"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Problemli kreditlər yenidən gündəmdə – “buz tərpənib”, ancaq…

02 May 2016 - 09:37
in XƏBƏR LENTİ
FacebookVatsap
Problemli kreditlər yenidən gündəmdə - “buz tərpənib”, ancaq...

Məsələdən nəhayət, optimal çıxış yolu tapılacaqmı? Ekspertlərin gözləntiləri fərqlidir…

Bunu da oxuyun

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Ölkədə birinci kəskin devalvasiyadan ildən artıq vaxt ötsə də, hökumət dollar kreditləri ilə bağlı problemi çözməyə çalışmır. Dəfələrlə hökumət nümayəndələri məsələ ilə əlaqədar vətəndaşlara güzəşt edilməyəcəyi barədə fikirləri müxtəlif formalarda səsləndiriblər. Hətta yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri də kreditlərdə güzəşt olmayacağını vurğulayıb. Ancaq artıq Milli Məclis dollar kreditləri ilə bağlı yeni təkliflər hazırlayır. 
 
Milli Məclisin üzvü Vahid Əhmədov təklifin nədən ibarət olacağı barədə ictimaiyyətə məlumat verilmədiyini bildirib. O, həmçinin qeyd edib ki, layihə Milli Məclisə təqdim edildikdən sonra detallar açıqlanacaq: “Hazırda dollar kreditlərinin qaytarılması ilə bağlı təkliflər hazırlayırıq”. 
 
 
 
 
 
 
Deputat Əli Məsimli isə bildirib ki, məsələyə sistemli yanaşmağa çalışıblar: “Dollar kreditlərinin qaytarılması ilə bağlı bütün yükü əhalinin üzərinə atmaq problemi çətinləşdirmək deməkdir. Təklif edirik ki, burada dövlət qurumları ilə bankların maraqları balanslaşdırılsın. Bir hissəsini banklar, bir hissəsini dövlət qurumları, bir hissəsini dollarla kredit götürən vətəndaşlar, bir hissəsini də Mərkəzi Bank üzərinə götürsün”. Ekspertin sözlərinə görə, dolların məzənnəsinin gələcək aqibəti də dumanlıdır.
 
Ekspert Əkrəm Həsənov da qanun layihəsi barədə tam məlumatı olmadığını dedi: “Eşitdiklərimə əsasən, həmin layihə bundan sonra veriləcək kreditlərə aiddir. Kreditin verilməsinə məhdudiyyətlər qoyur. Yəni ümumiyyətlə əhaliyə dollarla istehlak kreditlərinin verilməsinə məhdudiyyətlər qoyur. Yəni istənilən halda bu, müsbət addımdır, amma gələcəyə aiddir, indiyə qədər verilən kreditlərə aid deyil. Biz artıq dəfələrlə şahidi olmuşuq ki, hökumət rəsmiləri nümayəndələri güzəştin olmayacağını deyiblər. Əgər hökumət deyirsə ki, belə bir güzəşt olmayacaq, deməli, bunun üçün pul yoxdur. Pul yoxdursa, parlament tərəfindən belə qanunun qəbul edilməsi gözlənilmir”.
 
İqtisadçı-ekspert Natiq Cəfərli isə qeyd etdi ki, əslində hökumət dollar kreditlərinə çox səhv yanaşıb: “Həm hökumət, həm Mərkəzi Bank bütün problemi kredit götürən vətəndaşların və bankların üstünə atdı, özünü kənara çəkdi. Bütün kəskin devalvasiya olan ölkələrdə, məsələn, Rusiyada, Qazaxıstanda kreditlərlə bağlı müəyyən addımlar atıldı. Azərbaycanda bu olmadı, zamana buraxıldı. Buradan məlum oldu ki, çox səhv yanaşmadır. Çünki problemli kreditlərin həcmi kəskin artıb. Çox böyük sürətlə geri qaytarılmayan kreditlər artır. Bu, artıq o məqama çatıb ki, həm hökumət, həm Mərkəzi Bank da vəziyyətin ciddiliyini anlayır. Hökumət anlayır ki, belə davam etsə, bank sektorunda çox ciddi çöküş yaşanacaq. Çünki bəzi banklarda problemli kreditlərin həcmi 80 faizi keçib, böyük bir rəqəmdir. Ümumi ölkə üzrə götürdükdə, son bir il ərzində problemli kreditlərin həcmi iki dəfədən çox artıb. O biri tərəfdən, düşünürəm ki, müəyyən gecikmələr də olsa, bu, problemin həllində hökumət və Mərkəzi Bank müəyyən addımlar atmağa düşünür. Burada həmin o güzəştlərin mənbəyi, maliyyələşmə mənbəyi hələ də bilinmir. Müxtəlif fikirlər səslənir. Bir çox ekspertlər bunun Mərkəzi Bank tərəfindən həyata keçirilməsinin doğru olduğunu bildirirlər. Başqa qisim ekspertlər isə bunu üç yerə bölməyi təklif edirlər. Həm vətəndaş, bank və Mərkəzi Bank arasında bölünməsini təklid edirlər. Amma əgər maliyyələşmə mənbələri tapılmasa, bu qanun qəbul olunsa belə, kağız üzərində qalacaq. Bu sektora bir xeyri olmayacaq. Ümid edirəm ki, heç olmasa bir ildən çox gecikmə ilə də olsa, hökumət, Mərkəzi Bank və parlament bir ortaq məxrəcə gələrək müəyyən bir uğurlu qanun layihəsi qəbul edəcəklər. Bunun yolları da var. Hökumət də anlamalıdır. Banklar da anlamalıdır ki, əgər bütün yük vətəndaşın üzərində qalsa, kredit geri qayıtmayacaq, ödənilməyəcək. Onsuz da vətəndaş işini itirir, iş yerləri azalır, müəssisələr qapanır, qaytarıla bilməyəcək kreditlərin həcmi kəskin artacaq, banklar çökəcək. Banklar da batsa, bütün iqtisadiyyata çox cidid mənfi təsir göstərəcək”.
 
