"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Mərkəzi Bankın dollar “simicliyinin” səbəbi üzə çıxır

26 Fevral 2016 - 09:39
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

 Mərkəzi Bankın dollar “simicliyinin” səbəbi üzə çıxırSamir Əliyev: “Mərkəzi Bank demək istəyir ki, valyuta ehtiyatları məhdud həcmə çatıb”

Mərkəzi Bankın  fevralın 24-də keçirdiyi hərracda bankların dollara olan tələbatını tam ödəməməsi cəmiyyətdə narahatlıq yaradıb. Təhlillər bu durumun bazarda dollar qıtlığına və dolayısı ilə dolların bahalaşmasına səbəb olacağı ehtimalı üzərindədir. 
Qeyd edək ki, Mərkəzi Bank hərracda  cəmi 30 milyon dollar məbləğində vəsait satışa çıxarıb. Hərracda iştirak edən 14 bank isə 66,760 milyon dollar almaq istəyib. Mərkəzi Bank valyuta sifarişinin cəmi 44,9 faizi təmin edib.  Yəni dollara olan tələbatın heç yarısı da ödənilməyib. 4 milyard dollara yaxın valyuta ehtiyatlarına malik olan Mərkəzi Bankın 37 milyon dollara yaxın vəsaiti bazara çıxarmamasının səbəbləri bəlli deyil.
 
Cəmiyyəti isə bir sual maraqlandırır. Mərkəzi Bank bu addımı ilə nə etmək istəyir? Dolların növbəti dəfə bahalaşması üçün şərait yaradır, yoxsa vəsaitlərinə qənaət etmək istəyir? Bu qurum bazarda yaranan dollar qıtlığının hansı nəticələrə səbəb olacağını, “qara bazarın” canlanacağını gözə alırmı? 
 
İqtisadçı ekspert Samir Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Mərkəzi Bankın hərracları manatın məzənnəsinin formalaşmasına birbaşa təsir edir və son hərrac dolların möhkəmlənməsinə şərait yaratdı: “Xatırlayırsınızsa, hərrac yeni başlayanda 30-dan çox bank iştirak etmişdi. Dollara kifayət qədər tələbat var idi.  Sonradan zaman ötdükcə, hərracda iştirak edən  bankların sayı əhəmiyyətli dərəcədə azaldı. Belə bir təəssürat yaranırdı ki, Mərkəzi Bank böyük həcmdə valyutanı, konkret desək, 200 milyon dolları satışa çıxarırdı, tələbat tam şəkildə ödənilirdi və artıq da qalırdı. Son vaxtlar isə alış 20-30 milyon dollar səviyyəsinə düşmüşdü. Ancaq son hərracda Mərkəzi Bank həmişəkindən fərqli olaraq satışa 30 milyon dollar çıxardı. Məbləği birdən-birə 200 milyon dollardan 30 milyona saldı, tələbat da əvvəlki ilə müqayisədə xeyli artdı. Elə oldu ki, eyni gündə həm təklif azaldı, həm də tələbat çoxaldı və tələbat tam ödənilmədi. Bu da dolların manata olan rəsmi məzənnəsinin bahalaşmasına gətirib çıxardı. Çünki manatın dollara olan məzənnəsi Mərkəzi Bankın təşkil  etdiyi hərracın nəticələri əsasında formalaşır”.
 
