"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Səfirin qətlində müdhiş sirlər – izlər hara aparır?

21 Dekabr 2016 - 10:04
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

Səfirin qətlində müdhiş sirlər – izlər hara aparır? Rusiya-Türkiyə münasibətlərinə açılan atəşin pərdəarxası; Tramp “islamçı terrorçular” dedi, türklər FETÖ, ruslar isə “qisas şərəf məsələsidir” deyirlər; ekspert: “Bu, şəxsi qisas aktı da ola bilər”

 
Dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi son illərin ən səs-küylü terror aktı oldu. Səfir Rusiya haqqında sərginin açılış çıxışını edərkən salondakı silahlı mülki şəxsin hücumuna məruz qalıb. Xəstəxanaya götürülən Karlov az sonra dünyasını dəyişib. Hücum zamanı yaralanan 3 nəfərin isə müalicəsi davam edir.
 
Terrorçu isə sərgi salonunun yerləşdiyi binada polislərlə atışmada öldürülüb. Daxili işlər naziri Süleyman Soylu hadisə yerində verdiyi açıqlamada bildirib ki, terrorçu Çevik Polis Qüvvələrində xidmət edən, 1994-cü il təvəllüdlü Mevlüt Mert Altıntaş olub. Sərgi keçirilən binaya polis vəsiqəsi ilə daxil olan terrorçu içəridə silahlı cinayəti törədib. 
Hadisədən dərhal sonra terrorçunun Aydın Söke rayonunda yaşayan atası, anası və bacısı həbs olunaraq polisə aparılıb. İlkin məlumata görə, Mertin ailəsi hazırda yaşadıqları mənzilə iki ay əvvəl köçüblər. Bundan başqa, Ankarada M.Mertlə eyni mənzildə yaşayan və vəkillik fəaliyyəti göstərən şəxsin Yenimahalle ərazisindəki evində və Balqatda yerləşən hüquq bürosunda axtarışlar aparılıb. Ehtimal ki, polis həbsləri davam etdirəcək, terrorçunun yaxın münasibətdə olduğu, təsirində olduğu dairələri müəyyən etməyə çalışacaq.
****
Bu arada terrorçu polisin yüksək dövlət rəsmilərinin mühafizəsində iştirak etdiyi məlum olub. Türkiyə mediasının məlumatına görə, Mevlüt Mert 2014-cü ilin dekabrında Konya və 2015-ci ilin fevralında Bursa səfəri zamanı prezident Ərdoğanla eyni təyyarədə olub və prezidenti mühafizə edib.
Dekabrın 20-də Rusiyadan bir müstəntiq və iki təhlükəsizlik attaşesi, Fövqəladə Hallar Nazirliyi əməkdaşları, tibbi ekspertiza əməkdaşları və psixoloqlardan ibarət 18 nəfərlik heyət xüsusi təyyarə ilə Ankaraya gəlib. “Reuters” agentliyinə məlumat verən hökumət rəsmisi heyətin içərisində kəşfiyyat və DİN nümayəndələrinin də olduğunu, həmin şəxslərin olacağını bildirib.
Image result for Valentina Matviyenko
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko səfirə qarşı sui-qəsdi sifariş edənlərin müəyyən edilərək cəzalandırılmasının Türkiyə və Rusiya kəşfiyyat qurumları üçün bir şərəf məsələsi olduğunu bildirib. Onun fikrincə, bu sui-qəsd Hələb ətrafında yaşananlar və Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesinə qarşıdır.
Avropa mətbuatı isə yazıb ki, Ankara terroru sonrası Rusiya və Türkiyə arasında soyuqluq ehtimalı aradan qalxıb. Ekspert rəylərinə əsasən, sui-qəsd hadisəsi ilk reaksiyalardan da göründüyü kimi, iki ölkə arasında düşmənçiliyi dərinləşdirməyib. Əksinə, hər iki tərəf təmkinli yanaşıb.
Səfir Karlovun qətli ilə bağlı Rusiyaya, xüsusən də XİN-ə dəstək açıqlamaları davam edir. Rusiya XİN yaydığı açıqlamada nazir Lavrovun sıx proqramı səbəbindən səfirin qətli ilə bağlı başsağlığı mesajlarının və zənglərinin hamısına müsbət cavab verə bilmədiyi qeyd olunur.
*****
Image result for Andrey Karlov
1954-cü il Moskva təvəllüdlü Karlov 1976-cı ildən diplomatik fəaliyyətdə çalışıb. Şimali və Cənubi Koreyada diplomatik vəzifədə işləyib. Rusiya XİN Konsulluq İdarəsində müdir vəzifəsində çalışıb. 2013-cü ildən isə Ankarada Rusiyanı təmsil edib. Karlovun fəaliyyət dövrü Türkiyə-Rusiya münasibətlərinin ən həssas dönəminə təsadüf edir. Türkiyə və Rusiya arasında yaxınlaşma, qaz müqaviləsinin imzalanması, daha sonra təyyarə vurulması və barışıq prosesinin əsas simalarından biri Karlov olub. Türkiyəli jurnalistlər Karlovu yüksək intellektə malik, mehriban insan kimi xarakterizə ediblər. Artıq bəyan olunub ki, səfirin vurulduğu sərgi salonu və səfirliyin yerləşdiyi küçə onun adını daşıyacaq.
Misirli hərbi analitik Mahmud Halyaf terror hücumunun Suriyada məğlub olan qüvvələrin sifarişi adlandırıb. Ekspert deyib ki, terrorçuların Suriyanı ələ keçirmə planının pozulması, Rusiyanın uğurları son nəticədə bu sui-qəsdə səbəb olub. Onun fikrincə, Ankara terroru məğlubiyyətdən doğan qəzəb olub.
Türkiyə hökumət rəsmiləri bildirib ki, dekabrın 20-də Ankara Hava Limanında keçirilən mərasimdən sonra səfirin nəşi Moskvaya yola salınacaq.
Ötən gün yerli media ədliyyə tibb hesabatını açıqlayıb. Analizlərə görə, qatilin açdığı 11 atəşdən 9-u səfirə dəyib. Bu isə ölümcül yaralanma deməkdir, bu səbəbdən də təcili tibbi yardım yalnız ölmüş səfirə süni nəfəs verməklə həyata qaytarmağa çalışıb. Şahid ifadələrinə görə, terrorçu atəş açdıqdan sonra “Hələbi unutmayın, Suriyanı unutmayın” qışqırıb, təkbir deyib.
Rusiya prezidenti səfirin öldürülməsi ilə bağlı istintaq başladıldığını və bu çərçivədə Türkiyəyə səfər edəcəyini bildirib. Putin deyib ki, bu qətl hadisəsi provokasiyadır, Türkiyə-Suriya əlaqələri ilə Suriyadakı sülh prosesini pozmağa hesablanıb.
 
