"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

MTN əməliyyatının 1 ili – deputatdan sensasion açıqlamalar

17 Oktyabr 2016 - 08:52
in MANŞET
FacebookVatsap

 

Bunu da oxuyun

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib

FİFA Venesueladakı zəlzələdən zərər çəkənlərə 1 milyon dollar yardım ayıracaq

 MTN əməliyyatının 1 ili - deputatdan sensasion açıqlamalar

Zahid Oruc: “Eldar Mahmudovun həbs edilməməsi daha böyük miqyaslı planlardan irəli gəlir”

Bu gün Eldar Mahmudovun vəzifəsindən qovulmasının 1 ili tamam olur. 2015-ci il oktyabırın 17-də Milli Təhlükəsizlik Nazirliyində (MTN) başlanan proses bir çox yüksək çinli MTN-çilərin həbsi, qurumun ləğvi ilə sonuclandı. Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü, deputat Zahid Oruc ötən müddətdə həyata keçirilən istintaq tədbirləri, atılan addımlar və görülməli işlərlə bağlı qəzetimizə geniş müsahibə verib. 

– Ötən 1 il ərzində Eldar Mahmudov və onun bandit dəstəsinin vəzifəsindən azad edilməsi, daha sonra MTN-nin  ləğvi Azərbaycanın dövlət idarəçiliyi və ictimai-siyasi həyatında aparılan dəyişiklik kimi dəyərləndirilə bilər. Azərbaycandakı hadisə son dərəcə dəhşətlidir və ölkəmizdə təhlükəsizlik orqanlarının adına, məxfi orqan təmsilçilərinin daşıdığı mundirə tarixən vurulan ən böyük zərbədir. Hökumətin yüksək çinli şəxslərini, dövlətin ali orqanlarının təmslçilərini özünümüdafiəyə cəlb etməklə illər ərzində mütəşəkkil anti-Azərbaycan fəaliyyəti aparılıb.

– Bu fəaliyyətdən Eldar Mahmudov milli təhlükəsizlik naziri olaraq xəbərsiz qala bilərdi?

– Qətiyyən! Hazırda prokurorluq və məhkəmə orqanlarındakı işlərdən bəziləri mediaya çıxır və bir daha əksər məsələlərdə Eldar Mahmudovun qara silueti, hissiyatsız və donuq kölgəsi üzə çıxır. Başqa şəxslərin məsuliyyəti bir qurumun rəhbərindən gələn repressiv və total soyğunçuluq əməllərini pərdələyə bilməz. İnkivizitorun baş cəlladı rolunda Akif Çovdarovun qorxunc və amansız obrazı qabarsa da Mahmudovun tamakar nəfəsi hər addımda duyulub. Cinayət Məcəlləsinin onlarla maddəsinə uyğun hərəkət edən adamların qurbanları sırasında hər kəs olub.

Onların partiya mənsubiyyətinə, daşıdığı vəzifənin ranqına və aid olduğu silkin iearaxiyadakı yerinə baxmayaraq, “dövlət içində dövlət kimi” hərəkət edənlər insanlar üzərində qəddar ovlama, yağmalama və işgəncə maşını qurublar. Yüksək dövlət təmsilçiləri arasında daim parçalanma təbliğatının mənbəyi də o idarə olub. Kompramat savaşı imkan verməyib ki, Eldar Mahmudovun əmmələrinə qarşı konkret bir nazirlik və ya şəxslər onu zərərsizləşdirə bilsinlər. Hərçənd ona qarşı böyük müqavimət göstərən dövlət adamları olub və Eldar Mahmudov müxtəlif səviyyəli doproslara çağırılıb və hakimiyyətdə ona qarşı kəskin dirəniş göstərilib. Lakin daim ölkənin təhlükəsizliyi naminə, həmçinin, çekistlərin bacardığı iz itirmə əməliyyatları hesabına 11 illik vəhşət davam edib.

Yəqin ki, gələcəkdə müxtəlif nazirlər əleyhinə, hökümətin fəaliyyəti ilə bağlı, beynəlxalq məkanda ölkənin ali şəxslərini hədəf seçən kompramat materialların yayılmasında konkret əməllər sübuta yetiriləcək.

