"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisinə aid – ŞOK FOTOLAR YAYILDI – BİYABIRÇILIQ

27 Fevral 2016 - 00:03
in XƏBƏR LENTİ
FacebookVatsap

“Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisinə aid  -  ŞOK FOTOLAR YAYILDI - BİYABIRÇILIQ

Bunu da oxuyun

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Aylar öncə saytımızda Nuşirəvan müəllim və onun bəzi gözü qılıncdan iti “bayquşlarının” sərgüzəştlərindən bəhs edən tənqidi yazı getmiş, bu yazıdakı bəzi ifadələr və ittihamlar bu gözəl insanın xətrinə dəymiş, onu özündən çıxarmış, iş gedib məhkəməyə qədər çıxmışdı. Aylarla sürən məhkəmələrdə də bir sürü hadisələr baş vermiş, sonda polkovnik Nuşirəvanın ədaləti zəfər çalmış, onun tər-təmiz adını ləkələmək, pak mənəvi dünyasına kölgə salmaq istəyənlər layiqli cəzalarını almışdılar

Məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYP) çox hörmətli rəisinin “mənəvi dünyasında rüşvətə geniş meydan verildiyi”barədə ittihamlar böhtan, onun savadsız, kobud, özündən razı bir adam olduğu haqda deyilənlər isə, bu möhtərəmin şərəf və ləyaqətinin qəsdən, bilə-bilə təhqir olunması imiş.

Paytaxtın dövlət yol polisində tuğyan edən rüşvətxorluqdan, yığılan və hansısa istiqamətə ötürülən böyük pullardan isə, bu adamın qəti xəbəri olmayıb və indi də yoxdur. Heç DYP-nin binasında 2500 manat rüşvət alarkən saxlanılan və işdən qovulan bacısı oğlunun da, N.Səfərovun mənəvi dünyasına heç bir aidiyyatı yox imiş.

Qısası, çox hörmətli Nuşirəvan Səfərov – BDYPİ rəisi – sadə, savadlı, təvazökar, tər-təmiz, dünya malında gözü olmayan, saf bir adamdır. Bütün bunlar Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədovun qətnaməsində də qət olundu və hazırda bu qətnamədən verilmiş şikayətə Apellyasiya Məhkəməsində baxılır. Bu gün hazırlıq iclası oldu və məhkəmə baxışı martın 9-na təyin olundu.

Apellyasiya Məhkəməsinin N.Səfərovun “mənəvi dünyasının vəziyyəti” barədə nə qərar verəcəyini zaman göstərəcək. Amma… necə deyərlər, görünən dağa nə bələdçi?

OLYMPUS DIGITAL CAMERA

Nuşirəvan Səfərovun hazırda yaşadığı sarayın uzaqdan görüntüsü

Bu yazıya əlavə olunmuş fotolarda BDYPİ rəisi, rəsmi maaşı yəqin ki, 1500 manatdan artıq olmayan Nuşirəvan Səfərovun Bakının milyonçular yaşayan prestijli rayonunda – Badamdar qəsəbəsi 2-ci yeni massiv, ev 156 ünvanında yertləşən villasının yerdən və peykdən çəkilmiş görüntüləri var. Başında kümbəz, qırmızı örtüklü möhtəşəm saray və onun qarşı tərəfində, yeni tikilməkdə olan ikinci villa N.Səfərova məxsusdur. Çox böyük ehtimalla, ikinci villanı N.Səfərov övladına tikdirir.

Bu iki villanın yerləşdiyi ərazi, təxminən 1 hektar sahəni əhatə edir! Bilisinizmi, əgər son 7-8 ildə alınıbsa, təkcə bu torpağın bazar qiyməti nə qədər edir? AZI 8-10 MİLYON DOLLAR!

Hazırda, bu iqtisadi böhran şəraitində belə bu ərazidə sənədli torpağın 1 sotu 70-80 min manatdan az deyil!

nushirevan03yy

N.Səfərovun malikanəsinin quş uçuşu məsafəsindən görüntüsü

Təmiz insan N.Səfərovun hazırda yaşadığı qırmızı kümbəzli 4 mərtəbəli sarayı nə vaxt tikdiyini və bu tikintiyə nə qədər vəsait xərclədiyini deyə bilmərik. Dəqiq qiymətləndirmə aparmaq üçün evin içini, təmirin səviyyəsini də görmək lazımdır. Amma heç şübhə etmirik ki, ümumi sahəsi 1000 kvadratla ölçülən bu sarayın tikintisi, təmiri, mebel və digər zəruri əşyalarla təmin olunmasına xərclənən pul da MİLYON MANATLARLAölçülüb. Devalvasiya, böhran, tikinti materialları bazarında qiymətlərin od tutub yandığı bu günlərdə tikintisi var gücü ilə davam edən İKİNCİ VİLLAYA nə qədər xərclənəcəyini isə indi özünüz düşünün!

