"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Ağzı tikilməli adam

06 Yanvar 2017 - 14:26
in aktual-banner, Banner, Cebhe-banner, XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Taleh Şahsuvarlı

Elçin Zahir oğlu ona bir ağız ağla dedi, bu da bütün el-aləmi özünə güldürdü.
Həmkarımı təbrik edirəm, onun kimliyini, kim qardaşyanlığını ortaya çıxarıb öz sualları ilə.
Müsahib isə unudub ki, boş qaşıq ağız yırtır, boş söz qulaq.
Yuyulmamış qaşıq kimi özünü atıb ortalığa, nəticədə ağzı yırtılıb.
Bəli, ağzı yırtılıb əməlli-başlı.
Müsahibə zamanı Aslan İsmayılov biri də mən olmaqla dörd nəfərin məsuliyyətə cəlb olunması ilə bağlı məhkəmə iddiası qaldırdığını, lakin məhkəmənin onun iddialarına baxmaqdan imtina etdiyini söyləyib.
58 yaşı var bu ağzı yırtığın…
58 yaşında utanmadan-qızarmadan ağ yalanlar danışır, şər-böhtan atır.
Onun əleyhinə iddia qaldırdığı Elçin Mirzəbəyli, Əli Həziquliyev və Niyamməddin Orduxanlıya müxtəlif məhkəmə orqanlarından bildiriş gəlib. Hər üçü məhkəməyə gedib. Hətta məhkəmələrdən birində Aslan İsmayılov Moskvaya gedəcəyi üçün- görünür təlimat almağa tələsirmiş- prosesin təxirə salınmasını xahiş edib.
Məsələ burasındadır ki, Aslan İsmayılov məhkəmə iddialarında aidiyyat qaydalarını pozub. Yəni, Elçin Mirzəbəylinin, Əli Həziquliyevin, Niyaməddin Orduxanlının yaşamadığı və işləmədiyi rayonların ərazisindəki məhkəmələrə müraciət edib.
Məsələn, tamam fərqli ünvanda yaşayan Niyaməddin Orduxanlını Səbail məhkəməsinə verib. Həmin məhkəmədə iddiaçı da, cavabdeh də iştirak edib. Niyaməddini tanıyırsınız, Aslan İsmayılova dişinin dibindən çıxanı deyib məhkəmədə. Yaxşı da edib!
Təsəvvür edin, 58 yaşlı adam məhkəməyə gəlir, Niyaməddin Orduxanlının timsalında oğlu yaşda olan bir adamla ağız-ağıza verir, Niyaməddin Orduxanlı da onun ağzına bayram sovqatı yükləyib göndərir geri.
Zira bu adam yenə də abır-həya gözləmir, sanki özünü söydürməkdən, təhqir etdirməkdən həzz alır.
Bəribaşdan deyim ki, mən onun səviyyəsinə enmək istəmirəm.
Bu adam nə şəxsiyyətinə hörmət edir, nə də hüquqşünas peşəsinə.
Hətta eşitdiyimə görə, Səbail məhkəməsindəki prosesdə hakim də ona deyib ki, sən necə hüquqşünassan ki, bir iddia ərizəsini düzgün yaza bilmirsən?
Görünür, mənim haqqımda da iddia ərizəsini doğru-dürüst yaza bilməyib.
Bu günə qədər mənə heç bir məhkəmə orqanından bildiriş gəlməyib.
Mənim mənzilim bəllidir. Bu ölkədə ünvanının dəqiqləşdirilməsi ən asan olan adamlardan biri mənəm. Səbirsizliklə gözləyirəm ki, bildiriş gəlsin və gedib Aslan İsmayılova qarşı əks iddia qaldırım. Çünki mənə böhtan atıb, işgüzar nüfuzuma zərbə vurub, haqqımda təhqiramiz ifadələr işlədib.
Yazıma gəlincə, hər sətrinə cavabdehəm və bütün sözlərimin üstündə dayanıram. Çünki o yazının ancaq 10 faizi Aslan İsmayılov haqqındadır. Həmin yazıda da ancaq faktlara istinad etmişəm.
Bəli, mən yazmışam ki, Aslan İsmayılov bir məmurun kabinetində möhkəmcə döyülüb. Bu barədə isə o özü açıqlama verib, kim istəyirsə Google-də axtarış verə və vaxtilə onun özünün qaldırdığı hay-həşirlə tanış ola bilər.
İndi nə cür durub deyə bilər ki, mənim qulağımın dibinə məmur kabinetində şapalaq dəyməyib?
Sən kabinetlərdə söyülən və döyülən Aslan İsmayılovsan, jurnalistik, qələm sahibiyik deyə nə üstümüzə nərildəyirsən, ay sirk məxluqu?
İctimai mühitdə əxlaq qaydalarını bu sayaq pozan, ictimai dəyərləri bu cür korlayan zərərli tiplərin ağzını bütün cəmiyyətin önündə vaxtında və yaxşıca tikmək lazımdır.