“Eldar Mahmudov və onun ətrafı kəşfiyyat, əks-kəşfiyyat fəaliyyətini gerçəkləşdirməkdənsə, vətəndaşları yeyərək akulaya çevrilən “ölüm fabrikası”na çevrilmişdi” 

– Bu fikirlər real informasiyaya əsaslanır? 

– Buna heç şübhə yeri yoxdur. Cinayətin aşkarlanmasının iki forması var. Biri konkret məlumatlar əsasında gedib cinayətkarları ifşa edirsən. Onun əlavə dəlillərə və izahata ehtiyacı qalmır. Digəri isə həmin fəaliyyətin ara verməsi, epizodik və pərakəndə vəziyyətə düşməsindən çıxış edib söyləmək olur ki, Azərbaycanı ləkələyən toplara mərmilər buradan qoyulub. Siz həmin kampaniyanın intensivliyinin indi kəskin şəkildə aşağı düşdüyünə şahidsiniz.

Həmin orqanın təmsilçiləri fəaliyyətə başlayarkən işlərinin məxfi xarakterinə görə dövlət sirri olan məlumatları yaymamaq öhdəliyi götürürlər. Ancaq Akif Çovdarovun məhbəsdən cəmi 1 dəfə verdiyi mesajdakı şantaj və dövləti təhdid müraciətinə hakmiyyətin reaksiyasından çıxış edib deyə bilərik ki, onun mühüm informasiyalarının açılmasından heç kəs qorxmur. Çünki ölkənin maraqlarını qorumaq üçün mühüm kəşfiyyat fəaliyyəti başqa orqanların və ləyaqtəli çekistlərin çiynində olub.

Bilirsiz, xəfiyyə sistemi dünyada elektron casusulugu həyata keçirir, rabitə sisteminə, poçt yazışmalarına və digər kommunikasiya vasitələrinə müxtəlif “cilovlama proqramları” tətbiq edirlər. Bu zaman ələ götürülən informasiya kütləsinin 90 faizindən gərək imtina edəsən, çünki onun dövlət təhlükəsizliyi ilə heç bir əlaqəsi olmur. Əks halda özünü allahlaşdırıb vətəndaşın həyatına və taleyinə sərəncam verən iblis mərkəzinə çevriləcəksən. Müxtəlif kompüter oyunlarındakı vampir çetesi kimi.

Eldar Mahmudov və onun ətrafı kəşfiyyat, əks-kəşfiyyat fəaliyyətini gerçəkləşdirməkdənsə, vətəndaşları yeyərək akulaya çevrilən “ölüm fabrikası”na çevrilib. Lakin ötən 1 ildə xarici dövlət təmsilçilərindən onların əleyhinə müraciətlərin olmaması məni təəccübləndirir. Zənn edirəm ki,  müxtəlif investisiya layihələrini həyata keçirən xarici şirkətlərə də qanlı general şaykasının əli uzanıb.

– Belədirsə, Eldar Mahmudov nə üçün həbs olunmur? 

– Ölkə rəhbəri iradəsini və sərt xarakterini göstərib. Yəni, “toxunulmaz şəxs” yoxdur. Ona görə Eldar Mahmudovu “qoruyan daxili və xarici əl” versiyasını tamamilə kənara qoymaq olar. Onun şəxsiyyət probu o ölçüdə deyil. Belələrinin xarakter kimliyi, insan materialı və mənəviyyat əmsalı onu daim hifz etməyə imkan vermir. Lakin şübhə etmirəm ki, xarici agentura mərkəzləri müxtəlif ssenarilərini bizə yeridərək böyük tələlər qurublar və bizim çekist sayılan diletantları iradə ediblər. Azərbaycan təhlükəsizlik orqanları içərisində casus qrupları işləyib. Ona görə də hakimiyyətin həbs qərarı verməməsi ona lütflə bağlı deyil, zənn edirəm digər daha böyük miqyaslı planlardan irəli gəlir. Çünki dünyanın təhlükəsizliklə bağlı dosyelərini incələyəndə görürsən ki, düşmənlərin hamısına çıxmaq üçün baş günahkarı müəyyən qədər neytral meydanda saxlamalısan. Onda oğurlanan milyardlara və digər böyük akulalara çıxmaq asanlaşacaq. Bu sırf əməliyyat taktikası kimi seçilə bilər. Əsas versiyalardan biri budur.

