"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Orta Şərqdə güclərin savaşına da III Dünya müharibəsi deməyəcəklər – RƏY

17 Fevral 2016 - 18:27
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Gəncədə beşaylıq körpə ölüb

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Suriyada artıq böyük güclərin səsi daha aydın eşidilməkdədir

Tez-tez təkrarlanan bir deyim var: Hamı qaranlıq otaqda olmayan qara pişiyi axtarır. Bu baxımdan iki ilə yaxındır Qərb, Rusiya, İran Suriya və İraqda İŞİD-ə qarşı savaşır. Hanı İŞİD? Niyə səsi çıxmır? İŞİD-in adı indi Liviya və Əfqanıstanda hallanır.

Son zamanlar Suriyada İŞİD-ə qarşı qurudan hərbi əməliyyatların olacağı və atəşkəslə bağlı müzakirələr başladı. Ancaq hər ikisi hələlik söz olaraq qalıb.

Suriyada artıq böyük güclərin səsi daha aydın eşidilməkdədir.

ABŞ və Rusiya terrorçu İŞİD-ə qarşı mübarizə apardıqlarını bəyan etdikləri halda, başqa bir dövlətin, Türkiyənin ərazi bütövlüyünü təhdid edən, bu ölkənin ərazisində terrorlar törədən terrorçu PKK-nın Suriyadakı silahlı qruplaşmalarını dəstəkləyir, onları silah-sursat, ola bilsin ağır hərbi texnika ilə də təchiz edirlər.

Belə bir mənzərə Suriyada və bölgədə maraqların miqyasının daha geniş olduğunu ehtimal etməyə əsas verir.

Bir qısa xatırlatma edək. ABŞ İraqda hərbçilərinin sayını azaldandan sonra Suiyada İŞİD peyda oldu. ABŞ prezidenti Barak Obama ötən il bu terrorçu qruplaşmaya qarşı azı üç il mübarizə aparılacağını bildirdi. İndi həmin müddətin yarısı başa çatır.

Dünya gücləri İŞİD-ə qarşı “mübarizə”yə fəal qoşulublar.

Hadisələr cərəyan edən bölgə az qala bütün mənalarda dünyanın coğrafi, siyasi, mədəni və ictimai baxımdan mərkəzidir.

Bəlkə də dünyanın indiki və gələcək yönü həll edildiyindən, siyasi xəritələr dəyişəcəyindən Orta Şərq bizlərə belə görünür və yaxud bu təsiri bağışlayır.

Çox güman I Dünya müharibəsində Avropa, II Dünya müharibəsində də yenə bu qitə yuxarıda sadaladığımız özəllikləriylə diqqət mərkəzində olub.

I və II Dünya müharibələriylə dünyada savaşlar bitdimi?! Təəssüf ki, yox! Bunların ardınca müstəmləkəçiliyə qarşı mübarizələr başladı. Güclərin yaratdığı Karib böhranı, hikkələrindən doğan ziddiyyətlərin toqquşması nəticəsində baş vermiş Vyetnam müharibəsi və Afrikada daxili savaşlar, nəhayət, Əfqanıstanda hələ də bitməyən daxili silahlı qarşıdurma – sayı deyilməsə də, dünyada savaşın getdiyini, planetin atəşsiz günü olmadığını təsdiqiləyir. II Dünya müharibəsindən sonra da sadalanmayan, sıralanmayan savaşlar davam edib.

Onların sıra sayına düzülməməsi çox güman ki, böyük güclərin bir-biri ilə açıq şəkildə, üz-üzə savaşmamalarıdır. Yoxsa, onların dolayısı ilə qatıldıqları, səhnə arxasından idarə etdikləri savaşları sıralasaq, yəqin müharibələrin sayı onu keçər, biz də indi III deyil, X Dünya müharibəsinin başlayacağı ehtimalı haqda düşüncələrimizi bölüşərdik.

Afrikanın şimalı, Yəmən, Əfqanıstan bir yana, İraq, özəlliklə Suriyada cərəyan edənlər fonunda vəziyyəti daha aydın xarakterizə etmək olar.