Image result for Andrey Karlov
 
ABŞ-ın yeni prezidenti Donald Tramp isə qətlin radikal silamçılar tərəfindən törədildiyini bildirən açıqlama yayıb. Sitat: “Radikal islamçılar tərəfindən öldürülən Rusiyanın Türkiyə səfiri Andrey Karlovun ailəsinə və sevdiklərinə başsağlığımı bildirirəm. Bir səfirin qətli mədəni dünyanın bütün qanunlarının tapdanması anlamına gəlir və bu səbəbdən də dünya tərəfindən qınanmalıdır”.
Prezident Ərdoğan da terroru provokasiya adlandırıb və bu mövzuda Putinlə fikir ayrılığının olmadığını deyib. Qeyd edək ki, iki lider arasında qətldən bir neçə saat sonra telefon danışığı olub.
*****
Təbii ki, terror hadisəsindən sonra əsas diqqət bu qətli kimin və ya kimlərin sifariş etməsinə yönəlib. Türkiyənin hakimiyyət dairələri rəsmi olmasa da, sui-qəsdin FETÖ tərəfindən sifariş verildiyini deməyə başlayıb. Ankara meri Melih Gökçek deyib ki, səfirin qətlini sifariş edənlərlə Rusiyanın təyyarəsinin vurulmasını sifariş edənlər eyni adamlardır. Bu isə FETÖ anlamına gəlir. Çünki rəsmi dairələr təyyarə olayının arxasında Qərbi və onun icraçısı kimi FETÖ-nü ittiham edirlər.
 
