"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

`Sarkisyan və Ohanyan faşist Njdenin varisidir` – İsrail telekanalı

04 İyul 2016 - 23:19
in XƏBƏR LENTİ
FacebookVatsap

İsrailin Doqquzuncu televiziya kanalında İsrail jurnalisti, diplomatı və İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) təsisçisi Yosef Şaqalın “Gəlin danışaq” verilişində erməni faşisti, general Njdenin xatirəsinin müasir Ermənistanda əbədiləşdirilməsi və abidəsinin qoyulması faktına həsr olunmuş diskussiya keçirilib.

Bunu da oxuyun

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

 

AzVision.az xəbər verir ki, Yosef Şaqal bildirib ki, biz bir çox dövlətlərin öz tarixini qızğın şəkildə yenidən yazmağa başladığı səksəkəli bir dövrdə yaşayırıq. O deyib: “Onlar şəxsiyyəti beynəlxalq hüquq nöqteyi-nəzərindən böyük şübhə doğuran adamların tərifini göylərə qaldırırlar. Biz xalqların öz tarixini, tarixi keçmişini şərh etmək və milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək kimi suveren hüququna qarışmırıq.

Amma dəhşətli Holokost cinayətlərində əli olan insanların milli qəhrəmanlara çevrilməsinə susmalıyıqmı? Deyin görək, nasistlərin əlaltısı və antisemit Qaregin Njdeyə lap bu yaxınlarda Yerevanda, habelə postsovet məkanının bəzi şəhərlərində başqa antisemitlərə və uşaq qatillərinə ucaldılan abidələrə necə reaksiya göstərməliyik? Ölkə bəşəriyyətə qarşı cinayətdə ittiham olunan bir adamı öz qəhrəmanı adlandıra bilərmi və əgər qəhrəmanı adlandıra bilərsə, buna necə bəraət qazandırmalı?”

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail dövlətindəki nümayəndəliyinin direktoru, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut verilişə ekspert kimi dəvət edilib.

İsrailli ekspertin fikrincə, erməni faşisti və antisemit general Njdenin xatirəsinin əbədiləşdirilməsi rüsvayçılıqdır və Holokost qurbanlarının xatirəsini təhqir etməkdir. Ekspert deyib: “Bu, şəxsən mənim – ailəsinin bütün üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilən bir babanın nəvəsinin qəlbini göynədən dözülməz ağrıdır. Məhz buna görə də mənim üçün həm də şəxsi faciədir”. Arye Qut “Gəlin danışaq” televiziya verilişində diskussiya zamanı artıq uzun illərdir Ermənistanda yəhudilərin mənəvi zorakılığa məruz qaldığını qeyd edib. Bu da özünü antisemit ruhlu kitabların çap olunmasında, televiziyada antisemit xarakterli verilişlərin yayımlanmasında, habelə Yerevanda Holokost qurbanlarının memorial lövhəsinin dəfələrlə təhqir edilməsində göstərir.

Arye Qut vurğulayıb: “Erməni faşisti və antisemit general Njdenin abidəsinin qoyulması bir daha təsdiq edir ki, həm xalqımızın nümayəndələrini, həm də sovet əsgərlərini məhv edən bu faşistlərə müasir Ermənistanda irimiqyaslı pərəstiş yaradılıb. Onların şərəfinə xatirə sikkələri kəsilir, bədii və sənədli filmlər çəkilir. Dünya birliyi Ermənistanda faşizmin təbliğini bundan sonra da səssiz-səmirsiz seyr etsə, Ermənistanın indiki rəhbərliyi sabah eyni müvəffəqiyyətlə Hitlərə abidə qoya bilər. Vurğulamaq lazımdır ki, bu qaniçən faşistlərə pərəstiş hansısa marginal siyasi qruplaşmaların gücü ilə yaradılmır, bu hərəkətlərin arxasında dövlət, daha dəqiq desək, müasir Ermənistan Respublikasının rəhbərliyi dayanır.

