"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İncirlik niyə bağlandı: ABŞ-la konflikt lazımdırmı?

02 Avqust 2016 - 10:33
in XƏBƏR LENTİ
FacebookVatsap

İki gün öncə Türkiyədə NATO-nun istifadəsində olan İncirlik hərbi-hava bazası ölkənin güc strukturlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Bunu da oxuyun

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

 

Elchi.az  xəbər verir ki, hərbi obyektin giriş-çıxışı yerli vaxtla 23.00-da bloklanıb və aviabaza güc strukturlarının 7 minədək əməkdaşı tərəfindən mühasirəyə alınıb. Bazanın bütün giriş və çıxışları nəzarətə götürülüb.

 

Türkiyənin Avropa məsələləri üzrə naziri Ömər Çelik Tvitter səhifəsində bildirib ki, aviabazada təhlükəsizlik sistemlərinin yoxlanışı həyata keçirilib: “Biz təhlükəsizlik sistemlərinin ümumi yoxlanışını həyata keçirdik. Heç bir problem müəyyən edilməyib”.

 

“Xəbərtürk” saytı isə aviabazanın bloklanmasını ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danfordun Türkiyəyə səfəri ilə əlaqələndirib.

 

ABŞ-ın İncirlikdəki hərbi aviabazası ilə bağlı belə bir addımın atılmasının Türkiyə-ABŞ münasibətlərində son günlər yaşanan soyuqluğu bir qədər də artıracağı iddia edilir. Bu hadisənin münasibətlərin qırılmasına qədər gediləcəyi ehtimalını yaradıb-yaratmadığı sualı ortaya çıxır. Münasibətlər qırıla bilərmi? Bundan daha çox itirən hansı tərəf olar?

 

Politoloq Qabil Hüseynli hesab edir ki, Türkiyənin İncirlik bazası ilə bağlı atdığı addım risklidir. Bu hərbi aviabazanın təhlükəsizliyinə ABŞ-ın özü birbaşa cavabdehdir.

 

Bu baza təkcə qurudan deyil, həm də kosmosdan çox ciddi surətdə qorunur. 7 min polisin oraya cəlb edilib təhlükəsizlik tədbirləri adı altında aviabazanı mühasirəyə alması o qədər də diplomatik və ağıllı addım deyil:

 

“Türkiyənin siyasi rəhbərliyi ABŞ-la bağlı çox böyük risklərə gedir. ABŞ-la münasibətlərin qırılması daha çox Türkiyənin zərərinə ola bilər. Belə görünür, rəsmi Ankara Fətullah Gülənin təhvil verilməsi üçün ABŞ-la münasibətlərin gərginləşməsinə belə getməyi göz altına alıb. Bir tərəfdən də Türkiyədə edam cəzasını bərpa etməyə çalışırlar. Unutmaq lazım deyil ki, ölüm cəzası mövcud olan ölkələrə demokratik ölkələr heç kimi, hətta qatili belə, ekstradisiya etmir. Belə çıxır ki, gərginlik davam edəcək. İki ölkə arasında gərginliyin Türkiyə daxilindən və xaricdən müəyyən qüvvələr tərəfindən körüklənməsi müşahidə edilir. Bu, durum Türkiyə dövlətinin gələcəyi üçün həyəcanlanmağa əsaslar yaradır.

 

Təsəvvür edin ki, elə bir durum yaranıb – Britaniya guya öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Türkiyədə hərbi əməliyyat hazırlanmasından danışmağa başlayıb. ABŞ-la konfliktin dərinləşməsinin çox fəsadları ola bilər. Qərb İran kimi ikinci teokratik bir dövlətin yaranmasından əndişələnir – baxmayaraq ki, buna yetərli əsas yoxdur. Lakin Qərbə bəhanə də vermək olmaz. ABŞ-la münasibətlərdə gərginlik qaldıqca başqa NATO ölkələri ilə də Türkiyə arasında soyuq küləklər əsməkdədir. Belə bir vəziyyətdə Ankara ölçülü-biçili siyasət yürütməlidir, təhdidedici bəyanatlar verməməlidir. ABŞ-la baş-başa gəlməyin perspektivi yoxdur. Amerika vaxtilə Türkiyəni Stalinin təcavüzündən qorumuş bir ölkədir. Bu gün də ABŞ-ın Türkiyə ilə strateji müttəfiqlik əlaqələri qalır. Kimlərsə bu əlaqələri pozmaq və Türkiyənin NATO-dan uzaqlaşdırılmasına və Türkiyənin müdafiəsiz qalmasına, Türkiyənin Rusiyanın və Çinin nəzarəti altına düşməsinə nail olmaq istəyir. Ankara fərqində olmalıdır ki, Rusiyanın özü bu gün ABŞ-la imdaddiləyici vəziyyətdədir”.

