"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

ABŞ Azərbaycanın “Qərb qapısı”nı nəzarətə götürür – ilginc gəlişmə

04 May 2016 - 08:57
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

ABŞ Azərbaycanın “Qərb qapısı”nı nəzarətə götürür – ilginc gəlişmə

Çəkişən qlobal güclər Güney Qafqazda toqquşacaq? Gürcüstan uğrunda Rusiya ilə rəqabət şiddətlənir; bu rəqabət 45 milyardlıq Cənub Qaz Dəhlizi layihəsinin də taleyini müəyyən edəcək; Kremlin Qarabağa sülhməramlı yerləşdirmək planının baş hədəfi bəlli olur; Batumiyə yüzlərlə Amerika tankı gətirilir…

Önümüzdəki isti aylar bölgə və onun ətrafında gedən siyasi proseslər üçün də yüksək hərarət vəd edir. Hər halda, hərbi əməliyyatlardan ötrü əlverişli sayılan yay mövsümü həmişə siyasi dinamikanın güclü hərəkətverici qüvvəsi kimi çıxış edib. Bu mövsüm də yəqin ki, istisna olmayacaq. Xüsusən də “barıt çəlləyi”ni xatırladan, qlobal və regional güclərin həyati maraqlarının kəsişdiyi Güney Qafqazla bağlı belə proqnozu vermək mümkündür. 
Böyük ehtimalla, məhz qarşıdakı aylar region uğrunda rəqabət aparan iki əsas güc mərkəzinin – Rusiya və Qərbin (ABŞ, NATO, Avropa Birliyi) münasibətlərində əhəmiyyətli aydınlaşma ilə yadda qalacaq. Bu aydınlaşma Cənubi Qafqazın geosiyasi, energetik və iqtisadi vahid olaraq bundan sonrakı inkişafının, həmçinin Qarabağ ixtilafının həlli perspektivinin yekun vektorlarını cıza bilər.
***
Kreml şübhə yox ki, bunun fərqindədir və tələsir. Artıq Rusiyadan yan keçəcək və “Şahdəniz-2″ Azərbaycan qazını Avropaya çatdıracaq 45 milyardlıq Cənub Qaz Dəhlizinin (TANAP, TAP) inşası həlledici fazaya keçib. Qərarlar verilib, layihənin reallaşması üçün maliyyə problemi aradan qalxıb. Rusiyadan yan ötən növbəti iri kommunikasiya layihəsi – Bakı-Tiflis-Qars dəmir yolunun inşası isə bu il yekunlaşacaq.
Bu layihələri əngəlləmək üçün Moskvanın tək sınanmış yolu bölgədə hərbi cəhətdən möhkəmlənmək və öz təsirini artırmaqdır. Regionun siyasi anlamda da, coğrafi anlamda da əsas “Qərb qapısı” sayılan Gürcüstanda (Abxaziya, Cənubi Osetiya) Rusiya hərbi bazaları artıq yerləşib. Ancaq bu, qeyri-legitim mövcudluqdur. Rusiya isə indi həm də bölgənin əsas “Şərq qapısı” Azərbaycana hərbi cəhətdən qayıtmaq istəyir – ancaq sülhməramlı qüvvələr adı ilə və legitim qaydada.
Məlumatlara görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun son Bakı səfəri zamanı Kremlin Bakı qarşısında qoyduğu tələblərdən biri elə bununla bağlı olub. Lakin rəsmi Bakı ona olumlu cavab verməyib. Ancaq çətin ki, Rusiya öz hədəfindən əl çəksin. Çünki söhbət onun köklü maraqlarından gedir. Cənubi Qafqaza nəzarətin itməsi isə Şimali Qafqazın da əldən getməsinə və Xəzər hövzəsində dominantlığın itirilməsinə gətirəcək. Bu üzdən Moskvanın Qarabağ münaqişəsi zonasında məqbul bildiyi müddətdə idarə olunan konfrontasiya yaratmaqda maraqlı olduğu deyilir.
***
Sözsüz ki, bu planlardan ABŞ və NATO xəbərdardır və onlara qarşı kontur-tədbirlər, ön hazırlıqlar içindədir. Ötən həftə ABŞ Konqresində Rusiyaya qarşı antiişğal qanunu layihəsinin gündəliyə salınması bu qəbildəndir. Xəbər verdiyimiz kimi, sənəddə Gürcüstanın ilhaq edilmiş bölgələri ilə bağlı müddəalar da yer alıb. 
