"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qarabağı azad etmək üçün unikal şans

28 İyul 2016 - 08:45
in XƏBƏR LENTİ
FacebookVatsap
Qarabağı azad etmək üçün unikal şans

İşğalçı ölkədə qanlı hadisələr davam edərsə, Azərbaycan durumu dəyərləndirib antiterror əməliyyatı ilə təmizləmə işinə başlaya bilər

Bunu da oxuyun

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Toğrul İsmayıl: “İşğalçı ölkədə baş verənlər Qarabağ məsələsində Azərbaycanınşansını artırır”; Siyavuş Novruzov: “Qısa müddətdə bu məsələ sülh yolu ilə həllini tapmayacaqsa, digər üsullardan istifadə edəcəyik”

Ermənistan paytaxtında baş verənlərin son aylarda intensivləşən Qarabağ danışıqlarına mənfi təsir edəcəyi artıq heç kəsdə şübhə doğurmur. Aprel müharibəsi zamanı ordusu ağır itkilər verən Ermənistan prezidenti Serj Sərkisyan həm müdafiə naziri Seyran Ohanyanın, həm də birinci Qarabağ müharibəsində iştirak etmiş “könüllülər”in itaətsizliyi ilə üzləşib. 
 
Ancaq 17 iyuldan etibarən polis binasını əlində saxlayan silahlı dəstəni tam zərərsizləşdirməyə tərəddüd etməsi müəmmalara səbəb olub. Bəzi ehtimallara görə, qeyri-müəyyənliyin davam etməsində Rusiya amili həlledici rola malikdir. Ancaq bu da var ki, aprel atəşkəsinə nail olduqdan sonra tərəfləri bir araya gətirən Rusiya Qarabağda sülhə nail olunması üçün ciddi bir prosesə start verib. Hətta Rusiya XİN başçısı Sergey Lavrov tərəflərin heç vaxt olmadığı qədər razılaşmaya yaxın olduğunu demişdi.
Bir sıra ekspertlər isə ilin sonuna qədər Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasına başlanacağı barədə proqnozlar da irəli sürüb. Lakin bu kimi açıqlamalar Ermənistandakı müharibə tərəfdarları tərəfindən sərt qarşılandı. Məhz bundan sonra güzəştlərə qarşı çıxan və üstəlik, Sərkisyan iqtidarına ultimatum verən “Şuşa” batalyonunun sabiq komandiri Jirayr Səfilyanın həbsi ətrafında baş verənlər Qarabağ danışıqlarını da dalana dirəyə bilər.
Ermənistan mediası isə diqqəti daxildən yayındırıb Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə yönəltməyə çalışır. Ötən gün erməni mətbuatı Qarabağdakı separatçı quruma istinadən 27 iyul gecəsi “Qarabağ-Azərbaycan sərhədində” (?!-E.P.) Azərbaycan ordusunun atəşkəs rejimini 38 dəfə pozduğuna dair iddianı tirajlayıb. Bildirilir ki, Azərbaycan tərəf erməniləri snayper və müxtəlif kalibrli silahlardan 100 dəfədən çox atəşə tutub. Ermənilər onu da iddia ediblər ki, təmas xəttində Azərbaycan ordusunun pilotsuz uçan aparatı da müşahidə edilib. Beləliklə, düşmən ölkə aprel müharibəsi zamanı erməniləri vahiməyə salan Azərbaycanın pilotsuz aparatlarını xatırlatmaqla Sərksiyan hakimiyyətinə meydan oxuyan müxalifləri neytrallaşdırmaq istəyir.
