"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Nuhun gəmisinin batdığı Azərbaycan kəndi – turistlər hara baxır?

05 Avqust 2016 - 11:02
in XƏBƏR LENTİ
FacebookVatsap

news-detail

Onlar özlərini Nuh peyğəmbərin nəsli hesab edirlər. Dünyanın ən nadir dilində danışır, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yaşayırlar. Bura Azərbaycanın, bəlkə də dünyanın ən unikal kəndi hesab oluna bilər.

Xınalıq (Kətiş) kəndi: Kənd Quba rayonunun inzibati ərazisinə daxildir. Böyük Qafqaz dağları silsiləsində, Şahdağın yaxınlığında dağlarla əhatə olunmuş bir ərazidə yerləşir.

Bunu da oxuyun

Parlament komitəsi şəhid övladları ilə görüşəcək

Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaq

Prezident dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

Xınalıq bir çox özəlliyi ilə turistlər üçün ən maraqlı məkanlardan hesab oluna bilər. Lakin hər şeydən önəmlisi buranın turizm məkanına çevrilməsidir. Turizmin qeyri-neft sektorunun əsas payçısı olması məlumdur. O da məlumdur ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün dövlət səviyyəsində addımlar atılır. Məhz Xınalıq kəndi turizmin inkişafında vazkeçilməz fürsətlərdən biridir.

Admiral.Az Xınalıq kəndinin turistlər üçün maraqlı ola biləcək cəhətlərini araşdırıb.

Nuhun gəmisinin batdığı yer

news-detail

Onlar özlərini Nuh peyğəmbərin sonuncu nəsli adlandırır və iddia edirlər ki, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan baş verən zəlzələ zamanı əhalinin çox hissəsi həlak olub. Sağ qalanlar isə çayı keçərək, kiçik bir təpəyə qalxıblar. Beləliklə Xınalıq yaranıb. Xınalıqlılar dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümüklərini bu rəvayətin təsdiqi kimi göstərirlər. Hətta bu haqda əfsanələri belə var. Belə ki, Xınalıqdan 7 kilometr məsafədə olan Tufandağın ətəyində 3500 metr hündürlükdə 3 müxtəlif göl var. Bulaq suyu və qarla qidalanan göllər bir-biri ilə yerin altında əlaqəyə malikdir.

Əfsanəyə görə, keçmişdə bu göllərdən ən böyüyündə tez-tez taxta parçaları görünürmüş. Bu taxta parçaların Nuhun gəmisindən qalma olduğu iddia olunur. Heç kim o taxta parçalarını götürə bilmir. Əgər buna cəhd edilərsə, taxta parçaları o biri sahilə doğru üzüb gedir. Təbii ki, bu əfsanədir. 2007-ci ildə Tufandağda keçirilən ekspedisiya zamanı da həmin göllərdə heç bir taxta parçasına rast gəlinməyib. Lakin flora aləmi olduqca kasad olan bu ərazilərə ağac parçalarının necə gəlib çıxdığı da müəmma olaraq qalır.

Dünyanın ən nadir dili

Turistlər üçün maraqlı ola biləcək ən unikal xüsusiyyətlərdən biri də kətiş dilidir. Bu dil dünyada heç bir dil qrupuna uyğun gəlmir və yalnız xınalıqlılar onu başa düşür. Tədqiqatçıların bir hissəsi kətiş dilini İber Qafqaz dil qrupuna, bir hissəsi Dağıstan dil qrupu ailəsinə, bəziləri isə Ural-Altay dil qrupuna aid edir. Lakin dəqiq hansı dil qrupuna məxsus olduğu müəyyən edilməyib. Kətiş dilində 58 hərf  var, bunlardan 19-u sait, 38-i samitdir. İsmin 16 halı var. Kətiş dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənirlər. Məsələn, “gəlir” sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir. 1970-80-ci illərdə İngiltərənin və Rusiyanın dilçi alimləri kətiş dilinin öyrənilməsi üçün tədqiqatlar aparıblar. Sonda ingilis-rus-kətiş dilində lüğət tərtib olunub. Lakin Azərbaycan dili ilə bağlı lüğət hələ də yoxdur.

