"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

: “Atalarınız bazlıqda, analarınız xaricdə istirahətdə olsun…”

30 May 2016 - 21:30
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Elşən Musayev : "Atalarınız bazlıqda, analarınız xaricdə istirahətdə olsun..."

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Dünən “facebook”dakı dəyərli dostlarımdan birinin son dərəcə heyrət doğuracaq bir statusunu oxudum. Yazıb ki: “İşə gələrkən qarşımda çox bahalı bir maşın gedirdi. İçində də 3 – 4 cavan oğlan. Birdən onlar eyni anda başlarını avtomobilin şüşəsindən çıxarıb ətrafı təmizləyən yaşlı süpürgəçiyə söz atmağa başladılar. Öz aləmlərində məzələnirmişlər kimi. Hətta işıqforun yaşıl işığı yanarkən qabaqda əyləşən gədə bir az da uzağa gedib həmin yaşlı qadına: “imkan olsa arada bizim maşının içini də təmizlə” –atmacasını atdı. Sonra isə dostları ilə bərabər ucadan şaqqanaq çəkərək gözdən itdilər..”

***

Heç yadımdan çıxmaz, Əhmədlidə yaşarkən məhəlləmizi süpürən bir nənə vardı. Bəlkə də 80-ə yaxın yaşı olardı. Beli tamamən bükülmüşdü. Hər evdən çıxdığımda və qayıtdığımda qarşılaşardım onunla. Son dərəcə də pozitiv simaya sahib idi…Bir gün yeni il öncəsi, qarın çovğununda, səhər saat 7 radələrində onun işə getdiyini gördüm. Öz də istiqamət əks idi. Külək sifətini qılınc kimi kəsirdi. Saxladım maşını. Oturmağını rica etdim. Qəribə şəkildə gülümsündü. Qayıtdı ki, “oğlum, mən bütün günü zibillə əlləşirəm. Əlimdə də süpürgə. İyrənməyəcəksən məndən…?” Güllə kimi dəydi o söz mənə. İsrarla avtomobilə əyləşdirdim. Süpürgəsini də ehmalca arxa oturacağa qoydum. Yolu da bir az uzun elədim ki, azca isinsin, donu açılsın. Və…beləcə dialoqumuz başladı:

– Siz həqiqətənmi iyrənəcəyimi düşündünüz?

– Siz?…Mənimlə ilk dəfədir kimsə “sən” demədən danışır.

– Amma anam yaşındasınız, başqa necə danışım?

– Nə bilim oğlum, süpürgəçiyəm axı mən.

– Olsun. Nə fərq edər. Amma yenə də sualıma cavab almadım.

– Hə düşündüm iyrənərsən. Çünki, hətta dükanda məni tanıyan satıcılar belə nəsə aldığımda “setka” nı elə verirlər ki, əlləri əlimə toxunmasın. Sanki bomjam, zibil içində yaşayıram.

– Yox, anam, mən elə düşünmürəm. Rahat ol.

– Mən prokuror qızı olmuşam, oğlum. 7 yaşımda atamı itirmişəm. Ərim də imkanlı biznesmenlərdən, Rusiyada yaşayan soylu – köklü azərbaycanlılardan biri idi. Amma… Allah bəxtimi qara yazıb. Atam da, ərim də ayrı – ayrı müddətlərdə faciəli şəkildə həyatlarına son veriblər. Avto – qəzada…Kimsəsiz qalmışam. Balalarımı saxlamaq üçün, dilənməmək üçün hər vasitədən bəhrələnmişəm. Namusuma ləkə gətirməmişəm. Yaşlaşdığımda da süpürgəçilik etməkdən savayı çarəm qalmayıb.

– …..

– O gün məhəllələrin birini süpürürdüm. Həyətdə də uşaqlar oynayır. Gördüm eyvandan bir valideyn övladına açıqca, göz görəsicə səslənir ki: ” O qoca arvada yaxın oynama ha. O “kıx” dı…

– ….

– Həyat qəribədir oğlum, çox qəribə…

– Təhsiliniz varmı?

– Texnikom və “APİ”nin biologiyasını bitirmişəm. Qiyabi.

– Yəni ali təhsillisiniz…

– Aha, ali təhsilli süpürgəçi…(Bunu deyib, ğözlərimin içinə baxaraq xəfifcə ağladı. Həm də qəribə bir gülüşlə ağladı. Hirs gülüşü ilə. Nadan həyata istehza gülüşü ilə…)

– Sizi çox sevdim mən.

