"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycandan Gürcüstana “xilas kəməri” – “Qərb qapımız” təhlükədə

27 Fevral 2016 - 09:31
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

Azərbaycandan Gürcüstana “xilas kəməri” - “Qərb qapımız” təhlükədəOrtaq Rusiya təhlükəsi qarşısında iki qonşunun seçim şansı; SOCAR-ın Tiflisə əlavə yarım milyard kub metr qaz və aşağı qiymət təklif eləməsinin sirri; Ermənistanın tranzit ölkə olmaq ümidləri basdırılır; Kaxa Kaladzenin kritik Bakı səfərində bütün kartlar açıla bilər, əgər…

Azərbaycan prezidentinin İran səfəri bir çox sənədlərin imzalanması baxımından yadda qaldı. Gözlənilirdi ki, İran təbii qazının Ermənistan və ya Azərbaycan vasitəsilə Gürcüstana verilməsi mövzusu da diqqətdə saxlanılacaq. Lakin bu yöndə müzakirələr getdiyini hələlik söyləmək çətindir. İstisna deyil ki, məsələ prezidentlər səviyyəsində də öz konkret həllini tapmayıb.  
Hər halda, məsələ ilə bağlı nə İran tərəfindən, nə də rəsmi Bakıdan açıqlama olmadı. Mümkündür ki, müzakirələr sırf konfidensial xarakter daşıyır və Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin fevralın 29-da Bakıya edəcəyi səfər bütün “i”lərin üzərində nöqtə qoyacaq.
Bu arada Gürcüstanın Azərbaycan tərəfdən yeni təklif aldığı haqda maraqlı məlumat yayılıb. Məlumatı “Tabula” telekanalı yayıb. Xəbərdə Gürcüstanın neft-qaz şirkətinin adının açıqlanmasını istəməyən rəsmi nümayəndəsinə istinadən bildirilir ki, SOCAR Gürcüstana qaz tədarükünü 500 milyard kub metr artırmağı və aşağı qiymət təklif edib və bunu “Şahdəniz” qaz kəməri vasitəsilə təmin edəcəyinə boyun olub.
Gürcüstanın Energetika Nazirliyi hələ ki bu təkliflə bağlı susur. Ancaq bəllidir ki, Tiflislə Bakı arasında qazla bağlı danışıqları davam edir. Bu məqsədlə həm SOCAR prezidenti Rövnəq Abdullayev, həm də Kaxa Kaladze qısa fasilələrlə Gürcüstan və Azərbaycanda səfərdə olublar. Gürcü nazir bu ay – prezident İlham Əliyevdən öncə İrana da baş çəkib.
Bundan əlavə, Gürcüstan Rusiyanın “Qazprom” monopolist şirkəti ilə neçə vaxtdır əlavə qaz tədarükü yönündə danışıqlar aparır. Hərçənd siyasi müxalifət, ictimai dairələr, o sırada sabiq prezident Mixail Saakaşvili Rusiya qazından asılılığı haqlı olaraq, ölkənin suverenliyi və müstəqilliyinə real təhlükə sayırlar – xüsusən də Kremlin bölgədə hərbi cəhətdən gücləndiyi indiki məqamda.
Bu mənada Kaladzenin qarşıdakı Bakı səfəri kulminasiya nöqtəsi sayıla bilər. Nazirin özü də səfərlə bağlı bildirib ki, bu və digər məsələlərə məhz Bakıya ziyarətindən sonra aydınlıq gələ bilər.
“Fevralın 29-da mən Azərbaycana səfər edəcəyəm. Bakıda SOCAR rəhbərliyi və ”Şahdəniz” konsorsiumunun nümayəndələri ilə görüşəcəyəm. Biz “Şahdəniz” qaz kəməri ilə əlavə qaz almağın mümkünlüyü üzərində fəal şəkildə işləyirik. Çox nikbin ovqatdayıq və düşünürük ki, müəyyən anlaşma əldə edəcəyik. Yalnız bundan sonra tam mənzərə üzə çıxacaq ki, “Qazprom”la danışıqları necə yekunlaşdıraq. Fikrimcə, danışıqları sürəkli başa vurmağı bacaracağıq” – deyib nazir.
Bu xüsusda SOCAR-ın təklifi bir yandan siyasi və coğrafi mənada “Qərb qapımız” sayılan Gürcüstanı Rusiya asılılığından qurtarmaq üçün “xilas kəməri” təsiri bağışlayırsa, başqa yandan, işğalçı Ermənistanın Gürcüstana İrandan qaz tədarükü üçün tranzit ölkə olmaq ümidlərini birdəfəlik basdırır.  
Yeri gəlmişkən, Tehran üzərindın beynəlxalq sanksiyalar götürüldükdən sonra İrəvan son vaxtlar bu qaz kəmərinin gələcəkdə genişlənidirilməsi hesabına İran qazının Avropaya nəqlində də tranzit ölkə olmaq arzularını  gizlətmir. Bakı bu ümidləri də basdıra bilər.
Odur ki, Azərbaycanın Gürcüstana atmaq istədiyi “xilas kəməri” qonşu ölkə ilə yanaşı, şübhəsiz, özünün də strateji maraqlarına uyğundur və təqdiredicidir. Hər halda, “Qərb qapısı” bağlansa, Azərbaycanın da Rusiyadan asılılığı məsələsi dərhal gündəmə gələcək, Qərbə istiqamətli bütün strateji kəmərlər və layihələr təhlükə altına düşəcək. Ortaq təhlükə Azərbaycan və Gürcüstandan indi heç vaxt olmadığı qədər bir yerdə olmağı tələb edir.
***
Xatırladaq ki, hazırda Gürcüstanın təbii qaza olan ehtiyacının təxminən 90 faizi Azərbaycan qazı hesabına ödənir. Yerdə qalan həcm isə Rusiya qazının Ermənistana nəqlinə görə alınan tranzit xərcləri qarşılığında “Qazprom”dan alınır.
Previous Post

