"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

SOCAR əməkdaşlarının gəlirləri nəzarətə alınır

02 Mart 2016 - 16:22
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Gəncədə beşaylıq körpə ölüb

SOCAR əməkdaşlarının gəlirləri nəzarətə alınırRəşad Həsənov: “Şirkətin gəlirləri məhdudlaşır və əlavə vəsaitlər cəlb olunmalıdır, bunun üçün də şəffaflıq olmalıdır”…

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) idarəetmə forması dəyişib, şirkət prezidentinin səlahiyyətləri məhdudlaşdırılıb. Dəyişikliyə əsasən, SOCAR Şurasının statusu dəyişib. 
Şuranın tərkibinə Şirkətin vitse-prezidentləri və Şirkətin prezidenti tərəfindən təyin olunmuş Şirkətin digər vəzifəli şəxsləri daxil olub. Dəyişikliyə əsasən isə artıq SOCAR Şurası kollegial idarəetmə orqanıdır. Şirkətin Şurasının tərkibinə vitse-prezidentlər və Şirkətin prezidenti tərəfindən müəyyən olunan digər vəzifəli şəxslərlə bərabər SOCAR prezidentinin özü də daxil olacaq. Şuranın iclaslarına isə yenə də SOCAR prezidenti sədrlik edəcək. SOCAR prezidenti Şuranın əsasnaməsini təsdiqləməlidir.
Şuranın statusunun artması ilə bu orqan artıq SOCAR əsas idarəedici funksiyanı yerinə yetirəcək. İndiyə qədər Nizamnaməyə əsasən Şuranın fəaliyyəti formal xarakter daşıyıb. Başqa sözlə, Şuranın iclasında SOCAR-ın tərkibinə daxil olan müəssisələrin fəaliyyətinə dair illik iş proqramları və onların yerinə yetirilməsi haqqında hesabatlar, SOCAR-ın mərkəzləşdirilmiş fondlarının yaradılması və istifadə olunması qaydaları, tərkibinə daxil olan müəssisələrin qarşılıqlı münasibətlərinin, məhsul, xidmət və işlərin hesablama qiymətləri, SOCAR-ın tərkibinə daxil olan müəssisələrin istehsal və təsərrüfat funksiyalarının tam və ya qismən mərkəzləşdirilməsi, SOCAR-ın xarici şirkətlərlə birgə işinin məqsədə uyğunluluğu, SOCAR-ın tərkibinə daxil olan müəssisələr arasındakı münasibətlərdə yaranan mübahisələr, SOCAR-ın şirkətin fəaliyyətinə aid olan digər məsələlər məsələlər müzakirə oluna bilərdi. Bu zaman Şuranın bu məsələlərlə bağlı qərar qəbul etmək səlahiyyəti yox idi.
Dəyişikliyə əsasən isə SOCAR Şurasına bu məsələlərlə bağlı qərar qəbul etmək səlahiyyəti verilib. Eyni zamanda Şura SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Şirkətin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanması barədə də qərar qəbul edəcək.
Yerli ekspertlər qərarı müsbət dəyərləndiriblər. Ekspert Rəşad Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, artıq SOCAR-ın fəaliyyətinə yerli və beynəlxalq səviyyədə diqqət artıb: “Bu kimi qurumların fəaliyyətinin araşdırılmasına həm ictimai, həm beynəlxalq diqqət yaranıb. Bu şirkətlər öz fəaliyyətlərində şəffaflığı təmin etmək istəyirlərsə, eyni zamanda, növbəti dövrlərdə hesabatlılığın artırılmasını təmin etmək istəyirlərsə, o zaman böyük ehtimalla bu kimi qərarların qəbul edilməsinə ehtiyac ortaya çıxır. Bundan sonrakı dövrdə nəzərə alsaq ki, SOCAR-ın maliyyə gəlirləri, imkanları məhdudlaşır və növbəti dövrlərdə nəzərdə tutulacaq layihələrin icrası məqsədilə əlavə vəsaitlər cəlb olunmalıdır. Bu vəsaitlər də böyük ehtimalla SOCAR-ın şəfaf fəaliyyətinin reytinqindən asılı olaraq şirkətə təqdim olunacaq. Qəbul edilən bu qərar bu kimi ehtiyacdan yaranıb. Düşünmürəm ki, bu, SOCAR-ın özünün təşəbbüsü idi. Daha çox hökumət tərəfindən hazırda bu istiqamətdə aparılan islahatlar istiqamətində atılan addımların bir görüntüsüdür. Dövlətin gəlirlərində kəskin azalmalar olduğunu nəzərə alsaq, Azərbaycan iqtisadiyyatı son on- on beş ildə yaşamadığı iqtisadi, maliyyə böhranı ilə üz-üzədir. Bu zaman mümkün qədər sızmaların qarşısını almağa, dövlət vəsaitlərinin idarəolunmasında hesabatılılığın və nəzarətin təmin edilməsinə ehtiyac yaranır. Bu, müəyyən qədər vəsaitlərin səmərəli istifadəsi nəzarəti mexanizmlərinin təkmilləşməsi məqsədi daşıyır”.
Ekspertin sözlərinə görə, bu cür hesabatlılığı və şəffaflığı nəzərdə tutan qərarar digər dövlət və hökumət qurumları ilə bağlı da qəbul edilə bilər: “Ölkədə son illər çox ciddi təbəqələşmə baş verdi. Əhalinin böyük əksəriyyəti ölkənin gəlirlərindən yararlana bilmədi. Daha az gəlirli əhali təbəqəsi formalaşdı. Bu, sosial etirazın potensial qaynağıdır. Ona görə də digər nazirliklərdə, komitələrdə də bu istiqamətdə müəyyən işlər görülməlidir. Ümumiyyətlə, bundan sonrakı dövrdə Hesablama Palatasının səlahiyyətləri də müəyyən qədər artırılacaq. Mümkündür ki, Maliyyə Nazirliyi də maliyyə nəzarəti xidmətini nisbətən gücləndirsin. Çünki əvvəlki dövrlərdə çox asan yolla əldə olunan gəlirlərin sızması, gəlirlərin korrupsiya predmetinə çevrilməsi heç də diqqət mərkəzində deyildi. Bu gün dövlətin buna ehtiyacı yaranıb”.
Previous Post

