"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“İdxaldan asılılığı aradan qaldırmalıyıq” – Qəbələ Konserv Zavodundan REPORTAJ

26 İyul 2016 - 15:57
in XƏBƏR LENTİ
FacebookVatsap

Çoxlarımızın sevimli içkisi olan qatqısız, təbii meyvə şirəsi “Jalə”nin yeni sloqanı artıq hazırdır – “Həyatın rəngarəng anları üçündür”. Söhbətə bununla giriş etməkdə niyyətim “Jalə” meyvə şirəsinin istehsalı ilə məşğul olan “Gilan Holding”in nəzdindəki Qəbələ Konserv Zavodunun fəaliyyəti, istehsal inkişafı və bizi sevindirəcək yeniliklərlə sizi tanış etməkdir.

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

 

Bir çox irimiqyaslı layihələrə sərmayə yatıran “Gilan Holding” şirkəti ölkə iqtisadiyyatının dünya bazarında iştirakını təmin etməklə məhsul çeşidliliyinin və keyfiyyətinin optimallaşdırılması istiqamətində çalışır.

 

“Gilan Holding” şirkətinin 2006-cı ildən meyvə suyu, 2014-cü ildən isə limonad və çipsi istehsalı fabrikləri işə başlayıb. Şirkət tərəfindən ümumilikdə 37 adda məhsul satışa çıxarılır. Hazırda 30-dan çox xarici ölkəyə məhsullar ixrac olunur.

 

Şirkət əldə etdiyi beynəlxalq sertifikatlar(TUV AUSTRİA İSO-22000:2005 FSSC, İSO-9001:2005 , uyğunluq və gigiyenik) sayəsində artıq dünya bazarında öz məhsulunu təqdim edə bilir.

 

“Gilan Holding”in fəaliyyətinin əslində necə təşkil olunduğunu görmək üçün iyulun 23-də 15 KİV nümayəndəsinin Gilan Qəbələ Konserv Zavoduna press-turu təşkil olunub.

 

Gəlin, əvvəlcə Qəbələ Konserv Zavodu haqqında qısaca da olsa məlumatlanaq.

 

2005-ci ildə əsası qoyulan Gilan Qəbələ Konserv Zavodunun istehsal etdiyi məhsullar təkcə daxili bazarda yox, həm də ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Çin, Yaponiya, Avstraliya, Yeni Zellandiya, B.Ə.Ə, İran, Türkmənistan, Estoniya, Latviya, İtaliya və Fransa da daxil olmaqla, müxtəlif ölkələrə ixrac olunur.

 

25 ha sahədə yerləşən Qəbələ Konserv Zavodu Cənubi Qafqazın ən inkişaf etmiş konserv zavodudur. Təxminən 100 çeşid məhsul istehsal edilən bu müəssisə İtaliya və İsveçrədə istehsal olunmuş müasir avadanlıqlarla təchiz olunub.

 

Məlumatınız yarandısa, o zaman ilk olaraq zavodun çipsi, kartof emalı fabriklərinə baxış keçirək.

 

“Gilan Holding”in İnformasiya texnologiyaları və makina mühəndisi Ramazan Seyidovun sözlərinə görə, çipsi, kartof emalı zavodunda əsas iki xətdə istehsal gedir. Bunlara çipsi və dondurulmuş kartof istehsalı daxildir: “Çipsi fabrikində “Chipsim” markası adı altında 6 çipsi çeşidi istehsal olunur. Bunlara “Şüyüdlü”, “Klassik”, “Pendirli”, “Tomat”, “Soğanlı” və “Paplika” daxildir. “Chipsim” markasının əsası 2013-cü ildə qoyulub, “Chipsim” tərkibində müxtəlif ədviyyatlardan istifadə olunmaqla, yüksək keyfiyyətli və tam təbii kartofdan hazırlanır. Digər dondurulmuş kartof istehsalı xəttində isə “Alma dilimi” adlı kartof friləri istehsal olunur. Çipsi istehsalı üçün dünyada bu istiqamətdə tam peşəkarlaşmış Almaniyanın EİMA qurğularından istifadə edilir.

