"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rusiya Ermənistana yardım etməyəcək – Zahid Oruc

05 Aprel 2016 - 14:03
in XƏBƏR LENTİ
FacebookVatsap

Heç şübhəsiz, 2 apreldən başlayan hərbi əməliyyatlar gələcək dövr üçün Qarabağın azadlığında mühüm rol oynayacaq. Artıq istər siyasi, istərsə də hərbi baxımdan proses başlandı. Bunu əminliklə söyləmək mümkündür.

Bunu da oxuyun

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

 

Bu sözləri millət vəkili Zahid Oruc son günlər cəbhədə yaşananları şərh edərkən  deyib. Zahid Oruc Vətənin gələcək bütövlüyü üçün Qarabağda böyük bir hərəkatın başlandığını bildirib və bir çoxlarının bunu II Qarabağ savaşı adlandırmasını haqlı sayıb:

 

“Faktiki olaraq, dövlət başçısının qeyd etdiyi kimi, 1990-cı illərdən sonra nəinki Azərbaycanın, bütün postsovet məkanının həyatında itirilmiş torpaqların 1 kvadrat santimetrinin belə qayıtması hadisəsi baş verməyib. Baxın, Abxaziya, Osetiya, Dnestryanı ilə bağlı faktlar ortadadır. Bu gün hərbi yüksəkliklərin və yaxud bir neçə kəndin azad olunması heç bir halda “kiçik hissə” sayıla bilməz. Çünki torpaq hissələrə bölünmür, Vətən ən kiçik hissəsində belə vətəndir. Ona görə də Vətənin gələcək bütövlüyü üçün Qarabağda böyük bir hərəkat başlanıb və bir çoxları bunu II Qarabağ savaşı adlandırmaqda haqlıdır. Reallıq ondan ibarətdir ki, 25 il əvvəlki dövrlə müqayisə etdikdə, həmin zamanın çox böyük səhvlərini görürük. O dövrdə ölkə vahid siyasi rəhbərliyə malik deyildi. İndi isə əksinə, ölkənin siyasi elitasında yekcinslik, məsələlərə vahid mövqe  və qərarların dərhal icraya yönəldilməsi var.

 

İkincisi, o dövrdən fərqli olaraq, hansısa pərakəndə hərbi dəstələr müxtəlif partiyalara məxsus deyillər. Hazırda bütün ordu Azərbaycan xalqına məxsusdur. Bu mənada hər bir insan özünü ordunun ayrılmaz hissəsi hesab edir.

 

Üçüncüsü, indi olduqca pərakəndə vəziyyətdə olan ermənilərə itirilmiş mövqeləri qaytarmaq üçün əsgərinin başının arxasından əmrlər verilməkdədir. Hesab edirəm ki, bu gün parlament üzvü kimi Dağlıq Qarabağ ermənilərinə bir daha səslənməliyik ki, onların öldürən Azərbaycan Ordusu deyil, Sərkisyandır. Qoy, ermənilər öz silahlarını rəhbərlərinə qarşı çevirsinlər. Çünki vaxtilə Qarabağ hərəkatını başladıb, bu xalqın faciəsinə səbəb olanlar dövlət başçısına çevrilməklə və böyük imkanlarını qorumaqla yalnız özləri qazandılar.

 

Dördüncü mühüm məsələ ondan ibarətdir ki, son üç gün ərzində beynəlxalq medianın hər hansı və fəal şəkildə Azərbaycan əleyhinə mövqeləri özünü göstərmir. Bu çox vacibdir. 1990-cı illərdə biz ən yaxın ölkələrin belə  informasiya məkanında Azərbaycanın ziddinə yüzminlərlə materialları görməkdəydik. Hər birimizə bəllidir ki, müharibə təkcə səngərdə getmir, eyni şiddətlə informasiya məkanında da həyata keçirilir.

 

Ən mühümü isə Azərbaycan əsgərinin Vətən uğrunda savaşıdır. Səngərdə dayanan erməni çox yaxşı bilir ki, bu səngəri Azərbaycan torpağında qazır, o, bu torpaqlara Vətən kimi baxa bilmir. Məhz bu səbəblə Azərbaycan hərbçisində mənəvi əhval-ruhiyyə, vətənpərvərlik duyğuları qarşı tərəflə müqayisə olunmayacaq dərəcədə güclüdür. Reallıq budur ki, biz əslində səngərdə dayanan erməni ilə savaşırıq, ancaq ermənilər yaşayış məntəqələrinə zərbələr vurmaqla Azərbaycanda müəyyən hərəkətlənmələr, panikalar yaratmağa çalışırlar. Əvəzində isə bu panika özlərində baş verib”.

