"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Banklar girov mənzilləri satdırır

11 Fevral 2016 - 17:37
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

İndi Azərbaycanda girova görə evi satılanların sayı çoxalıb və çox vaxt belə müştərilər banklar tərəfindən aldadıldıqlarını iddia edirlər.

Şikayətlə müraciət edən vətəndaşlardan biri xaricdə müalicə üçün 30 min dollar kredit aldığını deyir. Təbii ki, pulu biznes kredit kimi rəsmiləşdiribmiş: “Bankdan mənə söz vermişdilər ki, gecikməyə görə faiz ödəməyəcəm. Amma faiz da tutdular. Evi satandan sonra banka təxminən 40 min dollara yaxın pul ödədim, amma bundan sonra əlimdə çox az pul qaldı. İndi bir otaqlı evə belə pulum çatmır”.

Bu cür kreditlər adətən biznes kredit kimi rəsmiləşdirilir. Belə kreditlərin dərəcəsi 10-14% arasında dəyişir. Bu cür pul götürmək sələmçidən ayı 10% pul götürməkdən qat-qat əlverişli sayılır. Həmin pulu götürmək üçün prosedur da elə uzun çəkmir – vətəndaş 6 aydan çox müddətə fəaliyyət göstərən biznesi olduğunu sübut edən arayış gətirir. Kreditlər şərti olaraq biznesi genişləndirmək üçün verilir və qarşılığında müvafiq girov tələb edilir.

Amma müştərilər arasında belə kreditləri toy və yas mərasimlərini yola vermək, müalicə xərcləri üçün istifadə edənlər çoxdur. Təbii bu cür təyinatından kənar işlədilən kreditlərin içində problemliləri çox olur. Bu da uyğun olaraq girov mənzillərin satılması ilə nəticələnir. Mənzillər məhkəmə yolu ilə də, müştərinin özünün istəyi ilə də satıla bilir.

Vətəndaşlar özləri istəməsə və kredit şərtlərini dəyişdirməyi xahiş etsə belə, banklar onların əmlakını məhkəmə vasitəsi ilə sata bilirlər. Nəticədə, bu cür kredit əməliyyatlarından sonra ölkədə evsizlərin sayı artır, sosial problemlər dərinləşir.

Bank sahəsində fəaliyyət göstərən hüquqşunas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov müsahibəsində bu cür insanları evlərini satmaqdan xilas etməyi mümkün sayır:

“Məhkəmədə bankların müştəriyə qarşı qeyri-səmimi davranmasını sübut etmək olar. Məsələn, banka sual vermək olar ki, niyə yerli bazarda biznes üçün ayırdığın krediti dollarla verirsən? Müştəri krediti dollarla götürməyə razı olursa, deməli, xaricə müalicə üçün gedir və bank bilərəkdən buna göz yumur”.

Bu mənzərə Azərbaycan Mərkəzi Bankının statistikasında da özünü aşkar göstərir. Statistikaya görə, Azərbaycanın bütün regionlar üzrə dollar kreditlərinin toplam məbləği manat kreditlərinin məbləğinə yaxındır. Amma bazarda aparılan araşdırma tezliklə bu nisbətinin dollar kreditlərinin xeyrinə dəyişəcəyini ortaya çıxarır.

2016-cı ilin əvvəlinə Azərbaycan regionlarında verilən uzunmüddətli kreditlər (min manat)


Mənbə: Azərbaycan Mərkəzi Bankı

Əkrəm Həsənovun sözlərinə görə, banklar kreditlər üzrə faiz dərəcəsini də bilərəkdən artıq hesablayırlar ki, bu da müştərilərin aldadılması kimi sübut edilə bilər: “Mülki Məcəllənin 741-ci maddəsinə görə, kreditlər üzrə faizlər ildə bir dəfə hesablanmalıdır, amma banklar hər ay faiz hesabalyırlar. Bunun nəticəsində müştəri 8 min manat əvəzinə 10 min manat ödəməli olur”.