Arye Qut sovet rəhbərliyinin Njdeyə faşist kimi baxmaması və buna görə də onu güllələməməsi barədə ekspert Yevgeni Klauberin şərhinə sərt formada cavab verərək vurğulayıb ki, İkinci Dünya müharibəsi illərində vermaxtın tərkibində 20 minlik erməni legionunun qəddarlığını tarix heç vaxt unutmayacaq. Bu legionun yaradıcılarından biri faşist Njde olub. A.Qut vurğulayıb: “Yəqin ki, siz arxiv sənədləri ilə təsdiq olunmuş tarixi faktlardan sadəcə bixəbərsiniz. General Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi yəhudiləri və alman ordusuna yararsız olan digər insanları məhv etmək olub. Njde minlərlə yəhudinin məhvində şəxsən iştirak edib. Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları məhz erməni legionu sayəsində yəhudilərdən tam təmizlənib. Məgər bundan sonra biz erməni faşisti və antisemitinin müasir Ermənistanda milli qəhrəman dərəcəsinə yüksəldilməsinə laqeyd baxa bilərik?”.

İsrailli ekspert qeyd edir ki, bu gün Ermənistanda Dro və Njde kimi faşistlərin və antisemitlərin hansı məqsədlə şişirdilməsini erməni ekspertlərindən soruşanda onlar bildirirlər ki, məqsəd erməni xalqının hərbi-vətənpərvərlik ruhunu yüksəltməkdir. Arye Qut deyib: “Doğrudanmı ermənilərin faşistlərdən başqa qəhrəmanları qalmayıb, məgər Qızıl Ordu sıralarında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ermənilər olmayıb? Sadəcə başa düşmək lazımdır ki, müasir Ermənistanda faşistlərin və antisemitlərin təriflərinin göylərə qaldırılması Ermənistanın indiki rəhbərliyinin dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. General Njdenin abidəsinin açılış mərasimində Ermənistan Prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirak etmələri faktı təsdiq edir ki, onlar özlərini erməni faşisti və antisemit Njdenin həqiqi və əsl varisləri hesab edirlər”.

Ekspertin sözlərinə görə, faşist ideologiyasının təbliğinin nəticələrini 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində qanlı soyqırımı aktının nümunəsində görmək olar. İsrailli ekspert vurğulayıb: “Azərbaycanın Xocalı şəhəri bir gecədə yer üzündən silindi. Bu qanlı qırğın nəticəsində 613 azərbaycanlı məhv edildi, onlar dəhşətli işgəncələrə və həqarətlərə məruz qaldılar. Onların yeganə günahı azərbaycanlı olmaları idi. Bu qanlı qırğını Ermənistanın indiki prezidentinin və müdafiə nazirinin simasında erməni generalı Njdenin varisləri törədiblər”.

Azərbaycan cəmiyyətində multikulturalizm və tolerantlıq siyasətindən danışan Arye Qut bildirib ki, Amerikanın Antidiffamasiya Liqasının məlumatına görə, antisemitizmin səviyyəsinə görə postsovet məkanında birinci yeri Ermənistan tutur. Bu ölkə monoetnikdir. Burada yəhudiləri barmaqla saymaq olar. Arye Qut fikrini belə yekunlaşdırır: “İndi isə multikulturalizmin və tolerantlığın həyat tərzinə və dövlət siyasətinə çevrildiyi Azərbaycan Respublikasına baxın. Azərbaycan Prezidenti İlham Əliyev daim bəyan edir ki, biz çoxmillətli və çoxkonfessiyalı ölkədə yaşamağımızla, bir çox xalqların və millətlərin nümayəndələrinin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamaları ilə qürur duyuruq. Biz əslən Azərbaycandan olan yəhudilərlə fəxr edirik”.

Arye Qut vurğulayıb: «Azərbaycanda ksenofobiya və antisemitizm halları heç vaxt olmayıb və ola da bilməz. Bəs ölkəsində 99,9 faiz erməni yaşayan, ermənilərdən başqa, demək olar, heç bir xalqın və konfessiyanın olmadığı Ermənistan prezidenti bu barədə danışırmı?”.

Previous Post

`Sarkisyan və Ohanyan faşist Njdenin varisidir` – İsrail telekanalı

Next Post

Səyyar `ASAN Xidmət` Tovuzda – Fotolar

Bənzər yazılar

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış üç ballistik raketi...

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55

Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq mövcudluğu daha nəzərəçarpandır. Elchi.az xəbər verir ki, bu, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin Türk Dövlətləri...

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51

Türkiyənin cənub-şərqindəki Siirt vilayətində silahlı insident baş verib. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki, insident zamanı iki nəfər həyatını...

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18

Kanada 1990-cı illərdən bəri ilk dəfə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurasında yer almayacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post

Səyyar `ASAN Xidmət` Tovuzda - Fotolar

Səyyar `ASAN Xidmət` Tovuzda - Fotolar

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.