"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Dəmir günbəz”, kamikadze-dron, elektron silahlar – düşmənin yeni təlaşı

20 Dekabr 2016 - 09:31
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Tramp ilə Zelenski arasında gərginlik artır

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

“Dəmir günbəz”, kamikadze-dron, elektron silahlar – düşmənin yeni təlaşı  Ermənistanın hərbi balans arzusu basdırılır; Müdafiə sənayesi naziri Yavər Camalovun Azərbaycanın modern silah istehsalına hazırlaşması haqda açıqlamaları işğalçı ölkənin rahatsızlığını artırıb; rusiyalı hərbi ekspert: “Azərbaycan Rusiya və ABŞ-ı qabaqlamaq istəyir…”

 
Ötən sayımızda Azərbaycanın öz döyüş və müdafiə sistemini gücləndirməsi yönündə son addımlar haqda yazmışdıq. Qeyd eləmişdik ki, yeni növ silahların serial istehsalına hazırlaşan Bakı bununla faktiki, İrəvana barıt qoxulu növbəti xəbərdarlıq mesajı göndərib.
 
Ötən həftəsonu Azərbaycanın hərbi sənaye naziri Yavər Camalovun bu qəbildən  bəzi açıqlamalar, belə görünür, düşmən ölkədə təlaşı artırıb. Xatırladaq ki, həmin açıqlamalar arasında Ermənistanın qorxulu röyası sayılan “Dəmir günbəz” raketdən müdafiə sistemi və digər modern silah və döyüş sistemləri bağlı məqamlar yer alıb.
***
Məsələn, nazir bildirib ki, Azərbaycan elektromaqnit impulslu silahlar istehsal edəcək. Onun sözlərinə görə, belə silahların istehsalı istiqamətində danışıqlar artıq başlayıb və yaxın illərdə istehsalı nəzərdə tutulub. Belə silahlar isə bir neçə kilometr məsafədə düşmənin radio-elektron qurğularını sıradan çıxarmaq qabiliyyətinə malik olacaq.
 
Nazir daha sonra deyib ki, Azərbaycanın əsas məqsədi uzaq mənzilli raketlərin istehsalıdır və bu istiqamətdə də dünyanın hərbi şirkətləri ilə danışıqlar aparılır. “Yaxın perspektivdə Azərbaycanın əsas məqsədləri sırasında uzaqmənzilli raketlərlə bərabər, ”Hava-Hava”, “Hava-Yer” tipli raketlərin istehsalıdır. Bununla bağlı artıq dünyanın aparıcı hərbi şirkətləri ilə ilkin razılıq da əldə olunub” – deyə, o qeyd edib. Ən önəmlisi, Y.Camalov Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin müvafiq qurumu arasında “Dəmir günbəz” Raket Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşma əldə olunduğunu söyləyib.
 
Image result for PUA kamikadze
Nazirin açıqlamalarında o da bəlli olub ki, qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılmış yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının (PUA) sınaqları uğurla başa çatdırılıb və yaxın vaxtlarda onların serial istehsalına başlanacaq.
***
Təbii ki, Azərbaycan dost-müttəfiq Türkiyə və Pakistan hesabına da özünün hərbi sənayesini güclənirməkdə, müasir döyüş sistemlərinin istehsalını məhz öz ərazisində qurmaqdadır. Bu isə torpaqlarının bir hissəsi işğal altında, özü isə müharibə vəziyyətində olan bir ölkə üçün olduqca mühüm, işğalçı Ermənistanın hərbi balans yaratmaq istəyini isə sıfırlayan bi amildir.
Təsadüfi deyil ki, son illər ərzində Azərbaycanın hərbi parkında Rusiya silah-sursatlarının həcmi 90%-dən enərək, qat-qat aşağı düşüb ki, bunu da hərbi ekspertlər Rusiya asılılığının azalması baxımından başqa önəmli gəlişmə hesab edirlər.
Image result for Yavər Camalov
Bu kimi gəlişmələr təbii ki, Ermənistanda da diqqətlə izlənilir – həm də narahatlıqla izlənilir. Çünki hər necə olmasa, dövlətin hərbi qüdrəti həm də onun müasir silah və döyüş sistemləri istehsal eləmək qabiliyyəti ilə ölçülür. Sevindiricidir ki, Azərbaycan bu yöndə gənc dövlət olsa da, öz uğurlarını ildən-ilə artırır. Aprel döyüşlərindəki uğurun bir səbəbi məhz bu idi.
Düşmənin yuxusunu ən çox qaçıran da elə Azərbaycanın silah alıcısından yavaş-yavaş silah istehsal edən ölkəyə çevrilməsidir. Bu mənada hərbi sənaye naziri Yavər Camalovun yuxarıdakı açıqlamalarının işğalçı ölkəni təlaşlandırması təbiidir.
***
Bu təlaşı indi də deyəsən, rusiyalı politoloq və hərbi ekspert Aleksandra Xramçixinin dili ilə azaltmaq, özlərinə təskinlik tapmaq istəyirlər. Məsələ ondadır ki, Xramçixin nes.am-a açıqlamasında Azərbaycanın elektromaqnit impulslu silahların və uzaq mənzilli raketlərin istehsalına hazırlaşdığına şübhə ilə yanaşdığını bildirib.
Image result for Dəmir Günbəz
Sitat: “İndiyədək mən raket istehsalı üçün Azərbaycanda texnoloji və istehsal imkanlarının mövcudluğu barədə eşitməmişəm. Çətin ki, onlar belə imkanlar yarada biliblər. Odur ki, bu iddialar müəyyən şübhələr doğurur. elektromaqnit impulslu silahların istehsalına gəlincə, belə silah olduqca mürəkkəbdir. Hətta Rusiyada və ABŞ-da onun yaradılması hələ eksperimental mərhələdədir. Azərbaycan Rusiya və ABŞ-ı qabaqlayacaq? Çətin ki”.
***
Göründüyü kimi, əvvəla, rusiyalı analitik birmənalı şəkildə erməniləri sakitləşdirərək, deməyib ki, Azərbaycan belə silahlar istehsal edə bilməz, sadəcə, buna şübhə edib. Bunlar isə fərqli şeylərdir.
İkincisi, silah istehsalı həm də milli və hərbi təhlükəsizlik məsələsi olduğundan kifayət qədər məxfi sferadır və bu haqda Xramçixin kimilər bilməyə bilər. Yeri gəlmişkən, həmin Xramçaxin aylar öncə “İsgəndər M” operativ-taktiki raket komplekslərinin Ermənistana yaradığı üstünlükdən danışaraq demişdi ki, hətta “Dəmir günbəz” sayəsində də bu raketləri neytrallaşdırmaq mümkün deyil. Ancaq İsrail baş naziri B.Netanyahunun Bakı səfərindən sonra bəlli oldu ki, heç də belə deyil. İş ondadır ki, “Dəmir günbəz”in uzaq mənzilli raketləri sərərsizləşdirən modifikasiyası da var və Azərbaycan məhz onu almağa hazırlaşır.
Image result for isgəndər M
Üçüncüsü və ən önəmlisi, aprel döyüşlərinin təcrübəsidir. Həmin döyüşlərə kimi Azərbaycanın öhdəsində hansı qorxulu silahların olması haqda dəqiq bilgi yox idi. Ancaq o zaman rusiyalı hərbi ekspertlər də etiraf elədilər ki, Azərbaycan Rusiyanın belə arsenalında olmayan modern kamikadze-dronlara malikdir. Ermənilərin başqa bir qorxulu röyası olan həmin kamikadze-dronların artıq ölkəmizdə istehsalına başlanır. Söz düşmüşkən, Xramçixin nədənsə bu haqda erməni nəşrinə heç nə deməyib.
 
