"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ermənistana keçmək istəyən Qəbələ sakinlərini nə gözləyir?

29 Fevral 2016 - 08:28
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

Ermənistana keçmək istəyən Qəbələ sakinlərini nə gözləyir?Hadisədə təxribat izləri də görünür; sakinlərinin addımları birmənalı qarşılanmır; Mirvari Qəhrəmanlı: “Düşmən qapısına getmək bağışlanmazdır”

Akif Nağı: “Cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”

Fevralın 27-də Qəbələnin Kötüklü kəndinin 25 nəfər sakininin ağ bayraqla Ağdam ərazisindən Ermənistana keçərkən saxlanılması Azərbaycan gündəmini silkələdi. Hazırda Ağdam polisində saxlanılan sakinlər Nəbiyevlər ailəsinin zülmünə görə belə addım atdıqlarını bildiriblər. 
Hadisə iştirakçısı Ramin İsmayılov mətbuata açıqlamasında bunları deyib: “Nəbiyevlər uşaqlarımızı şərləyib tuturlar. ”Azərişıq”ın Bakı üzrə nümayəndəsi Qara Nəbiyev, vergilər nazirinin müşaviri Müsavər Nəbiyev, kəndin icra nümayəndəsi İkram Nəbiyev Qəbələ rayonunu ələ alıblar. Onlar bizi yaşamağa qoymurlar. Kiminsə evinə, maşınına narkotik atıb tutdururlar. Bundan bezib Ermənistan tərəfə keçmək istədik. Özümüzü erməni gülləsinin qarşısına verib canımızı Nəbiyevlərin zülmündən xilas etmək istəyirdik”.
Qeyd edək ki, Qəbələ sakinlərinin düşmən ölkəyə keçmək cəhdləri heç də ictimaiyyətdə birmənalı qarşılanmayıb. Onların ünvanına sərt tənqidlər var. Bunun fonunda Nəbiyevlər ailəsinin etdiyi haqsızlıqlara görə sakinlərə haqq qazandıranlar, eyni zamanda hadisədə təxribat izi axtaranlar da yox deyil. Hazırda sakinlərin taleyinin necə olacağı sual doğuran məsələlərdəndir.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, Qəbələ sakinlərinin etdikləri dövlətimizin dünyada imicinə təhqirdir: “Vətəndaşlar düşünüblər ki, onlara qarşı ədalətsizlik olub. Araşdırmadan bu məsələlərə qiymət vermək bir qədər çətindir. Burada ətrafın diqqətini cəlbetmə cəhdləri də var. Amma istənilən halda ədalətsizliyə qarşı müxtəlif etiraz formaları var. Qəbələ sakinlərinin sərhədi keçmək istəklərinin olub-olmaması onların ifadələrindən məlum olacaq. Atılan addım düşünülmüş şəkildə olmayıb. Erməni düşmənimizdir. Sakinlər Gürcüstan, İran tərəfə keçə bilərdilər. Bu daha asan idi. Bununla da diqqət çəkmək olardı”.
Hüquq müdafiəçisi Qəbələliləri gözləyən cəzalardan da söz açdı: “Təbii ki, onlara müxtəlif cəza növləri tətbiq oluna bilər. Amma hər şeydən öncə bu araşdırılmalıdır. Onların müdafiə olunmaq hüquqları var. Hüquq müdafiəçisi kimi yox, Azərbaycan vətəndaşı kimi hesab edirəm ki, onlara cəza növləri tətbiq olunmalıdır. Buna görə məni ittiham edəcəklər. Amma torpağımı zəbt edən, minlərlə şəhid verməyimizə səbəb olan düşmənin qapısına getmək bağışlanılmazdır. Yəqin ki, onlar cəzalandırılacaqlar. Bəlkə də elə motiv tapılacaq ki, onlar bağışlanacaqlar. Burada təxribat da ola bilər. Təşkilatçını üzə çıxarmaq lazımdır. Orada kimsə günahkar ola bilər”.
 
M.Qəhrəmanlı Nəbiyevlər ailəsinə də toxundu: “Bu hissə daha ciddi araşdırılmalıdır. Regionlarda ”kiçik padşahlar” mövcuddur. Nəbiyevlər ailəsi insanları buna məcbur edən tərəf kimi məsuliyyətə cəlb olunmalıdır. Niyə onlar rayonda hegemonluq edirlər? Hansı cəhətlərinə görə ağalıq etməlidirlər? Bütün rayonlarda tayfalar var ki, sakinləri belə yollara təhrik edirlər. Nəbiyevlər ailəsi barəsində cinayət işi başlanmalıdır. Onlar milləti alçaltmaq dərəcəsinə çatdırıblar. İttihamları ağır olmalıdır. Ölüm həddinə çatdırmaqla, düşmən qapısına göndərmək arasında heç bir fərq yoxdur”.
 