– Bəs Eldar Mahmudovu istintaqdan kənar saxlayan başqa səbəblər varmı? Ötən 1 illik müddət istintaqın konkret nəticəyə gəlməsinə yetmədimi? 

“Ən böyük dəhşət qurduğun evin, haram pullarla tikilmiş malikanənin sənin üçün məhbəsə çevirilməsidir. Dünən qorxu və xof içində sənə təzim edənlər, layiq olduğun qiyməti verəndə, hər gün ölüb təzədən diriləcəksən”

– Ən başlıca məsələ Eldar Mahmudovun faktiki olaraq haram pullarla tikdiyi villasında onsuz da məhbus ömrü yaşamasıdır. Ancaq bu orqan vasitəsi ilə külli miqdarda vəsaitlər Beynəlxalq Bankla əlaqəli, həm də talançılıqla və korrpusiya ilə bağlı vəsaitlərin xaricə axını baş verib. Bu, milyardlarla manat vəsait deməkdir. Zənnimcə dövlət atdığı hər bir addımda baş vermiş fəsadların mümkün geri dönüşünü hesablayır.

Lakin baş günahkarın aqibətindən asılı olmayaraq, həyatını və maddi varlığını qorumaq üçün terror qrupları kimi hərəkət edən çekist bandası ilə mübarizədə ziyan çəkən və məhrumiyyətlərə düçar olan hər kəsi “repressiya qurbanı” kimi tanımaq lazımdır. “Karvansaray” ticarət mərkəzinin taleyindən tutmuş, 8-ci kilometrdə yerləşən bazara qədər geniş coğrafiyada və çeşiddə baş verənləri başqa adla qiymətləndirmək mümkün deyil. Həmin hadisələri indi təsvir edəndə adamın ürəyi bulanır, hiddət və qəzəb, intiqam və cəza tələbi bir-birinə qarışır.

1-ci mərtəbədə işgəncə ver, 2-ci mərtəbədə rəqəm oxu, 3-cü mərtəbədə ram edə bilmədiyin adamları saxta işlərlə məhbəsə göndər. Çoxmərtəbəli cinayət yuvası əsil erməni məkri ilə işləyib. Milləti belə amansız sümürən heç bir müətəşəkkil cəza dəstəsi bir qurum boyda heç vaxt olmayıb. O adı və çekist libasını xilas etmək üçün hər kəs cinayətinə görə cavab verməlidir. Çovdarovları vətənşalıqdan məhrum etmək onları İŞİD terrorçuları ilə eyni səviyyədə qəbul etmək demək olardı və Azərbaycan dövləti, milləti belə başkəsənlərdən xilas olardı. Lakin təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurumların təmsilçiləri də bu məsələdə məsuliyyət daşıyır.

– Dediklərinizdən belə aydın olur ki, Eldar Mahmudovun istintaqdan kənarda saxlanılması onun fəaliyyəti dövründə ölkədən kənara çıxara bildiyi milyardların geri qaytarılmasıyla əlaqədardır. Onu həbsə alıb, həmin o pulların geri qaytarılmasına nail olmaq doğru addım olmazdımı?

– Eldar Mahmudov Beriyadan da bir qədər irəli gedib, tamahı qılıncından iti olub. Belə olan təqdirdə onu cəmiyyətdən izolasiya edib məhbusa çevrimək yarımçıq qələbəyə çevrilər. Hər halda prokurorluq orqanlarının qurduğu əməliyyat xəritəsi var. Ona görə səbrli olmaq lazımdır.

Dzerjinski deyirdi ki, çekistin isti ürəyi, soyuq beyni və təmiz əlləri olmalıdır. Eldar Mahmudov, onun şaykası isə tamamilə əksinə işləyib. Onun fəaliyyətini ifşa etmək o qədər də asan deyil. İstintaqın sonunda verilən qərar bir çoxlarının gözlədiyi kimi olacaq. Çünki sabiq nazirin cəzalanmaması müəyyən insanlarda xof yaradacaq.