Amma bununla belə Əkrəm Həsənov məsələnin hər iki tərəf üçün məqbul olan yollarla həllini də mümkün sayır:“2015-ci ilin may ayında Konstitusiya Məhkəməsi qərar verib ki, mənfəətlə işləyən banklar mütərilərə yardım etməlidir. Banklar bu qərarı presedent kimi götürərək müştərilər üçün daha yüngül kredit şərtləri təqdim edə bilərlər ki, onlar ödəniş edə bilsinlər”.

Əslində, bəzi banklar artıq bir neçə ildir ki, belə şərtlərlə işləyirlər və aylıq ödənişləri müştərinin gəlirlərin uyğunlaşdırmaqla kredit problemlərini məhkəməsiz həll edirlər. Düzdür, belə olan halda kreditin ödənilməsi müddəti uzanır. Amma bü cür razılaşma nəticəsində müştəri evini satmaqdan xilas olur, banklar isə da həmin kredit üzrə gəlirlərini bir qədər də artırırlar.

Məhkəmə yolu ilə müştərinin evini satan bank isə əhali arasında yalnız pis imic qazanır. Eynən, zəng etmiş müştərinin evini satmış bank kimi. Həmin bank müştəriyə yardım etmək istəməyib. Nəticədə, ictimaiyyət arasında bankı mütəmadi gözdən salan bir mənbə də artıb. Banklar bu məqamı gərək nəzərə alsınlar. Yəni atalar demişkən, yüz yeyənin olsun, bir deyənin yox.

Previous Post

Banklar girov mənzilləri satdırır

Next Post

Britaniya mətbuatı: Rusiya Hələbdə Amerikanın və bütün dünyanın ağzından vurdu – Təhlil

Bənzər yazılar

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

11 Sentyabr 2026 - 23:26

Avropa Seysmoloji Komissiyasının (ESC) 40-cı Baş Assambleyası çərçivəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclası keçirilib. Bu barədə Elchi.az...

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

11 Sentyabr 2026 - 23:22

Sentyabrın 10-da səhər saatlarında baş verən bir neçə hücumdan sonra "Şərq-Qərb" neft kəmərinin Ər-Riyad və Mədinə ərazisindəki işi ehtiyat tədbiri...

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

11 Sentyabr 2026 - 23:20

Rusiyanın Arxangelsk vilayətinin Xolmoqor rayonunda avtobusla yük avtomobilinin toqquşması nəticəsində 12 nəfər ölüb. Bu barədə Elchi.az  "İzvestiya"ya istinadən xəbər verir....

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

11 Sentyabr 2026 - 21:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib.E "Haber Global"a istinadən xəbər verir ki, bu barədə...

Next Post

Britaniya mətbuatı: Rusiya Hələbdə Amerikanın və bütün dünyanın ağzından vurdu – Təhlil

Britaniya mətbuatı: Rusiya Hələbdə Amerikanın və bütün dünyanın ağzından vurdu – Təhlil

Son xəbərlər

Şirvanda oğurluq edən şəxs saxlanılıb

Şirvanda oğurluq edən şəxs saxlanılıb

12 Sentyabr 2026 - 12:48
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25
İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

12 Sentyabr 2026 - 11:46
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb

Azəbaycan neftinin qiyməti 120 dolları ötüb

12 Sentyabr 2026 - 11:21
Bakı-Qazax yolunda “Mercedes Vito” “Kamaz”a çırpıldı, ölən var

Bakı-Qazax yolunda “Mercedes Vito” “Kamaz”a çırpıldı, ölən var

12 Sentyabr 2026 - 11:05
Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

12 Sentyabr 2026 - 10:54
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada təlim keçirib – FOTO-VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada təlim keçirib – FOTO-VİDEO

12 Sentyabr 2026 - 10:30
Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

12 Sentyabr 2026 - 10:20
Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

12 Sentyabr 2026 - 10:17
Nyu-York birjasında təbii qazın qiyməti azalıb

Nyu-York birjasında təbii qazın qiyməti azalıb

12 Sentyabr 2026 - 10:04
Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

11 Sentyabr 2026 - 23:26
Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

11 Sentyabr 2026 - 23:24
Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

11 Sentyabr 2026 - 23:22
Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

11 Sentyabr 2026 - 23:20
Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

11 Sentyabr 2026 - 21:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.