"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“İslahatlar aparmaq üçün fürsətlər var, amma…”

22 Yanvar 2016 - 15:33
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

“Ölkənin aylıq valyuta tələbi 2 milyarddan az deyil…”


Elchi.az İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayevlə müsahibəni təqdim edir:
 
– Rövşən bəy, Prezident bildirdi ki, geniş özəlləşdirmə proqramı hazırlanmalı, xarici və yerli investorlar cəlb edilməlidir. İndiyədək investorlara qarşı göstərilən qeyri-sağlam münasibət bu addımların reallaşdırıla bilməsinə imkan verə biləcəkmi? 
 – Qeyd etdiyim kimi, hökumət bir tərəfdən vəziyyətdən çıxmaq üçün hansısa qanunlar qəbul edir, ixraca yönəlik investisiyaların təşviqi ilə bağlı qərarlar çıxarır. Başqa tərəfdən görürük ki, dövlət orqanları hüquqi cəhətdən əsaslandırılması çətin olan maddələrlə bazara müdaxilələr edir, sahibkarları ittiham edir və sıxışdırır. İnvestorlar, adətən, bir ölkədə sərmayə qoyarkən bir neçə məqama üstünlük verirlər. Birincisi, həmin ölkədə nə dərəcədə azad məhkəmə sisteminin olmasına, hətta prezidentin belə müdaxilə edə bilməyəcəyi  məhkəmənin olub-olmadığına diqqət yetirirlər. Ikincisi, hüququ pozulduğu təqdirdə dərhal yanında görə biləcəyi medianın, vətəndaş cəmiyyətinin olub-olmadığına önəm verirlər. Üçüncüsü, ölkədə azad rəqabət mühitinin durumuna baxırlar. Məmur oliqarxların biznesə qarışıb-qarışmadığını öyrənirlər, çünki bu tip ölkələrdən ehtiyat edirlər.  Bilirlər ki, maraq toqquşması olanda onların deyil, sahibkarlıqla qeyri-rəsmi məşğul olan idarəedicilərin maraqları önə çəkilir. Belə ölkələrdə bütün qanunlar da maraqlı olan tərəfin xeyrinə icra edilir. Ona görə də burada sistem məsələləri dəyişdirilməlidir.
-Bundan əlavə kapitalın sərbəst daxil olub çıxması məsələsi var. İnvestorlar vəsaitlərini istədiyi vaxt gətirib, istədiyi vaxt aparması üçün hansı maneələrlə üzləşə bilir? Ölkədə idxal-ixrac mexanizmləri nə dərəcədə liberaldır? 
Üstəgəl, viza rejimi əsas problemlərdən biridir. Xarici sahibkarın qohumları, yaxınları, işgüzar tərəfdaşları, dəvətli təlimçiləri hər dəfə Azərbaycana gələndə viza rejimi onları bezdirəcək. Habelə, tədbir keçirərkən dəvət etdiyi qonaqların vizasında çətinliklər yaşayacaq. Bunlar sistem məsələləridir, onlar həll olunmadan ölkə daxilində bəyanatlar verilməsi, hansısa qanunların dəyişməsi effekt verməyəcək.
Sahibkarlarda əminlik yaratmaq üçün, yuxarıda qeyd etdiyim kimi, kreditlərin sığortalanması fondu yaradılmalıdır.  Prezident Azərbaycana sərmayə qoyulması üçün investorlara çağırış edib. Belə qeyri-sabit vəziyyətdə, manatın gələcəyi ilə bağlı təminatın olmadığı durumda sahibkar ölkəyə necə investisiya qoysun?
– Sizcə, iri dövlət müəssisələri özəlləşdirilməyə çıxarıla bilər?
–  Düzü, kommunal xidmət müəssisələrinin özəlləşdirilməsinin əleyhinəyəm. Mən həmin müəssisələrin konsessiya əsasında uzunmüddətli icarəyə verilməsinin tərəfdarıyam. Məsələn, 100 il müddətinə xarici investorlara icarəyə vermək olar. Bu çox ciddi, dünyada geniş yayılmış mexanizmdir. Hətta inkişaf etmiş ölkələrdə kommunal xidmət sektoru bələdiyyənin öhdəliyindədir. Bir çox hallarda bələdiyyə ya onları kimlərəsə  idarəetməyə verir, ya da özünün yaratdığı kommunal şirkətlər vasitəsilə idarə edir.
Yəni dövlət burada müqavilə tərəfi kimi çıxış edir, eyni zamanda ona nəzarət edir, amma icraçı özəl tərəfdaş olur. Konsessiya müqaviləsində hər iki tərəfin öhdəlikləri müəyyən olunur. Yəni faktiki özəl operator öz mülkiyyəti kimi qərar verir, sadəcə olaraq keyfiyyətli xidmət göstərmək, tarif tənzimlənməsinə tabe olmaq, investisiya tələblərini yerinə yetirmək və sair bu kimi məsələlərlə bağlı öhdəliklər götürür. Bunlar müəyyən olunandan sonra qazpaylaşdırıcı, elektrikpaylaşdırıcı, supaylaşdırıcı şəbəkələrin xarici investorlara verilməsinin tərəfdarıyam. Amma bir narahat doğuran