"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Orlando hadisəsi – supergüc də terror qarşısında acizdir – ŞƏRH

13 İyun 2016 - 22:40
in XƏBƏR LENTİ
FacebookVatsap

Bu hadisə Barak Obama hakimiyyətinin üç istiqamətdə gücsüz olduğunu aşkara çıxardı

Terrordan və ya istənilən ektremist hərəkətdən heç bir cəmiyyət, dövlət sığortalanmayıb. Belə hadisələr dünyanın supergüclü, yaxud zəif dövlətlərində də törədilə bilər. Çünki istənilən cəmiyyətdə daxili və xarici maraqlar mövcuddur. Həm də nəzərə almaq lazımdır ki, bu tip bütün aksiyalar idarə olunandır.

Bunu da oxuyun

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Ötən gün dünyanın supergücünün, ABŞ-ın Florida ştatının Orlando şəhərindəki “Pulse” gecə klubunda törədilən terror hadisəsi nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. Hadisəni Ömər Mətin adlı ABŞ vətəndaşının törətdiyi barədə də xəbər yayılıb. Hadisə yerində keçirilən əməliyyat nəticəsində onun da öldürüldüyü haqqında məlumat yayılıb.

Məlumata görə, o, Florida sakini olsa da, əfqan əsillidir.

Terrorçunun atası Seddik Mətin NBC telekanalına müsahibəsində bu hadisədə dini motiv axtarmağın yersiz olduğunu bildirərək oğlunun törətdiyi cinayətə görə hamıdan üzr istəyib.

Keçmiş həyat yoldaşı Sitorə Yusifi jurnalistlərə deyib ki, Ömər Mətinin psixoloji problemləri olub. O, keçmiş ərinin onu döydüyünü və qohumlarına zəng etməyi qadağan etdiyini də söyləyib. S.Yusifinin sözlərinə görə, 2009-cu ildə Ömərlə ailə qurub, 2011-ci ildən isə onunla əlaqəni kəsib.

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) məlumatına görə, Ö.Mətin hadisəni törətməzdən əvvəl “911” təcili xidmətinə zəng edərək, terrorçu İŞİD qruplaşmasına mənsub olduğunu bildirib. FTB-nin açıqlamasına görə, Ö.Mətin radikal qruplaşmalarla əlaqəsi olduğu üçün 2013-cü ildə 2 dəfə, 2014-cü ildə isə bir dəfə bu qurum tərəfindən sorğu-suala cəlb edilib: “Sorğu-sualdan sonra onun təhlükəli olmadığı qənaətinə gəlindi və sərbəst buraxıldı”.

Məlumata görə, o, gecə klubunda istifadə etdiyi silahı bir həftə əvvəl alıb.

ABŞ prezidenti Barak Obama Orlandodakı hadisəni “terror hücumu” adlandıraraq ölkədə birgünlük matəm elan edib.

Respublikaçılar Pariyasından ABŞ prezidentliyinə namizəd olmağa iddiaçı Donald Tramp ölkəsində silah əldə etmənin asan olduğunu vurğulayaraq, Barak Obmanın istefa verməsini istəyib. O, “Twitter” səhifəsində cinsi azlıqların klubunda baş verən hadisənin “radikal islam terrorçuluğu”nun təzahürü kimi qiymətləndirib.

Donald Tramp müsəlmanlara qarşı sərt çıxışları ilə də tanınır. O, ötən ilin noyabrında Parisdə törədilən terror aktından sonra müsəlmanların ABŞ-a gəlişinin qadağan olunmasını istəmişdi.

Hadisənin İŞİD tərəfindən törədildiyi haqda məlumat yayılıb.

Orlandodakı hadisəyə münasibət bildirməzdən öncə qeyd edək ki, bu il sentyarbın 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində törədilən terror hadisəsinin 15-ci ili tamam olacaq. Həmin hadisəni terrorçu “əl-Qaidə”nin törətdiyi bildirilmişdi. Bu hadisə nəticəsində 2 977 nəfər ölüb, 24 nəfər itkin düşüb, 6 300 nəfər də yaralanıb.

Dünyanın müxtəlif ölkələrində terrorçuluğa qarşı mübarizə aparan ABŞ-da son 15 ildə iki səs-küylü terror hadisəsi törədilib. Sentyabrın 11-dəki hadisədən sonra Əfqanıstanı idarə edən “Taliban” hərəkatına qarşı beynəlxalq miqyasda hərbi əməliyyat başlandı və 2001-ci ildə bu terrorçu qruplaşmanın hakimiyyəti sona çatdı.

Orlando hadisəsi isə ABŞ-da keçiriləcək prezident seçkisinə 5 ay qalmış törədilib. Yenə də “islamla” bağlı olduğu iddia edilən bir terrorçu qruplaşmanın – İŞİD-in adı hallanır.

Ona görə də müsəlmanların ABŞ-a girişini qadağan etmək istəyən qüvvələr bu hadisədən öz məqsədləri üçün istifadə edə bilərlər. Başqa sözlə, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmağa iddiaçı Demokratlar Partiyasından olan rəqibinə qarşı istifadə etmək üçün əlavə imkan qazanıb.

Dünyada terrorçuluğa qarşı mübarizəni əsas hədəflərindən biri elan edən ABŞ bu bəla ilə öz ölkəsində üzləşib. Bu, həm də perspektivdə ölkəyə müsəlmanların miqrasiyasında problem yarada bilər. Avropa ölkələrinin mühacir axınına qoyduğu sədləri perspektivdə ABŞ-ın tətbiq edəcəyi ehtimalı istisna olunmur.