Təsəvvür edin, bu ictimai əxlaqsız tipaj Facebook-da “Lamiyə Cavadova” adı ilə saxta profil açıb və həmin saxta profildə əsl fahişə jarqonu ilə özü-özünə “dəstək verir”.
Lamiyə Cavadova Aslan İsmayılovun içində gizlənmiş Kim Qardaşyandır.
Aslan İsmayılov, bəsdir lamiyələrin, qardaşyanların tumanı çəkmisən başına, ayıbdir!
Deyirsən: “Mən özümü zorla saxlayıram. İki oğlum var, onları da zorla saxlayıram. Xaricdə yaşasalar da zorla qarşılarını alıram. Arada istəyirəm, gedib öldürəm o alçaqları”.
Sən adam öldürə bilməzsən, ancaq adamları güldürə bilərsən məzhəkələrinlə!
Kimi hədələyirsən, ay qulağı şapalaqlı?
Sən kimə, kimlərə “alçaq” deyirsən?
Sən yaxşı bilərsən, ruslarda bir söz var, “nije ne kuda” (“daha alçağı yoxdur”).
Əgər Nazim Bəydəmirlini tanımasaydım, o sözü tikilməli ağzının üstünə yapışdarırdım böyük məmnuniyyətlə. Sən bu həyatda olsa-olsa Nazim Bəydəmirlidən bir qarış hündürsən, unutma!
Şəxsən mənim sadəcə bir cümləm sənin və sənin kimilərinin bütün ömür yolundan qat-qat yüksəkdir.
Sənin özünün də, ermənidən aldığın pullarla qarnını doyurduğun oğullarının da, tütəyi olduğun adamların da mənim kimi halal, dürüst, millətinə və dövlətinə bağlı, türk kişilik kodeksləri ilə yaşayan adam olmağınız mümkünsüzdür.
İstənilən məsələdə və yerdə sübut edə bilərəm ki, sənin kimi pulgir və nəfsindən asılı varlıqların, hər kəsi, vətənini və dövlətini satmağa hər an hazır olan tiplərin mənim adımı ağzına almağa belə haqqı yoxdur.
Sən diri-diri gorbagor olmuş birisən, Aslan İsmaylıov!
Əsl adını və soyadını hələ həyatda olduğun bir zamanda sənin baş daşına Niyaməddin Orduxanlı böyük hərflərlə yazıb.
Aslan İsmayılovun keçdiyi ömür yolu onun sinəsinə asılmış ittihamnamədir. Bizim ona qarşı xüsusi ittihamımız yoxdur.
O, Azərbaycana imperiya müstəntiqi kimi gəlib. Gələr-gəlməz ermənilərə xoş görünmək üçün Sumqayıt hadisələrinin məhkəməsində bir eloğlumuza ömürlük həbs tələb edib.
Elçibəyin zamanında Prezident Aparatında işləyib, ancaq həmin komanda ilə birgə istefa verməyib, yeni hakimiyyətə yaltaqlanıb. Milli Məclisin tribunasından yaltaqlanıb. Bütün xalqın gözünün qabağında. Ancaq mərhum Heydər Əliyev təcrübəli dövlət adamı idi, satqınları heç sevməzdi!
Aslan İsmayılovun müdafiə etdiyi dissertasiyasının avtorefatında Azərbaycanda insan hüquqlarının durumu, hüquq sisteminin inkişafı ilə bağlı yazdıqları da bu günkü danışdıqlarına tamamilə ziddir.
Ləyaqətin çatırsa, şərəfin varsa, sözünün ağasısansa paylaş oradakı məlum abzası öz FB səhifəndə!
İndi gəncləri aldadır, özü haqqında əsatirlər uydurur. Guya heç bir partiyanın, siyasi qrupun üzvü olmayıb.
Ağ yalandır!
“Ədalət” Partiyasının sədri, gerçəkdən sanballı ziyalı olan İlyas İsmayılovun oğlu Etimad İsmayılov onun bu yalanlarını çox nəzakətli çərçivədə ortaya çıxardı. ADP-nin və Ədalət Partiyasının, Ziyalılar Forumunun, Milli Şuranın üzvü olub. Vaxtı ilə kommunist bileti daşıyıb. Partiya üzvü olmaq, hansısa hərəkatda təmsil olunmaq qəbahət deyil. Siyasətdə fikirlər, baxışlar da dəyişiləndir. Mənim sözüm bunda deyil. Ancaq camaatın gözünə kül üfürmək, ağ yalanlar danışmaq bu yaşda adam üçün, yumşaq desək, riyakarlıqdır.
2013-cü ildəki prezident seçkiləri ərəfəsində Rüstəm İbrahimbəyov avantürasını xalqa, cəmiyyətə sırıyanlardan biri də o idi. Buna görə nə zaman üzr istəyib cəmiyyətdən?
Rüstəm İbrahimbəyovu kimin tapşırığı ilə dəstəkləyirdin, Aslan İsmayılov, haydı, çıx açıqla!
