"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

SQ – in Baş Klinik Hospitalının rəisindən Ali Baş Komandana Şok Müraciət…

10 Fevral 2016 - 09:03
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisindən dəhşət doğuran şikayət məktubu daxil olub. Bəri başdan qarşı tərəfə də cavab haqqı tanıdığımızı bildiririk:
 
Möhtərəm cənab Prezident!
Cənab Ali Baş Komandan!!  
Qəlbimi yaralayan, varlığımı carsıdan dərdlərimi Sizinlə bölüşmək məcburiyyəti qarşısında qalmışam. Öncə onu vurğulamaq istəyirəm ki, dərdlərim şəxsi xarakter daşımır. Mənim ağrılarım daha çox yurd səngərində ölkəmizin müdafiəsində durarkən yaralanan və xəstələnən el qeyrətli əsgərlərimizin və onlara namusla xidmət edən vətəncanlı hərbi həkimlərin dərdi ilə bağlıdır.
Mən adi hərbi həkimlərdən deyiləm. Əlbəttə, yalnız məni tanımayanlar bu fikrimi qeyri-səmimi qəbul edə bilər. Biz Vətən eşqi ilə dolu səngər oğullarının xidmətçisiyik. Səngərdən xəbəri olmayan məni necə tanıya bilər?! Mən Sankt-Peterburq Hərbi Ali Tibb Akademiyasının məzunu kimi ağ xalatın paklığını, ülvi təmizliyini dəyərli xidmət illərimdə hərbi qulluqçuların qəlbində real, eyni zamanda müqəddəs, unudulmaz bir duyğularla yaşamışam. Erməni işğalçılarına qarşı gedən qanlı-qadalı döyüşlərdən təxliyə edilən yaralı döyüşçülərimizi bəzən belimdə, bəzən isə qucağımda  daşımış və bu xidmətimdən sonsuz dərəcədə qürur duymuşam. Məndən ötrü hər bir vətən əsgəri qəlbimin bir parçasıdır. Yüzlərlə döyüşçünü amansız ölümün pəncəsindən almışam. Onların yalnız diaqnostikası, profilaktikası və müalicəsi ilə məşğul olmamışam, həm də ağır və son dərəcə müşkül məqamlarda səngər oğullarına  şəxsi qanımdan qardaş payı vermiş, ürəyimin hərarətini bəxş etmişəm. Döyüşçü əsgərə xidmət mənim əvəzsiz ruhi qidam və mənəvi zənginlik mənbəyimdir. Bu mənəvi dəyər ölçüsü bizim genetik kodlarımızla bağlıdır. Klassik azəri türk torpağında–Qərbi Azərbaycanın Vedi bölgəsində dünyaya göz açıb ərsəyə gələn bir oğul  ayrıca necə düşünə bilər?!
Biz hamımız Azərbaycan adlı bir günəşin zərrələriyik. Biz Sizin müdrik rəhbərliyiniz altında gec-tez erməni faşizmi üzərində qəti qələbə qazanacağıq. Çünki Azərbaycan xalqı çox mərd xalqdır. Şeyx Məhəmməd Xiyabaninin sözləri ilə desək, ”ölümdən qorxmayan millətə ölüm yoxdur”. Daha doğrusu, biz ölümü öldürən millətik!!!.
 Çox təəssüflər olsun ki, aramızda sapı özümüzdən olan “balta”lar da var. Sizə müraciətimin başlıca mətləbi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovnik-leytenantı Tofiq Tağıyevin səriştəsiz və amansız fəaliyyəti ilə bağlıdır. Bəri başdan deyim ki, o, Silahlı Qüvvələr üçün  çox təsadüfi bir insandır. Hərbi həkimlikdən bixəbər olan bu şəxs 54 yaşında baş leytenant rütbəsində ordu sistemində mühüm sayılan bir posta təyin edilmişdir. Hərbi qanunvericiliyə zidd olaraq bir ildə iki dəfə hərbi rütbəsi yüksəlmişdir. Sual oluna bilər: hansı nümunəvi xidmətə, hansı qəhrəmanlıq nümunəsinə görə onun rütbəsi vaxtından xeyli əvvəl verilmişdir? Bu suala kimsə əsaslı cavab verə bilməz.
Tofiq Tağıyev vəzifəyə təyin edildiyi gündən etibarən milli hərbi təbabətimizin nəcib mənəvi ənənələrini canıyananlıqla qoruyub inkişaf etdirən istedadlı və zəngin təcrübəli hərbi həkimlərin amansız qənimi kimi fəaliyyət göstərir. Neçə-neçə illərin sınağından çıxmış səriştəli həkimlər çıxdaş edilir və komandanlıq tərəfindən bu xoşagəlməz hallara göz yumulur. Əslində bu fəaliyyət deyil, manqurt siyasətidir. Dünya şöhrətli Sankt-Peterburq Hərbi Ali Tibb Akademiyasının 15 məzunundan  bu gün hospitalımızda cəmi ikisi qalmışdır. Tofiq Tağıyev məqsədli şəkildə onların “soyqırım”ı ilə məşğuldur. Qalan peşəkar hərbi həkimlər də hədəf altındadır.
