"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT MANŞET

`Yaşıl dəhliz`in yaradılması nə verəcək? – Vüsal Qasımlı izah edir

24 May 2016 - 12:35
in İQTİSADİYYAT MANŞET
FacebookVatsap

 

Bunu da oxuyun

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı il 21 may tarixli Fərmanla “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydalarını” təsdiq edib.

Fərmana əsasən, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçməsi üçün yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq ediləcək. Malın hansı dəhlizdən keçməsini avtomatlaşdırılmış elektron informasiya sistemi risk qiymətləndirilməsi əsasında həyata keçirəcək. Fərman məmur-sahibkar münasibətlərini rəqəmsallaşdıracaq ki, bu da açıq hökumət prinsiplərinə uyğundur.

Bəs bu, idxalatçıya nə verir? İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, ilk növbədə sahibkar məmnuniyyəti. Çünki idxalçıdan yeganə tələb odur ki, gömrük sərhədini keçməzdən ən azı 1 saat əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi göndərsin. “Yaşıl dəhliz”dən istifadə zamanı idxalçıdan sadəcə olaraq, sərhəd-buraxılış məntəqələrində məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi tələb olunur. “Yaşıl dəhliz”dən istifadə edən idxalatçılar gömrük sərhədini keçdiyi andan öz malları üzərində sərəncam verə biləcəklər.

Bəs necə olur ki, elektron informasiya sistemi riski aşağı qiymətləndirir və idxalçı “Yaşıl dəhliz”dən istifadə edir? Vüsal Qasımlının sözlərinə görə, bunun yeganə yolu maliyyə intizamı, əvvəllər aparılan idxal əməliyyatlarının qanuna uyğunluğu, gömrük və vergi borcunun olmaması, inzibati və ya cinayət məsuliyyətinin yoxluğu və malların düzgün uçotudur. Deməli, “Yaşıl dəhliz” təkcə sahibkar məmnuniyyəti deyil, həm də sahibkarlıq fəaliyyətinin qanunauyğunluğunun stimullaşdırılmasıdır. Hər bir idxalçı qəbul etməlidir ki, əgər risk ehtimalını artırsa, onda uyğun olaraq mavi, sarı və qırmızı dəhlizlərdən istifadə etməli olacaq. Məsələn, “Qırmızı dəhliz”də gömrük nəzarətinin bütün formaları tətbiq olunur. Aydındır ki, hər bir sahibkar qanunlara daha çox riayət etməklə və məsuliyyətli olmaqla “Yaşıl dəhliz”dən istifadə hüququ qazanmağa çalışacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru deyir ki, bu cür yanaşma idxal edilən malın gömrük qeydiyyatına alınması üçün əlavə stimul yaradacaq və dövlət büdcəsinə gömrük rüsumu, ƏDV, aksiz və yol vergisinin alınması imkanlarını daha da genişləndirəcək. İdxal zamanı rəsmi qeydiyyata düşməklə sonra həmin məhsulların ölkə daxilində də leqal dövriyyəsi təmin edilir. Bu isə dövlət büdcəsinin gəlirlərinin təmin olunması və biznesin daha da leqallaşdırılması üçün əlavə imkanlar yaradır.

– 2015-ci il ərzində gömrük hüquqpozmaları sahəsində 579 cinayət xarakterli fakt və 8627 inzibati xəta faktları qeydə alınıb. “Yaşıl dəhliz”in tətbiqi həm cinayət, həm də inzibati xəta faktlarının azalmasına şərait yaradacaq. Bu xüsusda daha bir vacib məqam ondan ibarətdir ki, Prezident İlham Əliyevin dizayn verdiyi iqtisadi islahatlar kompleks xarakter daşıyır. Belə ki, Cinayət Məcəlləsinə edilən son dəyişikliyə əsasən iqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyət yüngülləşdirilir və dekriminallaşdırılır. Məsələn, əvvəllər vergi və gömrük rüsumlarından 2000 manat məbləğində yayınan sahibkarlar cinayət məsuliyyətinə cəlb edilirdisə, indi bu hədd 20 min manat olub. Həmçinin iqtisadi fəaliyyət sahəsində olan cinayətlər fəslində cinayət məsuliyyəti yaradan hədd 1000 manatdan 20 min manata çatdırılıb. Bu da həmin məbləğə qədər olan hissədə əməllərin dekriminallaşdırılması deməkdir. Statistik təhlillərə əsasən cinayət məsuliyyəti yaradan məbləğin artırılması vergidən yayınma cinayət işlərinin təqribən 40%-ni, qanunsuz sahibkarlıq cinayət işlərinin 30%-ni dekriminallaşdıracaqdır. “Yaşıl dəhliz”in tətbiqi və dekriminallaşdırma azad sahibkarlığın inkişafını sürətləndirir,- deyə Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycana idxalın 495,4 milyon ABŞ dolları dəniz nəqliyyatı, 5,1 milyard ABŞ dolları dəmir yolu nəqliyyatı, 1,9 milyard ABŞ dolları avtomobil nəqliyyatı və 15,5 milyon ABŞ dolları hava nəqliyyatı vasitəsilə gerçəkləşdirilib. Fərmana əsasən bütün gömrük sərhəd buraxılış məntəqələrində buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılacaq. Yəni sahibkar dəmiryolu, hava yolu, su yolu və avtomobil yolu ilə idxal əməliyyatı həyata keçirərkən “Yaşıl dəhliz”dən faydalana biləcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktorunun sözlərinə görə, Azərbaycanda gömrük islahatları sahəsində atılan addımlar Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” hesabatında ölkəmizin “Beynəlxalq ticarət” kriteriyası üzrə mövqelərinin yaxşılaşdırılması üçün zəmin yaradır. Xüsusən idxal zamanı sərhəd və gömrük nəzarətinə sərf edilən vaxt və xərc, həmçinin sənədlərin rəsmiləşdirilməsinə tələb olunan zaman və xərcin azalması proqnozlaşdırılır. Qeyd edilməlidir ki, Dövlət Gömrük Komitəsi 27 yanvar 2016-cı il tarixdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edərək xidmət haqqını 50 AZN-ə endirib. Azərbaycanda aparılan digər sürətli iqtisadi islahatları da nəzərə alsaq, ölkəmizin növbəti “Doing Business” hesabatında sürətlə irəliləməsinin şahidi olacağıq.

