"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İlham Əliyevdən Olimpiada iştirakçılarına Müraciət

30 Avqust 2016 - 20:11
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan Prezidenti İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarına müraciət edib.

Bunu da oxuyun

Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

Azərbaycanlı aktyor Ceki Çanın yeni filmində rol alıb

Keroni yolu – Gendovun birlik simvolu

 

Müraciətdə deyilir: “Hörmətli Olimpiada iştirakçıları! Sizi – dünyanın bütün guşələrindən Bakıya toplaşmış şahmatçıları səmimi qəlbdən salamlayır, hər birinizə möhkəm cansağlığı, müvəffəqiyyət və xoş əhval-ruhiyyə arzulayıram. Əminəm ki, ölkəmizə xas qonaqpərvərlik və idmana olan dərin hüsn-rəğbət yarışların yüksək səviyyədə keçirilməsi üçün gözəl imkanlar yaradacaqdır”.

Dövlət başçısı qeyd edib ki, Ümumdünya Şahmat Olimpiadasının bu günlərə təsadüf etməsi həqiqətən də əlamətdar hadisədir. Rio-de-Janeyro Olimpiadasının zəngin təəssüratları ilə yaşayan Azərbaycan bu mötəbər şahmat yarışlarına böyük ruh yüksəkliyi ilə ev sahibliyi edir:

“Tarix boyu Şərqlə Qərb arasında körpü rolunu oynamış ölkəmizdə qədim dövrlərdən şahmata daim böyük maraq müşahidə edilmişdir. Azərbaycan klassiklərinin əsərlərində və orta əsr miniatürlərində şahmat oyunu ilə bağlı süjetlər dolğun şəkildə öz əksini tapmışdır. Təqdirə layiqdir ki, Avropa səyyahlarının xatirələrində Azərbaycanda bu oyunun geniş yayılması və hətta qadınların belə, şahmat oynaması haqqında ətraflı məlumatlar verilmişdir”.

Prezident bildirib ki, XX əsrdə Azərbaycanda şahmatın yayılması kütləvi xarakter almış, müxtəlif səviyyəli mötəbər turnirlər keçirilməyə başlamışdır: “İdmançılarımızın bu yarışlarda qazandığı uğurlar şahmatın bir idman növü kimi daha geniş vüsət almasına təkan vermişdir. Azərbaycanın bütün bölgələrində uşaq şahmat məktəblərinin fəaliyyətə başlaması ölkəmizdə şahmata göstərilən xüsusi diqqətin təzahürüdür. Həmin amillər dövlət müstəqilliyinin bərpasından sonra bizim şahmat məktəbimizin inkişafına xidmət edərək bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmişdir.

Son illərdə şahmat üzrə dünya və Avropa miqyaslı yüksək statusa malik yarışların ölkəmizin paytaxtı ilə yanaşı, bölgələrində də baş tutması Azərbaycanın dünyanın şahmat mərkəzlərindən birinə çevrilməsi yolunda atılmış mühüm addımdır. İnanıram ki, bu Şahmat Olimpiadası da ölkəmizdə bu intellektual oyunun təbliğinə öz layiqli töhfəsini verəcəkdir.

Ümidvaram ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr yazacaq, ölkələr arasında sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət göstərəcəkdir”.

Previous Post

İlham Əliyevdən Olimpiada iştirakçılarına Müraciət

Next Post

Iraq da neft hasilatının “dondurulması”nı dəstəkləyəcək

Bənzər yazılar

Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

14 Avqust 2026 - 13:49

Bəstəkar-ifaçı Aydan Əliyevanın Oğuz rayonunda möhtəşəm solo konserti keçirilib. Konsert Oğuz rayonunun ən böyük parkı olan Zərifə Əliyeva adına İstirahət...

Azərbaycanlı aktyor Ceki Çanın yeni filmində rol alıb

Azərbaycanlı aktyor Ceki Çanın yeni filmində rol alıb

14 Avqust 2026 - 13:38

Azərbaycanlı aktyor Ədalət Əbdülsəməd dünya şöhrətli aktyor Ceki Çanın baş rolda çəkildiyi yeni filmdə rol alıb. Aktyor açıqlamasında bildirib ki,...

Keroni yolu – Gendovun birlik simvolu

Keroni yolu – Gendovun birlik simvolu

14 Avqust 2026 - 12:30

Bəzi yollar var ki, onlar insanı yalnız bir məkandan digərinə aparmır. Bu yollar insanı keçmişinə, kökünə, doğulduğu torpağa, ata-baba yurduna...

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 20 vaqon buğda göndərilir

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 20 vaqon buğda göndərilir

13 Avqust 2026 - 15:14

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilir. Elchi.az xəbər verir ki, 20 vaqondan ibarət buğda bu gün Biləcəri...

Next Post

Iraq da neft hasilatının “dondurulması”nı dəstəkləyəcək

Iraq da neft hasilatının “dondurulması”nı dəstəkləyəcək

Son xəbərlər

Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

14 Avqust 2026 - 13:49
Azərbaycanlı aktyor Ceki Çanın yeni filmində rol alıb

Azərbaycanlı aktyor Ceki Çanın yeni filmində rol alıb

14 Avqust 2026 - 13:38
Keroni yolu – Gendovun birlik simvolu

Keroni yolu – Gendovun birlik simvolu

14 Avqust 2026 - 12:30
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

14 Avqust 2026 - 12:28
Lənkəranda açıq sahədə yanğınlar söndürülüb – VİDEO

Lənkəranda açıq sahədə yanğınlar söndürülüb – VİDEO

14 Avqust 2026 - 12:26
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Baş Prokurorluq: Vətən Müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363 nəfər xəsarət alıb

14 Avqust 2026 - 12:19
Bakı metrosunda təmirlə əlaqədar 6 yeni ekspres marşrutu fəaliyyətə başlayıb – VİDEO

Bakı metrosunda təmirlə əlaqədar 6 yeni ekspres marşrutu fəaliyyətə başlayıb – VİDEO

14 Avqust 2026 - 12:11
ABŞ Ukraynada hava hücumundan müdafiə raketlərinin çatışmazlığı olduğunu bildirib

ABŞ Ukraynada hava hücumundan müdafiə raketlərinin çatışmazlığı olduğunu bildirib

14 Avqust 2026 - 12:05
Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

14 Avqust 2026 - 11:57
Pensiyalar artımla ödənildi

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqust ayının pensiyaları ödənilib

14 Avqust 2026 - 11:44
“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki əmsalını artırdı

“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki əmsalını artırdı

14 Avqust 2026 - 11:23
Oman sahillərində neft sızması: Sızıntı materikə çatır

Oman sahillərində neft sızması: Sızıntı materikə çatır

14 Avqust 2026 - 11:17
İsrail Suriyada mülki yaşayış məntəqələrini atəşə tutur

İsrail Suriyada mülki yaşayış məntəqələrini atəşə tutur

14 Avqust 2026 - 11:08
9-cu sinif məzunları bu kollecləri seçə bilməz – SİYAHI

Doqquz illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

14 Avqust 2026 - 11:00
Hindistanda tunel tikintisində qəza: 7 ölü, 10 yaralı

Hindistanda tunel tikintisində qəza: 7 ölü, 10 yaralı

14 Avqust 2026 - 10:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.