Belə ölümcül silahları istehsal edən Azərbaycan niyə də digər analoji silahlar istehsal eləməsin ki – əgər İsrail, Pakistan, Türkiyə kimi güclü hərbi tərəfdaşları varsa…
Previous Post

“Dəmir günbəz”, kamikadze-dron, elektron silahlar – düşmənin yeni təlaşı

Next Post

Zahid Oruc: “Müəyyən qüvvələr növbənin onlara da çatacağını gözləyirlər, ona görə də…”

Bənzər yazılar

Tramp ilə Zelenski arasında gərginlik artır

Tramp ilə Zelenski arasında gərginlik artır

12 Oktyabr 2026 - 17:36

Vəzifəyə gəldiyi gündən bəri ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini tez-tez tənqid edib və Ukrayna ilə bağlı sələfi...

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

12 Oktyabr 2026 - 17:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. Elchi.az xəbər verir ki,...

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

12 Oktyabr 2026 - 16:57

Çinin xarici işlər naziri Van İ oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci...

Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

12 Oktyabr 2026 - 16:44

Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti...

Next Post

Zahid Oruc: “Müəyyən qüvvələr növbənin onlara da çatacağını gözləyirlər, ona görə də...”

Zahid Oruc: “Müəyyən qüvvələr növbənin onlara da çatacağını gözləyirlər, ona görə də...”

Son xəbərlər

Tramp ilə Zelenski arasında gərginlik artır

Tramp ilə Zelenski arasında gərginlik artır

12 Oktyabr 2026 - 17:36
Aİ Rusiyanın hərbi-sənaye kompleksinə qarşı təxminən 1600 yeni sanksiya tətbiq edir

Aİ Rusiyanın hərbi-sənaye kompleksinə qarşı təxminən 1600 yeni sanksiya tətbiq edir

12 Oktyabr 2026 - 17:28
Küləklə bağlı sarı xəbərdarlıq verilib

Küləklə bağlı sarı xəbərdarlıq verilib

12 Oktyabr 2026 - 17:17
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

12 Oktyabr 2026 - 17:09
Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

12 Oktyabr 2026 - 16:57
Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

12 Oktyabr 2026 - 16:44
Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib

Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib

12 Oktyabr 2026 - 16:32
Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

12 Oktyabr 2026 - 16:24
DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

12 Oktyabr 2026 - 13:55
“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb

“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb

12 Oktyabr 2026 - 12:29
Zelenski Trampla münaqişə riski ilə üz-üzədir

Zelenski Trampla münaqişə riski ilə üz-üzədir

12 Oktyabr 2026 - 12:15
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

12 Oktyabr 2026 - 12:07
Messi üçün “Kamp Nou”da vida mərasimi keçiriləcək

Messi üçün “Kamp Nou”da vida mərasimi keçiriləcək

12 Oktyabr 2026 - 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

12 Oktyabr 2026 - 11:53
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Prezident İlham Əliyev Kambocaya səfərə dəvət edilib

12 Oktyabr 2026 - 11:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.