"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bank qoçuları: kollektorlar müştəriləri alçaldır, intihara sövq edir, sosial gərginliyi artırır…

14 İyul 2016 - 10:46
in XƏBƏR LENTİ
FacebookVatsap

 Bank qoçuları: kollektorlar müştəriləri alçaldır, intihara sövq edir, sosial gərginliyi artırır...

Bunu da oxuyun

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Ölkədə kollektorların fəaliyyəti qanunla tənzimlənmir, qanunsuz işlə məşğul olan qurumları kimlər himayə edir?

 

Ölkədə banklarla bağlı geri qaytarılmayan kredit və borc problemi həll edilmədikcə, kollektorlarla bağlı yeni nüanslar ortaya çıxır. Bildirilir ki, kollektorlar banklarla əlbir olaraq kreditini geri qaytara bilməyən vətəndaşa hədə-qorxu gəlir və pulu tələb edirlər. Ölkədə kollektorların fəaliyyəti qanunla tənzimlənməsə də, vətəndaşa qarşı təzyiq və təhdidlərlə məşğul olan bu qurumlar hər hansı məsuliyyətə də cəlb olunmurlar. Əslində isə onların ölkədə fəaliyyəti qanunsuzdur.
Ölkədə yaradılan ilk antikollektorun rəhbəri Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bizdə kollektorların fəaliyyəti prinsipcə qanunsuzdur: “Çünki banklar problemli borc işini kollektor qurumuna verəndə bank sirrini pozmuş olur. Həm banklar haqqında qanuna görə, həm də Mülki Məcəlləyə görə, bankla olan istənilən əməliyyat haqqında kredit haqqında məlumatı yalnız müştərinin özünə vermək olar, bir də müəyyən dövlət orqanlarına. Kollektor da elə qurum deyil, heç birinə aid deyil. Bank məlumatı verə bilməz ki, kollektor gedib o işlə, borcu geri qaytarmaqla məşğul olsun, məlumat onlara verilə bilməz. İlk növbədə burada bank sirri pozulur. Yəni Azərbaycanda belədir.
Digər ölkələrdə icazə verilir ki, kollektora həmin məlumatlar verilsin. Amma həmin ölkələrdə də kollektorların fəaliyyəti qanunla tənzimlənir. Bizdə isə tənzimlənmir. Digər tərəfdən, xaricdə hər kəs kollektor işi ilə məşğul ola bilməz. Qanun onlarda məsələləri tənzimləyir. İlk növbədə deyir ki, kobud desək, hər yoldan keçən kollektor ola bilməz. Birinci növbədə onun özünün pulu olmalıdır.
Müəyyən nizamnamə kapitalı olmalıdır ki, bilinsin, bu insanlar ciddi insanlardır, quldurlar, banditlər deyil. İkinci məsələ odur ki, kollektorların təhsilinə, təcrübəsinə qanun müəyyən tələblər qoyur, qanunda müəyyən məhdudiyyətlər olur. Hansısa cinayətə görə məhkum olunmuş şəxs kollektor işləyə bilməz. Yəni bütün bu məhdudiyyətlərə cavab verən şəxslər xaricdə kollektor ola bilərlər. Xaricdə qanunlar tənzimləyir ki, kollektor hansı yolla, hansı üsullarla hansı vətəndaşlar borcu tələb edə bilər, gün ərzində vətəndaşa neçə dəfə zəng edə bilər, necə danışmalıdır və sair. Vətəndaşa da ixtiyar verilir ki, kollektorla olan görüşünü videoya çəkə bilsin və sair. Qanun bunların hamısını tamamilə tənzimləyir, bizdə bunların heç biri yoxdur. Azərbaycanda kollektorun nizamnamə kapitalı yüz manatdır, yəni pulları yoxdur. İlk gündən ona istiqamətləniblər ki, camaatın pulunu əllərindən alsınlar. Sonra bu şirkətlərdə kimlər işləyir, bizə məlum deyil. İstədikləri vaxt vətəndaşlara zəng edirlər, söyürlər, qorxudurlar, evinə gedirlər, döyürlər, saxlayırlar. Təəssüf ki, Azərbaycanda qanunvericilik kollektorların fəaliyyətini hələlik tənzimləmir. Bu qanunsuzluqlar da davam edir”.
Əkrəm Həsənovun sözlərinə görə, əgər vətəndaşın gəliri yoxdursa, o borcunu ödəyə bilmirsə, bu, onun təqsiri deyil. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə görə, şəxsə cəza yalnız o təqsirli olarsa, verilə bilər. Onun sözlərinə görə, bu tipli işlə bağlı bir neçə gün əvvəl Avropa İnsan Haqları məhkəməsinə müraciət edib. Onun sözlərinə görə, borca görə həbs olunma Azərbaycan qanunlarından əlavə Avropa İnsan Hüquqları Konvensiyasına ziddir: “Avropa Məhkəməsi fəaliyyəti boyunca yüz minlərlə qərarlar çıxarıb, amma borca görə həbsə dair Avropa Məhkəməsinin bir dənə də qərarı yoxdur. Bu, o deməkdir ki, Azərbaycan yeganə Avropa ölkəsidir ki, borca görə həbs baş verib. Bu, biabırçılıqdır”.
Ekspertin sözlərinə görə, kredit borcuna görə həbslər davam edərsə, nəticələr pis ola bilər: “İntiharların sayı arta bilər. İnsanların psixoloji durumları pisləşəcək və cəmiyyətdə sosial gərginlik artacaq. Həm də bu, Azərbaycanın beynəlxalq imicinə zərbədir”.
Qeyd edək ki, ölkədə kollektorlardan biri bir müddət əvvəl vətəndaşdan böyrəyini satmağı istəmişdi. Bu baxımdan kollektor fəaliyyətinin tənzimlənməsi ortaya ciddi məsələ kimi çıxır. Ə.Həsənovun sözlərinə görə, ölkədə kollektorlar borcluların başına min oyun açır və bütün bunlar cəzasız qalır: “Kollektorların fəaliyyətini tənzimləyən qanuna ehtiyac var. Yəni vətəndaş tanımadığı üçüncü şəxslə – kollektorla əlaqə saxlamağa, təmasda olmağa məcbur edilir. Buna görə də qanun kollektorların fəaliyyətini tənzimləməlidir”.
Ekspertin sözlərinə görə, kollektorla yanaşı, vətəndaşın müflisləşməsi barədə də qanunun qəbuluna ehtiyac var: “Rusiyada, aparıcı ölkələrdə olduğu kimi, belə qanun da var. Yəni borcunu ödəyə bilməyən vətəndaş özünü müflis elan edir və ondan artıq heç kəs borcu tələb edə bilməz. Əvəzində ona bəlli vəzifə tutmaq və bəlli fəaliyyətlə məşğul olmaq müəyyən dövr ərzində qadağan edilir. Üstəlik, bu adamın adı da müflislər siyahısına daxil edilir ki, hami borc verəndə ehtiyatlı davransın. Bizdə də bu qanuna ehtiyac var”./“Yeni Müsavat”