Azərbaycan Müdafiə Nazirliyi isə düşmənin yalanlarını təkzib edib. Rəsmi xəbərdə bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub. Göründüyü kimi, ermənilər atəşkəsin pozulması hallarını azı dörd dəfə şişirtməklə üsyan əhvalında olan erməni xalqını sakitləşdirmək, hər an başlaya biləcək müharibə təhdidi ilə qorxutmaq istəyir. Azərbaycanın müdafiə naziri Zakir Həsənov isə bugünlərdə cəbhə bölgəsindədir və çox güman ki, düşmənin təxribatlarının dərhal qarşısının alınması üçün müvafiq tapşırıqlarını verib.
***
İyulun 17-də Ermənistan polisinin patrul-mühafizə polkunun binasını zəbt edən, 1 polis zabitini, daha 4 polis əməkdaşını isə yaralayan silahlı birləşmənin məhv edilməsi istiqamətində addımların atılmaması ortaya xeyli suallar çıxarır. Bəzi müşahidəçilər S.Sərkisyanın qiyamı silahlı yolla yatıracağı halda ölkəboyu üsyanla qarşılaşa biləcəyindən qorxduğunu deyir. Digər versiyaya görə, proseslərin arxasında daha güclü qüvvələrin dayanması səbəbindən, silahlı qrup üzvləri hazırlanın ssenarinin, sadəcə, üzdəki təmsilçiləri olduğundan Ermənistan hakimiyyəti riskli tədbirlərə əl atmır. Polis binasını zəbt edən silahlılar Jirayr Sefilyanın azadlığa buraxılmasını, S.Sərkisyanın prezident postundan istefasını tələb edirlər. Hələ ki lokal toqquşmalarla bağlı xəbərlər gəlməkdədir. Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, polis alayının binası qarşısında silahlıları dəstəkləyən 30-dək etirazçı saxlanılıb. Onların arasında uşaqlar, qadınlar, qocalar və “Asparez” qəzetinin redaktoru Levan Barseqyan da var. Hökumət qüvvələri qiyamçı Qaqik Yeqiazaryanı girov götürüblər. İrəvanda qiyamçıları dəstəkləmək üçün küçələrə çıxmış mülki şəxslərin həbsi başlayıb. Polis səddi yaxınlığında isə 3 müxalifət fəalı saxlanılıb. Bundan başqa, qiyamçılardan Aram Akobyan da güc strukturlarının əlinə keçib. Ermənistandakı Qarabağ müharibəsi canilərindən ibarət olan Veteranlar Birliyi də mitinq iştirakçılarına qoşulub. Bu barədə polkovnik Razmik Petrosyan bəyan edib. Razmik Petrosyan Serj Sərkisyan rejiminə qarşı barışmaz mövqeyi ilə tanınır.
