"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Alman mediasını kim idarə edir? – ARAŞDIRMA

01 İyul 2016 - 13:33
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

DİN-in şəxsi heyəti Zəfər parkında olub

“Ölkəni idarə etmək üçün mənə `Bild` qəzetini verin”
(Gerhard Şröder, eks-kansler)

2012-ci ildə Azərbaycan “Avroviziya” mahnı yarışmasına ev sahibliyi edəndə Almaniya mediası ilk dəfə savaş açdı. 2015-ci ildə I Avropa Oyunları zamanı eyni hal təkrarlandı. Bu tendensiya 2016-cı ildə “Formula-1” yarışlarının Bakı qran-prisində də özünü göstərdi. Bu dəfə də Azərbaycana qarşı Qara PR aparan Almaniya mətbuatı, yəqin ki, qarşıdan gələn İslam oyunları, Dünya Şahmat Çempionatı, 2020-ci ildə Azərbaycanda baş tutacaq Avropa futbol çempionatında da eyni davranışı sərgiləyəcək.

Eyni hal alman mətbuatının Türkiyəyə, ələlxüsus Rəcəb Tayyib Ərdoğana yanaşmasında da müşahidə olunur. Məsələn, Türkiyədə Soma faciəsi baş verəndə alman qəzetləri Ərdoğanı topa tutdular. 2016-cı ildə alman komediyaçı tərəfindən Ərdoğan təhqir edildi və nəticədə dövlətlər arasında “Böhmermann diplomatik krizi” yarandı. Bununla da kifayətlənməyən Almaniya qəzet və junralları təkrar Ərdoğanı hədəf seçərək, onun ali təhsilində səhvlər axtarmağa başladılar, hətta Ərdoğanın qeyri-qanuni yollarla diplom aldığına dair iddialar yazmağa başladılar.

Heç şübhəsiz ki, istər alman jurnalları olsun, istərsə də qəzet və elektron xəbər portalları, bunların hamısının Azərbaycan və Türkiyəyə yanaşmasında mahiyyətcə eyni qaralama xətti tutduqları açıq-aşkar görünməkdədir.

Məsələn, eyni mövqeni alman mətbuatı Səudiyyə Ərəbistanı, Çin, İran, Rusiyaya qarşı da ortaya qoymalı olduğu halda, belə bir halda müşahidə olunmur. Axı, həmin ölkələrdə insan haqları və söz azadlığının pozulduğuna dair minlərlə fakt var. Əgər alman mətbuatı konstruktiv, ədalətli fəaliyyət göstərirsə, o zaman “ikili standart”lardan çıxış etməməlidir.

Alman mediası kimə xidmət edir?

Ərdoğana qarşı aparılan kampaniyada “Der Spiegel”, “Westdeutsche Allgemeine Zeitung”, “Frankfurter Allgemeine Zeitung” və demək olar ki, bütün nəşrlər eyni mərkəzin fikirlərini yazırdılar. Maraqlıdır ki, bu fakt 2016-cı ilin iyun ayında Bakıda keçirilən “Formula-1” yarışı ilə əlaqədar “Bild” nəşrinin anti-Azərbaycan məqalələrini digər qəzetlərin həvəslə tirajlamasını xatırladır. Sanki, hamısı bir mərkəzdən koordinasiya edilirlər.

Prezident İlham Əliyevin Almaniya səfəri uğurlu keçdi. Belə düşünmək olardı ki, artıq alman mediası Azərbaycana sataşmayacaq, ancaq bu belə olmadı. Yarışların keçirildiyi 3 gün ərzində alman mətbuatının istiqaməti tamamilə dəyişdi. Diqqətlə müşahidə etdikdə aşkar görmək olur ki, Alman mediası Azərbaycan əleyhinə eyni mərkəzdən tapşırıqlar alaraq, kampaniya xarakterli hərəkətə keçir.

Media ekspetlərinin fikrincə, alman mediası bütünlükdə nəzarət altındadır və dəqiq idarə olunur. Təkcə “Springer Nəşrləri”nin nəznində 180 qəzet, jurnal və digər media vasitələri var ki, həmin media maqnatının da ABŞ-la sıx bağlılığı hər kəsə məlumdur.

“Axel-Springer Qrupu” və “Kirch Qrupu”na məxsus “Bild”, “Zeit Online”, “Der Spiegel”, “Die Welt” kimi qəzetlər ən çox Azərbaycan və Türkiyə əleyhinə məqalələr dərc etməklə seçilirlər.
Xüsusi məqamı mütləq qeyd edim ki, “Bild” dərgisi və “Die Welt” qəzetinin rəhbərləri işə düzələn jurnalistlərə ABŞ, İsrail və Almaniyanın əksinə xəbər hazırlamamaqla bağlı müqavilə imzalatdıqlarını etiraf ediblər.