Suriyada əvvəllər hibrit savaş gedirdi. Məsələn, keçmiş SSRİ-nin yaratdığı terrorçu PKK-nın Suriyadakı qolları “PYD” və “YPG”ni Vaşinqton və Moskva silahlandıraraq özünə işlətməyə başladı. Onlar da kürdlər uğrunda savaş apardıqlarını elan edərək, Suriya və İraqın ərazi bütövlüyünün pozulmasında aparıcı rol oynayıb və bunu davam etdirməkdədirlər. Rusiya və ABŞ-ın bu muzdlu silahlıları Türkiyənin ərazi bütövlüyünü təhdid edirlər. Onların havadarları olmasaydı, indiyə qədər silah-sursatları da və silahlıları da çoxdan bitmişdi. Onların silah zavodu yoxdur. Təlim düşərgələrini də verənlər bəllidir.

İndi artıq ayrı-ayrı silahlı qruplaşmalar deyil, dövlətlər Suriyadakı savaşa açıq şəkildə qoşula bilər. Səudiyyə Ərəbistanı başda olmaqla, bir sıra ərəb dövlətləri Suriyadakı quru əməliyyatlarına qatılacaqlarını bəyan ediblər. Türkiyə isə müharibə istəməsə də, dövlətin təhlükəsizliyi baxımından bu ölkədəki ehtimal edilən həmin hərbi əməliyyatlarda iştirakını istisna etmir. İran ilk gündən, daha doğrusu, silahlı toqquşmadan əvvəl Suriya və İraqda oturub, müharibədə iştirak edir. İsrail də kənarda durmayıb. Rusiya öz növbəsində bombalayır. Bununla bölgədə, ölkədə və savaşda varlığını nümayiş etdirir.

ABŞ başda olmaqla, Qərb isə azı son 20 ildə oradan çıxmadığı üçün Suriyada, yaxud bölgədədir.

Deməli, Suriya və İraqda terrorçu PKK-nın qolları “PYD” və “YPG” kimi muzdlu qruplaşmalardan başqa o biriləri səhnədə demək olar ki, görünmür. İndiki şəraitdə Suriya və İraqdakı İŞİD qruplaşmasından səs demək olar ki, çıxmır. İndi dəbdə “PYD” və “YPG” adı altında fəaliyyət göstərən muzdlu qruplaşmalardır. Yəqin onların istifadə müddəti hələ başa çatmayıb.

Görünən güclər, dövlətlərdir. Bu isə həmin dövlətlərin Suriyada birbaşa mübarizəyə başladıqlarının göstəricidir. İndi hərə öz adı ilə baş verənlərə qatılıb. Onlar bəzən kəklik kimi başlarını gizlətməyə çalışırlar.

Bu isə Suriyada növbəti dünya müharibəsinin getdiyini, yaxud daha qorxulusuna hazırlığın başladığını deməyə əsas verir.

Yeri gəlmişkən, II Dünya müharibəsindən on il öncə dünya “Böyük böhran, sarsıntı” (ingilscə “Great depression”) yaşayıb. Bu, həm də 1929-cu ildə başlayıb, 1939-cu ilə qədər davam etmiş dünya iqtisadi böhranıdır. Dünya bu böhrandan 1945-ci ildə çıxmağa başlayıb. 1930-cu illər bütövlükdə dünyada “böhran dövrü” sayılır.

Bu, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və Kanadaya daha çox təsir edib. Böhrandan yüksək səviyyəli sənaye şəhərləri zərər çəkib, tikinti işləri demək olar ki, dayandırılıb. Həmin illərdə kənd təsərrüfatı məhsullarının qiyməti 50-60 faiz ucuzlaşmış, çoxlu iş yerləri ixtisar edilmiş, neftin qiyməti enmiş və s.

Deyəsən, dünyanın vəziyyəti II Dünya müharibəsi ərəfəsindəki illərə də oxşayır.