ABŞ və NATO-nun birgə hərbi nümayəndə heyətinin srağagün Gürcüstana səfərə gəlməsi də eyni kontekstdə qiymətləndirilə bilər. Məlumatlara görə, ABŞ-ın Avropadakı silahlı qüvvələrinin komandanı, general-leytenant Frederick Ben Hodgesin rəhbərlik etdiyi heyət Batumi limanının buraxılış qabiliyyətini və infrastruktur imkanlarını araşdıracaq. Yaxınlaşan Gürcüstan-NATO hərbi təlimlərində iştirak etmək üçün Amerikanın hərbi texnikaları məhz bu liman vasitəsilə gətirilməlidir. NATO mütəxəssisləri dəniz limanı ilə yanaşı, Batumi beynəlxalq hava limanına da baxış keçiriblər.
“Layiqli Tərəfdaş” adlı irimiqyaslı təlimlər gələn ay keçiriləcək. Gürcüstanın NATO ilə hər il keçirdiyi bu təlimlər Vaziani poliqonundakı NATO Təlim Mərkəzinin ərazisində təşkil olunur. Ancaq maraqlıdır ki, bu dəfə Amerika arsenalının tərkibini genişləndirmək qərara alınıb. O sırada ilk dəfə olaraq birgə təlimlərdə ABŞ-ın “Abraams” tankları da iştirak edəcək. Bolqarıstandan bərə vasitəsilə yüzlərlə belə tank gətiriləcək. Yəni budəfəki hərbi təlim Rusiyaya daha güclü “əzələ nümayişi” təsiri bağışlamalıdır. 
***
“Belə mötəbər nümayəndə heyətinin Gürcüstandan sonra regionun digər ölkələrinə də ziyarət etmək planı onu göstərir ki, may təlimləri səfərin yeganə məqsədi deyil”. Bunu “Arsenali” hərbi-analitik jurnalının baş redaktoru İrakli Aladaşvili deyib. Gürcü ekspertin fikrincə, alyansın bu aktivliyi Rusiyanın son zamanlar bölgədə fəallaşması ilə bağlı ola bilər.
“Krımın ilhaqı Qərb üçün tamamilə gözlənilməz oldu. Hərçənd, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra Qərb ayıq-sayıq olmalı idi. Ona görə ki, Rusiya öz təcavüzkarlığını Qara dəniz akvatoriyasında ilk dəfə məhz o vaxt göstərmişdi. Hər halda 90-cı və 2000-ci illərdə Qara dənizdə Türkiyə şəksiz üstünlüyə malik idi. Rusiya tədricən ona çatmağa çalışır. Krımın ilhaqı və Abxaziyanın işğalı bu baxımdan onun mövqelərini gücləndirib. NATO və ABŞ anlayır ki, Qara dənizdə əvvəlki nüfuzunu bərpa etmək üçün bloka üzv olan və üzv olmağa çalışan sahilboyu ölkələrin hərbi dəniz qüvvələrini və dəniz infrastrukturunu gücləndirməlidir” – politoloq qeyd edib.
***
Vazianidəki NATO təlim mərkəzinin Rusiyanın qulağının dibində təşkil edəcəyi bu təlimlərin sonuncuda ciddi qıcıq yaradacağı şəksizdir. Yada salaq ki, ötən il – Mərkəz formalaşanda Moskva bunu “bölgədəki təhlükəsizliyi təhdid edən təxribat” adlandırmışdı. Bır sıra təhlilçilər o qənaətdədir ki, Rusiya ABŞ və NATO-nun regionda artan təsirini neytrallaşdırmaq üçün burada daha da möhkəmlənməyə çalışır, eyni zamanda tələsir. “Qarabağ kartı” da ən çox bu yöndə Kremlə gərək ola bilər.
Yeri gəlmişkən, tanınmış rusiyalı politoloqlardan Andrey Piontkovski 4 günlük müharibən sonra Moskvanın Dağlıq Qarabağa zonasında sülhməramlı adı ilə öz qüvvələrini yerləşdirmək istəyi arxasında Azərbaycandan çox Gürcüstana nəzarəti gücləndirmək istəyinin durduğunu söyləmişdi. 
 
