"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

«HANSI BİQEYRƏTƏ XOŞ GƏLMƏK İSTƏYİR, BƏLLİDİR…» – Aslan İsmayılova cavab

04 Yanvar 2017 - 09:27
in MANŞET
FacebookVatsap

“İlyas müəllim hər zaman dəngəsiz, fürsətcil olmağınızı qınayıb”

1387781024etimad-ismaylov-002Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov vəkil Aslan İsmayılovun “BakiPost.az” saytına müsahibəsində bu partiyanın sədri və atası İlyas İsmayılovla bağlı işlətdiyi hörmətsiz fikirlərə cavab verib. E.İsmayılov “AzPolitika”ya göndərdiyi yazılı cavabında A.İsmayılovun Ədalət sədrinə hansı səbəbdən qəzəbli olmasını da açıqlayıb.

Bunu da oxuyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Xatırladaq ki, A.İsmayılov sözügedən müsahibəsində İlyas İsmayılovu İlham Rəhimova satması barədə suala belə cavab verib:
“Gəlin belə danışaq. Yenə deyirəm, mən heç kimi özümdən artıq kişi hesab eləmirəm! Düzdür, vaxtilə İlyas İsmayılovla çox yaxın dost olmuşam. Amma bu gün tamam pis münasibət var. Düzdü, mən İlyas İsmayılovla yaxın olanda, onun İlham Rəhimovla münasibətləri çox pis olub. İlham həmişə mənə xoş münasibət bəsləsə də, mən ona qarşı aqressiv olmuşam və bunu açıq nümayiş etdirmişəm, özü də İlyasa görə. İndi bəziləri öz şərəflərinə uyğun olaraq, mənə şər atırlar, deyirlər ki, guya mən onu “kaşelyoka”-filana dəyişmişəm. Mən heç kimi heç nəyə dəyişməmişəm. İlyas İsmayılov mənə xəyanət edib! Ona görə də onunla münasibəti kəsmişəm. Mən 20 il ərzində onun bir sözünü iki eləməmişəm. Həyatda elə adam tanımıram ki, ona mənim qoyduğum hörməti qoysun…”

Etamad İsmayılov vəkilə cavabında yazır: “Təəssüf… Çox təəssüf. Səmimiyyətlə bildirirəm ki, bu açıqlamanı yazmaqla özümü narahat hiss edirəm. Çünki bu açıqlamam şəxsiyyətlərinə dəyər verdiyim, xətirlərini uca tutduğum, çörək kəsdiyim insanların qəlbinə dəyəcək. Uca və Əzəmətli Allahım məni bağışlasın. Amma kimlərəsə yarınmaq, içindəki natamamlıq kompleksini çözmək məqsədiylə 79 yaşlı atamı – İlyas İsmayılovu uzun müddət hədəfə alan birisinin cavabını verməyi özümə oğul borcu bildim.

Mən Aslan İsmayılovu 25 ilə yaxındır tanıyıram. Həyatının böyük bir hissəsi gözümün önündə keçib. Çox şərəfli, əxlaqlı, işıqlı bir ailəsi var. Özü ilkin vaxtlarda məndə ədalətli, qabiliyyətli, təvazökar, aza qane olan insan təsəvvürü yaratmışdı. Vaxt keçdikcə onu bir çox vəziyyətlərdə gördüm, necə mənfiyə doğru transformasiya olunduğunun şahidi oldum. Buna baxmayaraq, hər zaman onun hörmətini saxladım, sıxıntılı vaxtlarında, Allahın rizasıyla, hər cür dəstək oldum. O da mənə qarşılığını verirdi.

