"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Siyasi məhbuslarla bağlı say müəmması

01 Mart 2016 - 10:14
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

 Siyasi məhbuslarla bağlı say müəmmasıSMMM 107 nəfərlik siyahı təqdim edib; mərkəzin siyahısı birmənalı qarşılanmayıb; Əfv Komissiyası isə ilk iclasda yeni siyahı hazırlayacaq

Siyasi Məhbusların Monitorinq Mərkəzi Əfv Komissiyasına siyasi məhbuslarla bağlı yeni siyahı təqdim edib. Əvvəlkilərə nisbətən siyahıya əlavələr edilib. Mərkəz Azərbaycanda 107 nəfər siyasi məhbusun olduğunu açıqlayıb.
Qurumun rəhbəri Elşən Həsənov bildirib ki, 2015-ci ilin sonlarında vətəndaş cəmiyyəti fəallarının tərtib etdiyi vahid siyahıdakı 93 nəfərdən başqa siyahıya bir neçə nəfər də əlavə olunub.
Siyahıda diqqətçəkən məqamlardan biri də, Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Tale Bağırzadə başda olmaqla, 9 nəfərin adının da siyahıya əlavə edilməsidir. Bu isə, mərkəzin siyahısı ilə bağlı fikir ayrılığı yaradıb. Çünki Nardaran hadisələrində həbs edilənlərin siyasi olub-olmamaları ilə bağlı cəmiyyət arasında ikitirəlik yaranıb.
Qeyd edək ki, indiyə qədər siyasi məhbusların siyahıları ilə bağlı daim fikir ayrılığı yaranıb. Hüquq müdafiə təşkilatlarının siyahıları say baxımından bir-birilə ciddi şəkildə fərqlənib. Necə ki indiki kimi…
Hüquq müdafiəçisi Arzu Abdullayeva siyasi məhbusların iki kateqoriyaya bölündüyünü söylədi: “Biri var siyasi məhbus, biri də var ki, ehtimal olunan siyasi məhbus. Siyasi məhbusların siyahısından o fikir ortaya çıxmır ki, onların hamısı dərhal azad olunsun. Sadəcə, onlar barəsində geniş bilgi əldə olunur, istintaq və məhkəmə prosesləri analiz edilir. Hazırda siyasilərlə bağlı 2-3 siyahı mövcuddur. İslamçılar ayrı siyahıdadırlar. Siyasi motivlərlə həbs edilənlər artıq siyasi məhbus kimi tanınıblar. Nardaran hadisələri ilə bağlı həbs edilənlərin qəti şəkildə siyasi məhbus olmadığını demək çətindir. Çünki istintaq hərəkətlərindən xəbərsizik. Tələbimiz odur ki, istintaq və məhkəmə prosesi ədalətli aparılsın. İslamçıların istintaq hərəkətlərində ciddi qanun pozuntuları olub. Səid Dadaşzadənin işində 300-ə qədər anlaşılmazlıq var. Fikrimcə, Tale Bağırzadə siyasi məhbusdur. Bu şəxsə işgəncələr verilibsə, cinayəti olsa belə, düzgün hərəkət deyil. Ona işgəncə verənlər niyə həbs olunmurlar? Çünki onlar da cinayət törədirlər. Onların cinayəti ehtimal olunandan qat-qat ağırdır. Nardaran əhalisinə qarşı ədalətsizlik edildi. Qayda-qanunu belə formada yaratmaq olmazş. Hər kəs bilir ki, radikal islam şiə islamı deyil. Şiəlikdən ölkəmizə təhlükə yoxdur. Maraqlı qüvvələr var ki, bu işi törətdilər. Onlar ölkəmiz üçün işləmirlər”.
 