Sitat: “Bölgədəki gərginlikdə daha çox Moskva maraqlıdır. Putin istəyir ki, dahi sülhməramlı kimi bu regionda sülhün bərqərar olması üçün öz xidmətlərini təklif etsin. Həm də məhz bu sülhməramlılıq qulaqlarını döyən Qərb dövlətlərinin icazəsi ilə, açıq şəkildə dövlətlərin təmas xəttinə qoşun yeritməyə imkan verəcək. Bu isə Moskvanın Gürcüstan üzərində olan çoxdankı nəzarətinin Azərbaycana da şamil edilməsidir. Ani olaraq Rusiyanın Ermənistandakı Gümrü bazasına dəhlizin açılması məsələsi ortaya çıxır ki, bu dəhliz də Gürcüstandan keçir”.
***
Güney Qafqazda Rusiyanın mümkün hədəfləri barədə Türkiyənin “Habertürk” nəşrinin yazdıqları da diqqət çəkir. “Azərbaycanla Ermənistan arasındakı konfliktdə enerji amili hansı yeri tutur? Səbəblərdən biri bu ola bilər ki, Rusiya getdikcə güclənən izolyasiya nəticəsində daha aqressiv davranış sərgiləyir. Aydındır ki, BMT Krımın statusu barədə qiymətləndirmə etməyincə, Rusiyanın Avropaya qaz satışı çətin olacaq” – nəşr qeyd edir.
 
“Habertürk”ün yazdığına görə, Rusiya Avropaya “Şimal axını -2″ layihəsi üzrə qaz çatdırmaq uğrunda mübarizə aparırkən AB ölkələri Azərbaycan, İsrail, Cənubi Kipr kimi alternativ qaynaqlar axtarışındadır. ”Daha bir fakta diqqət eləmək lazım gəlir: son vaxtlar ABŞ da daxil, bütün maraqlı tərəflərin iştirakı ilə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılmasına həsr olunmuş görüş keçirilib (Bakı sammiti nəzərdə tutulur-red.) Layihə artıq bəyənilib. Bu fakt Rusiyanın narahatlığı üçün əsas ola bilərmi?” – nəşr sonda sual qarışıq əlavə edib.
***
Bir şeyi dəqiqliklə söyləmək olar ki, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən “Qərb çıxışı”na nəzarəti saxlamaqdan ötrü ABŞ və NATO 2008-ci illə müqayisədə indi qat-qat tədbirli görünür. Kreml bu tədbirləri neytrallaşdıra biləcəkmi? Onu da əlavə edək ki, tanınmış hərbi ekspert Pavel Felqenqauer Rusiya və ABŞ-ın (NATO-nun) toqquşa biləcəyi bölgələr arasında Cənubi Qafqazın da adını çəkib.  
Previous Post

ABŞ Azərbaycanın “Qərb qapısı”nı nəzarətə götürür – ilginc gəlişmə

Next Post

Prezident yeni modelə keçir

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Prezident yeni modelə keçir

Prezident yeni modelə keçir

Son xəbərlər

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41
Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

10 Oktyabr 2026 - 11:27
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

10 Oktyabr 2026 - 11:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.