OLYMPUS DIGITAL CAMERA

Tikintisi gedən 2-ci villa

Belə görünür ki, Azərbaycan xalqını diz çökdürən, milyardlarla valyuta ehtiyatı olan dövləti belə çətinə salan bu iqtisadi böhran, cənab Nuşirəvanın yanından, heç yel olub ötə bilməyib.

Ən dəhşətlisi isə bilirsinizmi nədir? İkinci villanın tikintisinə uniformalı DYP əməkdaşları nəzarət edir. Açıq-aşkar. Qorxub-çəkinmədən, utanıb-ar eləmədən!Əməkdaşlarımız iki gün əvvəl ərazidə müşahidə apararkən, şahidi olublar ki, 90—300 dövlət nömrə nişanlı, BMV markalı DYP avtomobilindən düşən 2 gənc DYP əməkdaşı, BMV markalı avtomobildən düşən 23-25 yaşlarında gənclə (Çox böyük ehtimalla bu gənc N.Səfərovun oğludur-red) tikintiyə aid məsələləri danışa-danışa tikinti sahəsinə daxil olublar. “Hansı qanun və haqla N.Səfərov dövlət işçilərini özünün şəxsi təsərrüfatında işlədir?” – deyə soruşmaq olar. Amma biz soruşmuruq, nəyimizə lazım?…

Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, ikinci villanın tikildiyi ərazini N.Səfərov qonşusundan bu yaxınlarda alıb, ordakı evi uçuraraq, yerində yeni villanın tikintisinə başlayıb.

Bu təkzibolunmaz faktlar, foto və peyk görüntüləri ondan xəbər verir ki, polkovnik Nuşirəvan Səfərovun hər iki giriş küçəsindən qarşısına şlaqbaum qoyulmuş, təkcə hasarının üzlənməsinə bir sərvət xərclənmiş, Bakının ən prestijli rayonlarından birində yerləşən malikanəsi, ən azı 15 MİLYON DOLLARA başa gəlib!

Əlbəttə, biz bu pulun mənbəyi ilə bağlı konkret heç bir iddia irəli sürmək niyyətində deyilik. Bunu araşdırmaq, zamanı gələndə istintaqın işi olacaq. Amma fikrimizcə, bir müqayisə aparmaq yerinə düşər. Aşağıda təqdim etdiyimiz foto da Badamdar qəsəbəsində çəkilib. Fotodan görünən, N.Səfərovun villaları kimi yan-yana düzülən 3 villanın sahibləri ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov və onun övladlarıdır. Diqqət etsəniz, görərsiniz ki, N.Səfərovun villası, A.Çovdarovun villasından da möhtəşəmdir.

000444

Akif Çovdarovun villaları

A.Çovdarova qarşı hazırda Azərbaycan Cinayət Məcəlləsindəki maddələrin, az qala yarısı ilə ittiham irəli sürülüb. Yəni sübut olunub ki, general Çovdarov bu villaların pulunu qətl, hədə-qorxu ilə tələbetmə, şəxsi həbsxanada işgəncə, gizli çəkilişlərlə şantaj, ölkə rəhbərlərini dinləmə və xarici kəşfiyyatlara satma, bir sözlə, ən ağır cinayətlərə qol qoyma yolu ilə əldə edib.

Maraqlıdır, bəs A.Çovdarovla müqayisədə çox kiçik vəzifəni tutan və rütbəni daşıyan Nuşirəvan Səfərovun bu sərvətinin kökü hardan gəlir?

Əlbəttə, biz bununla heç bir eyham vurmaq niyyətində deyilik. İstisna deyil ki, hörmətli və savadlı Nuşirəvan Səfərova dədə-babalarından küpələrlə qızıl qalmış ola bilər.

Yaxud da, mümkündür ki, onun da oğlu, məsələn, Ziya Məmmədovun oğlu kimi fitri istedad yiyəsidir və qısa zamanda dövlətimizdə yaradılmış demokratik şəraitdən istifadə edərək, biznes yolu ilə milyonlar qazanıb və hər bir qeyrətli oğul kimi, qanuni yolla qazanılmış bu pullarla da atasına hektarlarla torpaq alıb, villalar tikib. Yəni bütün bunlar mümkündür.