Hospitalımız öz tarixində görsənməyən bir maddi-mənəvi böhranla üz-üzə qalmışdır. Xəstə əsgər və zabitlərimizi müalicə etmək üçün dərman qıtlığı hökm sürür. Qeyrətli həkimlər öz döyüşçüsünü müalicə etmək naminə dərmanları öz cibinin pulu ilə alırlar. Əsgər ailələri məcbur edilir ki, övladına dərmanı öz hesabına alsınlar. Buna nə ad vermək olar?! Hospitalımızın tarixində heç vaxt belə dərman qıtlığı olmamışdır. İş o yerə çatmışdır ki, hospitalda hətta cərrah əlcəyi çatışmır. Saxta kotirovka sorğusu ilə dərmanları ikiqat artığına alaraq dövlətin vəsaitini kül kimi göyə sovurur və sövdələşdiyi firmalardan rahatca öz payını əldə edir. Alınan  dərmanları istifadəyə verməyərək vaxtı uzadır, yararlılıq müddəti keçən kimi hesabdan silir və süni yollarla gəlir qazanır. Hər bir məsələyə biznes iştahası ilə yanaşır. Ona görə də 24 il bundan əvvəl yaranmış hospitalın qazandığı nüfuz qısa vaxtda Tofiq Tağıyevin yöndəmsiz hərbçiliyi, antivətənçilik siyasəti və iyrənc  biznes iştahası ucbatından itirilmişdir. Bu acılı problemin müəllifi Tofiq Tağıyevdir. Ona görə ki, hərbi rütbə almaqda ildırım sürəti ilə irəliləyən Tofiq Tağıyev öz fəaliyyətini şəxsi iddialar əsasında həyata keçirir, hərbi strukturu özəl struktur kimi idarə edir, yalnız özünü düşünür, danışığında etik normaları gözləmir, ağzından daim küçə söyüşləri çıxır  və bəla burasındadır ki, ona “dur” deyən yoxdur.
Möhtərəm Prezident!!
 Siz dəfələrlə bəyan etmisiniz ki, Azərbaycanda xüsusi statusu olan  toxunulmaz dövlət məmuru, rəhbər işçi yoxdur. Görəsən, Tofiq Tağıyev Sizin bu qətiyyətli sözlərinizdən haçansa bir nəticə çıxaracaqmı?!
 Hər halda səngərdə xəstələnən, yaralanan əsgər və zabitlərin dərman pulunu yeyən Tofiq Tağıyevi haçansa bir gün imkansız əsgər analarının ahı tutacaqdır.
Mən bu yaxınlarda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının  urologiya şöbəsinin rəisi və Silahlı Qüvvələrin Baş uroloqu vəzifəsindən yaşa görə ehtiyata buraxılmışam. Özəl klinikalarda özümə iş tapmaq mənim üçün problem deyil. Lakin mən doğma orduya, xalq döyüşçülərinə xidmət etmək  üçün doğulmuş bir hərbi həkiməm. Ömrümün 35 il 8 ayını hərbçi kimi keçirmişəm. Özümü ordusuz təsəvvür edə bilmirəm. Ümumiyyətlə, ölkəmizdə stajlı hərbi həkimlər azdır. Peşəkar hərbi həkimlər təxminən 45-48 yaşlarında püxtələşirlər. Bu müddət ərzində onlarda kifayət qədər kamilləşmə prosesi gedir. Ona görə də cavan və yaşlı kadrların birgə fəaliyyəti çox zəruri sayılır.  Bu məqsədlə Tofiq Tağıyevə hospitalımızda hal-hazırda urologiya şöbəsində vakant olan mülki həkim vəzifəsində çalışmaq istəyimi açıqladım. “Hospitala mülki həkim lazım deyil” deyə mənə birbaşa  “yox” cavabı verildi. Bu cavab, necə deyərlər, ağa qara deməyi adətkərdə edən erməni məntiqinə əsaslanmış bir cavabdır. Sual oluna bilər: 35 ildən çox hərbçi həyatı yaşayan hərbi həkim məgər ehtiyata buraxılan kimi mülki həkim olur! Bu birtərəfli fikri yalnız Tofiq Tağıyev düşünə bilər. Axı, hərbi komandanlıq missiyası hara, hərbçilik əlifbasını bilməyən Tofiq Tağıyev hara?! Mən libasımı dəyişsəm də bütün varlığımla hərbçiyəm. Əlbəttə, o, məni anlamaq həddində deyil.