“Mahmudovun şəxsən məhkəmə qarşısında dayanmaması insanlarda xəyal qırıqlığı yaradacaq. Adamlar şərin ölümsüzlüyünə və gücünə inanacaqlar. Buna yol vermək olmaz” 

– Hətta onun bir müddət sonra yenidən digər yüksək vəzifəyə gətiriləcəyi ilə bağlı söz-söhbətlər də səngimək bilmir.

– Bu, informasiya mühitini keçmişdəki kimi müxtəlif ssenarilərlə idarə etmək təxribatıdır. Yüzlərlə şəxs orqandan qovulub, cinayət məsuliyyətinə cəlb olunub. Lakin ən böyük dəhşət qurduğun evin, haram pullarla tikilmiş malikanənin sənin üçün məhbəsə çevirilməsidir. Dünən qorxu və xof içində sənə təzim edənlər, layiq olduğun qiyməti verəndə, hər gün ölüb təzədən diriləcəksən. Bundan böyük cəza yoxdur. Erməni içərisində vandallıq edənləri düşmən kimi anlaya bilirsən. Bəs təhlükəsilyimizi qorumalı olanların təhlükə saçmasına necə bəraət qazandırmaq olar? Qırılan talelər cavabdehlik tələb edir.

– Bütün bunlar mənəvi cəzadır. Eldar Məhmudovun real cəzaya çatdırılmaması gələcəkdə onun kimi məmurların ortaya çıxması üçün münbit şərait yaratmırmı? Hansısa bir nazir düşünə bilər ki, Eldar Mahmudov milyardları taladı, ona nə etdilər ki? Və bu düşüncə ilə hərəkətə keçə bilər.

– Dövlətin ali instansiyalarına gedən xəbər xəttlərini bloklamaq mümkün olub. Çünki hər adamı yeyərkən onun satqın obrazını yarada biliblər. İş adamını və ya siyasətçini şəxsi məlumatları ələ götürüləndə idarə etməyə nə var. Trotskilər, buxarinlər, zinovyevlər məgər antisovet fəaliyyəti aparmırdılar? Ona görə milyonları töycü kimi alarkən hərənın ağzına bir qıfıl vurublar və qədimlərdə katolik kilsəsinin verdiyi indulgensiya qəbzinə bərabər, lallıq statusu təsis eləyiblər. Hamı bac-xərac verib gilyotina bıçağından qaçmağa çalışıb. Ona görə də ifşa prosesi və cəzasızlıq mühiti 11 il çəkib.

Əlbbətə, Mahmudovun şəxsən məhkəmə qarşısında dayanmaması insanlarda xəyal qırıqlığı yaradacaq. Adamlar şərin ölümsüzlüyünə və gücünə inanacaqlar. Buna yol vermək olmaz.

– E.Mahmudovun fəaliyyəti dövründə birbaşa onun nəzarəti altında tərtib olunan qondarma ittiham aktları müvafiq orqanda təsdiqlənib, məhkəmələrdə ittihamedici hökmlər çıxarılıb. Günahsız insanlar həmin qondarma cinayət işlərinə görə bu gün də həbsdədirlər. Azərbaycan prokurorluğu, məhkəməsi Eldar Mahmudov və onun komandası ilə bağlı tam, hərtərəfli və obyektiv istintaq, məhkəmə aparıla bilər? 

– Parlamentdə bu məsələyə toxunmuşdum, baş verən cinayətlərin araşdırlması üçün şübhəsiz ki, ayrıca istintaq komissiyasının yaradılmasına ehtiyac var. Çünki bunu birdəfəlik anlamaq lazımdır ki, bu cinayətlər lokal xarakter daşımayıb, şəbəkələşib və başqalarını da əhatə edib. Müxtəlif şantaj üsulları ilə dövlət rəsmilərini özlərinə boyun əydirə biliblər. Azərbaycan müstəqilik tarixində dövlət çevrilişi cəhdləri ilə müqayisədə belə səssiz bir şəkildə hakimiyyətin tutulması baş verməyib. Dövlətin bütün qollarını sarıblar. Bunlar da bizim paralel hökumətimiz olub. Onlar addım-addım zirvəyə yaxınlaşıblar. Ona görə vurulan ziyanların tam obyektiv araşıdırlması və cəmiyyətin məlumatlandırlması, gələcəkdə belələrinin xaricdən müdafiəsinin qarşısının alınması üçün xüsusi komissiyanın yaradılmasına böyük ehtiyac var. Lakin söhbət qətiyyən istintaq inamsızlıqdan getmir.

