı axını fonunda İspaniya ilə sərhəddə təyyarələr və pilotsuz uçuş aparatları yerləşdirmək barədə göstəriş...

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

31 İyul 2026 - 20:55

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran hakimiyyətinin Hörmüz boğazının bağlanması ilə bağlı növbəti bəyanatını təkzib edərək, beynəlxalq dəniz yolunun...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

31 İyul 2026 - 20:53

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Elchi.az -  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib....

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

31 İyul 2026 - 19:08

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa...

Next Post

İlham Əliyev məqalə yazdı - MƏTN (YENİLƏNİR)

İlham Əliyev məqalə yazdı - MƏTN (YENİLƏNİR)

Son xəbərlər

İran Trampın ABŞ ilə danışıqlar barədə açıqlamasını təkzib edir

İran Trampın ABŞ ilə danışıqlar barədə açıqlamasını təkzib edir

03 Avqust 2026 - 11:41
Suqovuşanda mina partladı – Xəsarət alan var

Ağdərədə mina partlayıb, 2 nəfər xəsarət alıb

03 Avqust 2026 - 11:30
Avstraliyada quş qripindən ilk kütləvi quş tələfatı

Avstraliyada quş qripindən ilk kütləvi quş tələfatı

03 Avqust 2026 - 11:23
Mərakeşdən İspaniyaya keçməyə çalışan 88 miqrant ölüb

Mərakeşdən İspaniyaya keçməyə çalışan 88 miqrant ölüb

03 Avqust 2026 - 11:14
“Fənərbağça”nın sabiq qapıçısı İspaniyaya yollanır

“Fənərbağça”nın sabiq qapıçısı İspaniyaya yollanır

03 Avqust 2026 - 11:06
Tramp cəbhəsində İran böhranı! Ağ Evdə müharibə mübahisəsi

Tramp cəbhəsində İran böhranı! Ağ Evdə müharibə mübahisəsi

03 Avqust 2026 - 10:58
Katz: Ölkəyə “ağır bir zərbə” endiriləcək

Katz: Ölkəyə “ağır bir zərbə” endiriləcək

03 Avqust 2026 - 10:47
Atmosferi olan super planet tapılmış ola bilər

Atmosferi olan super planet tapılmış ola bilər

03 Avqust 2026 - 10:39
“Azərsun”un sığındığı professor və mənimsənilən kapital: “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat

“Azərsun”un sığındığı professor və mənimsənilən kapital: “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat

03 Avqust 2026 - 10:30
Misirdə 5.3 bal gücündə zəlzələ

Misirdə 5.3 bal gücündə zəlzələ

03 Avqust 2026 - 10:26
Hərbi Dəniz Qüvvələrində buraxılış mərasimi keçirilib – VİDEO

Hərbi Dəniz Qüvvələrində buraxılış mərasimi keçirilib – VİDEO

03 Avqust 2026 - 10:15
Çempionlar Liqası: “Sabah”ın pley-offdakı potensial rəqibi bu gün müəyyənləşəcək

Çempionlar Liqası: “Sabah”ın pley-offdakı potensial rəqibi bu gün müəyyənləşəcək

03 Avqust 2026 - 10:00
9 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

Kolleclərə qəbul üzrə ixtisas seçimi başlayıb

03 Avqust 2026 - 09:51
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi

FHN: Ötən həftə 861 yanğına çıxış olub, 59 nəfər xilas edilib – VİDEO

03 Avqust 2026 - 09:43
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

03 Avqust 2026 - 09:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.