"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Manatın dəyərdən düşmə tempi sürətlənib

15 Noyabr 2016 - 10:24
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Manatın dəyərdən düşmə tempi sürətlənibNatiq Cəfərli: “İlin sonuna qədər hər gün manatın məzənnəsində yeni rekordlar görəcəyik”

Milli valyuta olan manat artıq ciddi şəkildə ucuzlaşmaqdadır. Manat hər gün bir qədər də dollar qarşısında dəyər itirir. Ekspertlər bildirirlər ki, artıq hökumət manatın ucuzlaşmasını sürətləndirməklə, qəfləti devalvasiyanı gecikdirmək istəyir. Ancaq manat hər gün bir az da dəyər itirir. Ekspertlər ilin sonunda bir dolların iki manata qədər bahalaşacağını da proqnozlaşdırırlar. 
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açqılamasında bildirib ki, manatın ucuzlaşma sürəti artıb: “Görünən odur ki, Mərkəzi Bank manatın dəyərdən düşməsinin sürətini artırıb. Bu da anlaşılandır. Çünki bir gecəlik kəskin devalvasiyaya getmək istəmir. Kəskin devalvasiya Azərbaycan iqtisadiyyatına az qala sağalmaz yaralar vurub. Bank sistemini iflic vəziyyətə salıb. Buna görə Mərkəzi Bank və hökumət bir gecəlik devalvasiyadan çəkinir. Ona görə manatın dəyərdən düşmə sürətini artırıb. Çünki son zamanlar məzənnənin dəyişmə dinamikasına baxdıqda, bunu aşkar görmək olur. Bununla Mərkəzi Bank həm də ölkənin valyuta ehtiyatlarının qorunmasına çalışır. Həm də ABŞ-ın Federal Rezerv Sisteminin faiz artımına indidən hazırlaşır. Çünki dekabrda baş verəcək faiz artımından sonra dolların dünya üzrə bahalaşması sürətlənəcək. Bu sürətin qarşısını almaq üçün indidən o sürətə uyğunlaşmaq lazımdır. Mərkəzi Bank da indidən manatın məzənnəsinin dəyərdən düşməsini artırır. Düşünürəm ki, ilin sonuna qədər biz demək olar hər gün hərraclarda və Mərkəzi Bankın təyin etdiyi məzənnədə yeni rekordlar görəcəyik. İlin sonuna qədər hər gün bu proses baş verəcək. İlin sonuna ən yaxşı halda, dollar 1,80-1,85 manat olacaq. Daha pis ssenaridə isə iki manat ola bilər. Neftin qiymətində də kəskin enişlərin olması ehtimalı var. Bu da pis ssenarinin olacağını deməyə əsas verir. Neftin qiymətinin azalma sürəti artsa, dollar təqribən iki manata yaxın olacaq”.
Ekspert Samir Əliyev isə bildirib ki, ilin sonunda dolların qiyməti 1,80 manat civarında olacaq. Onun sözlərinə görə, FES uçot dərəcələrini qaldırmasa belə, Azərbaycanda dollar bahalaşacaq. 
 
