"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

`Heç kimə imkan vermərik ki, bizi təhqir etsin` – Prezident

07 Oktyabr 2016 - 18:35
in XƏBƏR LENTİ
FacebookVatsap

“Bu il bizim beynəlxalq mövqelərimiz möhkəmlənib. Bir çox beynəlxalq təşkilatda Azərbaycana bir daha dəstək nümayiş etdirilib. Bu təşkilatlar arasında iki təşkilatı xüsusilə qeyd etmək istərdim. Biri İslam Əməkdaşlıq Təşkilatıdır ki, builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradıb, kontakt qrupu artıq işə başlayır. Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu. Bu yaxınlarda Qoşulmama Hərəkatının – BMT-dən sonra ən çox üzvü olan bu təşkilatın Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildi. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur”.

Bunu da oxuyun

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

DİN-in şəxsi heyəti Zəfər parkında olub

 

Bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Dövlət başçısı bildirib ki, digər təşkilatlarda da bu gözəl meyilləri müşahidə olunmaqdadır: “Avropa Parlamenti. Bu yaxınlarda Avropa Parlamenti tərəfindən səslənən rəsmi bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirdi. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, bir il ərzində Azərbaycan Avropa Parlamenti ilə bütün əlaqələri kəsmişdir, Avronest qurumundan çıxıb. Bunun da səbəbi var, ictimaiyyət bunu bilir. Sadəcə olaraq, demək istəyirəm ki, bu, bizim günahımızdan olmayıb. Biz günahkar deyilik. Bizə qarşı ədalətsizlik nümayiş etdirildi. Biz təhqir olunduq. Bizə qarşı diplomatiyada qəbuledilməz sözlər işlədildi. Təbii olaraq, biz də öz sözümüzü dedik. Azərbaycan Milli Məclisi də çox əsaslı, arqumentli, kəskin, yəni, Avropa Parlamentinin o qətnaməsinə uyğun, elə o səviyyədə cavabını verdi. Bir il münasibətlərimiz dondurulmuşdu. Yəni, bunu Azərbaycan xalqı heç hiss etməyib. Mən də o vaxt demişdim, münasibətlər olsa yaxşıdır, olmasa da, hər halda bunun bizim işimizə heç bir təsiri yoxdur. Nəticədə nə oldu? Münasibətləri bərpa etmək üçün özləri gəldilər. Gördülər ki, təhqir, təzyiq yolu ilə keçmir. Halbuki bunu çoxdan bilməli idilər ki, keçmir və keçməyəcək. Gəldilər ki, münasibətləri bərpa etsinlər. Bizim də bəzi təkliflərimiz olub. O təkliflər müsbət qəbul edildi və bu təkliflərin nəticəsində birgə bəyanat da səsləndi. O bəyanatda ifadə olundu ki, Avropa Parlamenti belə hərəkətlərə yol verdiyinə görə təəssüf edir. Orada göstərilir ki, gələcəkdə bu cür hərəkətlərin təkrar olunmaması üçün işlər aparılacaq. Biz də konstruktiv mövqe nümayiş etdirərək qərar qəbul etdik ki, artıq bu, bizi qane edir və münasibətlər indi bərpa olunur”.

Prezident İlham Əliyev deyib ki, Biz 25 ildir ki, müstəqil yaşayan ləyaqətli ölkəyik.

“Mən özümüzü tərifləmək istəmirəm, heç vaxt da tərifləməmişəm, halbuki tərif üçün bir çox məqam var. Heç kimə imkan vermərik ki, bizi təhqir etsin. Qəbuledilməz hər bir hərəkətə cavabımızı veririk, sözümüzü deyirik, heç kimdən çəkinmirik, nəinki bizə aid olan məsələlərdə, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdiririk. Dünyada gedən işlərlə bağlı bizim mövqeyimiz var və biz bu mövqeyi çəkinmədən ifadə edirik” – deyə, o bildirib.

Previous Post

`Heç kimə imkan vermərik ki, bizi təhqir etsin` – Prezident

Next Post

Natiq Əliyev OPEK-in iclasına qatılacaq

Bənzər yazılar

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39

Müdafiə naziri Zakir Həsənov, onun müavinləri və rəhbər şəxslər Zəfər abidəsini ziyarət ediblər. Elchi.az xəbər verir ki, nazirlik əməkdaşları xatirə...

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38

Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. Elchi.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər...

DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37

Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti Zəfər parkında olub. Elchi.az xəbər verir ki, DİN əməkdaşları 44 günlük Vətən müharibəsində ölkənin...

Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36

Lerik rayonunda zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu...

Next Post

Natiq Əliyev OPEK-in iclasına qatılacaq

Natiq Əliyev OPEK-in iclasına qatılacaq

Son xəbərlər

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2026 - 16:21
Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25
İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda Çindən ABŞ-yə aparılıb

27 Sentyabr 2026 - 11:41
Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39
Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38
DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37
Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36
Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

27 Sentyabr 2026 - 10:49
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

27 Sentyabr 2026 - 10:46
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr 2026 - 10:31
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

27 Sentyabr 2026 - 10:29
Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.