"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Kreml İrəvanın NATO ilə kanalını qapatdı – ərköyün işğalçıya cəza, Bakıya mesaj…

15 İyun 2016 - 10:04
in XƏBƏR LENTİ
FacebookVatsap
Kreml İrəvanın NATO ilə kanalını qapatdı -  ərköyün işğalçıya cəza, Bakıya mesaj...

Ermənistan uğrunda mübarizədə Moskvanın yeni blits – uğuru; Ermənistandakı anti-Rusiya etirazlarının daha bir motivi; şimal qonşumuz təcavüzkar ölkənin Qərblə məhdud hərbi əlaqələrini də nəzarətə götürür…

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Ermənistanda aprel döyüşlərindən sonra anti-Rusiya etirazları davam edir. Xəbər verdiyimiz kimi, bu dəfə Moskvanın Ermənistanın hava məkanını da nəzarətə almasına hədəflənmiş ortaq Hava Hücumundan Müdafiə (HHM) Sistemi yaratmaq barədə İrəvanla imzalanan sazişin ratifikasiyası ərəfəsi qonşu ölkədə narazılıq baş qaldırıb.
İrəvanda srağagünkü aksiya iştirakçıları öz əllərində “Toprağı, havanı verməyəcəyik!”, “Permyakovlar ordusuna güvənmirik, erməni ordusuna güvənirik!”, “Növbəti satqınlıq addımı!” yazılmış plakatlar tutublar. Aksiya iştirakçılarından biri Tiqran Xzmalyan deyib ki, sazişin imzalanması ilə Ermənistan hədəf olacaq. “Sazişin imzalanması səhv addımdır, xəyanətdir. Bu razılaşmanı imzalamaqla biz yalnız Azərbaycana deyil, bütün dünyaya müharibə elan edirik” – Xzmalyan bildirib. Onun sözlərinə görə, bu razılaşma ilə Ermənistanın gələcəyi sakit şəkildə Rusiyaya satılacaq.
***
Xatırladaq ki, ötən ilin dekabrında Rusiya müdafiə naziri Sergey Şoyqu ilə onun erməni həmkarı Seyran Ohanyan arasında imzalanmış müqavilə məhz srağagün Ermənistan parlamentində ratifikasiya edilməli idi. Lakin etirazlardan sonra prosedurun təxirə salındığı bəlli olub. 
Etirazlar isə əslində gündəmdən çıxmayıb. Bəzi təhlilçilərə görə, bu aksiyaların arxasında xüsusən də 4 günlük aprel savaşından sonra Rusiya-Ermənistan münasibətlərini korlamağa, lap dəqiqi, işğalçı ölkəni Moskvadan qoparmağa çalışan Qərb, ABŞ dayanır. Bundan ötrü, yəni Rusiya əleyhinə narazılıq dalğasının güclənməsi üçün böyük paraların ayrıldığı da yayılan iddialar sırasındadır.
***
Ermənistan parlamentinin üzvü, “Azad demokratlar” Partiyasının lideri Xaçatur Kokobelyan ortaq HHM sisteminin yaradılmasını Ermənistan üçün məqbul hesab etməyənlər arasındadır. Onun sözlərinə görə, belə bir sistem Ermənistanı özünün müstəqil HHM sisteminə malik olmaq və onu inkişaf etdirməkdən məhrum edir.
“Bu anlaşma həmçinin bizim bu sahədə üçüncü ölkələr və onların təhlükəsizlik sistemləri ilə əməkdaşlığımızı məhdudlaşdırır. Bundan əlavə, Rusiya belə bir sistemi bizə qonşu olan ölkələrə münasibətdə tətbiq edə bilər ki, bu da bizim maraqlarımıza uyğun deyil” – erməni deputat qeyd edib.
 