 

Onu da qeyd edim ki, çipsi istehsalında zavodun öz ərazisindən 20 km aralıda Qaş adlı ərazidəki kartof sahələrində yetişdirilən kartof məhsullarından istifadə edilir. Bundan başqa, Xanlar, Samux, və Goranboyda da zavodun özünəməxsus kartof sahələri var.

 

Daha sonra çipsi istehsalının necə həyata keçirildiyini öyrənmək üçün jurnalistlər zavodun kartof emalı müəssisəsinin sahə rəhbəri Əliismayıl Cəfərova suallarını ünvanlayırlar.

 

Ə. Cəfərov bildirib ki, “Lediikleer Fasan” və “Ledirozetta” kartof sortlarından çipsi istehsalı üçün, “Allegriya” sortundan isə donmuş kartof istehsalında istifadə olunur: “Həmçinin kartof emalında Almaniya və Hollandiyada yetişdirilmiş kartof sortlarından istifadə edilir. Ümumiyyətlə, Qəbələ rayonunun dağlıq zona olması və iqlim şəraiti də müəssisəyə ilboyu öz yerli məhsullarından dadlı və keyfiyyətli çipsi və fri məhsullarını istehsal edərək daxili bazarda idxaldan asılılığı aradan qaldırmağa imkan verir. Zavodun Çipsi istehsalı xətti üzrə saatda 1 ton, Fri istehsalı xətti üzrə isə saatda 3 ton hazır məhsul emal olunur. Hazırda zavodun istehsal etdiyi çipsilərin 20, 75, 150 qramlıq paketləri satışa çıxarılır. Paketlərin yararlılıq müddəti isə 6 aydır”.

 

Çipsi istehsalı barəsində məlumat verən Ə. Cəfərov istehsal prosesini jurnalistlərə belə izah edir: “İstehsal üçün gətirilmiş kartofların arasından əvvəlcə çürükləri seçilir, yararlı olanlar yaxşıca yuyulur, daha sonra soyulma və doğrama mərhələsinə keçilir. Kartoflar lazımı ölçüdə, yəni yarpaq şəkilində doğrandıqdan sonra bitki yağına qoyulur. Çipsi istehsalında əsasən palma yağından istifadə edilir.

Kartofun anbarda nəql olmağa başlamağı ilə paketə yığılması arasında təxminən 45-50 dəqiqə vaxt keçir. Ən çox vaxt aparan yuma prosesidir. Kartofun üzərindəki torpaq, yad cisimlər təmizləndikdən sonra 30 saniyə ilə 1 dəqiqə arasında davam edən soyma prosesi başlayır. Bu prosesdən sonra təxminən 30-35 saniyə müddətində kartoflar yarpaq şəkilində doğranıb nişastadan təmizlənir. Nişastadan təmizləndikdən sonra kartoflar yağda 3 dəqiqə ərzində 175-180 dərəcə temperaturda qızardılır. Qızardılandan sonra isə seçmə mərhələsidir. Hansı ki, bu mərhələdə hazır olan çipsilərin sırasından qüsurları olanlar təmizlənir və sağlam olanlar aroma vurulan bölümə ötürülür. Aroma vurulan bölümdə də təxminən 7-8 dəqiqə müddətində çipsilərə duz vurulur, sonra paketlənmə həyata keçirilir. Paketlənmə mərhələsində də məhsulun uzunmüddətli qalması üçün azot generatorları ilə paketin içindəki oksigen boşaldılır və içinə azot doldurulur. Məqsəd isə paketə qoyulan çipsilərin qoyulduğu formada da qalmasını təmin etməkdir. Yaxın zamanda dondurulmuş kartof istehsalını ( kartof fri) artırmaq nəzərdə tutulub”.

