"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Xəstəxanaların pullu olması məsələsinə aydınlıq gətirildi

27 Oktyabr 2016 - 10:58
in XƏBƏR LENTİ
FacebookVatsap

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov “Trend” agentliyinə müsahibə verib.

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

 

Məsələnin aktuallığını nəzərə alaraq, həmin müsahibəni diqqətinizə çatdırırıq.

– Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə edilən yeni dəyişikliyə əsasən, belə fikirlər yarandı ki, dövlət müəssisələrindəki pulsuz xidmətlər artıq ləğv edilir, pullu xidmətlər yaradılır…

– Dövlət müəssisələrinin pullu xidmət göstərmək imkanı bizdə əvvəl də var idi. “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda bu imkan nəzərə alınıb. Yaxın gələcəkdə icbari tibbi sığorta proqramı tətbiq olunmağa başlayanda, kim isə hansısa müəssisəyə müraciət edəndə onun üçün xidmətlər yenə də pulsuz olacaq. Lakin axı həmin xidmətə görə ödəniş olacaq, onun ödənişini də sığorta təşkilatı verəcək. Sığorta təşkilatının xidmətin pulunu ödəyə bilməsi üçün müəssisənin pullu xidmət göstərmək imkanı olmalıdır. Ancaq bu o demək deyil ki, hazırkı sistem dəyişdi və vətəndaşlar üçün tibbi xidmətlər pullu olacaq. Xeyr. Bu gün hökumət hüquqi sənədləşməni bugünkü qanunvericiliyin tələblərinə uyğunlaşdırır. “Publik hüquqi şəxslər” haqqında qanun qəbul olundu. Publik hüquqi şəxslərin də özlərini maliyyələşdirib saxlaya bilməsi üçün pullu xidmətlər göstərmək imkanı olacaq. Müxtəlif sahələrdə, o cümlədən səhiyyə sahəsində tibb müəssisələri publik hüquqi şəxslər olacaq. Amma onlar yenə də dövlət müəssisələri olacaqlar və icbari tibbi sığorta sisteminə keçənə qədər vətəndaşlara pulsuz xidmətlər göstərməyə davam edəcəklər. Sadəcə olaraq, indi müəssisələr üçün pullu xidmət göstərmək imkanı Nazirlər Kabinetinin yeni qərarında əks olunur və burada qeyd edilir ki, dövlət müəssisələri pullu xidmət göstərə bilər. Bu da sığorta ilə bağlı olacaq. Artıq müəssisələr dövlətin büdcəsindən pul almayacaq, pulu sığorta şirkətindən alacaqlar.

– Onda belə çıxır ki, pullu xidmətlər sırf icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı edilir?

– Demək olar ki, haradasa onunla bağlıdır. Amma tam onunla bağlamaq da olmaz. Çünki icbari tibbi sığorta olmamışdan əvvəl də bu, qanunda var idi. Əvvəl tibb müəssisələrinin nümunəvi nizamnaməsi yox idi. Bir pərakəndəlik var idi. Bəzilərinin sənədləri əsasnamə, bəzilərininki isə nizamnamə formasında təsdiq olunaraq qeydiyyata alınırdı. Amma artıq nizamnamə hökumət tərəfindən təsdiq edilmiş vahid formada olacaq. Bütün növ tibb müəssisələrinin, hətta bələdiyyə tibb müəssisələrinin nizamnamələri bu nümunəvi nizamnaməyə uyğun olacaq.

– Pullu xidmətlər nə zamandan tətbiq olunmağa başlayacaq?

– Pullu xidmətlərin hələ bu yaxın zamanlarda tətbiqi edilməsi nəzərdə tutulmur. İcbari tibbi sığorta sistemi tam işə düşməyənə qədər o, tətbiq olunmayacaq. Sığorta sistemi tətbiq olunduqdan sonra dövlət müəssisələrində pullu xidmətlər tətbiq olunacaq.

– Hansı tibbi xidmətlər pullu olacaq?

