"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Ərə getdim, ata evinə bakirə qayıtdım…” – Əlil qız

19 Dekabr 2015 - 10:50
in XƏBƏR LENTİ
FacebookVatsap

rr

Sücayət haqqında Ülkər adlı xanım status yazmışdı. Mənəvi və maddi dəstəyə ehtiyacı olduğunu ürək ağrısı ilə qeyd etmişdi. Elə bu ağrılı yanaşmaya görə 3 yaşından iflic olan xanımla əlaqə yaradıb, axar.az-ın əməkdaşı üçün söhbətləşib. Həmin söhbəti diqqətinizə çatdırırıq:

Məlum oldu ki, Əliyeva Sücayət Azay qızının 27 yaşı var, Bərdə rayonunun Zümürxan kəndində yaşayır, I qrup əlildir. 24 ildir ki, ortez adlanan aparatla gəzir. Ünvanladığım suallara komplekssiz cavab verir. Özünü ifadə etməkdə, fikrini çatdırmaqda sərbəstdir.

Bunu da oxuyun

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

Müəllimlər mənə haqsızlıq etdilər

– Sücayət, məktəbə gedibsən? Təhsilin var?

– Bəli, 11-ci sinfə kimi məktəbə getmişəm, oxumuşam. Özü də məktəbə özüm gedib-gəlirdim, heç kəs kömək etmirdi. Əslində, mən evdə dərs almalı idim, amma bunu edən olmadı, müəllimlər gəlmədi, mən də oxumaq istəyirdim, özüm gedib-gəlirdim.

– Sinif yoldaşların necə idi? Əlil olmağına görə sənə münasibətləri pis deyildi ki?

– Yox, sağ olsunlar, mənə kömək edirdilər, çantamı çox vaxt onlar aparıb-gətirirdi. Amma müəllimlərim mənə qarşı haqsızlıq etdilər, onlar haqda o qədər də xoş danışa bilmirəm…

– Nə mənada haqsızlıq etdilər?

– Məktəbə gəlməyən uşaqlar var idi. Ancaq imtahandan imtahana gələrdilər. O uşaqların atalarının pulu var idi deyə, onlara həmişə “5” yazardılar. Amma mən əziyyətlə 11 il məktəbə getdim, heç dərs buraxmadım, bir az zəif oxudum deyə, “3”, “4” qiymət verdilər.tt

– Əslində, müəllimlərin sənin qiymətini kəsmədilər, nəyə layiq idin, onu da yazdılar…

– Hə, düzdür, mənim qiymətim nə idi, onu da yazırdılar. Bəs, dərsə heç gəlməyənlər, oxumayanlar necə? Axı, onlar o yazılan qiymətə layiq deyildilər. Həm də mənə görə dövlətdən ayrıca maaş da alırdılar. Əslində, gəlib mənə evdə dərs keçməli idilər.

Mənim ayaqlarım şikəstdir, ürəyim yox

– Sücayət, sinif yoldaşın olan qızlar səninlə sirlərini bölüşürdülər?

– Hə, qızlarımız mənimlə bu haqda çox söhbət edirdi, məndən məsləhət alırdılar, dərdləşirdilər. Elə indi də elədir, bir problemləri olanda mənimlə bölüşürlər.

– Bəs, sən necə, xoşuna gələn vardımı, heç istərdinmi ki, sənə də məktub yazsınlar, SMS göndərsinlər?

– Əlbəttə, istəyirdim. Mənim ayaqlarım şikəstdir, ürəyim yox. O vaxtlar istəyirdim, amma olmurdu, sonra böyüdüm, gözəlləşdim, mənə baxanlar, xəbər göndərənlər çox oldu. Elə indi də az deyil, mən bezirəm, istəmirəm. Sonra ailə qurdum, başıma oyunlar gəldi, daha heç nə istəmirəm…

Sırf övladım olsun deyə…

– Sevib ailə qurdun, yoxsa qüsurlu olduğuna görə kiməsə verdilər və sən də razılaşdın?

– Yox, sevmədim. Sırf övladım olsun deyə ərə getməyə razılıq verdim. Fikirləşdim, mən beləyəm, o da qüsurludur, nə olsun, övladımız olar. Böyüyər, məni qardaşa möhtac qoymaz, ana olaram, balam baxar mənə. Amma düşündüklərim olmadı, bədbəxt oldum, qayıtdım atamın evinə…yy

– Niyə ana ola bilmədin? Sən ki uşaq istəyirdin…

– Yox, ona görə ayrılmadım, ərim xəstə idi, evimizdən necə bakirə getmişdimsə, elə də geri döndüm. Onun cinsi xəstəliyi vardı, gəldim ata evinə. Atam, anam dönüşümə bir söz demədi. O da bir kəlmə – “haqqını halal et”, – dedi…

İstəmirəm, kimsə görsün, xəlvətdə ağlayıram

– İcra Hakimiyyətinə, deputatınıza müraciət edibsən səhhətinlə, yaxud hər hansı bir arzunla bağlı?

