"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Erməni analitik: “Zaman Azərbaycanın xeyrinə işləyir”

28 Mart 2016 - 12:06
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

Erməni analitik: “Zaman Azərbaycanın xeyrinə işləyir”Siyasi və seçki texnologiyaları üzrə ekspert, analitik Armen Badalyanın 168.am saytına müsahibəsi

– Cənab Badalyan, Eduard Şarmazanov Vaşinqtonda martın 31-dən aprelin 1-dək keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitində Ermənistan və Azərbaycan prezidentləri Serj Sarqsyan ilə İlham Əliyevin görüşəcəklərinə dair xəbərləri təkzib edib. Fikrinizcə, bu halda Serj Sarqsyanın ABŞ səfərindən nə gözləmək olar?
– Heç bir nəticə olmayacaq. Gedəcək, tədbirdə iştirak edəcək, kimlərlə imkan olsa görüşəcək, vəssalam.
– Amma hər iki prezident Vaşinqtona gedəcək. Yəni həqiqətənmi görüş olmayacaq?
– Çox güman ki, olmayacaq. Burada nə var ki? Bu mütləq deyil ki. Hər iki prezidentin ABŞ-da olmaları onların mütləq görüşəcəkləri anlamına gəlmir. Vaşinqtonda bunlar asan məsələ deyil. Bu iki turistin 5 dəqiqəlik söhbəti deyil ki.
– ABŞ münaqişə zonasında atəşkəsin qorunub saxlanması üçün beynəlxalq mexanizmin tətbiqinə çalışır, Rusiyadan isə bu haqda heç bir açıqlama yoxdur. Bunu necə izah edərdiniz?
– ATƏT-in Minsk qrupu həmsədrlərinin Qarabağ münaqişəsinə yanaşmaları fərqlidir. Onların hər biri öz marağından çıxış edir və bu maraqlar üst-üstə düşmür. Buna görə də hər hansı nəticə gözləmək mümkün deyil.
İndiki mərhələdə seçkiyə hazırlaşan ABŞ seçki bitənədək burada sabitliyin olmasında maraqlıdır. Rusiyanın isə öz maraqları var. Rusiya Azərbaycanla münasibətlərini korlamaq niyyətində deyil. Üstəlik Azərbaycan Rusiyadan böyük həcmdə silah alır. Onların arasında biznes maraqları da var. Yəni, hər tərəfin öz marağı var və bu, normaldır.
– Guman etmək olarmı ki, ABŞ prezidenti Barak Obama İlham Əliyev ilə atəşkəsin qorunub saxlanılması mexanizmini müzakirə edəcək və Əliyev həmin mexanizmin tətbiqi ilə razılaşacaq?
– Əgər bu Azərbaycanın maraqlarına uyğun olarsa, bəli. Olmazsa, yox. Azərbaycanın mövqeyisə bəllidir: sərhəddə vəziyyətin gərgin olmasını istəmirsinizsə, işğal altındakı əraziləri geri qaytarın. Azərbaycan anlayır ki, əgər bu vəziyyətdə sözügedən mexanizm qəbul olunarsa, bu, dolayısı ilə həmin ərazilərin Ermənistanın nəzarət etdiyi ərazilər kimi tanınması demək olacaq. Azərbaycan isə bununla razı deyil. O öz ərazisində atəşkəsin tətbiqilə niyə razılaşsın ki?
Nəhayət, unutmayaq ki, həmin ərazilər de-yure Azərbaycan torpaqlarıdır. Odur ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə hər hansı əlavə mexanizmlərin tətbiqinə qarşı olması təbiidir. Belə çıxır ki, erməni tərəfi əraziləri işğal edir və Azərbaycanın torpaqları geri qaytarmağa cəhd göstərə bilməməsi üçün orada hansısa mexanizmlər işə salınır. Məsələyə Bakının nöqteyi-nəzərindən baxsaq mexanizmin qəbul olunmaması məntiqlidir.
– Amma ortada İran amili də var. ABŞ-a isə regionda sabitlik olması lazımdır.
