"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qarabağ zənciləri – Araşdırma

27 Mart 2016 - 14:03
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının əməkdaşı, ADR tarixi üzrə tədqiqatçı Dr. Ramin Sadıqovun Feysbuk səhifəsində 1870-ci ilə aid olan “Qarabağ zəncisi” adlı şəkil yayması diqqətimi çəkdi.

Bunu da oxuyun

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

 

Şəkil Feysbukda böyük marağa səbəb olmuşdu. Ortaya belə sual çıxır ki, zəncilər Qarabağa və ya Qafqaza necə gəliblər?

 

Bu haqda məlumat əldə etmək üçün qısa araşdırma apardıq. Öncə onu xatırladım ki, onlar haqda məlumatlar çox deyil. Bu foto 1845-1924-cü illərdə yaşayan məşhur amerikalı jurnalist Corc Kennan tərəfindən çəkilib. Kennan XIX əsrin 60-ci illərinin sonlarında Rusiyaya və Qafqaza səfər edib, bölgənin etnoqrafiyası, məişəti, adət-ənənəsi ilə maraqlanıb. Jurnalist Qafqaza səfəri çərçivəsində zəncinin şəklini çəkib. Fotonu hansı şəraitdə çəkməsi haqda informasiya yoxdur.

 

Fotodakı şəxs abxaz zəncisi kimi təqdim edilib. Orxan Lətifli adında bir şəxs forumda yazıb ki, “Bunlar Abxaziyada yaşayan afrikalı zəncilərdir. Bir neçə ailə olub. Onları da Abxaz varlıları gətirib. Bu da orduya götürülənlərdəndir”.

 

Digər mənbədə bildirilir ki, onların Qafqaza gəlməsi haqqında tarixi məlumatlar müxtəlif cürdür. Üstəlik, Corcis nəslinə aid olduğu və ilk dəfə XVII əsrdə Osmanlı imperiyası dövründə Qafqaza gətirildikləri bildirilir. O zaman Abxaziyanın bir hissəsi Osmanlının nəzarəti altında olub. Onların Efiopiya və ya misirli zəncilər olduğu və Qara dəniz sahillərində varlılara məxsus olan sitrus plantasiyalarında işləmək üçün gətirildikləri, saylarının bir neçə yüz olduğu söylənir.

 

Maraqlıdır ki, Rusiyanın bəzi sayt və forumları onları Qarabağ zəncisi kimi təqdim edib.

 

Ələkbər Pincivanlı adlı şəxs daha maraqlı arqumentlə çıxış edərək qeyd edib ki, Zəngilan rayonunun Beşdəli kəndində də belə bir zənci nəsli mövcud olub: “Deyilənə görə, onları o kənddə hansısa bir bəy (adını unutmuşam) öz malikanəsində qulluqçu kimi saxlayıb. Həmin bəyin həm də böyük at ilxısı olub. Və bu zəncilər orda mehtərlik edirmişlər. Hazırda həmin nəslin nümayəndələri yaşayırlar və eşitdiyimə görə, elə bir zənci nəsli Şamaxıda da olub və var”.

 

Qafqaz xalqları üzrə tədqiqatçı Ənvər Börüsoy Qafqazda ən çox qul və ya kölə saxlamaq adətinin “adıq” kökənli toplumlar olaraq kabarda, çərkəz, abaza, şapsuq, abxaz və adıgeylərə məxsus olduğunu qeyd edərək, bu məsələyə geniş rakursdan yanaşdı:

 

