"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Gədəbəy İcra Hakimiyyəti döyülən şəxsin xəstəxanaya yerləşdirilməsini yasaqlayıb

02 May 2016 - 09:30
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Gədəbəy İcra Hakimiyyəti döyülən şəxsin xəstəxanaya yerləşdirilməsini yasaqlayıbNatiq Ələkbərov: “Məmmədov qardaşları pullarına, İcra Hakimiyyətinə arxayın olub istədikləri qanunsuzluğu edirlər”

Gədəbəyin Arıqıran İnzibati Ərazi Dairəsində(İƏD) yaşayan Natiq Yaqub oğlu Ələkbərovu döyüb, boğublar. Onu döyənlərin əlindən zorla çıxan N.Ələkbərov sonrdan daha böyük haqsızlıqlarla üzləşib. N.Ələkbərov redaksiyamıza etdiyi şikayətdə bildirir ki, onu öldürmək istəyən Məmmədov qardaşlarının arxasında dayananlar Gədəbəyin İcra Hakimiyyətinin rəhbərliyində təmsil olunurlar: 
“Aprelin 28-də Rabil və Əli Məmmədov qardaşları məni döydülər. Boynuma kəndiri salıb boğmaq istədilər. Məni öldürmək istəyirdilər. Zorla əllərindən çıxa bildim. Daxili İşlər Nazirliyin 102 xidmətini yığmaq istədim, telefonumu əlimdən alıb palçığın içinə atdılar. Bundan 2 gün əvvəl isə üstümə maşın sürmüşdülər. Döyüldüyüm gün birtəhər evə gəldim. Qardaşım oğlu təcili yardım çağırdı. Gədəbəy Rayon Xəstəxanasına aparıldım, orada yardım göstərdilər. Vəziyyətim ağır olsa da, xəstəxanada məni saxlamaqdan imtina etdilər. Bizimlə düşmənçilik edənlər Rabil, Əli, Ramil və Akif Məmmədov qardaşlarıdır. Atam Yaqub Ələkbərov balıq gölü düzəltmək üçün Arıqıran İnzibati Ərazi Vahidliyində torpaq sahəsi almışdı. Torpağımızı İcra Hakimiyyətindəki havadarları vasitəsi ilə zəbt elədilər. Bundan əvvəl mən meşədə gözətçi işləyirdim. Həmin vaxt meşə ərazisində Rabil Bəybala oğlu Məmmədov ”budka” tikirdi. Meşənin ərazisi olduğuna görə qanunsuzluq barədə Meşə Təsərrüfatı İdarəsinə məlumat verdim. Bildirdim ki, tikintinin dayandırılması haqda tələblərimi saymırlar. Məlumatı verdiyimə görə Rabil Məmmədov və qardaşları Əli, Ramil və Akif bizimlə düşmənçilik aparmağa başladılar. Məni və atamı təhqir etməyə, söyməyə başladılar. Məni 2 dəfə döydülər”.
 
Natiq Ələkbərov deyir ki, Məmmədovların Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə yaxşı münasibətləri var və xəstəxanaya qəbul olunmamasını xəstəxanaya icra hakimiyyətindən verilən göstərişlə izah edir:“Məmmədovların böyük qoyun sürüləri var, sahibkardırlar. 4 qardaşın 3-ü dövlətdən heç bir əsas olmadan pensiya alır. Arıqıran İƏD-in sədri Zahir Qarayev Məmmədovların xalası oğludur. Onun vasitəsi ilə bizə məxsus torpaqda göl düzəldirlər. Biz də şikayət edirik. Mənə Məmmədovlar açıq şəkildə deyirlər ki, pul bizdə, adam bizdə, İcra Hakimiyyəti bizim arxamızda. Mən də xəstəxanaya getdim, qəbul etmədilər. Ərizə yazıram baxmırlar. Görürəm ki, Məmmədovların dedikləri düz çıxır. Pulları da var, adamları da. Bizim kimi kasıb adamları əzirlər, haqqımızı yeyirlər. Gədəbəy xəstəxanasında məni qəbul etmədilər, məcbur olub Şəmkir Rayon Xəstəxanasına getdik. Orada da məni götürmədilər. Yəqin ki, buranın icrasından tapşırmışdılar deyə götürmədilər”.
 
Natiq Ələkbərov deyir ki, onu 2015-ci ilin yanvarında işdən çıxarıblar: “Meşə gözətçisi idim. Yazdılar ki, guya iş vaxtı ərazidə olmamışam. Halbuki yanvar ayında Gədəbəy meşələrində 1 metr qar olur. Həmin şəraitdə meşədə hansı qanunsuzluq ola bilər? Məni Məmmədovlar İcra Hakimiyyətindəki adamları vasitəsi ilə işdən çıxarıblar. Bu adamlar Gədəbəyin İcra Hakimiyyətinə arxayın olub istədikləri qanunsuzluğu edirlər. Məni döyüblər, boğublar, atamı təhqir ediblər, torpağımızı əlimizdən alıblar, Gədəbəyin hüquq-mühafizə orqanları şikayətlərimizə baxmır. Döyülməyimlə bağlı ərizəmi alıblar, amma heç bir tədbir görmədilər. Deyirlər ki, guya 2 qardaş məni döyəndə onlara daha ağır xəsarət yetirmişəm. Mən 2 nəfəri necə döyə bilərəm? 3 övladım var, biri əsgərlikdədir, vətəni qoruyur. Bu vətəndə bizim haqqımız, hüququmuz yoxdurmu?”
Natiq Ələkbərov hüquq-mühafizə orqanlarından üzləşdiyi qanunsuzluqla bağlı ölçü götürülməsini, obyektiv araşdırılma aparılmasını xahiş edir.
Previous Post

Gədəbəy İcra Hakimiyyəti döyülən şəxsin xəstəxanaya yerləşdirilməsini yasaqlayıb

Next Post

Ermənilər rayonlarımızı atəşə tutdu – Cəbhədən son xəbər

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Ermənilər rayonlarımızı atəşə tutdu - Cəbhədən son xəbər

Ermənilər rayonlarımızı atəşə tutdu - Cəbhədən son xəbər

Son xəbərlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.