 

Jurnalistlər çipsi istehsalı prosesi ilə tanışlıqdan sonra limonad, meyvə suyu istehsal olan fabrikə də baxış keçirirlər.

 

Qəbələ Konserv Zavodunda yuxarıda da qeyd etdiyimiz kimi, həmçinin pepsi, limonad və meyvə suyu da istehsal olunur. “Pepsi” şirkətin yeni layihəsidir və bu mövzuya bir azdan toxunacağıq.

 

İndi isə limonad, meyvə suyu istehsalı ilə tanışlığa davam edək.

 

Dünyanın ən son müasir texnoloji avadanlıqları ilə təchiz olunmuş bu zavodda saatda 20 min ədəd şüşə vura bilən İtaliyanın və Almaniyanın müştərək şirkətlərinin xətləri quraşdırılıb. Meyvə suyu, “Jalə” şirələrinin istehsalında İtaliyanın PADOVAN, İsveçin TETRA PAK şirkəti, Türkiyənin UNSA, YAZICI MAKİNA və s. xüsusi ixtisaslaşmış şirkətləri ilə müştərək xətlər qurulub. Limonad istehsalı üçün Fransanın tanınmış SİDEL şirkətinin nəzdindəki limonad istehsalı şirkətinin avadanlıqlarından istifadə edilir.

 

Təbii ki, hər kəsi maraqlandıran bir sual var: Azərbaycanda bu qədər təbii məhsul istehsalı üçün lazım olan xammal (albalı, portağal və s.) kifayət qədərdirmi, yoxsa haradansa alınır?

 

Holdingin informasiya texnologiyaları və makina mühəndisi R.Seyidov bildirib ki, İranda böyük albalı plantasiyaları olduğundan ehtiyac duyulan albalı məhsulu oradan, banan Braziliyadan, portağal Afrikadan qatılaşdırılmış məhsul formasında alınır. Yerli məhsullardan isə ən çox nar və alma alınır. Alma ehtiyacı Quba, Qəbələ və Göyçayın yerli məhsulları ilə qarşılanır.

 

Bəs xaricdən alınan mallar necə gətirilir?

 

R.Seyidov qeyd edib ki, transport daşınma üçün məhsulları qatılaşdırıb daşımaq daha uyğun sayılır: “Bunun üçün də aseptik çəlləklərdən istifadə edilir. Bu çəlləklərdə istər feyxoa, istər portağal, istərsə də multivitamin qatılaşdırılmış formada gətirilir və burada  şəkər və suya vurularaq paketləşdirilib bazara çıxarılır. Meyvə suları və qazsız “Jalə” sularının istehsalında Qəbələnin Vəndam kəndində dağdan axan sudan istifadə edilir.

 

Əlavə edim ki, Qəbələ Konserv Zavodunun nar şirəsi üçün Göyçayda hektarlarla nar bağı da mövcuddur”.

 

Yuxarıda qeyd etmişdik ki, “Gilan Holding” artıq “Pepsi” də istehsal edəcək, sadəcə üzərində “Gilan Holding” nişanı qeyd olunacaq. Pepsi istehsalı üçün artıq Pepsi CO İnternationaldan xüsusi lisenziya da alınıb. Məhsul hətta bütün testlərdən keçirilib. İstehsal olunan pepsilər ilkin olaraq yarım litr həcmində olacaq və bazar qiyməti ilə eynilik təşkil edəcək.

 

Məhsullar hazır olandan sonra laboratoriyada yoxlamadan keçirildikdən sonra bazara buraxılır.

 

Bəs məhsulların laborator testləri necə həyata keçirilir? Hansı prinsiplərə əməl edilir?