– Onu hələ ki, Nazirlər Kabineti müəyyən etməlidir. Nazirlər Kabineto pullu xidmətlərin hansı xidmətlərə aid olacağını müəyyən etdikdən sonra o mexanizm işə düşə biləcək. Müəssisənin pullu xidmət göstərmək imkanı olsa da, Nazirlər Kabineti hansı xidmətlərin pullu olacağını təsdiq etməyib.

– Azərbaycanda gələn ilin əvvəlindən pilot olaraq Mingəçevir və Yevlaxda icbari tibbi sığortanın başlanılması nəzərdə tutulur. Pullu xidmətlər tətbiq edildikdən sonra icbari tibbi sığortaya cəlb olunmayan qalan vətəndaşlar həmin pullu xidmətdən yalnız ödəniş aparmaqla istifadə edə biləcəklər?

– Pullu xidmətlərin tətbiqinə həmin pilot layihələr həyata keçiriləndə başlanılmayacaq. Sığorta sistemi bu iki rayon üzrə deyil, tam olaraq ölkə üzrə tətbiq edildikdə pullu xidmətlərin tətbiqinə başlanacaq. Bunlar hələ sınaq layihədir, istər-istəməz müəyyən çətinliklər, suallar ortaya çıxacaq. Bütün bunlar həll olunduqdan, bu işlərin rahat görülməsi imkanı yarandıqdan, bütün ölkə ərazisində sistemin tətbiqinə başladıqdan sonra pullu xidmətin də tətbiqinin artıq aktuallaşması gündəmə gələcək.

– Onda belə məlum olur ki, pullu xidmətin tətbiqinə başlanıldıqda əhalinin bütün təbəqəsi sığortalanmış olacaq və bu xidmətlərin tətbiqi adi vətəndaşın cibinə çox da təsir göstərməyəcək.

– Ümumiyyətlə, təsir göstərməyəcək. Əskinə, mən hətta deyərdim ki, bu halda vətəndaşın daha keyfiyyətli xidmət tələb etmək imkanı yaranacaq. Çünki həmin xidmətin pulunu sığorta şirkəti ödəyəcək və vətəndaşın da hər hansı xidmətdən faydalanmaq imkanı olacaq.

– Pullu xidmətlərin təşkili ölkədəki bütün dövlət müəssisələrinə şamil olunacaq?

– Xeyr. Hansı müəssisə sığorta proqramında iştirak edəcəksə, onlar da pullu xidmət göstərə biləcəklər. Bu gün bu məsələlər tam təsdiq olunmayıb. Amma bu qərarla bir zəmin yaradılır ki, sabah sığorta sistemi tətbiq olunduqda bu işdə çətinlik yaranmasın. Təbii ki, vətəndaşa bu gün necə tibbi xidmət göstərilirsə, sabah da elə göstərilməlidir. İmkan olduqda isə daha yaxşı tibbi xidmət göstərilməlidir. İndi isə bunun üçün zəmin yaradılır ki, sabah vətəndaşa daha yaxsı xidmət göstərilsin. Çünki bu gün bu edilməsə, sabah sığorta sisteminə keçdikdə ödənişin verilməsində problem yarana bilər. Hesab edirik ki, bu, hökumətin qəbul etdiyi çox vacib qərar idi.

– Bəs sığorta proqramında iştirak etməyən dövlət müəssisələrində pullu xidmətlərin təşkili necə olacaq?

– Hər halda onların fəaliyyətinə yenidən baxılacaq. Hər bir müəssisə özü çalışmalıdır ki, sığorta proqramında iştirak üçün tələb olunan şərtlərə cavab versin. Sığorta proqramının müəssisələr üçün müəyyən tələbləri olacaq. Təbii ki, tələblərə cavab verən müəssisələr proqramda iştirak edəcəklər.

Previous Post

Xəstəxanaların pullu olması məsələsinə aydınlıq gətirildi

Next Post

Əsas təhlükə budur! – Zahid Orucdan sensasiyalı şərh

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Əsas təhlükə budur! – Zahid Orucdan sensasiyalı şərh

Əsas təhlükə budur! – Zahid Orucdan sensasiyalı şərh

Son xəbərlər

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.