Azərbaycandan Gürcüstana “xilas kəməri” – “Qərb qapımız” təhlükədə

Next Post

Suriyada savaş bitdi – Atəşkəş başladı

Bənzər yazılar

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub. Elchi.az -ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan...

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11

BƏƏ sahillərində "Gem No. 2" tankerindən neft sızması dayandırılıb, yeni neft sızması halları aşkar edilməyib, zərər çəkmiş sahilboyu ərazilərin təmizlənməsi...

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29

Yəmənin hökumət qüvvələri "Yəmən şəfəqi" hücum əməliyyatı çərçivəsində son saatlar ərzində husilərə 1087 zərbə endirdiyini açıqlayıb. Elchi.az xəbər verir ki,...

Next Post

Suriyada savaş bitdi - Atəşkəş başladı

Suriyada savaş bitdi - Atəşkəş başladı

Son xəbərlər

FHN yanğın-taktiki təlim keçirib – VİDEO

31 Oktyabr 2026 - 12:10
Bakıda maşın velosipedçini vuraraq öldürüb

Bakıda maşın velosipedçini vuraraq öldürüb

31 Oktyabr 2026 - 11:51
Əksər yerlərdə yağış, Şahdağda qar yağıb – FAKTİKİ HAVA

Əksər yerlərdə yağış, Şahdağda qar yağıb – FAKTİKİ HAVA

31 Oktyabr 2026 - 11:13
Trampın arzuladığı Nobel mükafatını xanımı ala bilər

Trampın arzuladığı Nobel mükafatını xanımı ala bilər

31 Oktyabr 2026 - 10:53
Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

31 Oktyabr 2026 - 10:40
“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

31 Oktyabr 2026 - 10:32
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

31 Oktyabr 2026 - 10:26
Azərbaycan nefti 126 dollara satılır

Azərbaycan nefti 126 dollara satılır

31 Oktyabr 2026 - 10:13
ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13
“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11
“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29
G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

30 Oktyabr 2026 - 20:26
Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

30 Oktyabr 2026 - 20:24
Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

30 Oktyabr 2026 - 20:22
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.