"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Polis maşınını çəkicləyən oğlanın anası danışdı – FOTO

25 Fevral 2016 - 20:51
in XƏBƏR LENTİ
FacebookVatsap
”Narkotik gəzdirən oğulun anası yun didib satmaz”

Bir neçə gün öncə Bakıda yol polisi avtomobilini çəkiclə zədələyən 42 yaşlı Şahin Mail oğlu Bəylərovun anası Raya Bəylərova Meydan TV-yə danışıb. Deyib ki, oğlunun günahını danmır, amma onun şərlənməsini də qəbul etmir. Bəylərovlar Bakının Montin qəsəbəsi, Daş karxanası deyilən ərazidəki gecəqondularda, adsız, nömrəsiz ünvanlardan birində yaşayırlar. Şahin Bəylərov çoxuşaqlı ailənin ilk övladıdır. Normal istiliyi olmayan, alaqaranlıq, 1 televizordan və masadan ibarət nəmişlik otaqda Ş.Bəylərovun anası ailəsinin, övladının həyat hekayəsini danışır və ümid edir ki, onun səsini eşidən tapılacaq: “Prezidentə, daxili işlər nazirinə müraciət edirəm. Mənim oğlumun narkotiklə əlaqəsi yoxdur. Dövlətin əmlakına vurulan ziyanın cəzasını versinlər. Biz istəmərik ki, dövlətə ziyan dəysin. Amma narkotiklə mənim oğlumun əlaqəsi yoxdur. Məni bir ana kimi qəbul edib dinləsinlər”.

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

“Polis işçisi də söyüş söyüb”

Raya Bəylərova deyir ki, oğlu polis işçisinin ona söyüş söyməsindən sonra əsəbiləşib və belə bir hadisə meydana çıxıb: “Yol polisinin əməkdaşları vətəndaşla çox kobud davranır. Sumqayıta bacımgilə gedəndə dəfələrlə bunun şahidi olmuşam. Sürücülərlə çox kobud davranırlar. Mənim oğlum nə istəyib? Soruşub ki, axtarışda olan maşınla bağlı yeni bir məlumat var? Polis işçisi də söyüş söyüb”.

“Məcbur qalıb 1 gündə 3 dəfə 102 xidmətinə zəng edəndən sonra…”

Raya Bəylərovanın sözlərinə görə, həyat yoldaşının əmisi oğlu 2008-ci ildə Şahinin adına bankdan kreditlə maşın götürüb: “Bu haqda mən 2010-cu ildə Nərimanov Rayon Məhkəmə icraçılarından evə məktub gələndən sonra bilmişəm. İcraçıların yanına gedib bunun nə məsələ olduğunu soruşdum. Dedilər, Şahinin adına maşın götürülüb, pulu ödənməyib. Bununla bağlı Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə getmişəm, heç bir tədbir görməyiblər. Məcbur qalıb 1 gündə 3 dəfə 102 xidmətinə zəng edəndən sonra işi 18-ci polis bölməsinə verdilər. Şahini də tutub aparıb 1 gün saxladılar.

İşi bir polis işçisi araşdırdı, axırda da dedi ki, bu iş bizlik deyil. Bəs kimlikdir? Şahin də həmin gün yol polisinə yaxınlaşıb həmin maşınla bağlı soruşub. Ona söyüşlə cavab veriblər. Belə başa düşürəm ki, Şahin o hadisəni eləyib ki, bəlkə dərdinə şərik olan, bu məsələni araşdıran tapılar”.

“Bu məsələni araşdıran yoxdur”

R.Bəylərova düşünür ki, oğlu DYP maşınını zədələməklə üzləşdikləri qanunsuzluqlara diqqət cəlb etmək istəyib: “Bizə o maşınla bağlı Nərimanovun məhkəmə icraçılarından, bankın icraçılarından çoxlu məktublar gəlib. Həmin məktubları aparıb yoldaşımın əmisi uşaqlarına vermişəm. Üstəlik, o biri oğlumun adına da yoldaşımın digər əmisi oğlu Azad Saday oğlu Bəylərov da bankdan kredit alıb, ödəməyib. Buna görə də evə məktublar gəlir. Bu məsələni araşdıran yoxdur”.

“Oğlum əvvəllər məhkum olunubsa, ona qarşı narkotik ittihamı irəli sürməlidir?”