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu hadisənin cəmiyyət və dövlət üçün ciddi siqnal olduğunu söylədi: “Hadisə iki istiqamətdə araşdırılmalıdır: burada obyektiv səbəb var, yoxsa təxribat izi? Rusiya və Ermənistanın da əli ola bilər. İstənilən halda prosesdə iştirak edənlər dövlətçilik, ictimaiyyət qarşısında məsuliyyətlərini dərk etməlidirlər. Maraqlarımıza uyğun gəlməyən hadisədir. Haqsızlıq ola bilər. Əgər ölkəni tərk edirsinizsə, niyə məhz Ermənistana? Deməli burada siyasi motivlər var. Vətəndaşların diqqəti cəlb edib, problemlərini bu yolla həll etmək cəhdləri də ola bilər. Amma istənilən halda səhv addımdır. Düşmən düşməndir. Ermənistanda vəziyyət guya yaxşıdır? Oradan da Azərbaycana qaçanlar var. Aylar öncə hətta partiya rəhbəri ölkəmizə pənah gətirdi. Hansısa məmurun cəzasını dövlətçilikdən çıxmaq yolverilməzdir. Vətəndaşlar bunu düşünməlidirlər. Məmur haqsızlığı çoxdur. Nazirlər bölgələrə görüşlərə gedirlər, amma problemləri olanları yox, öyrədilmiş rayon sakinlərini qəbul edirlər. Mənə dəfələrlə bu barədə müraciətlər olub. Sadəcə, görüntü xarakteri daşıyır. Yerlərdəki məmurlar özlərini ədəbsiz aparır, insanlara zülm edirlər. Dövlət səviyyəsində bu məsələyə diqqət ayrılmalıdır. Məmurların al-ayaqları yığışdırılmalıdır. Qəbələ sakinlərinin addımları dövlətçilik məsələsidir. Bu insanlar hansısa formada düşmən ölkəyə keçməyə cəhd edirlərsə, demək, Ermənistanın siyasətinə xidmət edirlər. Onların hərəkətlərinə haqq qazandırırlar. Onlar xalq qarşısında mənəvi məsuliyyət daşıyırlar. Hərəkətləri cinayət məsuliyyəti yaradır. Bu baxımdan cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.
Previous Post

Ermənistana keçmək istəyən Qəbələ sakinlərini nə gözləyir?

Next Post

Türkiyə Rusiyanı “dostlar siyahısı”ndan sildi

Bənzər yazılar

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

27 Avqust 2026 - 00:02

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə dəstəyə görə Azərbaycana və bir sıra digər ölkələrə təşəkkür edib. Elchi.az xəbər verir ki, Zelenski...

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

26 Avqust 2026 - 23:15

İstehlakçıların sağlamlığının qorunması, heyvan mənşəli qida məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin beynəlxalq tələblərə uyğunlaşdırılması və qida zəncirində çarpaz çirklənmə risklərinin...

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

26 Avqust 2026 - 23:12

Qazaxıstan və Sinqapur əsas diqqəti Orta Dəhlizin inkişafına yönəltməklə multimodal daşımalar, ticarət və rəqəmsallaşdırma sahələrində əməkdaşlığı genişləndirəcək. Elchi.az -ın məlumatına...

Qətərin Baş naziri sabah İrana səfər edəcək

Qətərin Baş naziri sabah İrana səfər edəcək

26 Avqust 2026 - 23:09

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani İranın yüksək vəzifəli rəsmiləri...

Next Post

Türkiyə Rusiyanı "dostlar siyahısı"ndan sildi

Türkiyə Rusiyanı "dostlar siyahısı"ndan sildi

Son xəbərlər

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

27 Avqust 2026 - 00:02
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

26 Avqust 2026 - 23:15
Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

26 Avqust 2026 - 23:12
Qətərin Baş naziri sabah İrana səfər edəcək

Qətərin Baş naziri sabah İrana səfər edəcək

26 Avqust 2026 - 23:09
Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək

26 Avqust 2026 - 22:52
Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib

Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib

26 Avqust 2026 - 22:50
Azərbaycanda 2389 məscid var

Azərbaycanda 2389 məscid var

26 Avqust 2026 - 22:35
Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

26 Avqust 2026 - 22:33
Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb

Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb

26 Avqust 2026 - 22:31
Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

26 Avqust 2026 - 20:19
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır

26 Avqust 2026 - 20:18
Cəlilabadda zəlzələ baş verib

Cəlilabadda zəlzələ baş verib

26 Avqust 2026 - 20:15
Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

26 Avqust 2026 - 20:13
Tibetdə sel zamanı 3 nəfər ölüb, 260-dan çox insan itkin düşüb

Tibetdə sel zamanı 3 nəfər ölüb, 260-dan çox insan itkin düşüb

26 Avqust 2026 - 20:11
53 nömrəli marşrutun istiqaməti dəyişib

53 nömrəli marşrutun istiqaməti dəyişib

26 Avqust 2026 - 19:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.