– Ali dövlət rəhbərliyinin qanunsuz yolla dinlənilməsindən əldə olunmuş məlumatlardan Eldar Mahmudovun özünü qoruma vasitəsi kimi istifadəsi haqda məlumatlar var. Eldar Mahmudovun 1 il ərzində həbs edilməməsini bu məlumatların təsdiqi hesab etmək olarmı? 

– O, Alen Dalles, yaxud, keçmiş alman KQB-sinin rəhbəri Markus Volfun heç dırnağı da deyil. Kimdir belə adam, daha strateji planda işləməyi bacarsın və hamını əsarətdə saxlasın. Onun toxunulmazlığı yoxdur və indi ən zəif həlqədir. Lakin ölkənin varidatı geri qayıtmalıdır. Özü də şəffaf  bir şəkildə.

Mahmudov keçmişdə sovet əmlakını dagıdanlara qarşı mübarizədə hansı analtik, peşəkar xəfiyyə bacarığı əldə edib ki, dövlətlərarası siyasətə və regional maraqlar döyüşünə qadir əks-proqramlar qura bilsin. Beləsinin məlumat bankı Cahangirin pul seyfindən ibarət olub, ofşor zonlarına axan malyəyə kontrol edilib və “Vikiliks”lə müqayisədə ara dedi-qodularına “məxfi” kodunu yapışdırmaq təşkil edib. Bəlkə də Ziya Yusifzadə kimi nəhəngin ürəyi partladı belələrinin yanında. Halbuki o ideal kişini də belələri reklam şiti olaraq çıxarırdılar.

– Hökmün çıxarılması məhkəmənin müstəsna səlahiyyətidir. Azərbaycan məhkəmələrinin hazırkı durumunda belə hökmün çıxarılacağına inanırsınız? 

“Bunlar da bizim paralel hökumətimiz olub. Onlar addım-addım zirvəyə yaxınlaşıblar” 

– Məsələ dövlət başçısının nəzarəti altındadır. Konkret şəxslərə münasibətdə güzəştli, qorxaq mövqe tutulacağına inanmıram. Əksinə, çox sərt istintaq fəaliyyəti aparılır. Məhkəmələrimiz üçün də tarixdə qurulan ədalət mühakiməsi kimi bir sınaq dövrüdür. Məgər, hakimlərin özü və ya övladları o katorqadan sığortalanmışdı? Onsuz da ilahinin qüdrəti Çovdarovu içini çıxararaq onu yarımcana çevirib – milyonlar özü ilə bərabər, şəkər xəstəliyini, xərçəngi və mədəsiz, qara ciyərsiz bir bədəni bəxş edib. Göydəki qərar verib, qalıb yerdə onu rəsmiləşdirmək.

Dünyada balans qanununu heç kəs poza bilməz. Sümüklərdən saray tikmək olar, lakin orada Bulqakovun iblisi kimi hər gün yalan, alçaqlıq və rəzillik sənə hökmranlıq edəcək. Yəqin, Mahmudov indi də kimisə buyurur, əmr edir edir, alır, satır. Baxın, necə qiymətli dedektiv romanlara mövzudur.

  

– Eldar Mahmudovun müavini Hilal Əsədovun, istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevin adları bir sıra cinayətlərdə hallansa da, istintaqdan kənar saxlanılmaları nə ilə əlaqəli ola bilər? 

– Mümkündür ki, bu şəxslər günahsızdır və başqa sahələrə nəzarət edərək, yuxarıda qeyd etdiyimiz dövlət məlumatları üçün “nazik cığır” olublar. Yəqin, çoxsaylı üzləşmələr aparılıb, idafələr alınıb və belə olması məqbul sayılıb.