R.Bəylərova oğlunun vaxtilə həbsdə olduğunu təsdiqləyir. Deyir ki, bir əxlaqsız qadını vurub və buna görə 9 il həbs cəzasına məhkum edilib. Lakin vaxtından əvvəl həbsdən azad olunub: “Oğlum əvvəllər məhkum olunubsa, ona qarşı narkotik ittihamı irəli sürməlidir? 9 övladım var, Şahin böyük oğlumdur. Övladlarımdan 7-sini təkbaşına evləndirmişəm. Həyat yoldaşım Mail Bəylərov “Bakxolodelnik”də işləyirdi. 1995-ci il oktyabrın 11-də işə getdi və qayıtmadı. Həmin günlərdə Şahin hospitalda sarılıq xəstəliyinə görə yatırdı. Vəziyyəti çox ağır idi. Hərbi hissədə elə bilmişdilər ki, öləcək, onu oradan qeydiyyatdan da çıxarmışdılar. Halbuki oğlumu əsgərliyə mən özüm könüllü göndərmişdim. Yoldaşımı 10 gün axtardıq, oktyabrın 21-də polisə gedib axtarışa verdik. Şəkillərini telekanallara verdik, tapılmadı ki, tapılmadı. Xoşqədəmin verlişinə 3 il getmişəm ki, bəlkə tapılar. Yoldaşım itəndən sonra uşaqları özüm dolandırmışam. Xırda ticarətlə məşğul olmuşam, çirkli yun alıb, yuyub, didib, yorğan salmışam, heyvanın baş-ayaqlarını alıb, ütüb satmışam, 9 uşağı böyütmüşəm. Bu gün də evimizdə 1 çörək olanda bölüşüb, yeyib keçinirik. 2004-cü ildən bu yana banklara kreditim var. Gedib yoxlasınlar.

Mənim oğlum dövlətə heç vaxt ziyan vermək istəməz. Uşaqlarımın heç birinin narkotiklə əlaqəsi olmayıb, ola da bilməz. Şahin idmançıdır. Çıxıb məhlədən qarşınza çıxan hər bir kəsdən bunu soruşa bilərsiniz. Bütün məhlə uşaqlarını idmana o həvəsləndirib. Günü məşqdə, idmanda keçib. O, qonaqlıqda, toyda içki içərdi. Narkotik heç vaxt mənim oğlumun ola bilməz”.

“Əgər narkotik var idisə, niyə həmin gün demədilər?”

R.Bəylərova deyir ki, hazırda yaşadıqları ünvana Laçından köçüblər. Yoldaşı Bərdə rayonundan olub, lakin sonradan Laçının Əhmədli kəndinə köçüblər: “Evimizi, şəraitimizi görürsüz. Buralar həmişə nəmişlik olur. Burada yaşaya-yaşaya uşalarıma birtərhər ev düzəldib ayırmışam. Şahin 2004-cü ildə ailə həyatı qurdu. Kondisioner ustasıdır. 2 övladı var. Ailəsini dolandırmaq üçün əlindən gələni edir. Yay mövsümündə 3 ay “Elit”də kondisioner ustası kimi işləyir. Qalan aylarda da evlərdə kondisioner quraşdırır, elektrik xətləri çəkir. Hadisədən 1 gün əvvəl qardaşı ilə “AZİ”-də kondisioner söküblər ki, təmir etsinlər. Həmin günü də məşqə, oradan da çıxıb AZİ-yə getməli idi. Orada yolda polisdən maşınla bağlı soruşub, o da söyüb və bu hadisə baş verib”.

Ş.Bəylərovun anası deyir ki, oğlunun həbsi haqda telkanallardan xəbər alıb: “Biz bu haqda xəbərlərdən eşitdik. Atam rəhmətə gedib, biz orada idik. Dedilər ki, belə bir iş olub, Şahini 18-ci polis bölməsinə aparıblar. Mən də ora getdim, Şahinlə görüşmək istədim. Dedilər ki, Şahini aparırıq içkili olub-olmamasını yoxlamağa. Onunla danışmağa da qoymadılar. Elə orada da dedilər ki, polisdən yaxınlaşıb söz soruşub, söyüş olub və bu hadisə baş verib. Şahin o hadisəni eləyib ki, bəlkə dərdinə şərik olar, bu məsələləri araşdıran tapılar. Onu da basdılar içəri. Növbəti gün günortadan sonra dedilər ki, guya Şahində narkotik tapıblar. Bu yalandır. Mənim oğlum idmançıdır. Polis maşınına ziyan vurubsa, buna görə cəza versinlər. Əgər narkotik var idisə, niyə həmin gün demədilər?”