Ən maraqlısı isə budur ki, kəndin aşağı, yuxarı və orta hissəsində yaşayan insanlar eyni dili tələffüz edərkən, fərqli dil kimi başa düşülür. Kənddə yaşayanlar özlərinə “kətdid” deyirlər. Bu, “özümüzkülər” deməkdir. Ümumi sayı 30 minə yaxın olan xınalıqların təxminən 5 min nəfəri təmiz xınalıq  dilində danışır.

Uzunömürlülər diyarı

Xınalıq həm də uzunömürlülər diyarıdır. Teymur Bünyadov 1987-ci ildə dərc olunmuş “Əfsanələr diyarı” adlı məqaləsində belə yazırdı: kişilərdən 132 yaşlı Hacı baba, 120 yaşlı Hacı Nəzir baba, 117 yaşlı Molla Bəşir kişi, 115 yaşlı Şahbaz baba, 112 yaşlı Becan baba, 110 yaşlı usta Cəbrayıl, Hacı Sultan Əmir, Hacı Soltan Əhməd; qadınlardan 107 yaşlı Əsmər və Pəricahan nənə, 103 yaşlı Gülcənnət və Əminə nənə və digərləri.

Əfsanələr və turizm

Təkcə bu özəlliklər turistlərin cəlb olunmasında xüsusi rol oynaya bilər. Misal üçün, “Nuh peyğəmbərin sonuncu nəsli”, “dünyanın ən nadir dilində danışan insanların məkanı”, yaxud “uzunömürlülər diyarı” kimi təbliğat aparmaq mümkündür.

Dünyada əfsanələr üzərində təbliğatın qurulması və məhz həmin əfsanələrə görə turistlərin cəlb olunması təcrübəsi də var. Misal üçün, Misir ehramlarının tikilməsi hələ də müəmmalı olaraq qalır. İddialardan biri də belədir ki, bu ehramları boyları 4 metrdən 12 metrə qədər olan nəhəg insanlar inşa edib. Bu gün bir çox turist ehramları görməklə yanaşı, məhz bu əfsanənin bəhs edildiyi yerdə olmaq üçün də Misirə üz tutur. Yaxud Yunanıstan qədim tarixi və abidələri ilə yanaşı, antik dövrdə yaşadığı deyilən skiflərin də vətəni kimi tanınır. Bu təcrübələrdən çıxış etsək, nə üçün Nuh peyğəmbərin sonuncu nəslinin Azərbaycanda yaşadığına dair təbliğat aparılmamalıdır?! Burada məsələ hansısa elmi-araşdırmadan yox, birbaşa turist kütləsinə hesablanmış cəlbedici təbliğatdan gedir.

Ölkəyə pul qazandıracaq üç mühüm məqam

Xınalıq kəndi ildə 300-ə qədər turist qəbul etsə də, mövcud potensial fonunda bu, olduqca azdır. Araşdırmalar göstərir ki, Xınalıqda lazımi infrastruktur və şərait yaradılarsa, həmçinin, daha geniş və maraqlı təbliğat aparılarsa, turistlərin sayı çoxala bilər. Bu isə üç aspektdən xeyirlidir.

Birincisi, azərbaycanlı turistlər ölkədən kənara çıxmaz. Xınalıq kimi unikal məkanda istirahət edərlər. Beləliklə, pul kütləsi də ölkədə qalar.

İkincisi, xarici turistlərin sayı artar. Bu həm ölkənin tanınması, həm də ölkəyə pul kütləsinin gəlməsi deməkdir.