İslahatın növbəti mərhələsində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti arasında məlumat mübadiləsinin aparılması təşkil ediləcək. Bununla da, vahid informasiya bazası dövlət idarəetməsinin daha da təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasına töhfə verəcək. Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığının təmin edilməsi isə ziyanverici orqanizmlərin və xəstəliklərin ölkə ərazisinə yayılmasının qarşısının alınmasına hesablanıb.

Vüsal Qasımlının sözlərinə görə, Azərbaycanda “Yaşıl dəhliz”in yaradılması ölkəmizin Şərq-Qərb və Şimal-Cənub daşımalarında əhəmiyyətini daha da artırır. Belə ki, Azərbaycan və Qazaxıstan arasında, eyni zamanda Qazaxıstanla Çin arasında ikitərəfli qaydada “yaşıl dəhliz”in yaradılması Böyük İpək yolu üzrə daşımaların sürətləndirilməsini təmin edir. Yəni Bakıdan Şanxaya qədər uzanan “yaşıl dəhliz” təkcə Azərbaycan deyil, həm də tranzitlə məşğul olan sahibkarlar üçün cəlbedicidir. Digər tərəfdən isə, ikitərəfli qaydada Azərbaycan, Rusiya və İran arasında “yaşıl dəhliz” Şimal-Cənub istiqamətində də nəqliyyat dəhlizinin imkanlarını genişləndirəcək. Nəzərə alanda ki, Azərbaycanın yaxın perspektivdə kənd təsərrüfatı və ərzaq malları kimi bazarlara tez çatdırılması tələb olunan ixrac potensialı genişdir, onda “yaşıl dəhliz”in əhəmiyyəti bir qədər də artmış olur.

– Azərbaycanda aparılan davamlı iqtisadi islahatların tərkib hissəsi olaraq gömrük islahatlarının yeni mərhələsinin əsası “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli Sərəncamı ilə qoyulub. Hazırda Azərbaycanın gömrük sistemində islahatlar Dünya Gömrük Təşkilatının qəbul etdiyi “21-ci əsrdə gömrük” adlı sənəddə irəli sürülən müddəaların ruhuna tam uyğundur. Cənab Prezident İlham Əliyevin apardığı gömrük islahatları sürətlə dəyişən infromasiya-kommunikasiya texnologiyalarının, həmçinin qloballaşan dünyada nəqliyyat-logistika və liberal ticarətin gətirdiyi yeniliklərlə ayaqlaşır,- deyə V.Qasımlı vurğulayıb.

Previous Post

`Yaşıl dəhliz`in yaradılması nə verəcək? – Vüsal Qasımlı izah edir

Next Post

Razi Nurullayev: ” Hər iki gəncin üzərindən saxta ittihamları götürülməlidir ”

Bənzər yazılar

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

25 Fevral 2026 - 22:07

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov bu ölkənin investisiya, ticarət və sənaye naziri Johari Abdul Qani ilə görüşüb. Səfirlikdən Elchi.az -...

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb

12 Fevral 2026 - 19:54

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt...

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

09 Fevral 2026 - 23:17

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla, region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin...

Dövlət başçısı: Azərbaycanın qeyri-neft və qaz sənayesi demək olar ki, 8 faiz artıb

Dövlət başçısı: Azərbaycanın qeyri-neft və qaz sənayesi demək olar ki, 8 faiz artıb

09 Fevral 2026 - 20:58

Azərbaycanın qeyri-neft və qaz sənayesi demək olar ki, 8 faiz artıb. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev...

Next Post

Razi Nurullayev: '' Hər iki gəncin üzərindən saxta ittihamları götürülməlidir ''

Razi Nurullayev: '' Hər iki gəncin üzərindən saxta ittihamları götürülməlidir ''

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.