– “MTN işi”ndən az sonra “Rabitəçilərin işi” də başladı. Maraqlıdır ki, həmin işdə də nazir Əli Abbasovu istintaqdan kənar saxlayıb ətrafında olan şəxsləri həbs ediblər. Bu qədər cinayət törədilibsə, təkcə aparat rəhbərinə 60-70 milyon manatlıq yeyinti ittihamı irəli sürülübsə, bundan nazir xəbərsiz ola bilərdi? 

– Əli Abbasov elm adamı idi. Akademik savadı ilə idarəçilik sistemində özünməxsus hörmət qazanmışdı. Bizlər üçün əlçatan idi və hər zaman o qurumun inkişafında fəal rol oynamağa çalışırdı. Bunları inkar etmək olmaz. Lakin konkret şantajla üz-üzə qalanda gərək seçim etməyi bacaraydı. Axı xəfiyyə orqanı onların içində oturanda məgər o deməkdir ki, Mahmudov imperatordur?

Lakin nazirliyin çoxmilyonlu yeyintilərini heç kəs inkar edə bilməz.  Kimlər dövlət vəsaitini talayıbsa, onların Əli Abbasovun üzünə durması nəyisə dəyişmir. Hər halda əsas şəbəkə, necə deyərlər, ana plata MTN və onunla bağlı şəxslər olub.

– Bu günlərdə prezident Naxçıvanın milli təhklükəsizlik naziri olmuş Vəli Ələsgərovun ali hərbi rutbədən, təltiflərdən məhrum edilməsi ilə bağlı sərəncam imzaladı. Eldar Mahmudovla bağlı belə bir sərəncam gözlənilirmi? 

– Dövlət başçısının şəxsi hiddətinin Şəkidə açılış mərasimində şahidi olduq. Buna görə də təxmin etmək olar ki, Eldar Mahmudovla da bağlı müxtəlif addımlar atıla bilər.

– Eldar Mahmudovun vəzifədən çıxarılandan sonra öldürülməsi ilə bağlı cəmiyyətdə müxtəlif səpkili versiyalar müzakirə mövzusudur. Bölüşürsünüzmü bu versiyaları?

– Xaraktercə qəddar insanlar deyilik və hər kəsin əməlinə qanunla qiymət verilməsinin tərəfindəyik. Belə insanlar üçün ölüm mükafat olardı. Cəmiyyətin hiddəti, məzəmməti daha böyük cəzadır. Mahmudovun torpaq altında olması xəbəri insanlarda rəhm hissi qazanmağa hesablanan çekist trüyüküdür. O, sağ salamatdır, hər gün törədilmiş cinayətlərlə bağlı sorğu-sualın və digər müşayetedici baxışların altındadır.

– 2005-ci ildə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətllə yetiriləndən sonra prokurorluq orqanları azad sözə yönəlmiş ağır cinayətin üstünün açılması üçün bir sıra mühüm addımlar atmışdılar. Qətldə dolayısı ilə iştirak etmiş Turqay Bayramov həbs edilmiş, killer dəstəsinin 2 üzvü müəyyən olunmuşdu. Lakin cinayət işi prokurorluqdan MTN-ə ötürüləndən sonra istintaq yerində saymağa başladı, cinayətin üstü açılmamış qaldı. Necə hesab edirsiz, bu cinayət işinin yenidən araşdırlmasının zamanı deyilmi? 

– Qeyd etdyiniz açılma baş vermədiyindən kriminal hadisələrdən Azərbaycan əleyhinə əfsanələr düzəldilir. Əlbəttə, dövlət bunun fərqindədir. Hər halda Kennedinin qətli ilə müqayisədə sözügedən səs-küylü cinayətlər açıla biləndir. Lakin mürəkkəb məqamları və o dövrkü siyasi konteksti unutmaq olmaz.

