"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan özünü yeni müharibəyə hazırlayır – sülh imkanları təzədən basdırıldı

24 Noyabr 2016 - 10:12
in XƏBƏR LENTİ
FacebookVatsap
Azərbaycan özünü yeni müharibəyə hazırlayır – sülh imkanları təzədən basdırıldı

Qarabağ böhranı: Ankara-Moskva böhranından əvvəl və sonra; Bu gün Rusiya ilə Türkiyənin arasını vuran “Su-24” insidentindən bir il ötür – ötən ilin əsas yekunu; politoloq: “Bakı Pakistan, İsrail, Türkiyə və Ukrayna hesabına Ermənistan üzərində hərbi üstünlüyü yenidən təmin edəcək…”

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Türkiyə-Rusiya münasibətlərini böhrana salmış “Su 24″ insidentindən bu gün bir il ötür. İnsident iki regional superdövlətin qarşılıqlı əlaqələrində təxminən 8 ay kritik vəziyyət yaratsa da, – kritik vəziyyətin qoyduğu neqativ izlər hələ tam silinməyib – yaxşı ki, yekun etibarilə barışla bitdi. Çünki Ankara və Moskvanın bir-birinə ehtiyacı var idi. Bu qarşılıqlı ehtiyac yenə yerində qalır və regiondakı dramatik proseslərlə bağlı hələ bir az da artmış kimidir.
Rusiya-Türkiyə barışığında təbii ki, ən çox maraqlı olan ölkələrdən biri Azərbaycan idi. Çünki söhbət bizim 1 nömrəli, təbii strateji müttəfiqimiz olan qardaş ölkə ilə ən böyük qonşumuz, Dağlıq Qarabağ məsələsində həlledici söz sahibi olan və ən önəmlisi, işğalçı Ermənistanın əsas hərbi-siyasi müttəfiqi arasında yaranmış böhrandan gedirdi. Bu böhranın küləyi istəsək də, istəməsək də, bizi “vururdu”. Hətta Bakı üçün qəliz seçim məsələsi ortaya çıxa bilərdi.
Hərçənd Azərbaycan kritik durumdan itkisiz çıxmağı bacardı. Diqqətçəkicidir ki, həmin 8 ayda rəsmi Bakı Ankara əleyhinə, Kremlin isə xeyrinə nəinki hansısa addımda, hərəkətdə bulanmadı, əksinə, qardaş ölkəni heç bir halda şimal qonşumuzun ayağına vermədi, sabiq baş nazir Əhməd Davudoğlu kritik günlərdə Bakıda olarkən isə prezident İlham Əliyev açıq şəkildə bəyan elədi ki, Türkiyənin problemi Azərbaycanın problemidir və Bakı həmişə Ankaranın yanındadır. Eyni mövqeni Azərbaycanın dövlət başçısı terror aktları ilə silkələnən və o üzdən Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin iki dəfə əngəllənməsinə cavab olaraq, Türkiyəyə etdiyi ziyarət zamanı ortaya qoydu.
Image result for İlham Əliyev Ərdoğan
Bundan əlavə, maraqlıdır ki, kritik 8 ayda Azərbaycanla Türkiyə arasında hərbi və hərbi-əməkdaşlıq əlaqələri bir az da gücləndi. Konyada iki qardaş ölkənin möhtəşəm ortaq təlimləri keçirildi, ardınca prezident İlham Əliyev Azərbaycan ərazisində bəzi hərbi obyektlərin Türkiyə Silahli Qüvvələrinin ixtiyarlına verilməsi haqda tərəflər arasında imzalanmış protokolu təsdiqlədi.
O vaxt erməni qaynaqlarının da narahatlıqla qeyd etdiyi kimi, bu, faktiki şəkildə türkiyəli generalların Azərbaycan ordusunda xidmətə götürülməsi (hərbi müşavir, məsləhətçi, təlimatçı və s. qismində) demək idi. Doğrudur, Müdafiə Nazirliyi məsələyə fərqli şərh verdi – bu da anlaşılan idi əslində, hər necə olmasa, onsuz da Türkiyəyə qəzəbli olan Putini daha da qıcıqlandırmaq olmazdı.
 