Bu arada erməni mediası ilginc məlumat açıqlayıb. Bildirilir ki, Rusiya Qarabağ münaqişəsi ilə bağlı planının pozulmaması üçün Ermənistandakı hadisələrə müdaxilə edəcək. Publika.az Ermənistanın Lragir saytına istinadən bu haqda xəbər yayıb. Yazıda deyilir ki, İrəvanda keçirilən aksiyada siyasətçilər tez-tez bu haqda danışırlar: “Baş verənlər Moskvanın Qarabağ və erməni-türk sərhədinin açılması ilə bağlı planlarını pozur. Türkiyə də bu məsələdə Rusiyanı dəstəkləyir, çünki Moskvanın planı Qarabağın Azərbaycana qaytarılmasını nəzərdə tutur. Məhz mümkün Rusiya müdaxiləsi ilə bağlı mitinq keçirənlər hakimiyyəti xəbərdarlıq edir və buna icazə verilməməsi tələb olunur. Görünür, bu ehtimal artıq reallığa çevrilir. Xüsusilə son günlər Rusiyanın ”Alfa” xüsusi təyinatlılarının gəlişi və rus təyyarələrinin səmada görünməsi haqda söhbətlər gəzir”. Ekspertlər isə Sərkisyan hakimiyyətinin daxili problemi aradan qaldırmaq üçün Qarabağda müharibə edə biləcəyi ehtimalını dəyərləndirirlər. Erməni ekspert Akop Badalyan isə qeyd edib ki, Rusiya Ermənistandakı vəziyyətdən ciddi şəkildə narazıdır. “Çünki baş verənlər onun ”Kazan prinsipləri” ilə Qarabağ münaqişəsini həll etməyinə mane olur. Hansı ki, bu, Qarabağın qaytarılmasını nəzərdə tutur. Ola bilər ki, belə situasiyada Qarabağda müharibə yenidən alovlansın”, – deyə o bildirib.
Üsyançıları dəstəkləyən Ermənistanın ən məşhur müğənni və bəstəkarlarından biri Ruben Haqverdyan R.Haqverdyan isə deyib: “Mən bir şeyi bilirəm: Serjik Sərkisyanı hakimiyyətə Rusiya xüsusi xidməti gətirib və bu gün də əlindən gələni edir ki, onu postunda saxlasın. Sərkisyan da əvəzində xalqımızı məhv edib, Ermənistanı Rusiyanın poliqonuna çevirmək istəyir” (virtualaz.org).
Azərbaycan vətəndaşlarını sözsüz ki, işğalçı ölkədə yaşananların Qarabağ məsələsinə nə dərəcədə təsir edəcəyi düşündürür. Bu situasiyada Azərbaycanın düşmənə sarsıdıcı zərbə vurmasını təklif edənlər də var. Amma siyasi təhlilçilər hələlik buna ehtiyac görmür.
Politoloq Toğrul İsmayıl hesab edir ki, müdaxilə ən son variantdır: “Amma Ermənistan daxilində böhran dərinləşərsə, Azərbaycan ordumuzun durumunu dəyərləndirərək, ilk mərhələdə Dağlıq Qarabağ ətrafındakı əraziləri antiterror əməliyyatı ilə təmizləmə işinə başlaya bilər”.
Ekspert şübhə etmir ki, işğalçı ölkədə baş verənlər Qarabağ məsələsində Azərbaycanın şansını artırır:“Daxildəki qarışıqlıqlar ölkəni zəiflədir və belə bir situasiyada ölkə kənara diqqət ayıra bilmir. Bizim torpaqların itirilməsi də daxili çevrilişlərin nəticəsində olub. Beynəlxalq anlaşmalara əməl edən bir ölkə olaraq Azərbaycan müdaxilə etməyərək ciddi şəkildə tədbirlər görməlidir. Nəticə nə olursa-olsun, bu hadisələr Ermənistanda kənar qüvvələrin nə qədər təsirli olduğunu göstərir. Bu da Ermənistanın müstəqil ölkə olmadığını göstərir”.
 