Ekspertin sözlərinə görə, Mərkəzi Bank müəyyən inzibati metodlardan istifadə edərək, manatın məzənnəsini sabit saxlamağa çalışır: “Əvvəlki hərraclarda tələbatın getdikcə aşağı düşməsinin səbəbi o idi ki, bazarda pul kütləsi az idi. Mərkəzi Bank dəfələrlə bildirmişdi ki, pul qıtlığı var. Bunun səbəbi həm də manata təzyiqi azaltmaq idi. Təsəvvür edin ki, bu gün pul kütləsi buraxılsa, dollar alışına yönələcək. Bu da manatın məzənnəsinə çox böyük təzyiq olar və manatın ucuzlaşmasına gətirib çıxarar. Buna görə də Mərkəzi Bank bu inzibati metodlardan istifadə etməklə hələ ki manatın məzənnəsini sabit saxlamağa çalışır. Biz də dəfələrlə demişik ki, bu metodun müvəqqəti effekti olsa da, uzunmüddətli effekti olmayacaq.
Sual olunur ki, Mərkəzi Bank hərraca çıxarılan valyutanın həcmini niyə birdən-birə 200 milyon dollardan 30 milyona saldı. Burada bir nüans var ki, manat devalvasiyaya uğrasa belə, biz görürük ki, Mərkəzi Bankın valyuta ehtiyatları əriməkdə davam edir. Deməli, devalvasiya valyuta ehtiyatlarının azalmasına kömək etmir.
Mərkəzi Bank bununla onu demək istəyir ki, mənim valyuta ehtiyatlarım məhdud bir həcmə gəlib çatıb və bundan sonra çox məhdud həcmdə dollar satışı həyata keçirəcəyəm və lazım gəlsə, manatın növbəti dəfə ucuzlaşmasına gedəcəyəm. Yəni Mərkəzi Bank valyuta ehtiyatlarını qorumağı üstün tutur, nəinki manatın məzənnəsini saxlamağı. Mərkəzi Bank bunu demək istəyir. Həm də artıq cəmiyyəti üzən məzənnə siyasətinə hazırlayır.
Yəni qarşıdakı dövrlərdə ola bilər ki, manat bu gün möhkəmlənsin, sabah isə ucuzlaşsın, yəni artıq manat saxlanılmaya bilər. Mərkəzi Bank manatı dollara nisbətdə məzənnəsinin oynamasına hazırlayır.
Mən hesab edirəm ki, manatın indiki məzənnəsi müvəqqətidir, milli valyutanın bahalaşması üçün iqtisadi zəmin yoxdur.  Əksinə, iqtisadi vəziyyət manatın əleyhinədir. Manat əgər tam sərbəst buraxılsa, sürətlə ucuzlaşa bilər. Mərkəzi Bank yəqin ki, tədricən manatı ucuzlaşdırmaqda davam edəcək. Hər bir halda, bu onların qərarıdır. Hər halda, mən manatın məzənnəsi üçün yaxın vaxtlarda optimist bir durum görmürəm”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə yaxın zamanlar üçün devalvasiya ehtimalını istisna etdi: “Mən bunu devalvasiya ilə əlaqələndirməzdim. Devalvasiya proqnozu vermək hazırda çox tezdir. Ancaq proseslər belə davam edərsə,  ciddi iqtisadi islahatlara gedib nəticələr əldə edilməzsə, müəyyən problem yarana bilər. Ancaq mən hələ ki, bu çevikliyi görmürəm. Digər tərəfdən, neftin qiyməti də artıb-azalmır, 30 dollar civarında qalıb. Mərkəzi Bankın da valyuta ehtiyatları azalıb. Mərkəzi Bank ehtiyatlarını qoruyub saxlamaq üçün valyuta bazarına müəyyən müdaxilələr edir. Bütün bunlar faktdır. Lakin mən hesab etmirəm ki, yaxın vaxtlarda devalvasiya olsun.
Mərkəzi Bankın bu addımının səbəbi odur ki, dollarlaşma prosesi gedir, manatı dollara çevirib, sonradan banka yatırmamaq problemi aktualdır. Biz əmanətlərin tam sığortalanması haqqında qanun qəbul etdik. Ancaq o qanun hələ imzalanmayıb. O qanun vaxtında imzalansa idi, müəyyən qədər bu problemlərin də qarşısı alınmış olardı. Deyirlər ki, banklar birləşir, bank sektorunda təmərküzləşmə prosesi gedir, ona görə də müəyyən qədər gecikir. Ancaq bu qanun nə qədər tez imzalansa, bir o qədər yaxşı olar”.
Previous Post

Mərkəzi Bankın dollar “simicliyinin” səbəbi üzə çıxır

Next Post

Yas dəbdəbəsi niyə qayıtdı? – Açıqlama

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Yas dəbdəbəsi niyə qayıtdı? - Açıqlama

Yas dəbdəbəsi niyə qayıtdı? - Açıqlama

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.