Prezident Barak Obama ABŞ-da sərbəst silah satışını qadağan etməyə çalışsa da  buna nail ola bilmədi. Onun Respublikaçılar Partiyasından olan rəqibləri silah satışının qadağan olunmasını məqsədəuyğun saymır.

Qeyd edək ki, ABŞ-da bu sahəyə daha çox respublikaçılar və ya onların müdafəçiləri nəzarət edirlər.

B.Obama ölkəsində cinsi azlıqların hüquqlarının müdafiəçisi kimi də tanınır. O, cəmiyyətin bu təbəqəsinin hüquqlarının müdafiəsini prezidentliyinin uğuru da adlandırmışdı.

Bu baxımdan Orlando hadisəsi Obama hakimiyyəti, yaxud Demokratlar Partiyasının üç istiqamətdə gücsüz olduğunu aşkara çıxardı: terrorçuluğa qarşı mübarizə, sərbəst silah satışının qadağan etdirilməməsi və cinsi azlıqların haqlarının qorunmaması.

Beləliklə, Orlandodakı terror bir daha sübut etdi ki, bu sayaq hadisələr qəflətən və ya nizamsız baş vermir. Terror aktlarını törədənlər konkret şəxslərdir. Deməli, terrorları idarə edən, bu tip hadisələrlə maraqlarını təmin etmək istəyən qüvvələr də var. Ancaq bundan hələ də nəticə çıxarılmır. Çünki güclərin terrora və terrorçuya baxışı fərqlidir…

Previous Post

Orlando hadisəsi – supergüc də terror qarşısında acizdir – ŞƏRH

Next Post

Bakıda sosial evlər harada tikiləcək? – Evi olmayanların diqqətinə!

Bənzər yazılar

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

29 İyul 2026 - 00:23

Bir alimin elmdə qoyduğu iz onun akademik ağırlığını göstərir. Azərbaycan elmində Səadət xanımın elmi yaradıcılığı haqqında çox adamın məlumatı var....

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

29 İyul 2026 - 00:16

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir Şəhid atasından Prezident İlham Əliyev və Birinci...

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

29 İyul 2026 - 00:15

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyaya rəsmi səfəri çərçivəsində iyulun 28-də bu ölkənin Xalq Nümayəndələri Palatasının sədri Taqasse Çaffo ilə...

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

28 İyul 2026 - 23:42

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində magistral avtomobil yolunun əks hərəkət istiqamətində yerləşən...

Next Post

Bakıda sosial evlər harada tikiləcək? - Evi olmayanların diqqətinə!

Bakıda sosial evlər harada tikiləcək? - Evi olmayanların diqqətinə!

Son xəbərlər

Azərbaycana ən çox gələnlər bu ölkələrdəndir

Azərbaycana ən çox gələnlər bu ölkələrdəndir

29 İyul 2026 - 11:50
DMX rəisi: Azərbaycan 17 dövlətin vətəndaşları üçün vizasız giriş imkanı yaradır

DMX rəisi: Azərbaycan 17 dövlətin vətəndaşları üçün vizasız giriş imkanı yaradır

29 İyul 2026 - 11:46
Süni intellekt mütəxəssisləri: İnkişaf tempini yavaşladın

Süni intellekt mütəxəssisləri: İnkişaf tempini yavaşladın

29 İyul 2026 - 11:38
İran İnqilab Keşikçiləri: Hörmüz boğazında 3 neft tankerini hədəf aldıq

İran İnqilab Keşikçiləri: Hörmüz boğazında 3 neft tankerini hədəf aldıq

29 İyul 2026 - 11:27
Yeni uçuş rekordu: Təyyarə 24 saat havada qaldı

Yeni uçuş rekordu: Təyyarə 24 saat havada qaldı

29 İyul 2026 - 11:15
Baş prokuror Laçında vətəndaşları qəbul edəcək

Baş prokuror Laçında vətəndaşları qəbul edəcək

29 İyul 2026 - 11:03
ABŞ Çin istehsalı olan humanoid robotların idxalını qadağan edir

ABŞ Çin istehsalı olan humanoid robotların idxalını qadağan edir

29 İyul 2026 - 10:55
Yaponiyada zəlzələ: Ən azı 13 ölü

Yaponiyada zəlzələ: Ən azı 13 ölü

29 İyul 2026 - 10:47
Fransa yenidən istilik dalğasına hazırlaşır

Fransa yenidən istilik dalğasına hazırlaşır

29 İyul 2026 - 10:36
Alimlər beyin sürətində işləyən çip hazırladılar

Alimlər beyin sürətində işləyən çip hazırladılar

29 İyul 2026 - 10:24
DİM: Xarici dil serifikatlarının verilməsində qeyri-şəffaf üsullardan istifadə halları aşkar olunub

DİM: Xarici dil serifikatlarının verilməsində qeyri-şəffaf üsullardan istifadə halları aşkar olunub

29 İyul 2026 - 10:14
DİM: IV ixtisas qrupunda müsabiqə vəziyyətinin yüksək olacağı gözlənilir

DİM: IV ixtisas qrupunda müsabiqə vəziyyətinin yüksək olacağı gözlənilir

29 İyul 2026 - 10:05
Dünya birjalarında neft bahalaşıb

Azərbaycan nefti 91 dollara satılır

29 İyul 2026 - 09:53
Universitetlərə ixtisas seçiminin başlayacağı tarix bilinib

Universitetlərə ixtisas seçiminin başlayacağı tarix bilinib

29 İyul 2026 - 09:49
Gələn ildən xarici dil imtahanında hansı tələblər olacağı açıqlanıb

DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisinə start verilib

29 İyul 2026 - 09:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.