Image result for İlham Əliyev
 
Nəhayət, işğalçı erməni hərbi qüvvələrinin acınacaqlı məğlubiyyəti və 2000 hektar ərazimizin geri alınması ilə bitən aprel döyüşləri də məhz Türkiyə və Rusiya arasında kritik münasibətlər dönəminə təsadüf elədi. O zaman Rusiya KİV-lərinin əksəriyyəti forpost Ermənistana hərbi şapalaq effekti verən bu toqquşmanın arxasında məhz Türkiyənin dayandığını iddia eləməkdən yorulmurdu… 
*****
Güman eləmək olardı ki, Türkiyə-Rusiya münasibətlərinin qaydaya düşməsi ilə Qarabağ konfliktinin nəhayət ki, dinc həlli üçün əlverişli perspektiv açılacaq, münbit zəmin yaradacaq. İlk aylar buna inam artmışdı da. Xüsusən də prezident R. Ərdoğanın Rusiyaya (Sankt-Peterburqa), V.Putinin isə Türkiyəyə (İstanbula) qarşılıqlı səfərlərindən sonra Qarabağ məsələsinin həllində müsbət dinamika müşahidə edilməkdə idi. Hətta Ərdoğanın və Türkiyə XİN başçısı M.Çavuşoğlunun dilindən “5 rayon” məsələsinin razılaşdırıldığı haqda inamlı açıqlamalar səslənmişdi. Bakı-Ankara-Moskva üçlü formatı haqda təklif də həmin vaxt gündəmə gəlmişdi.
Image result for M.Çavuşoğlu
Fəqət, ümidlər doğrulmadı. Əksinə, Ankara-Moskva əlaqələrinin yaxşılaşması fonunda sanki Rusiyada bir arxayınlıq yarandı və şimal qonşumuz diqqətinin xeyli hissəsinin aprel döyüşlərindən sonra ondan incik düşmüş müttəfiq ermənilərin könlünü almağa, bir az da Sərkisyan rejimini möhkəmlətməyə yönəltdi.
Nə qədər qəribə görünsə belə, Ermənistanın hava məkanının tamamilə Rusiya HHQ-nin nəzarətinə keçməsi, işğalçı ölkəyə “İsgəndər M”, “Smerç” kimi müasir raket komplekslərinin verilməsi, nəhayət, Rusiya ilə təcavüzkar ölkə arasında ortaq ordunun yaradılması məhz Ankara-Moskva münasibətlərinin istiləşməsindən sonrakı dövrə təsadüf edir. Bu da faktiki surətdə Azərbaycanla yanaşı, Türkiyəyə, yumşaq desək, bir qeyr-dost mesajı, Qarabağ danışıqlarının isə sabotaj edilməsi anlamına gəlir. Nədən ki, məhz sadalanan dəstəyin fonunda İrəvanın sülh danışıqlarında mövqeyi təzədən sərtləşmiş oldu.
Image result for Putin Sərkisyan
Bəs bundan sonrakı proseslər nə vəd edir, üfüqdə Qarabağla bağlı hansısa anlaşma görünürmü? Müharibə ehtimalı necə, Moskva-Ankara ilişkilərinin istiləşməsi fonunda artır, yoxsa azalır?    
*****
“İndiki şərtlər daxilində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkün deyil”. Bunu politoloq Elxan Şahinoğlu yazıb. Onun qənaətincə, Azərbaycan cəmiyyətinin aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edərək Dağlıq Qarabağ ətrafındakı rayonların danışıqlar yolu ilə azad olunacağına ümidləri özünü doğrultmayıb.
“Dağlıq Qarabağın ”müstəqilliyini” istəyən Ermənistanın özü artıq müstəqilliyini itirib. Azərbaycan silahlanmaya hər il milyardlarla dollar xərcləmək məcburiyyətindədir. Bunun da səbəbi torpaqlarımızın işğal altında olmasıdır. Faktiki, Azərbaycan özünü gələcək hərbi toqquşmaya hazırlayır. Çünki indiki şərtlər daxilində konfliktin sülh yolu ilə həlli mümkün deyil” – təhlilçi qeyd edib. 
 
Image result for Aprel Döyüşləri
Siyasi şərhçiyə görə, danışıqlarda hazırkı susqun gedişat torpaqları geri almaq üçün mütləq ordudan istifadəyə dair inam formalaşdırır: “Apreldəki döyüşlər buna nümunədir. Demək, Ermənistan daha böyük əraziləri itirməklə başqa reallıqla da barışa bilər. Qarşı tərəf Azərbaycan ordusunun daha böyük gücünü görməyənə qədər işğaldakı torpaqları geri qaytarmayacaq. Rusiyanın Ermənistana verdiyi İsgəndər raketləri hələ də müzakirə predmetidir. Moskva Ermənistanla müqayisədə hərbi balansın Azərbaycanın xeyrinə pozulmasını istəmir, ona görə də ”İsgəndər”ləri Ermənistanda yerləşdirdi”.
Image result for Elxan Şahinoğlu
Analitikə görə, rəsmi Bakı isə hərbi balansı yenidən öz xeyrinə dəyişməyə çalışır: “Pakistan, İsrail, Türkiyə və Ukraynadan alınacaq modern silahlar hərbi baxımdan yenidən Azərbaycanın Ermənistan üzərində üstünlüyünü əyani nümayiş etdirəcək. Hərbi balansın yenidən Azərbaycanın xeyrinə dəyişəcəyi vaxt uzaqda deyil. Ermənistan bu yarışda Azərbaycanla ayaqlaşa bilmir. Sərkisyanın bu yaxınlarda Ermənistanın silah almağa pulunun olmamasını açıqlaması onun ən böyük etirafı idi. Belə olan h alda isə Ermənistanın daha çox Rusiyaya sığınması onun müstəqlliyini məhdudlaşdırır”.
*****
Əlavə edək ki, bu da o anlama gəlir ki, qarşıdakı yeni dönəmdə Azərbaycan Dağlıq Qarabağı geri almaq üçün heç vaxt olmadığı qədər ən əvvəl Moskva ilə anlaşmalı olacaq – Ankara ilə münasibətləri xeyli istiləşən Moskva ilə.
 
Bəlkə də bu, Rusiyanın yeni bir hiyləgər taktikasıdır ki, Ermənistanı özündən daha çox asılı eləməklə, İrəvanın Qarabağ məsələsinə təsirini sıfıra endirməklə sonradan Bakı və Ankara ilə istədiyi şəkildə Qarabağ bazarlığı yapa bilsin? Axı, hər necə olmasa, Kreml Azərbaycan və Türkiyə ilə münasibətlərə də böyük önəm verir. Qarabağ ixtilafı isə bu önəmi zədələyir…
Previous Post

Azərbaycan özünü yeni müharibəyə hazırlayır – sülh imkanları təzədən basdırıldı

Next Post

Mərkəzi Bank manatın məzənnəsini açıqladı

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Mərkəzi Bank manatın məzənnəsini açıqladı

Mərkəzi Bank manatın məzənnəsini açıqladı

Son xəbərlər

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.