"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ölkədə yayılan virus klassik qripdir, yoxsa…

30 Dekabr 2016 - 10:43
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

Ölkədə yayılan virus klassik qripdir, yoxsa... Rəsmilər narahatlığa əsas görmür, insanlar isə yeni növ xəstəlikdən şikayətçidilər

Son günlər paytaxt sakinləri arasında sürətli şəkildə yayılan xəstəliyin klassik qripdən fərqli olduğu görünür. Belə ki, halsızlıq, əzələ ağrıları, boğaz ağrısı və temperaturla müşayiət olunan xəstəlik az qala hər evin qapısını döyüb. Hazırda kiminlə həmsöhbət olursansa, mütləq onun yaxın ətrafında – ya ailəsindən kiminsə, ya da özünün bu xəstəlikdən əziyyət çəkdiyi üzə çıxır. Apteklər isə insan selinə uğrayıb. 
Hətta mərkəzdən kənarda yerləşən qəsəbə apteklərində belə uzun-uzun növbələr yaranıb. Bir nəfər üçün satılan dərmanların ümumi məbləği bəzən 25-30 AZN-ə qədər çatır. Bu, ilkin mərhələdə tətbiq olunan nolqrip, anzibel kimi dərmanların, eləcə də boğazı dezinfeksiya etmək üçün satılan məhlullara ödənilən məbləğdir. 
Amma bununla  bağlı ekspertlərin fərqli fikirləri var. Belə ki, yayılan xəstəliyin qrip virusu olmaması ən çox səsləndirilən tezislərdən biridir. Ekspertlər bildirir ki, bu, yuxarı tənəffüs yollarında yaşayan, parazitlik edən viruslardan biridir. Yuxarı tənəffüs yollarında olan həmin viruslar soyuq havalarda nisbətən fəallaşır. İnsanlar arasında deyildiyi kimi, bu, qrip virusu deyil. Sadəcə olaraq, bu xəstəliyi qripə aid əlamətlərlə keçirdiyimiz üçün “qrip” adlandırırıq. İmmunitet sistemi zəiflədikcə camaat infeksiyanı bir-birinə tez zamanda yoluxdurur.
Image result for Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev
Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, buna epidemiya demək olmaz. Müsahibimizin sözlərinə görə, bunun epidemiya olduğunu demədən öncə ölkə ərazisində ciddi araşdırma aparılmalıdır: “Səhiyyə Nazirliyinin mütəxəssisləri o vaxt onu rəsmi elan edə bilərlər ki, ölkəni kütləvi şəkildə epidemiya bürüsün. Şükürlər olsun ki, ölkə ərazisində yoluxucu xəstəliyin epidemiyası yoxdur. Azərbaycanda 4242 kənd, 4400-dən artıq yaşayış məntəqəsi var. Kim sayıb onu ki, hər evdə 5-6 nəfər xəstə var? Bu, yanaşma yanlışdır”.
Müsahibimiz dedi ki, xəstəliyin sürətlə yayılmasının bir səbəbi var. Belə ki, hər hansı ailədə bir nəfər xəstələnəndə onu təcrid etmirlər, ailənin digər üzvləri maska ilə gəzmir, xəstənin qab-qaşığı ayrılmır, evə sahə həkimi çağırılmır: “Bütün bunlar edilmədiyinə görə də xəstəlik sürətlə yayılır. İnsanlar xəstə üçün həkim çağırmaq əvəzinə bibi-xala məsləhəti ilə müalicə olunmağa çalışırlar. Bunun da nəticəsi uğurlu olmur. Əslində insanlar həkim təyinatından sonra müalicə olunmalıdılar. Ancaq bu halda qarşısını almaq olar. Səhiyyə Nazirliyinin rəsmisi kimi deyirəm ki, ölkədə nə qripin, nə də hər hansı başqa yoluxucu xəstəliyin epidemiyası var. Bir nəfər xəstə kimi gəlirsə, hamınız yoluxacaqsız. Bibiniz qızı xəstədirsə, onun sizə qonaq gəlməsinə ehtiyac yoxdur. Beynəlxalq təşkilatlar var. Onlar qəfil ölkəyə gəlib, vəziyyətlə tanış olurlar. Hava limanından düşüb, hansısa kəndə gedir, vəziyyəti yoxlayırlar. Səhiyyə Nazirliyinin bundan xəbəri belə olmur. Hər hansı epidemiya olsaydı, bu, artıq hesabatlarda əks olunardı”.
Image result for Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev
Baş epidemioloqun sözlərinə görə, insanlar xəstə olduqları müddətdə işə gedirsə, küçəyə çıxırsa, soyuq mühitdə olursa, qrip uzun müddət davam edir: “Özlərini qorumayan şəxslər hər zaman soyuqdəyməyə meylli olurlar. Amma biz kimin xəstələnib-xəstələnməyəcəyi barədə proqnoz verə bilmərik. Hər evə həkim, tibb işçisi xüsusi nəzarət edə bilməz. Hər bir şəxs sağlamlığının qeydinə qalmalıdır. Virus insandan asılı olmayaraq orqanizmə yoluxur. Yoluxmanın arealına xüsusi nəzarət oluna bilməz. Bütün poliklinikalarda, tibb müəssisələrində xəstələri qəbul etmək üçün şərait var və lazımi zamanda qripli şəxsə yardım etmək mümkündür. Amma həkimə gəlməzdən öncə hər bir şəxs öz sağlamlığının qeydinə qalmalıdır”.
İ.Ağayev həmçinin dedi ki, qripin tarix boyu epidemiyaları olub. Müsahibimizin sözlərinə görə, o vaxt da asqırmaq, öskürmək, hərarətin qalxması, burundan su açılması əlamətləri vardı, indi də var: “Qripin 10 il bundan qabaq əlamətləri ilə indiki eynidir. Amma epidemiologiya elm kimi formalaşandan sonra qrip xəstəliyi ayrı-ayrı adlarla olur. Amma bunu yeni xəstəlik kimi təqdim etmək düzgün deyil. Dezinformasiya yayanlar var. Hər kəs öz işi ilə məşğul olmalıdır. Xəstəliyi ağırlaşdıran xəstənin özüdür. Biri deyir, başına soyuq su qoy, o biri deyir, isti suya ayağını qoy. Apendisit deyil ki, dərhal kəsilsin və bitsin. Qripin müalicəsi bir neçə gün davam edir”.
 
SN rəsmisinin sözlərinə görə, nazirlik tərəfindən ölkədə yoluxucu xəstəliklərə qarşı bütün zamanlar üçün qabaqlayıcı tədbirlər görülür: “Əgər hər hansı bir xəstəliyin kütləvi yayılması baş verərsə, onun qarşısını almaq mümkündür. Bu gün ölkə ərazisində kəskin respirator xəstəliklər, o cümlədən qripə yoluxma ilə bağlı epidemioloji baxımdan narahatedici vəziyyət yoxdur. Yayda da, qışda da qripə yoluxmaq olar. Sağlamlığının qeydinə qalmayan insanlar ilin bütün fəsillərində xəstələnə bilirlər. Ümumilikdə, bu gün qriplə bağlı heç bir narahatçılıq yoxdur. Qripin çox və ya az davam etməsi hər bir insanın özündən asılıdır”.
Previous Post

Ölkədə yayılan virus klassik qripdir, yoxsa…

Next Post

Sarkisyan seçki təyin etdi – Aprel döyüşləri günü

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

Sarkisyan seçki təyin etdi - Aprel döyüşləri günü

Sarkisyan seçki təyin etdi - Aprel döyüşləri günü

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.