Onun fikrincə, bu da hələ hamısı deyil. “Daha bir mühüm problem var: məsələ ondadır ki, sənəd Ermənistan və Dağlıq Qarabağın təhlükəsizlik sistemləri arasında əngəl yaradır. Bu isə yolverilməzdir” – o bildirib. Kokobelyan bu xüsusda Ermənistanın Müdafiə Nazirliyinin arayışını inandırıcı saymadığını da söyləyib.
“Arayışdan sonra mənim narahatlığım daha da dərinləşdi. İstənilən halda biz bilirik ki, sənəd Dağlıq Qarabağın HHM sisteminə şamil edilməyəcək. Bu da hesab edirəm ki, qəbuledilməzdir. Milli Məclis  Ermənistanla Dağlıq Qarabağın təhlükəsizlik sistemlərini ayıran sənədləri qəbul etməməlidir. Şəxsən mən sənədin əleyhinə səs verəcəyəm” – erməni deputat sonda əlavə edib.
***
İrəvandakı Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Meqrabyan isə sözügedən anlaşmanın Rusiyanın Cənub Hərbi Dairəsinin birləşmiş Hava Hücumundan Müdafiə Sisteminə daxil olduğunu deyir: “O sistem ki, ora Şimali Qafqaz, Abxaziya, Cənubi Osetiya və işğal olunmuş Krım daxildir. Yəni söhbət qeyri- sabit və Rusiyanın qonşu dövlətlərdə zəbt elədiyi ərazilərdən gedir”.
 
Ekspert sözünə davam edərək bildirir: “Faktiki surətdə bu, o anlama gəlir ki, Ermənistan öz səmasının açarını Moskvaya təqdim edir. Rusiya və NATO ilə indiki münasibətlər kontekstində bu, həmçinin o anlama gəlir ki, Moskva belə bir sazişlə Ermənistanı NATO üçün düşmən əraziyə çevirir. Bu zaman İrəvan NATO-nun mənzil-qərargahı ilə olduqca vacib bir kommunikasiya (əlaqə-red.) kanalını itirmiş olacaq. O əlaqə kanalı ki, həmişə Ermənistanın milli təhlükəsizliyinin mühüm elementi olub. Yeri gəlmişkən, bu kanal apreldəki 4 günlük müharibə zamanı situasiyanın normallaşmasına çox kömək edib – o vaxt Ermənistanın müdafiə nazirinin müavini (Tonoyan-red.) Brüsselə səfər edərək orda yüksək səviyyədə görüşlər keçirmişdi”.
***
Göründüyü kimi, Rusiya Ermənistanla ortaq HHM sistemi yaradıb onun hava məkanını öz nəzarətinə götürməklə yanaşı, həm də faktiki şəkildə Ermənistanın NATO ilə əsas əlaqə kanalını qapatmış olub. Necə deyərlər, “Qərbə boylanan” ərköyün işğalçını bu cür cəzalandırıb. İrəvanda bu müqavilə əleyhinə Qərbin (ABŞ-ın) təşkil etdiyi iddia olunan etirazların bir motivi yəqin ki, budur.
Belə demək mümkünsə, Ermənistan uğrunda mübarizədə Rusiyanın Qərb (NATO, ABŞ) üzərində növbəti blits-uğurunu qeyd eləmək olar. Alyansın Cənubi Qafqazda möhkəmlənməkdə olması fonunda ikiqat məntiqlidir. Hər halda, müqavilə Ermənistan parlamentində yəqin ki, ratifikasiya ediləcək – hər cür etirazlara rəğmən. Çünki Ermənistan rəhbərliyi sənədin əleyhinə deyil, heç ola da bilməz. Buna, sadəcə, cəsarəti çatmaz. Səbəblər aydındır yəqin ki.
Nəhayət, bu, rəsmi Bakıya da NATO ilə əlaqələrdə diqqətli olmaqla bağlı bir mesaj sayıla bilər. 
Previous Post

Kreml İrəvanın NATO ilə kanalını qapatdı – ərköyün işğalçıya cəza, Bakıya mesaj…

Next Post

ABŞ hansı ölkəyə hücum edəcək? – MÖVQE

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

ABŞ hansı ölkəyə hücum edəcək? – MÖVQE

Ərdoğandan Rusiyaya barış jesti- vasitəçi Bakımı?

Son xəbərlər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.