“Frankfurter Allgemeine Zeitung” qəzetinin eks-redaktoru Udo Ulfkotte öz etiraflarında bildirir ki, CİA bir çox Qərb media mənsublarından istifadə edir və bunun qarşılığında rüşvət verir. “Gekaufte Journalisten” (Satılmış Jurnalistlər) kitabının müəllifi olan U.Ulfkotte yazır ki, alman mediasında bir çox jurnalist NATO və ABŞ tərəfindən xüsusi seçilir. Hətta müəllif CİA üçün çalışmış 100-ə yaxın alman jurnalistin adını bildiyini vurğulayır.

Ulfkotte yazır ki, “Əgər məni öldürsələr belə, CİA-in alman mediasını idarət etməsina dair bütün dəlilləri açacağam. ABŞ alman mətbuatında çalışan çox önəmli, istedadlı jurnalist, redaktor, yazar, analitik və media rəhbərlərini Almaniya xüsusi xidmət orqanı – BND və “German Marşall Fondu” vasitəsi ilə ələ keçirir. Həmin media işçilərinə o dərəcə geniş imkanlar yaradılır ki, onların CİA-ya çalışmamaq imkanı olmur. Bununla yanaşı, sözügedən jurnalistlər karyeralarında yüksəlirlər, həm də bir çox rəsmi səfərlər etmək, dövlət rəsmilərilə eyni təyyarədə uçmaq kimi imkanlara sabib olurlar. Əlbəttə, bu işdə ABŞ Almaniyadakı “Atlantic Bridge” təşkilatınının müstəsna fəaliyyətini unutmaq olmaz, ona görə ki, bu orqan sırf Amerikaçılıq uğurunda çalışan gənc kadrlar yetişdirərək, Almaniyanın alt və üst dövlət orqanlarına yerləşdirir”.

Ulfkotte Rusiyanın “RT” (Russia Today) telekanalına verdiyi müsahibəsində qeyd edir ki, Almaniya ABŞ hər mənada koloniyasıdır və buradakı bir çox gənc jurnalistlər Birləşmiş Ştatların dövlət maraqlarına uyğun yazmaqla məşğuldurlar.

Almaniyanın keçmiş İnnovasiya və Texnologiyalar naziri, həmçinin Almaniya Parlamentində mətbuata nəzarət komissiyasının rəhbəri kimi vəzifələrdə çalışmış Dr. Andreas fon Bülov bildirir ki, “Bild” nəşri vaxtıkən CİA-nin pulları ilə yaradılıb və hazırda da ABŞ xüsusi xidmət orqanlarına çalışmaqdadır.

Bu əsnada “Bild” nəşrinin davamlı olaraq Azərbaycanı qaralama kampaniyasını apardığını da vurğulamaq tam yerinə düşərdi.

“Söz azadlığı”, “Azad media” kimi mövzuları əhatə edən “Politisch Unkorrekt” (Siyasi cəhətdən doğru olmayan) adlı kitabın müəllifi Yan van Helsinq yazır ki, Almaniyanın bütün media orqanları hazırkı siyasi partiyaların tamamilə nəzarətindədir və onların himayəsi altında işləyirlər.

Bütünlükdə adları çəkilən və çəkilməyən Almaniya media vasitələrinin böyük həcmi kənar dövlətin təsiri altında olduğu, eləcə də CİA kimi xüsusi xidmət orqanları tərəfindən idarə olunmasına aid kifayət qədər ciddi dəlillər var. Şübhəsiz ki, belə olduğu halda alman mətubatını kimin idarə etdiyi aydın olur.

Fərrux Həsənov

Previous Post

Alman mediasını kim idarə edir? – ARAŞDIRMA

Next Post

İngilis nəşrindən Türkiyəyə inanılmaz dəstək

Bənzər yazılar

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39

Müdafiə naziri Zakir Həsənov, onun müavinləri və rəhbər şəxslər Zəfər abidəsini ziyarət ediblər. Elchi.az xəbər verir ki, nazirlik əməkdaşları xatirə...

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38

Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. Elchi.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər...

DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37

Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti Zəfər parkında olub. Elchi.az xəbər verir ki, DİN əməkdaşları 44 günlük Vətən müharibəsində ölkənin...

Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36

Lerik rayonunda zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu...

Next Post

İngilis nəşrindən Türkiyəyə inanılmaz dəstək

İngilis nəşrindən Türkiyəyə inanılmaz dəstək

Son xəbərlər

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2026 - 16:21
Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25
İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda Çindən ABŞ-yə aparılıb

27 Sentyabr 2026 - 11:41
Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39
Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38
DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37
Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36
Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

27 Sentyabr 2026 - 10:49
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

27 Sentyabr 2026 - 10:46
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr 2026 - 10:31
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

27 Sentyabr 2026 - 10:29
Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.