Amma sübutları hanı? Keçmişdən qalan sərvət varmı? N.Səfərovun oğlu fitri istedadlı biznesmendirmi? Hansı şirkəti var və dövlətə nə qədər vergi ödəyib?

BU SUALLARA CAVAB AXTARIŞLARIMIZ DAVAM EDƏCƏK! Amma hələlik bu qədər!

N.Səfərovu dinləməyə, məmnuniyyətlə hazırıq!

7news.Az

Villa

IMG-20160219-WA0003OLYMPUS DIGITAL CAMERAIMG-20160219-WA0008

OLYMPUS DIGITAL CAMERAOLYMPUS DIGITAL CAMERA

IMG-20160219-WA0007-1

 

Previous Post

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisinə aid – ŞOK FOTOLAR YAYILDI – BİYABIRÇILIQ

Next Post

Medvedev söz verdi – Araq qadağan edilməyəcək

Bənzər yazılar

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

15 Oktyabr 2026 - 15:30

AQEM, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ASEAN və Şanxay Əməkdaşlıq Təşkilatı arasında koordinasiyanın gücləndirilməsi, şübhəsiz ki, qitə üzrə əlaqəliliyi...

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

15 Oktyabr 2026 - 12:53

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə anklav və eksklavların mövcudluğu, eləcə də ərazi mübadiləsi məsələsinə yenidən münasibət bildirib. Elchi.az...

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

15 Oktyabr 2026 - 12:48

Bu gün axşam saatlarında Bakıdan İrəvana təyyarənin uçacağı bildirilir. Elchi.az xəbər verir ki, bu barədə “Flightradar24” saytına istinadən məlumat yayıb....

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

15 Oktyabr 2026 - 12:04

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 15-də Qırğız Respublikasında keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri...

Next Post

Medvedev söz verdi - Araq qadağan edilməyəcək

Medvedev söz verdi - Araq qadağan edilməyəcək

Son xəbərlər

Pezeşkian sabah Ermənistana səfər edəcək

Pezeşkian sabah Ermənistana səfər edəcək

15 Oktyabr 2026 - 15:53
Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb

Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb

15 Oktyabr 2026 - 15:44
Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

15 Oktyabr 2026 - 15:30
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək

15 Oktyabr 2026 - 15:16
Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

15 Oktyabr 2026 - 15:00
İqor Sergeyenko: Azərbaycan AQEM-ə səmərəli sədrlik edir

İqor Sergeyenko: Azərbaycan AQEM-ə səmərəli sədrlik edir

15 Oktyabr 2026 - 14:43
Bu, Nürnberq tribunalının analoqu idi – Prezident

Bu, Nürnberq tribunalının analoqu idi – Prezident

15 Oktyabr 2026 - 14:30
Kredit götürüb işsiz qalanlar üçün yenilik

Kredit götürüb işsiz qalanlar üçün yenilik

15 Oktyabr 2026 - 14:14
Azərbaycanda dərslərin başlama saatı dəyişdirilə bilər

Azərbaycanda dərslərin başlama saatı dəyişdirilə bilər

15 Oktyabr 2026 - 14:07
Pentaqon pilotsuz təyyarələrin kütləvi istehsalına başlamaq istəyir

Pentaqon pilotsuz təyyarələrin kütləvi istehsalına başlamaq istəyir

15 Oktyabr 2026 - 14:00
Kartdan-karta pul köçürmələri üzrə limitlər… – AMB

Kartdan-karta pul köçürmələri üzrə limitlər… – AMB

15 Oktyabr 2026 - 13:51
“Bakı şəhərində 18 Oktyabr Parkı salınmalıdır” – ƏHD Partiyasından çağırış

“Bakı şəhərində 18 Oktyabr Parkı salınmalıdır” – ƏHD Partiyasından çağırış

15 Oktyabr 2026 - 13:43
Məktəb mühafizəçisinə hücum edənlər həbs olundu

Məktəb mühafizəçisinə hücum edənlər həbs olundu

15 Oktyabr 2026 - 13:42
Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

15 Oktyabr 2026 - 13:41
“Hamı diqqətini daha çox iqtisadi islahatların zəruriliyinə yönəltməlidir” – BƏYANAT

“Hamı diqqətini daha çox iqtisadi islahatların zəruriliyinə yönəltməlidir” – BƏYANAT

15 Oktyabr 2026 - 13:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.