Məsələn, Binaqədidəki məlum bina yanğını ilə ölkəmizdəki mühüm beynəlxalq hadisələr arasındakı bağın mövcudluğu 15 insanın ölümü ilə hesab ödədiymizin qənaətini yaradır. Hər halda həmin işlə bağlı məhkəmə çox ləyaqətli bir iş admının – dövlət yolunda başını qoyan bir insanın üzərində Azərbaycanı yandırmaq istəyənlərin təxribatına daha çox əmin olursan. Yoxsa, dövlətin Bakıya qoyduğu investisyanı və şəhərimizin yenidən qurulması siyasətini necə diversiya etmək olardı? Deməli, məhkəmə 15 adamın ölümünü keyfiyyət və normativ hallara bağlayıb aktlaşdırsa, hökm cəmiyyətdə birmənalı qəbul olunmayacaq. Azərbaycanda 5-10 normal burjuaziya nümayəndələrini beləcə iflic edib ölkənin iqtisadi mühitinə zərbə vurdular. Miryusif Mahmudov həyatını itirənlərlə barəbər, müxtəlif qrupların arasında gedən savaşın qurbanıdır. Əsl günahkarlar tapılmasa, terror və qəsdləri davam etdirənlər azadlıqda qalacaq. Elmar Hüseynovsa rəngli inqilab ssenarisinin yeminə çevrildi.

“Mahmudovun torpaq altında olması xəbəri insanlarda rəhm hissi qazanmağa hesablanan çekist trüyüküdür. O, sağ salamatdır, hər gün törədilmiş cinayətlərlə bağlı sorğu-sualın və digər müşayetedici baxışların altındadır” 

– Fakt odur ki, bu cinayətin əsas icraçılarının adı bəllidir və cinayət işi öz məntiqi nəticəsinə çatdırılmır.

– Xatırlayırsız, jurnalist Qonqadzenin öldürülməsi Ukraynada Kuçmanın siyasi qətlini doğurdu. Elmarın aradan götürülməsi o vaxt hakimiyyət içində səfirliklərdən çevrilişə viza alanların satqınlığı və narıncı dalğanın axarında baş verdi. Ölkənin daxili həyatını sarsıtmaq üçün gərginlik nöqtələrini tərpətmək ən yaxşı yoldur. Halbuki prezident İlham Əliyev iqtidara özünü düşmən saynların çoxunu bağışlamış, onları məhbəsdən azad etmişdi və ölkədə o vaxt siyasi barış havası hökmranlıq etməyə başlamışdı. Hüseynovun qətli iqtidara qətiyyən lazım ola bilməzdi. Əksinə, Elmarın atası Sabir Hüseynov müsahibəsində demişdi ki, o vaxtkı müxalif qüvvələr Elmarın tabutunu küçə-küçə gəzdirmək üçün ona müraciət ediblər. Cəsədlərdən keçib hakimyyətə gəlmək o vaxt xaricdən idarə olunurdu və hədəfə gələnlər də, belə demək mümkündürsə, seçilmişdi.

– Ötən 1 il ərzində yəqinləşdi ki, Azərbaycan hüquq mühafizə orqanları Eldar Mahmudovun rəhbərliyi dövründə və altında törədilən cinayətlərin hamısının tam olaraq araşdırılmasına bır sıra səbəblərdən yenidən qayıtmaq istəmirlər. Həmin qondarma cinayət işləri MTN-də tərtib olunsa da, prokurorluq orqanlarında təsdiqlənib, məhkəmələrdə ittihamedici hökmlərlə bərkidilib. Belə bir vəziyyətdə müstəqil istintaq komissiyasının yaradılması üçün addımların atılması zamanı yetişməyib?

– Hüquq mühafizə orqanlarının bu cinayət işlərinin araşdırılmasında maraqlı olmaması fikrini  bölüşmürəm. Bununla belə vətəndaşlarda, parlament üzvlərində, media təmslçilərində belə yəqinlik var ki, törədilmiş cinayətlərin miqyası daha genişdir və şəbəkə xarakterlidir.

Özlərini “Dartanyan və 3 muşketyor” səviyyəsində aparan, xalq üzərində əməliyyat quran bu adamların fəaliyyəti ilə bağlı şübhəsiz ki, komissiya yaradılmalıdır. Hüquqi qiymətlə yanaşı, dövlət və cəmiyyət həyatından birdəfəlik belə əməlləri silmək üçün siyasi qərarlar da qaçılmazdır.