– Yox, mənim balam, sevmədin. Sadəcə yazığın gəldi. Amma yenə də hər şey üçün sağ ol. Allah səni qorusun. (dedi və düşüb getdi…)

P.S. Məni tanıyanlar bilir, son dərəcə vas – vası insanam. Hətta çayxanaya belə stəkanla gedirəm ki, birdən ordakılar təmiz yuyulmaz. Amma…o nənəni hər gördüyümdə gucaqlayıb öpürdüm. Onun komplekslərini qırmaq istəyirdim. Yazığım – filan da gəlmirdi. Qətiyyən iyrənmirdim.
Çünki, həyatımda bəlkə də indiyə qədər tanıdığım ən saf, ən mənəviyyatlı insanlardan birini bağrıma basırdım, qucaqlayırdım…
Hətta bir gün yol kənarında oturub bərabər nar yedik. Elə şirin hərəkətlər edirdi ki… Dənələri qoparıb xısın – xısın ağzına atırdı. Komplekssiz idi artıq. Utanmırdı.
Mən bəlkə də həyatım boyunca üzərimə düşən ən dəyərli missiyalardan birini icra etmişdim.
Mən bu qadını ölümündən bir ay öncə ondan iyrənmədiyimə inandıra bilmişdim….

Ölümünü isə qızı dedi. Eyni qaydada işə gedirdim. Gördüm evin önündə – təxminən 3 – 4 yaş civarında olan uşaq və başı bağlı bir qadın dayanıb. Tanımırdım. Sonradan agah etdi. Telefon nömrəsi – filan bilmədiyi üçün maşınımın nömrəsini və evin gözəyarı ünvanını veribmiş qızına. “Mama dedi ki, o oğlan öldüyümü bilsin. Başqa heç nə demə və istəmə…”

***
Odur ki, süpürgə və süpürgəçi ilə məzələnən qaqalar! Sözüm sizlərədir!

Bunu etməyi bacarırsınızsa, bacarmışsınızsa, bacardınızsa o zaman əmin olun: Gələcəyiniz parlaqdır. O qədər parlaq ki, işığı bir gün göz qamaşdıracaq. Fəqət, cəhənnəmdə!

Sizə tərbiyəni əsla və əsla ata – ana verə bilməz! Veribsə də bu fahişə tərbiyəsidir, oğraş, alçaq dəsti-xəttidir!

Bu dünyada ən böyük həqiqət – həyatın hər üzünü görənlərin həqiqətidir! Unutmayın. Hətta qulağınıza sırğa edin. Kor gözlərinizə də damğa!

Bütün əməllər bumeranqdır. Birmənalı! Və…bir gün inanın ki, qızınız da olmasa nəvəniz mütləq küçə süpürəcək. O zaman sizdən çox – çox daha mənəviyyatsız adamlar etdiyinizin eynisini edib onlarla məzələnəcəklər! Əcdadlarının günah bədəli olaraq…!

Siz – yüz minlik maşınlarda, atalarınız bazlıqda, analarınız xaricdə istirahətdə olsun. Kef edin. Ləzzət alın. Zövqünüzcə əylənin. Fəqət…. unutmayın ki, süpürgəsinə və şəxsiyyətinə əl qaldırdığınız insanın ovcundakı bir qabar, üzündəki bir qırış sizin kimi düşünən binamusların komundan daha qiymətlidir…
Daha müqəddəsdir!!!(Aktual.az)

Previous Post

: “Atalarınız bazlıqda, analarınız xaricdə istirahətdə olsun…”

Next Post

Manat nə vaxtadək möhkəmlənəcək?

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Manat nə vaxtadək möhkəmlənəcək?

Manat nə vaxtadək möhkəmlənəcək?

Son xəbərlər

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

29 İyul 2026 - 21:57
Magistratura imtahanının nəticələri elan olunub

Magistratura imtahanının nəticələri elan olunub

29 İyul 2026 - 21:53
İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

29 İyul 2026 - 21:48
Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

29 İyul 2026 - 21:47
Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

29 İyul 2026 - 21:45
Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

29 İyul 2026 - 19:30
“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

29 İyul 2026 - 19:26
Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

29 İyul 2026 - 19:16
Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

29 İyul 2026 - 19:09
Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

29 İyul 2026 - 18:57
Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

29 İyul 2026 - 18:50
Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

29 İyul 2026 - 18:41
Qəzzada 60 mindən çox uşaq yetim qalıb

Qəzzada 60 mindən çox uşaq yetim qalıb

29 İyul 2026 - 18:36
DİM magistraturaya qəbulun nəticələrini elan etdi

DİM magistraturaya qəbulun nəticələrini elan etdi

29 İyul 2026 - 18:26
Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

29 İyul 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.