 

Millət vəkili erməni mənbələrinin bu günlərdə yaşadıqları situasiyanı analiz edərək bəzi məqamlara aydınlıq gətirib:

 

“Erməni əsgərinin arxasında xalq gücü dayanmır. Digər tərəfdən, Ermənistandan gətirilmiş və ya yaşlı ermənilərin hesabına döyüşçülər formalaşdırmaq mümkün olmayacaq. Bu şəraitdə ermənilər iki vasitəyə əl atırlar: müəyyən bir qismi Rusiyanı açıq şəkildə qınamaqdadırlar ki, nə üçün bu dövr ərzində Azərbaycanla yaxşı münasibətlər quruldu və Ermənistan müəyyən mənada Azərbaycanın ayağına verildi. Bunun nəticəsi olaraq da alınmış silah kütləsinin Qarabağda istifadə olunması, rus silahından erməninin ölməsi Ermənistan içərisində bütün siyasi dairələri ikiqat məhv edib. Ermənilər maksimum çalışırdılar ki, prosesi lokal hərbi müstəvidən, – yəni Talış yüksəkliyi və Lələtəpədən – siyasi müstəviyə çıxarsınlar, bunu geosiyasi davanın predmeti kimi qələmə verərək guya Azərbaycanın Türkiyənin qərarı ilə Rusiyaya cəbhə açdığı kimi istifadə etməyə can atırdılar. Bu da alınmadı. Dünən Lavrov bəyan etdi ki, Türkiyəni qınamaq üçün onların arqumenti mövcud deyil. Deməli, bütün bunlar kəşfiyyat məlumatları ilə sübuta yetirilir”.

 

Z.Oruc bildirib ki, Qarabağa görə Rusiya-Türkiyə davasını istəyənlərin, xüsusən də ermənilərin, arzusu gözündə qalacaq:

 

“Azərbaycan Rusiya ilə yaxşı münasibətlərə malikdir. Bir erməni yazır ki, biz müxtəlif ştatlarda hansısa qətnamə və qərarlarla silahlanıb bunlara uyanda, Azərbaycan düzgün siyasət yürüdüb hərbi, iqtisadi cəhətdən gücləndi. İndi ermənilər siyasi bəyanatlarla silahlanıb bütün dünya qurumlarını açıq şəkildə ittiham etmək istəyirlər. Ermənistan və Qarabağdakı vəziyyət 1990-cı illərdəki Azərbaycanla eynidir. Tarix təkrar olunur, ancaq əks işarə ilə. 2 aprel bizim vaxtilə Kəlbəcərin işğalına görə faciə günü idisə, indi ermənilər üçün sarsıdıcı tarixdir. Hər bir siyasətçi və vətəndaş fərqində olmalıdır ki, bu ölkədə hərbi vəziyyət elan olunmayıbsa, səfərbərlik keçirilməyibsə, bu o demək deyil ki, özünü Qarabağa həsr etməməlidir. Bu gün hamımız həqiqətən də pafossuz, eyforiyya yol vermədən özümüzü Ordunun bir hissəsi hesab etməliyik. Bu gün hər bir parlament üzvü bilməlidir ki, əsgərimizin əldə etdiyi hərbi nailiyyəti siyasətçi və parlamentarilər, dövlət adamları və hökumət üzvləri qorumalıdırlar. Çünki hamımız səngərdəyik. Bu, real hərbi səngərə, ya da diplomatik, informativ və ya siyasi səngərə çevrilə bilər. Azərbaycan dövləti və dövlət başçısı Qarabağ üçün on illər ərzində bu millətin içərisində yaşanan arzu və idealları cavab zərbəsi ilə həyata keçirməkdədir. Bundan sonrakı dövrdə Ordu ilə vahidliyi göstərmək və bu münaqişənin özülü üçün yaranmış yeni şəraiti dəyərləndirmək lazımdır. Keçmişin məğlubiyyət komplekslərindən çıxmalıyıq. Çünki on illər ərzində məhz bu günü gözləmişik”.

 

Previous Post

Rusiya Ermənistana yardım etməyəcək – Zahid Oruc

Next Post

Fransa telekanalından ölkəmizə dəstək: “Ermənilər Qarabağı işğal edib” (Video)

Bənzər yazılar

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış üç ballistik raketi...

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55

Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq mövcudluğu daha nəzərəçarpandır. Elchi.az xəbər verir ki, bu, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin Türk Dövlətləri...

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51

Türkiyənin cənub-şərqindəki Siirt vilayətində silahlı insident baş verib. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki, insident zamanı iki nəfər həyatını...

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18

Kanada 1990-cı illərdən bəri ilk dəfə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurasında yer almayacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post

Fransa telekanalından ölkəmizə dəstək: “Ermənilər Qarabağı işğal edib” (Video)

Fransa telekanalından ölkəmizə dəstək: “Ermənilər Qarabağı işğal edib” (Video)

Son xəbərlər

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

03 Oktyabr 2026 - 14:00
Anatoli Kaşpirovski vəfat etdi

Anatoli Kaşpirovski vəfat etdi

03 Oktyabr 2026 - 13:43
Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

03 Oktyabr 2026 - 13:30
Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

03 Oktyabr 2026 - 13:16
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

03 Oktyabr 2026 - 12:52
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

03 Oktyabr 2026 - 12:40
NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

03 Oktyabr 2026 - 12:21
Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

03 Oktyabr 2026 - 12:09
Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55
Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53
Azərbaycan Prezidenti İraq liderini təbrik edib

Azərbaycan Prezidenti İraq liderini təbrik edib

03 Oktyabr 2026 - 11:52
Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

03 Oktyabr 2026 - 11:51
Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

03 Oktyabr 2026 - 11:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.