Üçüncüsü, Xınalıq kəndinin sakinləri turistləri qəbul etməklə əlavə vəsait qazanar. Həm sosial rifahları yüksələr, həm də yerli əhali mövcud potensialın qorunub saxlanılmasında daha çox maraqlı olarlar.

Görünən odur ki, dünyanın ən unikal məkanlarından olan Xınalıq “kənd turizmi” üçün əvəzedilməz yerdir.

Previous Post

Nuhun gəmisinin batdığı Azərbaycan kəndi – turistlər hara baxır?

Next Post

Zakir Fərəcov baş həkimi işdən çıxardı: `Ciddi nöqsanlar var`

Bənzər yazılar

Parlament komitəsi şəhid övladları ilə görüşəcək

Parlament komitəsi şəhid övladları ilə görüşəcək

22 Sentyabr 2026 - 15:16

Elchi.az Modern.az-a istinadən xəbər verir ki, bu, komitənin 2026-cı ilin payız sessiyası üçün təsdiqlənmiş iş planında əksini tapıb. Görüşün noyabr...

Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaq

Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaq

22 Sentyabr 2026 - 14:47

Digər perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır. Elchi.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına...

Prezident dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

Prezident dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

22 Sentyabr 2026 - 14:33

Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə...

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

22 Sentyabr 2026 - 14:07

Ermənistan hökuməti Kərki kəndinə qədər Tavuş istiqamətindəki bəzi əraziləri Azərbaycana təhvil verməyə hazırlaşır. Elchi.az teleqraf-a istinadla xəbər verir ki, bunu...

Next Post

Zakir Fərəcov baş həkimi işdən çıxardı: `Ciddi nöqsanlar var`

Zakir Fərəcov baş həkimi işdən çıxardı: `Ciddi nöqsanlar var`

Son xəbərlər

Parlament komitəsi şəhid övladları ilə görüşəcək

Parlament komitəsi şəhid övladları ilə görüşəcək

22 Sentyabr 2026 - 15:16
DİN-də xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

DİN-də xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

22 Sentyabr 2026 - 15:08
Merts Aİ üçün ciddi bir problem yaratdı

Merts Aİ üçün ciddi bir problem yaratdı

22 Sentyabr 2026 - 15:00
Bakıda yeni müasir məhəllə qazanxanaları tikilir

Bakıda yeni müasir məhəllə qazanxanaları tikilir

22 Sentyabr 2026 - 14:53
Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaq

Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaq

22 Sentyabr 2026 - 14:47
Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

22 Sentyabr 2026 - 14:44
Ermənilər Laçından çıxanda… – Prezident o gülməli hadisədən danışdı

Ermənilər Laçından çıxanda… – Prezident o gülməli hadisədən danışdı

22 Sentyabr 2026 - 14:36
Prezident dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

Prezident dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

22 Sentyabr 2026 - 14:33
Azərbaycanda yeni balıq növləri tapıldı

Azərbaycanda yeni balıq növləri tapıldı

22 Sentyabr 2026 - 14:30
İlham Əliyev: Ehtiyat generasiya gücləri böyükdür

İlham Əliyev: Ehtiyat generasiya gücləri böyükdür

22 Sentyabr 2026 - 14:23
Prezident tapşırıq verdi: Proqram 4 ilə tam icra edilməlidir

Prezident tapşırıq verdi: Proqram 4 ilə tam icra edilməlidir

22 Sentyabr 2026 - 14:22
Leyla Əliyeva Bilgəh çimərliyini təmizlətdirdi

Leyla Əliyeva Bilgəh çimərliyini təmizlətdirdi

22 Sentyabr 2026 - 14:14
Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

22 Sentyabr 2026 - 14:07
Makron Rusiya ilə bağlı Trampa müraciət edəcək

Makron Rusiya ilə bağlı Trampa müraciət edəcək

22 Sentyabr 2026 - 14:00
Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir

22 Sentyabr 2026 - 13:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.