“Reuters” Agentliyinə açıqlama verən yüksək səviyyəli təhlükəsizlik məmuru səfiri öldürənin Gülən camaatı ilə bağlı olmasına dair əllərində “çox güclü” dəlillərin olduğunu bildirib. Eyni zamanda bildirib ki, hazırda istintaq bu yöndə çalışır. Ancaq Gülənin müşaviri agentliyə bu iddianı təkzib edib və Gülənin bu terroru qınadığını bildirib.
Terrorla bağlı bir sıra versiyalar var. Sui-qəsdin sifarişçisi olaraq ABŞ, Avropa Birliyi, İran, Səudiyyə Ərəbistanı kimi ölkələrin adı hallanır. İcraçının kimliyi və hansı qrupa mənsub olması ilə bağlı da bir sıra versiyalar mövcuddur. FETÖ ilə bağlı iddialar Türkiyədə hakimiyyətə yaxın, islamçı mediada hallanır.
Image result for Andrey Karlov
Bundan başqa, qatilin səfiri güllələdiyi an təkbir səsləndirməsi, Hələb və Suriya olaylarından bəhs edərək qisasdan danışması və nəhayət, sol əlinin şəhadət barmağını islamçı terrorçular kimi yuxarı qaldırması onun radikal islamçı qruplardan birinin üzvü olması iddialarına səbəb olub. Məsələ ondadır ki, həftələrlə media üzərindən kəskin kampaniya aparılıb, Suriya hökumət qüvvələrinin, o cümlədən İran və Rusiya silahlı qüvvələrinin Hələbdə dinc insanları qətlə yetirdiyi, fəlakətə sürüklədiyini göstərən materiallar yayımlanıb. Hətta nüfuzlu yazarlar, din adamları belə Rusiya, İran əleyhinə çağırışlar edib. Qatilin bu çağırışların təsirinə düşməsi də mümkün ehtimal kimi səsləndirilir.
*****
Siyasi analitik Elxan Şahinoğlu bu terrorun əsas məqsədinin Türkiyə-Rusiya münasibətlərini yenidən gərginləşdirmək olduğunu düşünür. Ekspertə görə, bunda bir neçə tərəf maraqlı ola bilər: “Türkiyə-Rusiya münasibətlərinin yenidən gərginləşməsində maraqlı olan dövlət və güclər bəllidir: ABŞ, Fətullah Gülən, PKK, YPG, PYD, DAİŞ”.
Ancaq eyni zamanda analitikə görə, insan amilini də unutmaq olmaz. E.Şahinoğlu terrorun şəxsi qisas aksiyası ola biləcəyini də istisna etmir: “Polisdə işləyən Mert Altıntaş hər gün ölkəsinin televiziya kanallarının xəbərlərində Hələbdəki dəhşəti, uşaqların qətlini, Rusiyanın bombardmanlarını və Ankarada Rusiya səfirliyi qarşısında etirazı izləyirdi. Beyin dözməyib. Polisdə çalışsa da Mert Altıntaşda psixoloji pozğunluq əmələ gəlib və o qərara alıb ki, intiqam almaq lazımdır və onun üçün ən əlçatan iş Rusiya səfirini öldürməkdir”.
Previous Post

Səfirin qətlində müdhiş sirlər – izlər hara aparır?

Next Post

Terrorun ayaq səsləri – Azərbaycan üçün də təhlükə var

Bənzər yazılar

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

31 Avqust 2026 - 23:00

Noyemberyan icmasının rəhbəri Arsen Ağababyan Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan iş çərçivəsində saxlanılıb. Elchi.az  xəbər verir ki, bu barədə...

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

31 Avqust 2026 - 22:59

Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az- a verilən məlumata...

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

31 Avqust 2026 - 22:57

İsveç Fransadan 4,3 milyard avro dəyərində dörd müdafiə və müdaxilə freqatı alacaq. Elchi.az  "Le Monde"yə istinadən xəbər verir ki, müvafiq...

Bakı və Abşeron yarımadasında dolu yağacaq

Bakı və Abşeron yarımadasında dolu yağacaq

31 Avqust 2026 - 21:12

Bakı və Abşeron yarımadasında dolu yağacaq. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun...

Next Post

Terrorun ayaq səsləri - Azərbaycan üçün də təhlükə var

Terrorun ayaq səsləri - Azərbaycan üçün də təhlükə var

Son xəbərlər

Böyük Kanyonda baş verən daşqında iki nəfər ölüb, 14 nəfər itkin düşüb

Böyük Kanyonda baş verən daşqında iki nəfər ölüb, 14 nəfər itkin düşüb

31 Avqust 2026 - 23:02
Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

31 Avqust 2026 - 23:00
Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

31 Avqust 2026 - 22:59
İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

31 Avqust 2026 - 22:57
Bakı və Abşeron yarımadasında dolu yağacaq

Bakı və Abşeron yarımadasında dolu yağacaq

31 Avqust 2026 - 21:12
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

31 Avqust 2026 - 20:36
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

31 Avqust 2026 - 20:32
MEDİA Britaniya qəzetlərində Azərbaycanla bağlı yazılara münasibət bildirib

MEDİA Britaniya qəzetlərində Azərbaycanla bağlı yazılara münasibət bildirib

31 Avqust 2026 - 20:26
Pentaqon raket istehsalını artırmaq üçün müqavilələr bağlayıb

Pentaqon raket istehsalını artırmaq üçün müqavilələr bağlayıb

31 Avqust 2026 - 20:21
İlham Əliyev Məsud Pezeşkianı “İstisu”ya qonaq edib

İlham Əliyev Məsud Pezeşkianı “İstisu”ya qonaq edib

31 Avqust 2026 - 20:15
Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

31 Avqust 2026 - 20:11
Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub

31 Avqust 2026 - 20:08
Messi milli komandadakı karyerasını başa vurub

Messi milli komandadakı karyerasını başa vurub

31 Avqust 2026 - 19:29
Hikmət Hacıyev: Bakı Avropa İttifaqını Zəngəzur dəhlizinin iştirakçısı kimi görmək istəyir

Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib – VİDEO

31 Avqust 2026 - 19:10
Prezident: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır

Prezident: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır

31 Avqust 2026 - 18:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.