məqam var. Azərbaycana neft pulları gəlməyə başlayanda, investorlar bilirdi ki, ölkənin pulu var. Ona görə də neft sektorunun perspektivlərini görüb həvəslə yatırım etmək istəyirdilər. “Barmek”in Azərbaycana gəlməsi, “Siemens”in ölkəmizə böyük ilgi göstərməsi, qazpaylayıcı şəbəkə ilə Fransa şirkətinin maraqlanması – bunların hamısı neft gəlirlərinin yaratdığı cəlbedici biznes mühitinin əlamətləri idi. İndi saydığımız siyasi problemlərin olduğu, ciddi iqtisadi, resurs böhranın yaşandığı halda xarici investorlar üçün nə dərəcədə maraqlı olacağı sual doğurur. Yerli investorlara gəlincə, hakimiyyət daxilində siyasi sabitliyin olmadığı şəraitdə onların nə dərəcədə maraqlı olacağı bilinmir. Əgər investor tapılarsa, kommunal müəssisələrin bu şəkildə idarəetməyə verilməsinin tərəfdarıyam.
Digər dövlət şirkətlərinə gəlincə, düşünürəm ki, “Aztelekom”u bütövlükdə, Dövlət Neft Şirkətinin səhmlərinin müəyyən hissəsini özəlləşdirmək mümkündür. Bundan əlavə “Aqrolizinq”i özəlləşdirib, fermerlərin ixtiyarına vermək lazımdır. Mənzil-istismar sahələrini ləğv edib onların bazasında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaranması təmin edilməlidir.
Eyni zamanda Azərbaycanda korporativləşmə proqramı hazırlanmalıdır. Bir sıra iri özəl şirkətlər var ki, səhmləri olsa da beynəlxalq prospektlərdə qeydiyyatdan keçmir. Məsələn, “Azersun”, “Ata Holding” kimi iri şirkətlərin beynəlxalq bazarlara çıxışı və onların səhmlərinin xarici investorlara satılması təşkil edilməlidir. Bu, həm də Azərbaycanın özəlləşdirmə praktikasının reklam olunmasına gətirib çıxaracaq.
– 90-cı illərin özəlləşdirilməsi çox uğursuz alındı. Ölkədə normal səhmdar institutu formalaşa bilmədi. Bu uğursuzluğun yenidən təkrarlanması təhlükəsi nə qədərdir?
– Bu suala müəyyən qədər cavab verdik. Yuxarıda qeyd etdik ki, hökumət investorların maraqlarını əhatə edən qanunlar qəbul edir, amma siyasi mühit buna dəstək vermir. Bu baxımdan sizinlə razılaşıram. Hökumətin özəlləşdirilməsi ilə bağlı gündəliyi şəffaf deyil, qara səhifələr var. 90-ci illərdə keçirilən özəlləşdirmə şəffaf olmayıb, böyük dəyərli dövlət  mülkiyyətləri bir qrup oliqarxın maraqlarına xidmət etdi. Qeyri-şəffaf keçirilən hərraclar vasitəsilə həmin mülkiyyətlər su qiymətinə kiçik bir qrupun əlinə keçdi. Baxmayaraq, özəlləşdirmə çekləri buraxılmışdı, amma əhali prosesin subyektinə çevrilə bilmədi. Bu səbəbdən gündəlikdə belə ləkələr var və bunlar əhali arasında inamsızlıq yaradır. Hamıda bir sindrom qalıb ki, özəlləşdirmə başlayarsa, yenə əvvəlki vəziyyət təkrarlanacaq. İndiki siyasi mühit, azad parlamentin, ictimai nəzarətin olmaması buna təminat vermir. Hələ 90-cı illərdə Azərbaycanda kifayət qədər güclü media var idi, vətəndaş cəmiyyəti güclü idi, hökumət cəmiyyətə daha açıq idi. Hazırda sözügedən institutlar sıradan çıxıb. Halbuki, bunlar özəlləşdirmənin şəffaf keçirilməsi üçün bir nömrəli vacib institutlardır. Ona görə də indi özəlləşdirmənin perspektivi daha dumanlı görünür. Sadəcə olaraq, sual verdiyiniz üçün deyirəm ki, bu islahatları aparmaq üçün fürsətlər var, amma onları imkana çevirmək üçün gediləsi uzun yol da var.
Hökumət 2-3 illik anti-böhran proqramı hazırlayaraq, bu məsələləri ora daxil edib, siyasi təminatlar verməlidirlər.
–  Prezident bildirdi ki, iqtisadi dayanıqlılığı və xarici borcumuzun aşağı səviyyədə olmasını nəzərə alaraq, xarici maliyyə bazarlarından lazım olan həcmdə valyuta resurslarını Azərbaycana cəlb edə bilərik. Yəni hökumət valyuta qıtlığını xarici borclanma ilə qaldırmaq istəyir. Bunun hansı fəsadları olacaq?