– Sabitlik müəyyən formada mövcuddur. Hər halda, bölgədə genişmiqyaslı hərbi əməliyyatlar aparılmır, yalnız sərhəddə müəyyən gərginlik var və bu da Qarabağ münaqişəsilə bağlı hər müzakirələrdən qabaq baş verən haldır. Bir sözlə, sabitlik qorunur. İran isə Minsk qrupunun həmsədri deyil. Demək onun fikri nəzərə alınmır.
– Bəs ölkələrin yaxın qonşu olması ciddi amil deyil? Hər halda, vaxtilə İran Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak edirdi.
– Bu vacib deyil. Türkiyə də müəyyən dərəcədə qonşudur. Lakin Ermənistan Türkiyənin Minsk qrupuna qoşulmasına razı deyil. Bundan başqa, söhbət yalnız Azərbaycandan getmir. ABŞ, Rusiya və Fransa da İranın ATƏT-in Minsk qrupunun həmsədirlərinə qoşulmasını istəmir. Ona görə ki, İran yeni oyunçudur. İndi onunla keçən 25 ilin tarixini müzakirə etsinlər? Üç həmsədr ölkənin maraqları nə vaxt üst-üstə düşdü ki, üstəlik İranın maraqları da nəzərə alınsın?
– Ümumiyyətlə, atəşkəsin qorunması ilə bağlı beynəlxalq mexanizmin tətbiqi hansı nəticələri verə bilər? 
– Əslində heç nə. Azərbaycan həmin sistemi pozarsa nə baş verəcək? Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcək? Azərbaycan Avropa İttifaqını təbii qazla təmin edən ölkələrdən birinə çevrilir. Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolu istismara veriləcək və bu, Avropanı Mərkəzi Asiya və Uzaq Şərqə bağlayacaq. Demək, Avropa əlbəttə ki, Azərbaycanla münasibətlərini gərginləşdirmək istəməyəcək.
Mexanizm tətbiq olunarsa və Azərbaycan onun tələblərini pozarsa, ən yaxşı halda ona “rejimi pozma” deyəcəklər. Lakin bu, Azərbaycana qarşı hər hansı ciddi addımların atılması ilə nəticələnməyəcək. Sərhəddəki gərginlik, təcridetmə, ticarət əlaqələrin olmaması bizə qarşı olan addımlardır. Səbəb isə Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasıdır. Nə zaman ki, problem həll olunacaq, qalan məsələlər də qaydasına düşəcək. Xəstəliyin nəticələrini aradan qaldırmağa çalışmaq yox, onun özünü müalicə etmək lazımdır.
– Amma vəziyyət dalana dirənib. Azərbaycan heç nə ilə razılaşmır, erməni tərəfi isə öz mövqelərini güzəştə getməyəcək. Bu halda çıxış yolu nədir? 
– Vəziyyət dalana dirənməyib. Hər şey kimin daha sürətlə inkişaf edəcəyindən, təsir mexanizmlərinə malik olacağından asılıdır. Məhz həmin tərəfin maraqları nəzərə alınacaq. Yaşananlar isə Azərbaycanın öndə olduğunu göstərir. Ermənistandan fərqli olaraq, o, AŞPA-da qətnamələr qəbul etdirə bilir, ölkə iqtisadiyyatı inkişafdadır, Azərbaycan ərazisində regional əhəmiyyətli nəqliyyat infrastrukturu yaradılır. Münaqişə zonasındakı vəziyyət 100 il belə davam etməyəcək.
Və sonra, unutmayın ki, Ermənistandan əhalinin köçü getdikcə artır və bu, gələcəkdə əsgərlərin sayına da təsir edəcək. Azərbaycan isə oturub gözləmir. O çalışır ki, bu dövrdən öz xeyrinə istifadə etsin və Ermənistandan fərqli olaraq, buna nail olur. /Worldmedia.az/
Previous Post

Erməni analitik: “Zaman Azərbaycanın xeyrinə işləyir”

Next Post

SOCAR sürücüləri belə aldadır – FOTOFAKT

Bənzər yazılar

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

08 Sentyabr 2026 - 10:52

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalqcəbhəsi.az-ın suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: - Qüdrət bəy,...