– Hər yerə yazmışam.

– Nə istəmisən?

– İlk vaxtlar ayağım üçün yazırdım ki, müalicəyə kömək etsinlər, sağalım. Sonra gördüm ki, mənim müalicəm yoxdur, daha yazmadım. Amma son vaxtlar imkansızlıqdan maddi dəstək üçün müraciət etdim, yenə də heç kəsdən səs-soraq çıxmadı.

– Nə arzulayırsan? Həyatında nə istərdin ki, sənin üçün dəyişsin?

– İstəyirəm işim, evim olsun, ayaqlarım salamat olsun. Toy olur kənddə, gedirəm. Həmişə də ağlayıram, pis oluram. İstəmirəm, kimsə görsün, xəlvətdə ağlayıram…

Evim olur, ana oluram, balama qulluq edirəm

  • Ana olsaydın, neçə uşaq istərdin? Adlarını nə qoyardın?

– Xəyalımdadır mənim dünyam. Evim olur, ana oluram, balama qulluq edirəm, sözümə baxmayanda ehmalca vururam, amma ağrıtmasın deyə, gülə-gülə, yavaş vururam.  Qızımın olmasını istəyirəm, adını da Rəbiyyə qoyuram.

– Niyə Rəbiyyə?uu

– Həzrəti Rəbiyyə haqda filmə baxmışdım. O filmi çox sevmişdim, ona görə…

– Ailədə kimin var? Ata, ana, bacı, qardaş…

– Ata xəstədir, qaraciyər serrozudur, anam da var, qardaşım da. Qardaşımın anadangəlmə gözləri zəif görür. O, ailəlidir, iki övladı var.

– Boşanandan sonra sənə evlənmək təklifi edən oldu?

– Evlənmək təklifi oldu bu yaxınlarda. Amma getmədim, çünki ayrıldığım cəmi 4 aydır. Mənim gücüm çatar, əminəm ki, gözəl həyat yoldaşı, ana ola bilərəm. Amma istəmirəm, sadəcə, qorxuram… Mənim istəyim… problemim nədir? Mən ərə gedərkən anam borc elədi, cehizlərimi aldı. Sonra da ayrıldım. İndi həmin borcu öz əlillik təqaüdümlə qaytarıram, hər ay 120 manat. Bu yaşıma qədər tələbatımı təqaüdümlə özüm ödəmişəm. Valideynlərimin maddi gücü çatmayıb… Məktəbə getmişəm, dəftər-kitabımı, paltarımı öz pulumla almışam. Müalicəmi də həmin pulla etmişəm. Bir-iki ay təqaüdümü yığıb gedirdim Bakıya, aparatımı düzəltdirmək üçün. İndi təqaüdüm borca gedir deyə, gedə bilmirəm. Aparatım xarabdır, yeriyə bilmirəm…

Previous Post

“Ərə getdim, ata evinə bakirə qayıtdım…” – Əlil qız

Next Post

Rafael Cəbrayılova qarşı 217 min manatlıq – İTTİHAM

Bənzər yazılar

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi planlarını açıqlayıb. Elchi.az -ın məlumatına görə, o, bu...

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və...

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10

İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır. Elchi.az xəbər...

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08

Keniya Səhiyyə Nazirliyi bu gün ölkədə Ebola virusuna üçüncü yoluxma halını təsdiqləyib. Bu barədə Elchi.az "Xinhua"ya istinadən xəbər verir. Xəstələnən...

Next Post

Rafael Cəbrayılova qarşı 217 min manatlıq - İTTİHAM

Rafael Cəbrayılova qarşı 217 min manatlıq - İTTİHAM

Son xəbərlər

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

17 Oktyabr 2026 - 20:21
Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

17 Oktyabr 2026 - 19:21
Moskvada 103 aviareys təxirə salınıb

Moskvada 103 aviareys təxirə salınıb

17 Oktyabr 2026 - 19:00
“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

17 Oktyabr 2026 - 18:43
Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

17 Oktyabr 2026 - 18:02
Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

17 Oktyabr 2026 - 17:00
İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

17 Oktyabr 2026 - 16:35
Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

17 Oktyabr 2026 - 15:57
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr 2026 - 15:40
Roma Papası xəstəxanadan evə buraxılacaq

Roma Papası xəstəxanadan evə buraxılacaq

17 Oktyabr 2026 - 14:32
Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.