– Neft gəlirlərinin azaldığını və uzun perspektivdə də böyük neft gəlirlərinin olmayacağını nəzərə alsaq, bundan sonra xarici borclanmaya gedilməsinə daha ehtiyatlı yanaşılmalıdır. Azərbaycan hökuməti neft gəlirlərindən istifadə məsələsində uğurlu yol tuta bilmədi. Hələlik bu mərhələyədək hökumət Nigeriyanın bir səhvini təkrar etməkdən çəkinib. Belə ki, Nigeriya çox böyük borclara getmişdi. Azərbaycan hökuməti isə daha çox neft gəlirlərinin xərclənməsi yolunu tutdu. Amma indiki situasiyada borclanmağa meyllər çoxalıb və bu mərhələdə Nigeriyanın səhvi baş verə bilər. Əslində, bizim borcumuz az deyil. Əvvəlki məzənnə ilə götürəndə ümumi daxili məhsulun 6-7 faizi edirdi. Amma reallıqda çoxdur. Sonuncu məlumata görə, 6.7 milyard dollar səviyyəsində xarici borcumuz var. Amma yeni məzənnə ilə 2015-ci il üçün ÜDM-nin həcmi 34.5 milyard dollardı. Bu o deməkdir ki, artıq hökumət və onun zəmanəti ilə alınan xarici borcların ÜDM-də payı artıq 20 faizə çatır. Amma məsələn, bizim borc statistikamızla bağlı hesabatlılığımız Rusiyadan fərqlidir. Orada bütövlükdə Rusiyanın borcu və Rusiya hökumətinin borcu ayrı-ayrı göstərilir. Məsələn, Rusiya üzrə ümumi 500 milyard dollar ətrafındadı. Bura həm hökumətin, həm bankların, həm də dövlət və özəl şirkətlərin aldığı borclar daxildir. Amma bu borcun təxminən 50 milyard dolları bilavasitə hökumətə məxsusdur. Rusiya Mərkəzi Bankı açıqlama verdikdə, hətta, özəl bankların borcunu Rusiya Federasiyasının borcu kimi ümumi məbləği, onun içərisində ayrıca olaraq hökumətin borcunu elan edir. Ona görə ki, borc kimi qaytarılan valyuta ölkənin maliyyə sistemindən gedir. Ola bilsin ki, borcu dövlət qaytarmır, əsas odur ki, ölkədən valyuta çıxır. Əgər ölkədə xarici borcu ödəmək üçün kifayət qədər dönərli valyuta yoxdursa, bu, milli valyutanın dəyərdən düşməsini qaçılmaz edir və yekunda ölkənin maliyyə sisteminin sabitliyi təhlükə altına düşür. Ona görə də, qonşu ölkədə Rusiyanın ümumi borcunun statistikası hökumət üçün daha böyük maraq kəsb edir.
Əslində,  Azərbaycanda rəsmi elan edilən 6.7 milyard dolların hamısı birbaşa hökumətin özü tərəfindən  və ya onun zəmanəti ilə alınan kreditlərdir. Məlumdur ki, bir çox dövlət şirkətləri hökumət zəmanəti ilə kredit alırlar.  Amma Dövlət Neft Şirkətinin hökumət zəmanəti ilə alınmayan 7 milyard dollara yaxın borcu var. Əlavə olaraq bankların hazırda 6 milyard dollara yaxın borcu var.
– O zaman təqribi hesablamalarda Azərbaycan iqtisadiyyatı üzrə xarici borc nə qədər ola bilər? 
– Təkcə 3 mənbə üzrə Azərbaycan iqtisadiyyatı üzrə ümumi xarici borc 20 milyard dollara yaxındır. Söhbət hökumətin, dövlət şirkətinin və bank sektorunun borclarından gedir. Hələ qeyri-maliyyə özəl sektorun borcları barədə ümumiyyətlə heç bir məlumat verilmir. Bunun üçün gərək ölkənin beynəlxalq investisiya mövqeyi açıqlansın, təəssüf bizim Mərkəzi Bank dünyada mövcud olan bu hesabatı Azərbaycan üzrə hazırlayıb açıqlamır. Əgər Mərkəzi Bank beynəlxaq investisiya mövqeyini açıqlasa, o zaman görə bilərik ki, Azərbaycan hökumətinin nə qədər borcu var, dövlət şirkətlərinin zəmanəti ilə alınmış borclar nə qədərdir, banklar və qeyri-bank özəl sektorun borcu nə qədərdir.
Bir sözlə, yalnız açıq mənbələr üzrə olan xarici borcların həcminin 20 milyard dollara yaxın olduğu aydınlaşır. Bu, çox böyük vəsaitdir. Çox istərdim ki, hökumət ictimaiyyətə açıqlama versin. Bu o deməkdir ki, iqtisadiyyat üzrə xarici borcun məcmu həcmi ÜDM-in yarısından çoxdu və potensial olaraq bu qarşıdakı illərdə ölkədən kənara çıxacaq valyutanın həcmidir. Bunu ödəmək üçün müntəzəm olaraq ölkənin böyük həcmdə valyuta ehtiyatını “udacaq”, kapital şəkildə xaricə çıxacaq. Bir tərəfdən idxal tələbatını, başqa tərəfdən xarici borcları ödəməliyik. Habelə, ölkə daxilində insanların azad seçiminə qarışa bilmərik, onlar da dollarda yığım edəcəklər. Görün nə qədər xarici valyutaya tələb yaranıb. Bizim valyutamız, əsasən, hardan gəlir? Qeyri-neft sektorundan hər ay orta hesabla cəmi 140 milyon dollar daxil olur. Amma ən kobud hesablamalara görə, ölkənin valyuta bazarının aylıq valyuta tələbi 2 milyard dollardan az deyil.
Previous Post