“Məşhur türkoloq alimlərdən İsmail Miziyev, Zeytun Zukayev, Yuroslan Bolatov, Nəzir Budayev, Əhməd Salpqarov qədim yunan tarixçisi Fukididin və digərlərinin mənbələrinə əsasən qeyd edirlər ki, bu toplumlar vaxtilə Orta Doğudan (indiki Suriya, Misir, Livan, Fələstin, İsrail, İraq, Oman, Sudan) Qafqaza yunan və roma orduları tərəfindən sürgün ediliblər. Çünki Ural, İdel, Altay, Sibir və Türküstandan Avropaya, daha çox Balkan yarımadasına doğru yürüşlər təşkil edən skif (iskit, sak, saka), sarmat, kuban, kuman, daha sonralar xəzər, alan, avar, hun, tatar, karluk türklərinin yürüşlərinin qarşısını almaq üçün onlardan istifadə edilirdi. Beləliklə, adıge kökənli toplumlara türklər “çərkəz” adını verdilər. Çərkəz sözü əski türk dilində əsgər deməkdir. Bölgədə hansı dövlətin hökmranlığı olmuşdursa, onlar həmin dövlətin əsgəri rolunda çıxış etmişlər. Buna görə də çərkəz toplumları öz ailələrini yaşatmaq üçün açıq və ya gizli şəkildə qul (kölə) saxlamaqla öyünərdilər. Bu ənənə indi də onlarda davam edir. Rusiya dövləti bu adəti onlara ötən 450 il müddətində tərgidə bilməmişdir. 1762-1864-cü illər aralığında baş verən “Qafqaz Savaşı” əslində Osmanlı və Rusiya (burada bütün Avropa dövlətləri Rusiyanı silah, professional hərbçi, pul, dərman və ərzaqla təmin edirdilər) savaşı idi. Xəzər imperiyası dönəmindən başlayaraq Osmanlı dönəminə kimi adıq toplumları islam dinini qəbul etdikdən sonra avropalılara arxa çevirmişdilər və buna görə də onlar Osmanlı dövlətinin maraqlarına görə 100 il davam edən savaşlarda bulundular. Qafqaz Savaşının sonucu olaraq, adıgelərin (çərkəzlər) çoxu Osmanlıya pənah apardı. Osmanlı dövləti isə onların bir hissəsini Qara dəniz boyunca, digərlərini isə onların tarixi vətənləri olan Orta Doğuya köçürtdü. Orta Doğuya köçənlərin Qafqaza geri dönmələrinə imkan yaratmaq məqsədilə sonradan Çar Rusiyası onların xristianlığı qəbul etmələrini bir şərt kimi irəli sürmüşdü. İndiki abxazların və kabardaların xristian olmalarının əsas səbəbi də bundan irəli gəlir.

 

Orta Doğudan geri dönən imkanlı adıqlar özləri ilə birlikdə qara dərili zəncilər də gətirməyi qərara alırlar. Bu dönəmdə Tiflis, Gəncə, Şuşa, Dərbənd, Şəki, İrəvanda olan bəylər Qafqazdakı ticarət və iqtisadi əlaqələrini qurmağa məcbur olduqları dönəmdə (çünki Çar Rusiyası onların Güney Azərbaycanla ənənəvi əlaqələrini yasaq etmişdi) imkanlı adıqlarla dostluq edirdilər. Adıqların səmimi dostlarına qul (kölə) hədiyyə etmə ənənəsi var. Beləcə, Qafqazda zəngin bəylərin və ağaların evlərində zənciləri görmək mümkün oldu. Keçmiş Sovetlər Birliyi dönəmində adıqlar hər şeyini itirmiş rus əyyaşlarını gizli şəkildə evlərində qul (kölə) kimi saxlayırdılar. Bu gün də həmin ənənə davam etməkdədir”.

 

Previous Post

Qarabağ zənciləri – Araşdırma

Next Post

Bakının ən ucuz və ən baha torpaq sahələri

Bənzər yazılar

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13

Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın 9-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətində, Sırovatixa yaşayış məntəqəsi yaxınlığında yerləşən Qitələrarası Ballistik Raketlərin...

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24

Bakıda "Sabah" və "Slaviya" (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə edəcək....

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21

Müdafiə Nazirliyi ötənhəftəki məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Elchi.az icmalı təqdim edir:    

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Next Post

Bakının ən ucuz və ən baha torpaq sahələri

Bakının ən ucuz və ən baha torpaq sahələri

Son xəbərlər

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52
Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.