Əsaslı cavab üçün təsadüfi hospital rəisinin qəbul otağının qapısında 40 dəqiqə gözləməli oldum və mənə çox biganə münasibət göstərildi. Kənar adamlar qəbul olundu, lakin ordu həyatında canını-qanını qoymuş bir zabit kimi mən qapının arxasında qaldım. Belə biganəliyin acısını dadan təkcə mən deyiləm. Təcrübəli həkimlərin hamısına bu acını növbə ilə yaşadırlar. Ən dəhşətli hal bir də odur ki, bizim kimi orduda şərəfli ömür sürənlərə göstərilən bu laqeydlik gənc zabitlərin gözü qarşısında baş verir. Buna görə  çox sarsıntı keçirən gənclərin mənəvi aləmində ümidsizlik toxumu indidən cücərməyə başlayır.
Bu gün hospitalımızda  hərbi təbabət  sahəsində “Ekstrakorporal” daşsındırma aparatı üzrə sertifikatı olan yeganə hərbi həkim mənəm. Bu sertifikatı təcrübəli alman mütəxəssislərin treninqində almışam. İndi həmin dəyərli aparat istifadəsiz qalmışdır. Görəsən, Tofiq Tağıyevin bu günahını kim bağışlayacaq?
Tofiq Tağıyev təcrübəli hərbi həkimlərin min bir hiylə yolu ilə yaşa görə ehtiyata buraxılmasını düzüb-qoşur. Bəc, nə üçün özü barədə düşünmür? 56 yaşını haqlamış bu təsadüfi rəisdən hospitalımız vaxtında xilas olmasa onun dağıdıcılıq fəaliyyətinin acı nəticələrini aradan qaldırmaq çox müşkül məsələyə çevriləcəkdir.
 Möhtərəm Prezident, bir fikrimi də ayrıca vurğulamaq istəyirəm ki, Tofiq Tağıyev Sizin dediyiniz kimi ədabaz məmurlar sırasındadır. Özünə çox dəbdəbəli kabinet yaradıb. Qəbula gələnləri kamera ilə izləyir. Xoşuna gələni qəbul edir, öz əqidəsinə uyğun olmayanları isə bəhanə ilə qapı arxasında saxlayır və  son nəticədə qəbul etmir. Hospitalımızın tarixində hələ bu səviyyədə ədabaz rəis olmamışdır. Belə xarakter heç bir halda hərbi həyat fəlsəfəsinə daxil edilə bilməz. Mənəvi dünyamızda pozulmaz sayılan hərbi əxlaq normaları onun üçün çox yad hesab edilir. Kursant çörəyi yeməyən, səngər güzəranı deyilən müqəddəs bir dünyanı heç yuxuda  da görməyən və ən nəhayət, “zabit şərəfi”  adlı ülvi bir həqiqəti dərk etməyə gücü çatmayan bir şəxs tərəfindən vətən sevgisi ilə yanan  hərbi həkimlərin çox təbii  istəyinə göstərilən bu soyuq münasibəti necə qiymətləndirmək olar?!
Tofiq Tağıyev vəzifəyə təyin edildiyi gündən etibarən internet və mətbuat səhifələrində müntəzəm surətdə kəskin tənqidi yazılar verilir. Çox möcüzəlidir? Məgər müvafiq dövlət qurumlarının mətbuat xidməti bu tənqidi yazıları görmür?! Söz yox ki, görürlər, sadəcə olaraq göz yumurlar. Bu biganəlik hissi bizi uçuruma doğru aparmırmı?! Belə davam etsə, hərbi həkimlərin, əsgər və zabit ailələrinin içini didib-dağıdan imdad harayının səsi bütün aləmi bürüyəcək.
 Möhtərəm cənab Prezident, biz hərbçilər ölkəmizdə aparılan  ədalətli və müdrik siyasətinizi dəstəkləyir və Sizə çox inam bəsləyirik. Bu inamı qorumaq naminə Sizdən bir dəfə deyil, yüz dəfə xahiş etməyə səbrimiz çatar. Təki Vətən yaşasın!
Atalarımızın çox dəyərli bir sözü var: deyirlər ki, ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
Möhtərəm cənab Prezidentimiz, açıqladığım bəladan xilas olmaq üçün Sizdən bir yol tapmağı, bir yol açmağı xahiş edirik. Əgər Sizdən əlac olmasa, onda biz yoldan çəkilməli olacağıq. O zaman vay döyüşçülərimizin halına!…
Hörmətlə,
ehtiyatda olan tibb xidməti polkovniki 
Aftandil Namazov
“10” fevral 2016-cı il.
Previous Post

SQ – in Baş Klinik Hospitalının rəisindən Ali Baş Komandana Şok Müraciət…

Next Post

Roma papası Azərbaycana gəlir

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Roma papası Azərbaycana gəlir

Roma papası Azərbaycana gəlir

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.