“İslahatlar aparmaq üçün fürsətlər var, amma…”

Next Post

Corc Soros Rusiyaya iki il vaxt verdi

Bənzər yazılar

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub. Bu barədə Elchi.az -  Dövlət Statistika Komitəsindən məlumat verilib....

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır. Bu barədə Elchi.az - a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib....

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22

Amerikanın Oklahama ştatının Qlenpul şəhərində mayeləşdirilmiş təbii qaz rezervuarında yanğın baş verib. Elchi.az " "Fox 23"ə istinadən xəbər verir ki, yanğını...

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

17 Avqust 2026 - 18:32

Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin iki küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Bu barədə Elchi.az-a Azərbaycan...

Next Post

Corc Soros Rusiyaya iki il vaxt verdi

“Türklərin rus təyyarəsini vurması Barak Obamaya və amerikanlara ruh verdi”

Son xəbərlər

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25
ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22
Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

17 Avqust 2026 - 21:21
Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

17 Avqust 2026 - 19:29
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

17 Avqust 2026 - 19:16
Şəmkirdə ağır qəza: dörd nəfər öldü

Şəmkirdə ağır qəza: dörd nəfər öldü

17 Avqust 2026 - 19:08
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

17 Avqust 2026 - 18:50
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

17 Avqust 2026 - 18:32
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

17 Avqust 2026 - 18:18
Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

17 Avqust 2026 - 18:05
Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

17 Avqust 2026 - 17:59
Samuxda bir nəfər kanalda batıb

Samuxda bir nəfər kanalda batıb

17 Avqust 2026 - 17:56
Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 30%-dən çox artıb

17 Avqust 2026 - 17:53
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

17 Avqust 2026 - 17:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.