"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Türk Hava Yolları əməkdaşlarının müəmmalı ölümləri

10 Noyabr 2016 - 12:18
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Türk Hava Yolları əməkdaşlarının müəmmalı ölümləri

“Türk Hava Yollarının əməkdaşları qorxu içindədir. İstanbuldan Nyu-Yorka uçan təyyarə reysinin heyət üzvləri hoteldə müəmmalı şəkildə öldürülür. ABŞ polisi isə həmin hadisələri intihar adlandırır”.
Bunu “Report”a adını açıqlanmasını istəməyən Türk Hava Yollarının stüardessası bildirib.
Onun sözlərinə görə, bu il oktyabrın 25-də  İstanbul – Nyu-York reysinin heyətində stüardessa kimi çalışan Ö.Edanın “New York Marriot Long Island” otelində cəsədi tapılıb: “Təyyarə heyəti səhər yeməyini yedikdən sonra hava limanına geri dönməli idi. Lakin Eda oteldən çıxmadığı üçün heyət üzvləri onu axtarmağa başlayıb. Hotel əməkdaşları ilə birgə Edanın otağına girən iş yoldaşları onun cəsədini tapıblar. Eda hamamda boğazından asılı vəziyyətdə olub. ABŞ polisi araşdırma aparmadan hadisəni intihar kimi qələmə verib, cəsədi Türkiyəyə göndərdi”.
Stüardessanın sözlərinə görə, bu, eyni hoteldə baş verən ikinici hadisədir: “Həmin hoteldə 6 ay bundan əvvəl Türk Hava Yollarında aşpaz olaraq çalışan Cumhur Özmən eyni şəkildə – boğazından asılmış vəziyyətdə tapılmışdı. Yenə də ABŞ polisi hadisəni intihar adlandırıb, cəsədi İstanbula göndərdi və heç bir araşdırma aparılmadı”.
O bildirib ki, hadisədən sonra Türk Hava Yollarında hər kəs qorxu içindədir: “Şirkət rəhbərliyi xəbərdarlıq edib ki, ABŞ uçuşlarına gedən heyət üzvləri hotel otaqlarında tək yox, iki nəfər qalsın. Bu isə çıxış yolu deyil. Mən Edanı yaxından tanıyırdım. Yalandan deyirlər ki, sevgilisindən ayrıldığı üçün intihar edib. Lakin bu yalandır. O, İstanbulda tək yaşayırdı. İntihar etmək istəyən elə burada da intihar edərdi, gedib ABŞ-da hoteldə etməzdi. Çox qorxuruq”.
Türk Hava Yollarının stüardessası əlavə edib ki, intiharın baş verdiyi mərtəbədə təhlükəsizlik kameraları olmayıb. Hər iki hadisə 4-cü mərtəbədə baş verib və həmin mərtəbədə təhlükəsizlik kamerası quraşdırılmayıb: “Biz həmin hotellə bağlı araşdırma aparmışıq və məlum oldu ki, hoteldə iki Çin vətəndaşı olan stüardessalar eyni qaydada öldürülüb. Ona görə “öldürülüb” deyirəm ki, hoteldə baş verən ölümlər eyni mərtəbədə və eyni qaydada – duş otağının pərdəsinin ipi ilə asılaraq baş verib. Orada hamam otağında tavan çox aşağıdadır. Onlar özünü asmayıb, kimsə boğaraq öldürükdən sonra asıb. Bəlkə də burnuna nəsə vurub, özündən gedəndən sonra asıblar. Onlar ABŞ-da baş verən silsilə cinayətlərin qurbanı olublar. İntihar kimi qələmə verilən bu hadisələr isə ABŞ polisi tərəfindən gizlədilir və öldürülənlər ABŞ vətəndaşı olmadığı üçün polis tərəfindən araşdırılmır”.
Stüardessa vurğulayıb ki, baş verən ölümlər intihar yox, qəsdən törədilən cinayət hadisələridir: “Biz bilirik ki, baş verən hadisələrin heç biri intihar deyil. Hadisənin qurbanı olan Cumhur Özmən ölümündən əvvəl valideynlərinə zəng edərək səfərdən sonra məzuniyyətə çıxacağını və ailəsi ilə birgə istirahətə getmək istədiyini bildirib. Eda isə ailəsi üçün operaya bilet alıb. Özünü asmaq istəyən şəxs niyə bilet alsın ki?! Və ya intihar etmək istəyən biri ailəsinə zəng edib istirahətə getmək istədiyini niyə desin ki?! Bütün bunlar deməyə əsas verir ki, baş verən ölümlər intihar yox, qəsdən törədilən cinayət hadisələridir”.
O, əlavə edib ki, müəmmalı qətllərin üstü açılmasa hamı işdən çıxa bilər: “Hadisədən sonra hamı işdən çıxmaq istəyir. Hər kəsin ailəsi, uşağı var. Azyaşlı oğlum var, mən öləndən sonra ona kim baxacaq? Belə bir cinayətin qurbanı olmaq istəmirik, bu dəhşətdir. Uçuşlardan sonra o qədər yorğun oluruq ki, özümüzü hotel otağına çatdırıb, yatmağa çalışırıq. Onsuz da çox vaxtımız olmur, uzun uçuşlardan sonra 4-5 saat və ya bir gecə dincəlib hava limanına geri dönmək üçün hazırlaşırıq. ABŞ-a tez-tez reyslərimiz olur. Demək olar ki, hər gün İstanbuldan bu istiqamətdə 2-3 reys olur. Biz nə qədər qorxu içində uçuşa gedəcəyik? Müəmmalı qətllərin üstü açılmasa, növbəti qurban biz ola bilərik”.
Previous Post

Türk Hava Yolları əməkdaşlarının müəmmalı ölümləri

Next Post

Rus jurnalist: “Rusiya belə parçalanacaq…”

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Rus jurnalist: “Rusiya belə parçalanacaq...”

Rus jurnalist: “Rusiya belə parçalanacaq...”

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.