SOCAR əməkdaşlarının gəlirləri nəzarətə alınır

Next Post

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı kəskin artıb

Bənzər yazılar

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşlarının sağlamlıq vəziyyəti daim diqqətdə saxlanılır. Bu məqsədlə, Xidmət tərəfindən təkcə Bakı şəhərində...

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

23 Oktyabr 2026 - 20:57

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. Elchi.az...

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölüb

23 Oktyabr 2026 - 20:55

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. "Report"-ın məlumatına görə, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş...

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

23 Oktyabr 2026 - 20:50

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə...

Next Post

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı kəskin artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı kəskin artıb

Son xəbərlər

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

24 Oktyabr 2026 - 13:19
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

24 Oktyabr 2026 - 12:40
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

24 Oktyabr 2026 - 12:16
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07
Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

24 Oktyabr 2026 - 12:01
Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

24 Oktyabr 2026 - 11:39
Bakıda kütləvi dava zamanı bir nəfər öldürülüb, 9 nəfər saxlanılıb – YENİLƏNİB

Bakıda kütləvi dava zamanı bir nəfər öldürülüb, 9 nəfər saxlanılıb – YENİLƏNİB

24 Oktyabr 2026 - 11:36
Hakan Çalhanoğlunun “İnter”də maaşı azala bilər

Hakan Çalhanoğlunun “İnter”də maaşı azala bilər

24 Oktyabr 2026 - 11:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.