"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ermənistanla Azərbaycan arasında sülh platforması yaradıldı – BƏYANAT

06 Dekabr 2016 - 22:36
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? – VİDEO

4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

“Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” yaradılıb.

Bununla bağlı qəbul olunmuş bəyanatda deyilir:

– 2016-cı ilin noyabrın –da Bakıda keçirilmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri” konfransı zamanı Ermənistan və Azərbaycan prezidentləri və xalqlarına qəbul edilmiş birgə bəyanatı nəzərə alaraq (http://apa.az/dagliq_qarabag/azerbaycan-ve-ermenistan-huquq-mudafiecileri-iki-olke-prezidentleri-ve-xalqlarina-muraciet-edib.html);

– Ürək ağrısı ilə 25 ildən çox davam edən, hər iki tərəfdən on minlərlə vətəndaşın qətlinə, yüz minlərlə qaçqın və məcburi köçkünlərə səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini qeyd edərək;

– İki tərəfdən gələcəkdə insan itkilərinin qarşısının alınmasının və münaqişəsinin sülh yolu ilə nizamlanmasının vacibliyini dərk edərək;

– Münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək;

– Münaqişəni Ermənistan və Azərbaycan xalqlarının iradəsi hesabına həll edilməsinin mümkünlüyünü nəzərə alaraq;

– Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək;

– Azərbaycan və Ermənistan xalqlarının öz müqəddəratını təyin etmək hüququndan istifadə edərək müstəqil və suveren Azərbaycan və Ermənistan respublikalarını onların beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində yaratmalarını qəbul edərək;

– Azərbaycan və Ermənistan respublikalarının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinə hörmət və dəstəyi bir daha qeyd edərək;

– ATƏT-in Minsk qrupu həmsədrlərinin ölkə rəhbərləri səviyyəsində dəfələrlə qeyd etdiyi mövcud “status-kvo”nun təhlükəli olmasını, qəbuledilməzliyini və qeyri dayanıqlığını nəzərə alaraq;

– BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək;

– Münaqişənin mərhələli həlli və regionda möhkəm sülhün bərqərar olması üçün mühüm başlanğıc olacaq Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 rayonun işğaldan azad edilməsinin vacibliyini qeyd edərək;

– Məcburi köçkünlərin doğma yurd-yuvalarına layiqli və təhlükəsiz qayıtmaq hüququnu tanımaqla;

– Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini dərk edərək;

– Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Dağlıq Qarabağ Muxtar Respublikası kimi Azərbaycanın ərazi bütövlüyü sərhədləri çərçivəsində Dağlıq Qarabağın Azərbaycan və erməni əhalisinin iştirakı ilə yekun statusunun müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək;

Aşağıdakılarla razılaşdılar:

Əsası 2016-cı ilin noyabrın 8-də qoyulmuş sülh təşəbbüsünü davam etdirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə pozitiv töhfə vermək üçün “Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma”nı yaratmaq.

“Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma”nın genişləndirilməsi məqsədi ilə Platformanı vətəndaş ictimai institutlar, qeyri-hökumət təşkilatları, ictimaiyyət və din xadimləri, ekspertlər, alimlər və Ermənistan və Azərbaycanın sadə vətəndaşları, habelə onun inkişafına töhfə vermək istəyən digər dövlətlər üçün açıq elan edirik.

Münaqişənin tezliklə sülh yolu ilə həllinə töhfə vermək məqsədi ilə Platforma iki ölkənin ictimaiyyət nümayəndələri ilə daimi əməkdaşlıq quracaq və effektiv xalq diplomatik fəaliyyətə cəlb olunacaq.

Beynəlxalq hüququn norma və prinsiplərini və Helsinki Yekun Aktını rəhbər tutaraq Platforma ATƏT-in Minsk qrupu və həmsədr ölkələrlə sıx əməkdaşlığı nəzərdə tutur.

Platforma Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 işğal olunmuş rayonun azad edilməsi istiqamətində kompleks tədbirləri görməyə çağırır. İlk addım kimi məcburi köçkünlərin öz evlərinə qayıtması, Dağlıq Qarabağı erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsi, habelə Ermənistan və Azərbaycan arasında iqtisadi, siyasi əlaqələrin bərpası və kommunikasıyaların açılması olmalıdır.

Platforma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə bağlı ictimai müzakirələrin keçirilməsi üçün təklif və tövsiyələrlə çıxış edəcək.

Platforma Azərbaycan və Ermənistan xalqlarını barışdırmaq üçün addımlar atacaq.

Platforma birgə yaşayış, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yekun statusu və sülh prosesinin müzakirəsi üçün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları nümayəndələrinin görüşlərini təmin edəcək.

Platformanın erməni və azərbaycanlı nümayəndələrinin və beynəlxalq tərəfdaşların geniş tərkibdə iştirakı ilə “Sülhə doğru yol” adlı Forum təşkil olunacaq.

Münaqişə tərəflərini sülhə yaxınlaşdırmaq məqsədi ilə “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı üçün bütün lazımı addımları atacaq.

“Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma”nın fəaliyyətini təmin etmək məqsədi ilə Katiblik yaradılacaq. Katibliyə hər ölkədən iki həmsədr rəhbərlik edəcək.

“Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma”nın təsis edilməsi haqqında məlumat Azərbaycan və Ermənistan prezidentlərinin, habelə Birləşmiş Millətlər Təşkilatı və onun ixtisaslaşmış qurumlarının, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının diqqətinə çatdırılacaq.

Bəyanatı Ermənistan tərəfdən Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova (“İctimaiyyətlə Əlaqələrin İnkişafın Dəstək” İctimai Birliyinin sədri) imzalayıb. (APA)

Previous Post

Ermənistanla Azərbaycan arasında sülh platforması yaradıldı – BƏYANAT

Next Post

Rusiyadan növbəti “Türk axını” açıqlaması

Bənzər yazılar

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18

Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin...

Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? – VİDEO

Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? – VİDEO

02 Oktyabr 2026 - 15:24

Son illər Prezident İlham Əliyevin tapşırığı əsasında işğaldan azad olunmuş ərazilərdə bir sıra layihələrin icrası sürətlə davam etdirilir. Azərbaycanın işğaldan...

4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

02 Oktyabr 2026 - 14:31

"Azərbaycanın tarixi ərazisi olan Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində mülki şəxsləri...

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39

İndi Yaxın Şərq regionu üçün həssas dövrdür, çünki Amerika qanunları pozur. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın...

Next Post

Rusiyadan növbəti "Türk axını" açıqlaması

Rusiyadan növbəti "Türk axını" açıqlaması

Son xəbərlər

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46
“Fənərbaxça” Bakıya gəlib

“Fənərbaxça” Bakıya gəlib

02 Oktyabr 2026 - 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

02 Oktyabr 2026 - 18:25
Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

02 Oktyabr 2026 - 18:12
Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

02 Oktyabr 2026 - 17:59
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

02 Oktyabr 2026 - 17:51
İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

02 Oktyabr 2026 - 17:44
Netanyahu: İsrail “Flydubai” pilotunu kimin idarə etdiyini araşdırır

Netanyahu: İsrail “Flydubai” pilotunu kimin idarə etdiyini araşdırır

02 Oktyabr 2026 - 17:37
Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:33
Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

02 Oktyabr 2026 - 17:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.