Deputat, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Siyavuş Novruzov “Yeni Müsavat”a bildirdi ki, Dağlıq Qarabağla bağlı danışıqlar getdiyi üçün Azərbaycan sərt addımlar atmağa tələsmir: “Bu saat həm həmsədrlər, həm Türkiyə, hətta İran danışıqlar prosesinə qoşulub və müzakirələr çox ciddi xarakter alıb, aktivləşib. Bu yaxınlarda ayrı-ayrı ölkə prezidentlərinin Azərbaycana nəzərdə tutulan səfərləri, XİN başçılarının keçirdiyi görüşlər bu məsələnin aktual olduğunu və tezliklə sülh yolu ilə həll ediləcəyinə inamı artırır. Azərbaycan Respublikasının prezidenti də bəyan edib ki, bizim daha 20 il gözləmək fikrimiz yoxdur. Yəni qısa müddət ərzində bu məsələ sülh yolu ilə həllini tapmayacaqsa, digər üsullardan istifadə edəcəyik”.
 
S.Novruzov Ermənistandakı hadisələri izlədiyini və məsələyə iki prizmadan yanaşdığını vurğuladı:“Ermənistanda mövcud rejim və ona başçılıq edən cinayətkar rəhbərlər hər biri Qarabağ dalğası altında hakimiyyətə gəliblər. Ermənistan prezidenti daxil, bunların böyük əksəriyyəti Azərbaycan vətəndaşıdır. Ona görə də məsələnin həll olunması faktiki olaraq o cinayətkarların əllərində olan ”kart”ı itirməsinə gətirib çıxara bilər. Bunlar qorxurlar ki, problem sülh yolu ilə həll olunduqdan sonra Ermənistan əhalisi özünə yeni prezident, parlament seçəcək. O baxımdan Qarabağ məsələsinin həlli həmin qüvvələr üçün çox ciddi narahatlıq yaradır”.
Deputat xatırlatdı ki, qarşıdurmada iştirak edənlərin əksəriyyəti Qarabağ müharibəsində cinayət törətmiş şəxslərdir: “Onlar da bilirlər ki, sülh sazişi imzalandıqdan sonra beynəlxalq məhkəmə qarşısında cavab verməli olacaqlar. O baxımdan da onlar cinayətkar əməllərini ört-basdır etmək üçün bu cür qarışıqlıq yaradırlar. Həmin qüvvələr Ermənistanda qeyri-qanuni yaşayıblar, hakimiyyəti ələ keçiriblər və qanunsuz yolla külli miqdarda sərvət əldə ediblər. Ona görə də belə gərginlik yaradırlar”.
S.Novruzov bu hadisələrdə S.Sərkisyanın şəxsən maraqlı olduğunu vurğuladı: “Ermənistan rəhbərliyi bununla həmsədrlərə, beynəlxalq təşkilatlara çatdırmaq istəyir ki, guya Ermənistan əhalisi münaqişənin güzəştli yollarla həllinə öz etirazını bildirir və bu, ondan asılı məsələ deyil. Amma diqqətlə baxsaq, görərik ki, bu qarşıdurmada iştirak edənlərin böyük əksəriyyəti Azərbaycan vətəndaşı olmuş ermənilərdir”.
***
Danışıqların taleyindən narahatlığını açıq şəkildə ifadə etməyən həmsədrlər isə növbətçi açıqlamalarla gündəmdə qalmağa çalışırlar. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində ATƏT-in monitorinq qrupunun genişləndirilməsi məsələsində razılığa gəliblər.
 “Minsk Qrupunun həmsədrləri prezidentlərin Vyana və Peterburqda gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesinin sonrakı inkişafına dair götürdükləri öhdəliklərin reallaşdırılması istiqamətində aktiv iş görür. Prezidentlər Qarabağda təmas xətti və Azərbaycan-Ermənistan sərhədində ATƏT-in monitorinq qrupunun genişləndirilməsi məsələsində razılığa gəlib. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin cəlb olunması ilə münaqişənin nizamlanması üzrə danışıqların davam etdirilməsi planlaşdırılır. Diplomatik istiqamətdə proses tərəflər arasında gərginliyin azaldılması üçün vacibdir”, – deyə Uorlik açıqlamasında qeyd edib.
İki gün əvvəl Ermənistan ordusunun Tovuz rayonu istiqamətindəki ərazilərdə yanğın törətdiyi barədə xəbər yayılmışdı. Şübhə yoxdur ki, işğalçı ölkə gərginliyi iki ölkə arasındakı sərhədlərə daşımaq istəyir. Ancaq o zaman susan, erməni təcavüzünə son qoymaqla bağlı çağırış etməkdənsə, təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində ATƏT-in monitorinq qrupunun genişləndirilməsi məsələsində razılığa gəlinməsi məsələsini dövriyyəyə buraxıb. Hər halda, çarəsizliyin əlamətidir…
Previous Post

Qarabağı azad etmək üçün unikal şans

Next Post

Türkiyədə “Petkim” şirkətinin baş direktoru saxlanılıb

Bənzər yazılar

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış üç ballistik raketi...

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55

Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq mövcudluğu daha nəzərəçarpandır. Elchi.az xəbər verir ki, bu, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin Türk Dövlətləri...

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51

Türkiyənin cənub-şərqindəki Siirt vilayətində silahlı insident baş verib. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki, insident zamanı iki nəfər həyatını...

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18

Kanada 1990-cı illərdən bəri ilk dəfə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurasında yer almayacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post

Türkiyədə “Petkim” şirkətinin baş direktoru saxlanılıb

Türkiyədə “Petkim” şirkətinin baş direktoru saxlanılıb

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.