Daha ətraflı Tezis.az-da:
http://tezis.az/is-dunyasi/4396-bank-qoculari-kollektorlar-musterileri-alcaldir-intihara-sovq-edir-sosial-gerginliyi-artirir.html – See more at: http://tezis.az/is-dunyasi/4396-bank-qoculari-kollektorlar-musterileri-alcaldir-intihara-sovq-edir-sosial-gerginliyi-artirir.html#sthash.327Dy1UV.dpuf

Previous Post

Bank qoçuları: kollektorlar müştəriləri alçaldır, intihara sövq edir, sosial gərginliyi artırır…

Next Post

`Gecə yatmaq əvəzinə, Bakının küçələrini gəzdim` – Poroşenko

Bənzər yazılar

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

12 İyul 2026 - 10:07

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti əsasən yağmursuz olacaq. Bu barədə Elchi.az - a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

12 İyul 2026 - 10:05

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd) keçirəcək....

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

12 İyul 2026 - 10:03

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib. Bu barədə Elchi/az - a...

Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır – FAKTİKİ HAVA

Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır – FAKTİKİ HAVA

12 İyul 2026 - 10:00

Azərbyacan ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, qısamüddətli az...

Next Post

`Gecə yatmaq əvəzinə, Bakının küçələrini gəzdim` - Poroşenko

`Gecə yatmaq əvəzinə, Bakının küçələrini gəzdim` - Poroşenko

Son xəbərlər

ABŞ Hörmüzü qorumağa hazırdır – CENTCOM

ABŞ Hörmüzü qorumağa hazırdır – CENTCOM

12 İyul 2026 - 19:30
“Qarabağ” DÇ-2026-nın iştirakçısını transfer edir

“Qarabağ” DÇ-2026-nın iştirakçısını transfer edir

12 İyul 2026 - 19:14
“Şmidtin Bosniya və Herseqovinada heç bir səlahiyyəti yoxdur” – Zaxarova

“Şmidtin Bosniya və Herseqovinada heç bir səlahiyyəti yoxdur” – Zaxarova

12 İyul 2026 - 19:00
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir?

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir?

12 İyul 2026 - 18:45
Fransada Zelenski rejiminin devrilməsi ilə bağlı çağırışlar…

Fransada Zelenski rejiminin devrilməsi ilə bağlı çağırışlar…

12 İyul 2026 - 18:30
Ukraynada “Patriot”un istehsalına başlama tarixləri açıqlandı

Ukraynada “Patriot”un istehsalına başlama tarixləri açıqlandı

12 İyul 2026 - 18:18
Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

12 İyul 2026 - 18:09
Bugünkü imtahanda 12 nəfərdə telefon aşkarlandı

Bugünkü imtahanda 12 nəfərdə telefon aşkarlandı

12 İyul 2026 - 18:00
Azərbaycan bu ölkəni təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

12 İyul 2026 - 17:53
Messi yeni rekorda imza atdı

Messi yeni rekorda imza atdı

12 İyul 2026 - 17:49
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

12 İyul 2026 - 17:29
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib – FOTO – VİDEO

FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib – FOTO – VİDEO

12 İyul 2026 - 17:17
“Sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır” – Qüdrət Həsənquliyev

“Sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır” – Qüdrət Həsənquliyev

12 İyul 2026 - 17:15
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib

Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib

12 İyul 2026 - 17:10
Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

12 İyul 2026 - 10:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.