 

“Gilan Holding” in keyfiyyətə nəzarət müdiri Kamil İsmayılovun sözlərinə görə, laboratoriya analizləri məhsulun istehsalına başlayandan sona qədər davam edir:  “Söhbət çipsidən gedirsə, gətirilən kartofun əvvəlcə keyfiyyətinə baxılır. Şəkər, quru maddə analizləri aparılır və nəticələr qənaətbəxş olarsa, kartoflar istehsala verilir. Ondan sonra dilimləmə qalınlığı, qızartma itkilərinə görə analizlər olur. Çipsini yeyərkən xırt-xırt etməsini artırmaq məqsədi ilə nəm analizi aparılır. Bunun üçün də maksimum nəm səviyyəsi 2% nəzərdə tutulub. Daha sonra məhsulun dayanıqlığını artırmaq üçün paketin içərisindən oksigeni çıxarıb azot vururlur. Bundan başqa yağ analizi həyata keçirilir ki, bu mərhələdə də Free Fat Acid ( FFA) analizinə baxılır, çipsidə də bu göstərici normalda 0.4-dən aşağı nəzərdə tutulur”.

 

K. İsmayılov bildirib ki, məhsulların saxlama müddəti onların çeşidlərinə görə dəyişir: “Məsələn, çipsilər üçün bu müddət 6 ay, kartof friləri üçün isə bir il yarım nəzərdə tutulur. Çipsilər tez istehlak olunmalıdır, ancaq kartof frilər donmuş halda olduğu üçün onları uzun müddət saxlamaq olur”.

 

Limonad və meyvə sularının istehsalı zamanı laborator yoxlanışdan söz açan K. İsmayılov deyir ki, əvvəlcə meyvənin keyfiyyət göstəriciləri yoxlanılır, yuyulur, seçilir, sonra pasterizasiya mərhələsində mikrobları təmizləməkdən ötrü qabıqdan ayrılır, soyudulur və filtrləmə mərhələsinə keçilir.

 

“Xammal olaraq alınan nar, alma, heyva mövsümündə alınıb 200-250 qramlıq aseptik torbalarda qablaşdırılır və o şəkildə saxlanılır. Daha sonra mövsümi olmayanda istehsalda istifadə edilir. Bu meyvələr aseptik torbalara qoyulmadan əvvəl çəyirdəkləri çıxarılır, içindəki lifləri ayrılır, qabığı soyulur. Bu şəkildə saxlandıqda xarab olmur”-deyə, K. İsmayılov əlavə edib.

 

Qeyd edək ki, Avropanın bir çox ölkələrinə, ABŞ-a, Çinə, Gürcüstan da daxil MDB ölkələrinin hər birinə, Türkiyəyə məhsul ixracını gerçəkləşdirən “Gilan Holding”in istehsal etdiyi çipsilər hələlik ölkədaxili tələbatı qarşılayır. Gələcəkdə çipsilərin ixrac üçün də istehsalı gözlənilir.

 

Qəbələ Konserv Zavodunun işçi heyətindən söz açan R. Seyidov qeyd edir ki, 3 fabrikin 850 nəfər əməkdaşı var. İşçilər əsasən xaricdə təcrübə keçmiş yerli mütəxəssislərdir.

 

Zavodda təhlükəsizlik işinin təşkili də yüksək səviyyədə həyata keçirilib. 200-ə yaxın kamera yerləşdirilən zavod ərazisi ən son informasiya texnologiyaları sistemləri ilə təchiz olunub.

 

Son olaraq diqqətinizə çatdırım ki, “Gilan Holding” qida şəhərciyi olaraq qida sənayesində yeganə şirkətdir ki, istər təşkilat, istər universitet, istər məktəblər üçün “Açıq qapı” günü elan edib. 2011-ci ildən bu kampaniyaya start verən şirkətə istənilən şəxs gələrək istehsal prosesi ilə yaxından tanış ola bilər.

Previous Post

“İdxaldan asılılığı aradan qaldırmalıyıq” – Qəbələ Konserv Zavodundan REPORTAJ

Next Post

Almaniya universitetində atışma: Ölənlər var

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Almaniya universitetində atışma: Ölənlər var

Almaniya universitetində atışma: Ölənlər var

Son xəbərlər

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.