"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Aslan İsmayılov ermənini də müdafiə edər ”

06 Yanvar 2017 - 21:27
in XƏBƏR LENTİ
FacebookVatsap

<font color=red><b>“Aslan İsmayılov ermənini də müdafiə edər ” </b></font>

Adil Əliyev: “Çünki o, Sumqayıt hadisələrində də rusların və ermənilərin maraqlarını müdafiə edirdi”

Bunu da oxuyun

GAİM-də yeni tədris mərhələsinə start verilib

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Millət vəkili Adil Əliyev Aslan İsmayılovun BakiPost.az-a verdiyi müsahibədə onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
BakiPost.az-a açıqlama verən deputat əvvəlcə vəkilin parlament seçkiləri haqda dediklərinə cavab verib: “Aslan İsmayılov deyir ki: “2005-ci ildə yığılan səslər sayılanda doğrudan da birinci Adil Əliyev olub, amma məsələ burasındadır ki, o səslər nəyinsə gücünə yığılmışdı”. Ona demək istəyirəm ki, biz səsimizi gecə-gündüz çalışdığımız əməyin, zəhmətin və düzgün təbliğatın gücünə yığmışıq.
İsmayılov bildirir ki, namizədlərin imkanları bərabər deyilmiş. Əlbəttə bərabər deyildi. Mən min bir əziyyətlə küçə-küçə, ev-ev təbliğat aparanda Aslan İsmayılov Amerikaya səfər etməyi vacib bildi və ora getdi. Mən seçicilərimlə görüşüb, onlara öz platformamı, görüləcək işlərimi bildirəndə, İsmayılov okeanın o tayında hansısa danışıqlar aparırdı. Təbii ki, seçicilərə onları yarı yolda buraxıb qaçan namizəd, millət vəkili lazım deyil.
O özü çox yaxşı bilir ki, Adil Əliyev qanunun tələblərinə uyğun olaraq təbliğatını aparıb və seçicilərin rəğbətini qazanıb”.
Adil Əliyev Aslan İsmayılovun “Mən istəsəydim parlamentdə otura bilərdim. Bununla bağlı mənə ən yuxarı səviyyədə təkliflər də gəlib” sözlərinə də reaksiya verib: “Keçmiş rəqibim cəmi iki-üç cümləylə özünü ifşa edib. Başqa misallar, sübutlar, arqumentlər lazım deyil, elə öz dedikləri ilə, aşağıda qeyd edəcəyim cümlələrə fikir verməklə bizə yönəlik ittihamların nə qədər saxta və əsassız olduğunu göstərmək olar.
Adamdan soruşarlar ki, əgər həqiqətən hökumətdən heç bir təmənnan yox idisə, mandat istəmirdinsə, o zaman nəyə görə cənab Prezidentimiz İlham Əliyevin qəbuluna getmişdin? Yaxşı getdin və qəbulda oldun. Sənə öz tərzinlə desək, “şərt qoydular”, sən də tutaq ki, özün demiş, “qəbul etmədin”. Bəs bilə-bilə ki, şərtləri qəbul etməmisən və sən seçilməyəcəksən, o zaman niyə namizədliyini irəli sürürdün? Maraqlısı odur ki, hər yerdə də deyirdin ki, qəbulda olmuşam, mən seçilmişəm. Əslində isə belə anlaşılır ki, sən gedib demisən ki, mən deputat olmaq istəyirəm, orda da sənə deyiblər ki, seçilmək üçün namizədliyini ver, seçicilərin etimadını qazan, seçkini ud, deputat seçil. Sən də namizədliyini verib, qaçdın Amerikaya şad xəbər verməyə ki, “dobro” almışam, təbliğat üçün pul verin.
Aslan İsmayılov 5 deputat seçkilərində iştirak etdiyini söyləyir. Təkcə 3 seçkini mənə məğlub olub və ya qaçıb. Aslan İsmayılov sinəsinə döyür ki, böyük vəzifələrdə işləyib. Soruşuruq ki, niyə axıra qədər həmin vəzifələrdə işləməmisən? Prokurorluqdan və Prezident Administrasiyasından qovulmusan, ən nəhayət, vəkillər kollegiyasından uzaqlaşdırılmısan. Aslan İsmayılovun “gerçək fəaliyyəti” bundan ibarətdir”.
Millət vəkili həmçinin qeyd edib ki, Aslan İsmayılovun seçkilərdə böyük hesabla məğlub olmasını ən yaxın silahdaşları da etiraf edib: “Aslan İsmayılov müsahibəsində bildirir ki, seçkidə guya onun qalib gəlməsini hamı bilir. Görəsən, “hamı” dediyi kimdir? Məncə, onun “hamı”sı boş-boş xülyalardır. Əslində Aslanın uduzduğunu, seçicilərin böyük bir qisminin etimadını qazandığımı prosesi izləyən hər kəs bilir, hətta onun ən yaxın silahdaşları da bunu etiraf edib. Məsələn, yadımdadır ki, Aslanın həmkarı Qurban Məmmədov bu barədə hətta yazı da yazmışdı”
“O aparata qoşulu erməni (Raffi Bozaçiyan – Türkiyənin “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin hissədarı – red.) dirilib gəlsə, onu məmnuniyyətlə müdafiə edərəm” sözlərinə toxunan Adil Əliyev əlavə edib ki, Aslan İsmayılovdan bu ifadələri eşitmək təəccüblü deyil: “Bu onun gerçək simasını göstərir. Təbii ki, onu da edər. Çünki o, Sumqayıt hadisələrində də rusların və ermənilərin maraqlarını müdafiə edirdi”.

Previous Post

“Aslan İsmayılov ermənini də müdafiə edər ”

Next Post

`Qərb Ərdoğanı devirmək istəyir` – Doğu Perinçək

Bənzər yazılar

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32

Türkmənistan bu gün və sabah üç mötəbər beynəlxalq tədbirə – "Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət şurasının iclası",...

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq...

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib. Bu barədə Elchi.az-a ADY-dən məlumat verilib....

Next Post

`Qərb Ərdoğanı devirmək istəyir` - Doğu Perinçək

`Qərb Ərdoğanı devirmək istəyir` - Doğu Perinçək

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.