Fikir verin, bu buffon həm də BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə, həm AVP sədri Fəzail Ağamalı ilə, həm AMİP sədri Etibar Məmmədovla konfliktədir. Sadəcə təkcə onlarla deyil. AXCP sədri Əli Kərimliyə, Müsavatın sabiq başqanı İsa Qəmbərə də “ilişir”. Cəbhəçilər və müsavatçılar öz liderlərinə qarşı ağır suçlamalarda bulunan bu adama cavab verməyə özlərində cəsarət tapmırlar. Yəqin, qarşısında gözükölgəlidirlər.
Azərbaycan hakimiyyətində, Prezident Administrasiyasında ən hörmətli, xalqa yaxın, peşəkar məmurları hədəfə alır.
Son müsahibəsində tənbəllik eləməyib İlham Rəhimovu da hədəfə götürdü. Bunun üzərində xüsusi dayanmaq istəyirəm. Mənim İlham Rəhimovla xüsusi bir sorunum yoxdur. Ancaq onun Aslan İsmayılovun iddia etdiyi kimi, “yeyib-içmək məclisində Putini Dağlıq Qarabağı Azərbaycana qaytaracağına razı sala biləcəyi”nə də inanacaq qədər sadəlövh deyiləm. Belə bir imkanı varsa, indiyə qədər niyə Putinə təvvəqqe etməyib?
Bəli, lham Rəhimov da başa düşür ki, Aslan İsmayılov onun yanına göndərilir və ona “ayı xidməti” göstərir. O da artıq Aslan İsmayılovun gerçək mahiyyətinin fərqindədir. Görür ki, həm sabit və etibarlı adam deyil, həm də onun adına xələl gətirir. Azərbaycan siyasətindəki ciddi adamlar və ictimai rəy yaradıcılarının nəzərində Aslan İsmayılovun heç bir çəkisi yoxdur. Özünüz baxın, onu müdafiə edən bir ciddi ictimai-siyasi fiqur varmı? Odur ki, umduğunu vermədi İlham Rəhimov beş-üç manatdan ötrü “Lamiyə Cavadova” qılığına girənə…
Başqa sözlə, İlham Rəhimov ondan cəmi bir dəfə istifadə etdi.
Maraqlı bilirsiniz nədir?
Özünə hörmət qoymayan bu adam bir budaqda oturub min budaq silkələyir. Çünki gündəmdə qalmaq istəyir. Sonra da deyir ki, məndən davakar adam obrazı yaratmaq istəyirlər. Bir tərəfdən haqlıdır, o davakar adam deyil, buffondur. Çünki dava aparmaq üçün adamda prinsip və dəyərlər olmalıdır. Bunun ancaq tamahı var. Misal üçün, Azərbaycan müstəqilliyinin tanınmasında Etibar Məmmədovun ancaq Pakistanda oynadığı rol hara, Aslan İsmaylovun pul qazanmaqdan uzağa getməyən həyat obrazı hara?
Bəs, Aslan İsmayılov niyə belə edir?
Niyə, necə deyərlər, başını aşağı salıb ən yaxşı bacardığı işi görmür?
Motivlər eyni deyil.
Məsələn, iş adamı Mürvət Həsənlini açıqdan-açığa şantaj edir. Bunun üçün ermənilərdən pul alıb Aslan İsmayılov. Adama deyərlər, əgər ortada mübahisəli iqtisadi bir məsələ varsa, get məhkəmədə çöz, hüquqşünas, vəkil deyilsən? Deməli, hüquq qarşısında, məhkəmə qarşısında zəif olduğunu anlayır və şantaja keçir.
Qüdrət Həsənquliyevlə bağlı məsələ isə fərqlidir. BAXCP sədri “Yeni Müsavat” qəzetində müsahibə vermişdi, həmin müsahibədə onun tütəyi olduğu dairələrə toxunan məqamlar vardı. Nəticədə sifariş verdilər, tütək, bu alətə bəzi bölgələrimizdə “düdük” də deyirlər, işə düşdü, amma təhqirlə xoruldadı deyə, eyni üslubda cavabını aldı.
İndi isə öz aləmində qabaqdangəlmişlik edir və sözün açığı, şəxsən mənim zəhləmi tökür.
Amma çox vacib məqam var.
Bu adam bu qədər adamla eyni zamanda konfliktə girməkdə, hamını özünə qarşı səfərbər etməkdə bir hesab var.
O hesabı isə özü aparmayıb, çünki bu qədər ağılsız, hiyləsiz biri deyil, fəndgirdir.
Ancaq belə deviant rol veriblərsə ona, deməli, sirkə son dəfə çıxardırlar…

Previous Post

Ağzı tikilməli adam

Next Post

Putin ordusunu Suriyadan çıxarır

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Putin ordusunu Suriyadan çıxarır

`ABŞ səhv edib, bədəlini biz ödəyirik` - Fikri İşıq

Son xəbərlər

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.