“Narkotiklə məşğul olanın anasının evi bu gündə olur?”

Raya Bəylərova ölkə başçısının, daxili işlər nazirinin baş verənlərdən xəbərsiz olduğunu düşünür: “İlham Əliyevin, Ramil Usubovun polisin vətəndaşla kobud danışmasından xəbəri yoxdur. Xəbərləri olsaydı, belə hallar olmazdı.

Mən uşaqlarımı atasız min bir zülmlə böyütmüşəm. Onların narkotiklə əlaqəsi ola bilməz. Narkotiklə məşğul olanın anasının evi bu gündə olur? İndi bu nədir, onun üstünə narkotik qoyurlar. Ramil Usubova bir ana kimi müraciət edirəm. Oğlum maşını sındırıb, amma narkotiki üstünə qoymasınlar. Nə olsun, yetimdir, yetimin də Allahı var, bunu unutmasınlar. Mən yun yuyub didməklə ailəmi saxlayıram. Narkotik satan oğlanın anası heyvan başını ütüb satır? 2 aydır banka kredit borcumu ödəyə də bilmirəm. Mənim oğlumun şikayətinə illərdir baxmırlar. Amma oğlumun torpağını alanda o qədər polis gəldi ki, bəlkə o qədər polislə getsəydilər, rayonlardan birini alardılar”.

“Maşına ziyan vurub və bunun cəzasını versinlər”

R.Bəylərovanın sözlərinə görə hazırda “İnci” firmasının hasarladığı ərazidə torpaq sahələri olub. Həmin torpaq polislərin gücünə əllərindən alınıb: “O torpaqda vaqonumuz vardı. Kran gətirib vaqonu Şahin içində ola-ola götürüb kənara atdılar. Həmin vaxt mən Şahinə dedim ki, danışma. Bizə qarşı haqsızlıq oldusa da, susduq.

Mənim oğlum maşına ziyan vurub və bunun cəzasını versinlər. Narkotiki isə yığışdırsınlar. Polis işləyirsə, itkin yoldaşımı tapıb versin, oğlumun adına alınan maşını tapıb banka qaytarsın, torpağımızı alıb özümüzə versin. Maşını oğlumun adına alan xaricdə deyil ki, onu tapa bilmirlər. Lökbatanda yaşayırlar, gedib tapsınlar, maşını alsınlar”.

Ş.Bəylərovun anası deyir ki, oğluna vəkil tutmağa imkanları yoxdur, dövlətin verdiyi vəkildən də onun özü imtina edib: “Mənim istədiyim budur ki, heç olmasa indi bizi qəbul edib dinləsinlər, problemimizi həll eləsinlər. Şahin heç vaxt narkotikə əl uzatmayıb. Bunu da bilsinlər. Oğlum əsəbi olub, müalicəsini alırdı. Ona resept yazmışdılar, dərman alıb içirdi. Bu hadisələr də ona pis təsir edirdi”.

Şərq idman növləri ilə məşğul olan Ş.Bəylərov fevralın 21-də Heydər Əliyev prospektindəki Heydər Əliyev adına kompleksin yanında DYP əməkdaşına yaxınlaşaraq ondan söz soruşub və bundan sonra aralarında yaranmış mübahisə zəminində polis maşınına özündə olan çəkiclə zərbələr vurub, maşında quraşdırılan avadanlıqları əzib. Şahin Bəylərovun üstündə çəkic gəzdirməsinə gəlincə, məlum olub ki, o, məşqlərdə müəyyən fəndləri yerinə yetirmək üçün bu alətdən istifadə edirmiş. Rəsmi məlumatlara görə, maşının əzilməsi səbəbindən DYP-yə 30 min manat ziyan dəyib. Ş.Bəylərova Cinayət Məcəlləsinin 221-ci – xuliqanlıq, 234-cü – narkotik maddələrin qanunsuz dövriyyəsi və 186-cı – əmlakı qəsdən məhv etmə maddələri ilə ittiham elan olunub. Ş.Bəylərovun barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Previous Post

Polis maşınını çəkicləyən oğlanın anası danışdı – FOTO

Next Post

Bakının siması tamamilə dəyişəcək

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Bakının siması tamamilə dəyişəcək

Bakının siması tamamilə dəyişəcək

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.