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı 107 nəfər siyasi məhbusun mövcudluğundan xəbərsiz olduğunu qeyd etdi: “Bu qədər siyasi məhbusun olduğunu müzakirə etməmişik. Əvvəlcə 98 nəfərin adı siyahıya salınırdı. Sonradan onların arasından azadlığa çıxanlar oldu. İndiki siyahıya Nardaran hadisələri ilə bağlı həbs edilənlərdən 9 nəfərin adının  salınması müəmmalıdır. Çünki heç bir hüquq müdafiəçisi hadisələr baş verərkən Nardaranda ola bilmədi. Hər kəs mətbuatdakı yazılar əsasında rəy bildirdi. Yanaşma tərzləri müxtəlif oldu. Tale Bağırzadə barəsində qəti fikir bildirmək qeyri-mümkündür. Hazırda istintaq hərəkətləri gedir. O, yalnız vəkili ilə görüşə bilir. Onun adının Əfv Komissiyasına təqdim olunmasına müsbət yanaşıram. Siyasi Məhbusların Monitorinq Mərkəzi hesab edirsə ki, Nardaranla bağlı həbs edilənlər siyasi məhbusdur, demək əsasları da var. Siyahı tərtib etmək əsas deyil. Əsas odur ki, faktlarla ictimaiyyətə informasiya vermək üçün sübutlar ortada olsun. Əgər siyasi məhbusun kateqoriyaları Tale Bağırzadə də varsa, mərkəz bunu sübut edəcəksə, demək o, siyasi məhbusdur”.
“Əfv Komissiyası yeni tərkibdə hələ ki, toplanmayıb. İlk iclasın vaxtı da bəlli deyil. Ancaq yaxın zamanlarda komissiya ilk iclasını keçirəcək. Bir neçə günə iclasın tam dəqiq vaxtı məlum olacaq”.
Bunu isə cebhe.info-ya açıqlamasında Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, Əfv Komissiyasının üzvü Mehti Mehtiyev deyib.
 
M.Mehtiyev qeyd edib ki, növbəti əfv siyahısında kimlərin adları olacağına ilk iclasda aydınlıq gətiriləcək:“Qarşıdan Novruz bayramı gəlir, çox güman ki o bayram ərəfəsində bu məsələlərə baxılacaq”.
Previous Post

Siyasi məhbuslarla bağlı say müəmması

Next Post

OPEK neft hasilatını aşağı saldı – REKORD

Bənzər yazılar

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

04 Sentyabr 2026 - 15:42

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi (INTA) Ermənistandan Avropa İttifaqına idxal olunan geniş çeşiddə məhsullara gömrük rüsumlarının müvəqqəti ləğv edilməsini təsdiqləyib....

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

04 Sentyabr 2026 - 14:16

Azərbaycana gətirilən nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və rəsmiləşdirilmənin güzəştli, sadələşdirilmiş qaydası müəyyənləşib. Elchi.az Trend-ə istinadla xəbər verir ki, bununla...

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

03 Sentyabr 2026 - 21:12

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Bu barədə Elchi.az a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

03 Sentyabr 2026 - 20:59

ABŞ-nin Florida ştatının Hillsboro qraflığında kiçik "Lancair Evolution" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. Elchi.az  "Fox 29"a istinadən xəbər...

Next Post

OPEK neft hasilatını aşağı saldı - REKORD

Dilqəm ermənilərdən yenə əfv istəmədi

Son xəbərlər

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

05 Sentyabr 2026 - 18:51
Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

05 Sentyabr 2026 - 18:03
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

05 Sentyabr 2026 - 17:30
MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

05 Sentyabr 2026 - 16:59
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

05 Sentyabr 2026 - 16:39
Putin qisas əmri verdi: Rusiya gəmiləri ələ keçirmə cəhdlərinə cavab verəcək

Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib

05 Sentyabr 2026 - 16:24
Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

05 Sentyabr 2026 - 15:57
Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

05 Sentyabr 2026 - 15:11
Rusiya Donetskdə bir kəndi ələ keçirib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

05 Sentyabr 2026 - 14:43
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

05 Sentyabr 2026 - 14:16
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

05 Sentyabr 2026 - 13:59
Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır

05 Sentyabr 2026 - 13:26
Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

05 Sentyabr 2026 - 12:32
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

05 Sentyabr 2026 - 12:19
Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

05 Sentyabr 2026 - 12:03
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.