Ekspert Vüqar Bayramov isə bildirdi ki, Mərkəzi Bankdan sonra Maliyyə Bazarlarına Nəzarət Palatası da dollar ilə kredit götürənlərə “bəd xəbər” verib – kompensasiya gözlənilmir: “Hal-hazırda kreditlərin məbləğinin 19,7 milyard manat olduğunu və ümumi kredit portfelində xarici valyutaların payını nəzərə alsaq söhbət ikinci devalvasiyadan sonra yaranan 3,5 milyard manatlıq fərqdən gedir. Həm Mərkəzi Bank, həm Palata bu fərqin banklar ilə vətəndaşlar tərəfindən qarşılacağını güman edir. Banklar heç bir güzəştə getmək istəmir və praktik olaraq getmirlər. Müştərilərin heç də hamısı isə belə böyük fərqi qarşılamaq imkanlarına malik deyil. Nəzərə almaq lazımdır ki, 2015-ci ilin il əvvəlində10 min dollar kredit götürən şəxsə bank 7800 manat veribsə indi əsas məbləğ faizlər hesablanmadan 15 min manat olub. 10 min dollarlıq kredit üzrə yalnız əsas məbləğdə 7200 manat fərq var. Deməli, il yarım öncə 7800 manat kredit götürən şəxs faizlər ilə birlikdə banka 20 min manatdan çox pul ödəməlidir. Dövlətin dəstəyi olmadan bu kreditlərin qaytarılacağı inandırıcı görünmür”,- deyə o, qeyd elədi.
Onun da qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının xarici valyutada istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair əlavə məlumat yayıb. Palatadan verilən məlumata görə, qurumun Direktorlar Şurasının iclasının qərarı ilə 5 aprel 2016-cı il tarixdən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün kredit təşkilatları tərəfindən xarici valyutada istehlak kreditlərinin verilməsi bir ay müddətinə dayandırılıb. Bundan başqa, Palatanın məlumatına görə, bu qadağanın qüvvədə olduğu müddətdə dollar kreditlərinin şərtləri də dəyişdirilə bilməz: “Bu növ kreditlərin restrukturizasiya edilməsi, yəni müqavilə şərtlərinin dəyişdirilməsi və ya yeni öhdəlik kimi rəsmiləşdirilməsi qadağanın əhatə dairəsindədir”.
Previous Post

Problemli kreditlər yenidən gündəmdə – “buz tərpənib”, ancaq…

Next Post

`Mayın 9-dan sonra Qarabağ danışıqları aktivləşəcək` – Deputat

Bənzər yazılar

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23

Çərşənbə günü ABŞ-də inflyasiyanın gözləniləndən daha çox sürətlənməsinin səbəb olduğu dolların möhkəmlənməsi fonunda qızılın qiymətləri kəskin şəkildə azalır. Elchi.az xəbər...

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20

Fransada şagirdlərin ölkə üzrə etiraz aksiyalarına başladığı vaxtdan indiyədək hüquq-mühafizə orqanları əməkdaşları təxminən 8 min nəfəri saxlayıblar. Elchi.az -ın BFMTV...

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19

Albaniyanın paytaxtı Tiranada etiraz aksiyasında iştirak edən tələbələr Təhsil Nazirliyinin binasına od vurublar. Elchi.az -ın "Politico" nəşrinə istinadən verdiyi məlumata...

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin 51 %-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının rəhbərliyi yenidən formalaşdırılıb. Elchi.az Özbəkistan mətbuatına istinadən...

Next Post

`Mayın 9-dan sonra Qarabağ danışıqları aktivləşəcək` - Deputat

`Mayın 9-dan sonra Qarabağ danışıqları aktivləşəcək` - Deputat

Son xəbərlər

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.