“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

07 Sentyabr 2026 - 18:17

Almaniyanın Osnabrük şəhərindəki "Volkswagen" zavodunun müdafiə sənayesi istehsalat sahəsinə çevrilməsi planlaşdırılır. Elchi.az "Deutschlandfunk"a istinadən xəbər verir ki, "Volkswagen" müəssisəni Aşağı...

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

07 Sentyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp Ayı öz ölkəsinin mülkiyyəti elan edib. Elchi.az xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında...

Üzdəki bu əlamət infarkt və insult riskinə işarə edir

Üzdəki bu əlamət infarkt və insult riskinə işarə edir

07 Sentyabr 2026 - 10:35

*Ateroskleroz* jurnalında dərc olunan yeni bir araşdırma, göz ətrafında görünən solğun, qabarıq sarı ləkələrin (ksantelazma) ürək tutması, insult və keçici...

Next Post

SOCAR sürücüləri belə aldadır - FOTOFAKT

SOCAR sürücüləri belə aldadır - FOTOFAKT

Son xəbərlər

Bu il 1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib

Bu il 1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib

08 Sentyabr 2026 - 15:16
Süni zəka dövründə siyasi dialoqun strateji təyinatı – MÖVQE

Süni zəka dövründə siyasi dialoqun strateji təyinatı – MÖVQE

08 Sentyabr 2026 - 15:12
Qəbul imtahanlarında bu yeniliklər tətbiq olunacaq

Qəbul imtahanlarında bu yeniliklər tətbiq olunacaq

08 Sentyabr 2026 - 15:08
Böyük Britaniya Ukraynaya “Patriot” raketləri göndərəcək

Böyük Britaniya Ukraynaya “Patriot” raketləri göndərəcək

08 Sentyabr 2026 - 15:00
Ronaldo və Messi eyni komandada oynayacaq

Ronaldo və Messi eyni komandada oynayacaq

08 Sentyabr 2026 - 14:53
Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib

08 Sentyabr 2026 - 14:44
Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

08 Sentyabr 2026 - 14:33
“Qarabağ” azarkeşləri üçün məyusedici xəbər…

“Qarabağ” azarkeşləri üçün məyusedici xəbər…

08 Sentyabr 2026 - 14:30
Şagirdlərin 45 faizi kitablar çatışmayan məktəblərdə oxuyur

Şagirdlərin 45 faizi kitablar çatışmayan məktəblərdə oxuyur

08 Sentyabr 2026 - 14:14
Dərsliklər üzərində işləyirik – Nazir

Dərsliklər üzərində işləyirik – Nazir

08 Sentyabr 2026 - 14:07
“Rusiyanın de-dollarizasiya siyasəti yürütmək niyyəti yoxdur” – Peskov 

“Rusiyanın de-dollarizasiya siyasəti yürütmək niyyəti yoxdur” – Peskov 

08 Sentyabr 2026 - 14:00
Məktəblilərin əksəriyyəti dərsdən yayınır – RƏQƏMLƏR

Məktəblilərin əksəriyyəti dərsdən yayınır – RƏQƏMLƏR

08 Sentyabr 2026 - 13:52
DİM sədri 2027-ci ilin imtanlarındakı dəyişiklikləri AÇIQLADI

DİM sədri 2027-ci ilin imtanlarındakı dəyişiklikləri AÇIQLADI

08 Sentyabr 2026 - 13:43
44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

08 Sentyabr 2026 - 13:30
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib – FOTO

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib – FOTO

08 Sentyabr 2026 - 13:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.