"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Türkiyədən rus pilotu öldürənlə bağlı – Şok iddia

01 Aprel 2016 - 21:07
in XƏBƏR LENTİ
FacebookVatsap

Türkiyəli millət vəkili Alparslan Çelikin həbsindən danışdı

Bunu da oxuyun

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

 

Musavat.com xəbər verir ki, Türkiyə hava sahəsini pozduğu səbəbindən vurulan Rusiya qırıcısının pilotunu öldürdüyü iddia edilən Alparslan Çelik bir qrup dostu ilə gəldiyi İzmirdə həbs edilib. Alparslan Çelik İzmirin Hatay səmtində restoranda yemək yediyi zaman 14 nəfərlə birlikdə saxlanılıb.

 

A. Çelik 2015-ci il noyabrın 20-də Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulması zamanı paraşütlə xilas olmağa çalışan pilotu vurması ilə gündəmə gəlmişdi. Çelik Suriya ərazisi hesab edilən Bayır-Bucaq türkmənlərlə birlikdə Bəşər Əsəd rejiminə qarşı savaşan qruplardan birinin komandiri kimi də təqdim edilirdi.

 

A.Çeliyin İzmirdə 14 nəfər silahdaşı ilə birgə nahar etdiyi haqda məlumat polisə çatdırılıb. Polisə verilən məlumatda iddia edilib ki, Çeliyin də aralarında olduğu 14 nəfər silahlı restoranda əyləşib. Bundan dərhal sonra polis hərəkətə keçib və 14 türkməni həbs edib.

 

Aparılan araşdırma zamanı saxlanılan 14 nəfərlik qrupdan bir “Kalaşnikov” avtomatı, iki tapança, habelə çoxlu sayda patron götürülüb. Qrup üzvlərinin ifadəsini almaq məqsədilə onlar polis idarəsinə aparılıb.

 

Rusiya mətbuatında isə bu xəbər Türkiyə ilə Rusiya arasındakı kriz ortamından çıxış üçün atılacaq ilk addım kimi dəyərləndirilib. İddia edilir ki,  rus pilotunu öldürdüyünü etiraf edən A.Çelikin həbsi, eləcə də R.T.Ərdoğanın Amerikanın Brookings İnstitutundakı çıxışında “bölgədə yaşanan problemlər ölkələrimiz arasındakı işbirliyini məcbur edir” açıqlaması ölkələr arasındakı münasibətlərin yumşaldığını göstərir.

 

Bundan başqa, Rusiyanın Ankaradakı eks  – səfiri Pyotr Steqninin “Çelikin həbsi doğru yolda atılmış bir addımdır”, – açıqlaması da proseslərin gedişində mühüm detal sayılır.

 

Bugünkü “Moskovski Komsomolets” qəzeti isə “Türkiyə rus pilotunun qatili Alparslan Çeliki Rusiyaya verəcəkmi”, başlıqlı bir yazı hazırlayıb. Xəbərdə göstərilib ki, mütəxəssislər Türkiyənin münasibətləri düzəltmək uğruna Çeliki fəda edə biləcəyi ehtimalını inandırıcı hesab etmir. Amma belə bir hadisə baş verərsə, bu, ölkələrarası münasibətləri düzəldə bilər.

 

Demək olar ki, əksər Türkiyə saytlarının xəbərlərində A.Çelik Milliyyətçi Hərəkat Partiyasının da üzvü və vilayət Gənclər Təşkilatının rəhbəri kimi təqdim olunur. Xəbərlərin başlığında isə “MHP-çi həbs olundu” cümlələri xüsusi qabardılır.

MHP-çi millət vəkili Atilla Kaya isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, partiyanın A.Çeliklə hər hansı münasibəti və təşkilatı bir bağlılığı yoxdur: “O, bizim təlimatımızla hər hansı addım atmır. Özünü tanıyıram. Daha öncə Ülkü Ocaqlarına gedib-gəlib. Amma Türkiyə mediasının onu bu şəkildə təqdim etməsi artıq adət halına çevrilib. Hesab edək ki, bir şəxs cinayət əməli törədib. Zamanında isə MHP-nin üzvü olub. Ondan sonra ANAP-a, daha sonra isə AKP-yə keçib. Amma media onu MHP-li kimi təqdim edir. Bu, medianın arzuedilməz adətlərindən biridir”.