İŞİD-in səsi Afrika və Əfqanıstandan gəlir, Suriyada güclər özləri görünməyə başlayıb. Anaq bu qarşıdurmanın adı növbəti dünya müharibəsi deyil, sadəcə, İŞİD-ə, yaxud terrorçuluğa qarşı mübarizədir…Ancaq güclərin bir-birini açıq, üz-üzə gələrək sıradan çıxarması da çətin görünür. Onlar yenə ya bir dövlətin, ya qondarma bir rejimin, ya da hansısa bir muzdlu terrorçu qruplaşmanın arxasında gizlənəcəklər. II Dünya müharibəsindən sonrakı savaşlarda da olduğu kimi, yenə müharibənin əsas caniləri gizli qalacaq, yenə baş verən soyqırımların əsas günahkarları bilinməyəcək, təzminat ödəməli olanlar isə üstünlük qazanıb, münaqişələrin həllində ədalətli hakim rolunda olacaqlar. Hələlik vəziyyət belədir.

share-block__img

Sədrəddin İsmayılov

Previous Post

Orta Şərqdə güclərin savaşına da III Dünya müharibəsi deməyəcəklər – RƏY

Next Post

Prezident ​Gəncədə maşın zavodunda – Fotolar

Bənzər yazılar

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

23 Oktyabr 2026 - 20:57

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. Elchi.az...

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölüb

23 Oktyabr 2026 - 20:55

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. "Report"-ın məlumatına görə, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş...

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

23 Oktyabr 2026 - 20:50

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə...

Zelenski “Starlink”in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib

Zelenski “Starlink”in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib

23 Oktyabr 2026 - 20:46

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkədə "Starlink" 161 km/saat sürətə çatdıqda əvvəlki kimi sönür. Elchi.az "RBK-Ukrayna"ya istinadən xəbər verir...

Next Post

Prezident ​Gəncədə maşın zavodunda - Fotolar

Prezident ​Gəncədə maşın zavodunda - Fotolar

Son xəbərlər

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

24 Oktyabr 2026 - 11:39
Bakıda kütləvi dava zamanı bir nəfər öldürülüb, 9 nəfər saxlanılıb – YENİLƏNİB

Bakıda kütləvi dava zamanı bir nəfər öldürülüb, 9 nəfər saxlanılıb – YENİLƏNİB

24 Oktyabr 2026 - 11:36
Hakan Çalhanoğlunun “İnter”də maaşı azala bilər

Hakan Çalhanoğlunun “İnter”də maaşı azala bilər

24 Oktyabr 2026 - 11:34
Filippində təlim təyyarələri qəza törədib, 4 nəfər ölüb

Filippində təlim təyyarələri qəza törədib, 4 nəfər ölüb

24 Oktyabr 2026 - 11:32
Kim Çen In yeni açılan körpü ilə Çinə səfər edib

Kim Çen In yeni açılan körpü ilə Çinə səfər edib

24 Oktyabr 2026 - 11:10
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib

“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib

24 Oktyabr 2026 - 11:09
Ötən gün itkin düşmüş 5 nəfər tapılılb

Ötən gün itkin düşmüş 5 nəfər tapılılb

24 Oktyabr 2026 - 10:52
Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb – FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb – FAKTİKİ HAVA

24 Oktyabr 2026 - 10:50
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb

24 Oktyabr 2026 - 10:49
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24 Oktyabr 2026 - 10:47
BDYPİ sürücülərə xəbərdarlıq edib

BDYPİ sürücülərə xəbərdarlıq edib

24 Oktyabr 2026 - 10:45
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazandılar

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazandılar

24 Oktyabr 2026 - 10:05
Azərbaycanın 4 güləşçisi dünya çempionatında mübarizəyə başlayır

Azərbaycanın 4 güləşçisi dünya çempionatında mübarizəyə başlayır

24 Oktyabr 2026 - 10:03
Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

24 Oktyabr 2026 - 10:02
Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib

Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib

24 Oktyabr 2026 - 10:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.