 

“Sivilizasiyalar və konfliktlər” analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Musavat.com-a açıqlamasında bildirib ki, Vaşinqtonla Ankara arasında münasibətlərdə soyuqluq əvvəldən müşahidə edilirdi və baş tutmamış qiyam cəhdindən sonra münasibətlər daha da gərginləşib:

 

“İncirlik aviabazasının hansı səbəbdən olsa belə, mühasirəyə alınması Türkiyənin Amerikaya qarşı atdığı bir demarşdır. Yəni Türkiyə bildirir ki, qiyamın arxasında kim(lər)in durduğunu bilir və Gülən verilməyənə qədər bu məsələnin sonuna qədər gedib çıxa bilər. Gülənin verilməsi isə hələlik inandırıcı görünmür. Ən uzağı, ABŞ-dan Kanadaya ekstradisiya edilə bilər. Bu da çözüm kimi Türkiyə tərəfindən baxıla bilməz. Üstəgəl, PYD və PKK-ya Suriya və İraqda ABŞ-ın dəstəyini də Türkiyə amerikalılara xatırladır. Bununla belə, düşünmürəm ki, münasibətlər qırılmayacaq.

 

Çünki regionda Türkiyə Amerikaya, dünyada da Amerika Türkiyəyə lazımdır. NATO-suz Türkiyə dünya və region gücləri tərəfindən daha böyük basqıya məruz qalacaq. İranın Qərblə barışdığı bir dövrdə Türkiyənin Qərblə dalaşması qardaş ölkənin maraqlarına cavab vermir. Onu da deyim ki, Türkiyə-Rusiya münasibətləri düzələ bilər, iqtisadi baxımdan yaxşılaşa bilər, amma siyasi baxımdan müttəfiqlik inandırıcı deyil. Çünki istər Krım, istər Qafqaz, istərsə də Suriya problemlərinə baxışlar bu iki ölkə arasında diametral fərqlənir”.

 

Previous Post

İncirlik niyə bağlandı: ABŞ-la konflikt lazımdırmı?

Next Post

İşığın qiyməti yenə artmalıdır – Hökumətə tövsiyə

Bənzər yazılar

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

11 Sentyabr 2026 - 11:30

Xərçəngə nifrət edirəm! Bu sözləri yazmaq belə qəribə hissdir. Çünki insan adətən nifrət sözünü bir insana, bir haqsızlığa, bir xəyanətə...

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

10 Sentyabr 2026 - 23:09

Binəqədi rayonunda, Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri aparılır. Bu barədə Elchi.az...

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

10 Sentyabr 2026 - 23:02

ABŞ-nin Hərbi Dəniz Qüvvələri (HDQ) Nazirliyindən bildirilib ki, İran ABŞ-nin Bəhreyndəki hərbi obyektlərinə ciddi ziyan vurub. Elchi.az  xəbər verir ki,...

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

10 Sentyabr 2026 - 21:54

İran Silahlı Qüvvələri son raket hücumu zamanı ABŞ-nin İordaniyadakı bazasındakı hərbi təyyarələrinə zərər vurmayıb. Elchi.az xəbər verir ki, bunu ABŞ...

Next Post

İşığın qiyməti yenə artmalıdır - Hökumətə tövsiyə

İşığın qiyməti yenə artmalıdır - Hökumətə tövsiyə

Son xəbərlər

“Erkən nikah ailə məsələsi deyil”

“Erkən nikah ailə məsələsi deyil”

11 Sentyabr 2026 - 14:38
Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub

Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub

11 Sentyabr 2026 - 12:29
Milli Məclisin iclası başlayıb

Parlamentdə təhsillə bağlı ictimai dinləmələr keçiriləcək

11 Sentyabr 2026 - 12:18
Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib

11 Sentyabr 2026 - 12:11
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir

Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir

11 Sentyabr 2026 - 12:04
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir

Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir

11 Sentyabr 2026 - 11:55
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb

Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb

11 Sentyabr 2026 - 11:46
Yuxu zamanı işığa məruz qalmaq ürək sağlamlığına zərər verir

Yuxu zamanı işığa məruz qalmaq ürək sağlamlığına zərər verir

11 Sentyabr 2026 - 11:38
Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

11 Sentyabr 2026 - 11:30
Trampın 5 min dollarlıq çek vədi hökumətdə qarışıqlıq yaratdı

Trampın 5 min dollarlıq çek vədi hökumətdə qarışıqlıq yaratdı

11 Sentyabr 2026 - 11:27
Kaliforniyada uşaqların internet istifadəsinə qoruma

Kaliforniyada uşaqların internet istifadəsinə qoruma

11 Sentyabr 2026 - 11:16
İrəçi: ABŞ xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir

İrəçi: ABŞ xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir

11 Sentyabr 2026 - 11:08
Ağdərədə mina partlayışı baş verib

Ağdərədə mina partlayışı baş verib

11 Sentyabr 2026 - 10:59
Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq

Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq

11 Sentyabr 2026 - 10:50
Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq

Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq

11 Sentyabr 2026 - 10:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.