 

Müsahibimiz dedi ki, A.Çelik və onun dəstəsinin gözaltına alınması səbəbləri isə bəlli deyil. Millət vəkili hazırda bu məsələnin araşdırıldığını vurğuladı: “Hesab edirəm ki, bu həbsin arxasında başqa bir olay var. Çünki dəstə üzvlərinin üzərindən silah tapılıb. Silah daşımaq isə qanunla qadağandır”.

 

A.Kayanın fikrincə, A.Çeliki rus pilotu öldürməsi ilə bağlı saxlamayblar: “Çünki onun rus pilotu öldürməsi ilə bağlı ortada hər hansı sübut yoxdur. Bu, sadəcə sensasional bir iddiadır”.

 

Previous Post

Türkiyədən rus pilotu öldürənlə bağlı – Şok iddia

Next Post

Bakıda kanalizasiyaların çoxu işləmir – Görüntü üçün qoyulub

Bənzər yazılar

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

31 Avqust 2026 - 23:00

Noyemberyan icmasının rəhbəri Arsen Ağababyan Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan iş çərçivəsində saxlanılıb. Elchi.az  xəbər verir ki, bu barədə...

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

31 Avqust 2026 - 22:59

Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az- a verilən məlumata...

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

31 Avqust 2026 - 22:57

İsveç Fransadan 4,3 milyard avro dəyərində dörd müdafiə və müdaxilə freqatı alacaq. Elchi.az  "Le Monde"yə istinadən xəbər verir ki, müvafiq...

Bakı və Abşeron yarımadasında dolu yağacaq

Bakı və Abşeron yarımadasında dolu yağacaq

31 Avqust 2026 - 21:12

Bakı və Abşeron yarımadasında dolu yağacaq. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun...

Next Post

Bakıda kanalizasiyaların çoxu işləmir - Görüntü üçün qoyulub

Bakıda kanalizasiyaların çoxu işləmir - Görüntü üçün qoyulub

Son xəbərlər

Norveç kralı VIII Hokon and içib

Norveç kralı VIII Hokon and içib

01 Sentyabr 2026 - 16:25
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

01 Sentyabr 2026 - 16:18
Trampın populyarlığı çökür: dəstək 33 faizə endi

Trampın populyarlığı çökür: dəstək 33 faizə endi

01 Sentyabr 2026 - 16:00
Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib

Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib

01 Sentyabr 2026 - 15:52
Bağçaya gedən uşağın qanından psixotrop dərman çıxdı? – Araşdırma başladı

Bağçaya gedən uşağın qanından psixotrop dərman çıxdı? – Araşdırma başladı

01 Sentyabr 2026 - 15:43
BMT TŞ qətnamələri ilə bağlı ÇAĞIRIŞ

BMT TŞ qətnamələri ilə bağlı ÇAĞIRIŞ

01 Sentyabr 2026 - 15:30
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib – VİDEO

01 Sentyabr 2026 - 15:14
Si Cinpin BMT-nin nüfuzunun bərpa edilməsinə çağırıb

Si Cinpin BMT-nin nüfuzunun bərpa edilməsinə çağırıb

01 Sentyabr 2026 - 15:00
Erkən nikahlar: Riskləri əvvəlcədən necə müəyyənləşdirmək olur?

Erkən nikahlar: Riskləri əvvəlcədən necə müəyyənləşdirmək olur?

01 Sentyabr 2026 - 14:54
Quterreş Ukrayna ilə bağlı müraciət edib

Quterreş Ukrayna ilə bağlı müraciət edib

01 Sentyabr 2026 - 14:00
Almaniya Rusiyaya müharibə elan edib

Almaniya Rusiyaya müharibə elan edib

01 Sentyabr 2026 - 13:00
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

01 Sentyabr 2026 - 12:45
Hindistanda fişəng fabrikində partlayış: 11 ölü, 5 yaralı

Hindistanda fişəng fabrikində partlayış: 11 ölü, 5 yaralı

01 Sentyabr 2026 - 12:27
Belçikada elektrikli skuter sürücülərinə yeni qayda

Belçikada elektrikli skuter sürücülərinə yeni qayda

01 Sentyabr 2026 - 12:17
ABŞ ordusunda istefa böhranı: Dan Driskoll vəzifəsini tərk etdi

ABŞ ordusunda istefa böhranı: Dan Driskoll vəzifəsini tərk etdi

01 Sentyabr 2026 - 12:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.