Image result for Natiq Cəfərli
“Deyirlər inflyasiya 1,5 səviyyəsinə çatıb. Dekabra bir ay müddət var. Bu müddətdə Amerika iqtisadiyyatında hansısa bir dəyişiklik ola bilər. Əgər inflyasiya arzuolunan səviyyəyə- heç olmasa 2 faizlik həddə yaxınlaşarsa, uçot dərəcələri qaldırılacaq. Əgər makroiqtisadi vəziyyət pisləşərsə, işsizlik artarsa, inflyasiya səviyyəsi bir az da aşağı düşərsə, onda uçot dərəcələrinin qaldırılması gələn ilə saxlanıla bilər. Dekabra yaxın zamanda iqtisadi mənzərə bir az da aydınlaşacaq. Onda nisbətən fikir söyləmək olar. O zaman dollar dünya bazarlarında bahalaşacaq. Bu gün dolların tendensiyası bahalaşma istiqamətində olacaq. Azərbaycanda da dərəcələr qaldırılmasa belə dolların bahalaşması prosesi gedəcək. Sadəcə, dərəcələr qaldırılsa, dolların bahalaşması bir qədər də sürətlənə bilər. Hər bir halda bizdə manat bazar dəyərini almadığına görə məzənnəsi getdikcə aşağı düşməkdə davam edəcək. Bu prosesi indi də müşahidə edirik”,- deyə o, “Bakupost”a açıqlamasında bildirib.
Ekspert dolların bahalaşmasında həm daxili, həm də xarici amillərin rol oynadığını vurğulayıb: “Əgər proses indiki məcrada davam edərsə, gözlənilməz hadisələr baş verməzsə, ilin sonunda dollar 1,80 olacaq. Söhbət rəsmi məzənnədən gedir. Amma gözlənilməz fövqəladə bir hadisə baş verə bilər. Yəni neft birdən-birə kəskin ucuzlaşa, həm xarici, həm daxili bazarlarda hər hansı panika, ölkədaxili siyasi və maliyyə gərginliyi yarana bilər. Bu amillər məcbur edə bilər ki, manat daha çox ucuzlaşsın. Amma adi qaydada düşünürəm ki, ilin sonunda dollar 1,80 civarında olacaq”.
Image result for Samir Əliyev
Onun sözlərinə görə, uçot dərəcələrinin qaldırılmasının Donald Trampın prezident seçilməsi ilə hər hansı bir əlaqəsi yoxdur: “ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) uzun fasilədən sonra 2015-ci ilin dekabrında uçot dərəcələrini qaldırdı. 2016-cı ildə isə uçot dərəcələrini 4 dəfə qaldırması gözlənilirdi. FES Amerika iqtisadiyyatının makroiqtisadi göstərəcilərinə istinad edərək bu addımı atmalı idi. Makroiqtisadi göstərici olaraq işsizlik səviyyəsinin azalması və xüsusən də inflyasiyanın 2 faizlik həddə çatdırılması idi. Çünki Amerikada inflyasiya çox aşağıdır. Hələ ki digər makroiqtisadi göstəricilər lazım olan həddə çatmadığından FES uçot dərəcələrini qaldırmaq planını hər dəfə təxirə salırdı. Əvvəl 4 dəfə deyilirdi, sonra isə bu, 2 dəfəyə salındı. Amma sonra məlum oldu ki, hazırda bir dəfə qaldırmağın özü də sual altındadır. Dekabrda bu ilin sonuncu iclası olacaq. Əvvəldən də böyük ehtimalla dekabrda dərəcələrinin qaldırılacağı deyilirdi. Noyabr görüşündə Amerikada seçki olduğu üçün bu addım atılmadı. Təbii ki, Klinton və ya Trampın hansından birinin seçilməsinin dekabrda uçot dərəcələrinin qaldırılmasına hər hansı təsiri yoxdur. Amerikada FES Mərkəzi Bank funksiyasını daşıyır. Onlar hökumətdən asılı deyillər. Yəni prezidentin kim olmasının onlar üçün fərqi yoxdur. Onlar Amerikanın manitar siyasətinə cavabdeh olan bir qurumdur. Uçot dərəcələrini qaldırıb-qaldırmamağı özləri müəyyən edir. Bu baxımdan, dərəcələrin qaldırılması Trampın seçilməsi ilə bağlı deyil. Hətta Klinton seçilsəydi belə, yenə də son sözü FES deyərdi. Amma yenə də dərəcələrin dekabrda da qaldırılması məsələsi sual altındadır. Bunu birmənalı demək çox çətindir. Amma təbii ki, ehtimal yüksəkdir”.
Previous Post

Manatın dəyərdən düşmə tempi sürətlənib

Next Post

Lələtəpə xəbərdarlığı Ermənistanı təşvişə saldı

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Lələtəpə xəbərdarlığı Ermənistanı təşvişə saldı

Lələtəpə xəbərdarlığı Ermənistanı təşvişə saldı

Son xəbərlər

“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.