Previous Post

MTN əməliyyatının 1 ili – deputatdan sensasion açıqlamalar

Next Post

Mosul İŞİD-dən təmizlənir – Hərbi əməliyyat başladı

Bənzər yazılar

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

11 İyul 2026 - 00:05

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında iyulun 11-13-də fasilələrlə yağış yağacağı gözlənilir. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya...

Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib

Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib

10 İyul 2026 - 21:13

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da Maliyyə Tədbirləri üzrə İşçi Qrupu və Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə...

FİFA Venesueladakı zəlzələdən zərər çəkənlərə 1 milyon dollar yardım ayıracaq

FİFA Venesueladakı zəlzələdən zərər çəkənlərə 1 milyon dollar yardım ayıracaq

10 İyul 2026 - 17:59

FİFA Fondu Venesuelada baş vermiş dağıdıcı zəlzələdən zərər çəkənlərə kömək məqsədilə 1 milyon dollar ayıracaq. Elchi.az xəbər verir ki, bu...

Zaxarova Ukraynanı Polşanın “səbri” barədə XƏBƏRDAR ETDİ

Zaxarova Ukraynanı Polşanın “səbri” barədə XƏBƏRDAR ETDİ

10 İyul 2026 - 16:00

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova nazirliyin saytında dərc olunan şərhində bildirib ki, Ukraynada neonasist əhval-ruhiyyənin artması və Kiyev...

Next Post

Mosul İŞİD-dən təmizlənir - Hərbi əməliyyat başladı

Mosul İŞİD-dən təmizlənir - Hərbi əməliyyat başladı

Son xəbərlər

Bazar günü Azərbaycanda 38 dərəcə isti olacaq

Bazar günü Azərbaycanda 38 dərəcə isti olacaq

12 İyul 2026 - 10:07
Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

12 İyul 2026 - 10:05
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

12 İyul 2026 - 10:03
Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır – FAKTİKİ HAVA

Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır – FAKTİKİ HAVA

12 İyul 2026 - 10:00
Rusiya Odessaya raket zərbəsi endirib, iki nəfər ölüb

Rusiya Odessaya raket zərbəsi endirib, iki nəfər ölüb

11 İyul 2026 - 15:12
Vyetnamda turist qayığının batması nəticəsində 15 nəfər ölüb

Vyetnamda turist qayığının batması nəticəsində 15 nəfər ölüb

11 İyul 2026 - 14:57
Çində “Bavi” qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib

Çində “Bavi” qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib

11 İyul 2026 - 14:41
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb – FOTO

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb – FOTO

11 İyul 2026 - 14:10
Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

11 İyul 2026 - 13:54
Ukrayna Rusiyanın dərinliklərinə zərbələri artırmaq üçün yeni komandanlıq yaradıb

Ukrayna Rusiyanın dərinliklərinə zərbələri artırmaq üçün yeni komandanlıq yaradıb

11 İyul 2026 - 13:43
FHN: Balakəndə su dolmuş ərazilərdə tədbirlər fasiləsiz davam etdirilir

FHN: Balakəndə su dolmuş ərazilərdə tədbirlər fasiləsiz davam etdirilir

11 İyul 2026 - 13:28
Katex çayında köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib – VİDEO

Sabirabadda məktəbdə yanğın olub

11 İyul 2026 - 13:16
Tehranda partlayış səslərinin səbəbi məlum oldu – YENİLƏNDİ

Tehranda partlayış səslərinin səbəbi məlum oldu – YENİLƏNDİ

11 İyul 2026 - 12:58
CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır

CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır

11 İyul 2026 - 12:40
Niderland kəşfiyyatı: Rusiya NATO-nun logistik marşrutlarına nəzarət üçün müşahidə kameralarını sındırıb

Niderland kəşfiyyatı: Rusiya NATO-nun logistik marşrutlarına nəzarət üçün müşahidə kameralarını sındırıb

11 İyul 2026 - 12:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.