Bildiyiniz kimi, mən 2008-ci ildə Rusiyada şərlənib həbs olundum. Allaha həmd-səna olsun, uzun mübarizədən sonra 2012-ci ildə kassasiya şikayətim təmin olundu və mən azadlığa çıxdım. Tam bəraət almağımın qarşısını Rusiya FTX aldı. Bildirdilər ki, FTX səni tutub deyə bəraətlə buraxa bilmərik. Bakıya dönəndə zəng etdiyim insanlardan biri də Aslan İsmayılov oldu. Dəfələrlə zəng etməyimə baxmayaraq, mənə cavab vermədi. Başqa bir nömrədən zəng edəndə səsimi eşidib tutuldu, “zəng edirəm niyə cavab vermirsiniz” sualıma cavabında bildirdi: “…Etimad, İlyas müəllim mənim xətrimə dəyib. Mən ona zəng etdim, danşıdıq. Sonra İlyas müəllim telefonu söndürmədi və mən eşitdim ki, yanındakı adama deyir ki, bunun məzhəbi bəlli deyil, özü də bilmir nə istəyir. Ona görə də, mən İlyas müəllimə aidiyyatı olan adamlarla təmas saxlamaq istəmirəm”.

Mən Aslan İsmayılova dedim ki, zatən İlyas müəllim bu sözləri sizin özünüzə də hər zaman deyib, dəngəsiz, fürsətcil olmağınızı qınayıb. Qaldı ki, təmas məsələsinə, sizin seçiminizə hörmətlə yanaşıram.

2013-cü ilin Prezident seçkiləri ərəfəsiydi. Aslan İsmayılov “Azadlıq” qəzetinin səhifələrində Milli Şuraçılarla birlikdə seçkiləri “oyun” adlandıraraq, İlyas İsmayılovu bu seçkilərdə “aktyorluqda” ittiham etdi. Ədalət Partiyasının üzvləri keçmiş silahdaşlarının (Aslan İsmayılov həm Ədalət Partiyasının, həm də ADP-nin üzvü olub – E.İ.) bu qədər əndazəsiz davranışına qarşı sərt mövqe bildirmək istəyəndə İlyas müəllim buna qarşı çıxıb dedi ki, ehtiyac yoxdur, hərkəsin öz fikri ola bilər, hər kəs öz əxlaqına görə davranır. Buna baxmayaraq, mən o zamanlar “Azpolitika.info” saytına müsahibə verərək, Aslan İsmayılova üz tutub bildirdim ki, arada olan duz-çörəyi, xətir-hörməti qaldırmaq istəyirsə, kimin kim olduğunu sübutlarla xalqa bildirək. Bir muddət susdu. Onun və bizi sifarişli siyasi oyunbazlıqda ittiham edənlərin ən gözəl cavabı Ədalət Partiyasının seçki nəticələrini tanımaması oldu. İnsaf naminə deyim ki, hörmətli yazar Elnur Astanbəyli “İlyas müəllim, haqqınızı halal edin” sərlövhəli bir yazıyla çıxış edərək, səhvlərini etiraf etdi. Çünki cılız insan deyil.

Bu gün Aslan İsmayılov yenə də İlyas İsmayılovu hədəfə alıb. Özü də hörmətsiz şəkildə. Atası yaşında adama “İlyas” deyir. Nəyə görə edir bu “qoçuluğu”, hansı namussuz biqeyrətə xoş gəlmək istəyir, mənə bəllidir…

Amma bu gün də Allahıma sığınaraq, Aslan İsmayılova üz tutub deyirəm ki, qərar sizin, kimin kim olduğunu xalqa bildirək? Cavabını jurnalistlər öyrənsinlər”.

V.Nəsibov

Previous Post

«HANSI BİQEYRƏTƏ XOŞ GƏLMƏK İSTƏYİR, BƏLLİDİR…» – Aslan İsmayılova cavab

Next Post

Çavuşoğlu ABŞ-a gedir – Səbəb

Bənzər yazılar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

03 İyun 2026 - 10:16

Yeni tədqiqatlar göstərir ki, həftədə 90-120 dəqiqə ağırlıq qaldırma məşqləri etmək vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Elchi.az...

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

02 İyun 2026 - 19:41

Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi , ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Elchi.az xəbər verir ki, müzakirələr Kanadanın xarici işlər...

Next Post

Çavuşoğlu ABŞ-a gedir - Səbəb

Çavuşoğlu ABŞ-a gedir - Səbəb

Son xəbərlər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.