"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

Qüdrət Həsənquliyev Əli Kərimli və Cəmil Həsənlini ittiham etdi

07 Dekabr 2015 - 20:38
in SEÇMƏ XƏBƏRLƏR, SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

Milli Şuranın sədri Cəmil Həsənli “Günəşli” yatağının 10 saylı özülündə baş vermiş faciə ilə bağlı status yazıb. Həmin status “Azadlıq” qəzetində dərc edilib. Yenidən parçalanmış AXCP-nin sədri Əli Kərimlinin Fövqəladə Hallar Nazirliyinə qarşı başladığı hücumları davam etdirən Cəmil Həsənli sözü gedən quruma “həvəskar bəstəkar”ın başçılıq etdiyini vurğulayıb.
Əli Kərimlinin və Cəmil Həsənlinin bu ittihamlarına münasibətini və “Günəşli” yatağının 10 saylı özülündə baş vermiş faciə ilə bağlı mövqeyini öyrənmək üçün BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə müraciət etdik. Hər iki açıqlama ilə tanış olduğunu bildirən Qüdrət Həsənquliyev dövlət səviyyəsində matəm elan edilməsinə səbəb olmuş bir faciədən konyuktur maraqlar naminə istifadə edilməsinin yolverilməzliyini vurğuladı:
“Öncə “Günəşli” yatağının 10 saylı özülündə baş vermiş faciə ilə bağlı xalqımıza başsağlığı verir, yaxınlarını itirmiş şəxslərə Allahdan səbir, yaralananlara şəfa diləyirəm. Ümid edirəm ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Dövlət Komissiyası hadisənin səbəblərini dərindən araşdıracaq və əgər günahkar şəxslər varsa, müəyyən ediləcək, kimliyindən asılı olmayaraq cəzalanacaq. Sualınıza gəldikdə, heç kimə sirr deyil ki, Əli Kərimli və Cəmil Həsənli zamanında mövcud hakimiyyətlə sıx əməkdaşlıq etmiş adamlardır. Siyasi sürüşkənliklərinə görə mövcud hakimiyyət onlarla əməkdaşlıqdan imtina edib, hər ikisini öz düşərgəsindən uzaqlaşdırıb, qovub. Elə bu məqam yetərlidir ki, bu cür şəxslərin dedikləri qeyri-ciddi sayılsın. Əli Kərimli Azərbaycanın regionun lider dövləti olması faktına ironiya ilə yanaşır. Görünür, Əli Kərimli onu da xatırlamaq istəmir ki, elə onun Milli Şuradakı sədri Cəmil Həsənli indi ağır şəkildə ittiham etdiyi hakimiyyətdən pul alaraq kitab yazır və həmin kitablarda Prezident İlham Əliyevin Azərbaycanı Qafqazda lider dövlətə çevirdiyini vurğulayırdı. Sifarişlə kitab yazaraq alim adına xələl gətirən bir şəxsdən belə mövqesizliyi hər zaman gözləmək mümkündür.  Əli Kərimli, Cəmil Həsənli kimi maddi maraq qarşısında mövqe bildirən adamlara hər sözü söylətmək, yazdırmaq olar”.
Milli Şuradan faciəvi olayla bağlı verilən açıqlamalarda Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun “həvəskar bəstəkar” adlandırılmasını isə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev axmaqlıq hesab edir:
 
“Fövqəladə hallar nazirinə zaman-zaman edilən hücumların əsas səbəbi budur ki, Kəmaləddin Heydərov  prezident İlham Əliyevin ən yaxın dostu və silahdaşıdır, hakim komandada öz sədaqəti və bacarığı ilə fərqlənir. Görünür, Əli Kərimlilərin, Cəmil Həsənlilərin bir məsələnin də fərqinə varmağa səviyyələri çatmır. Müasir dünyada onlarla dövlət xadiminin adını çəkmək olar ki, öz rəsmi görəvlərindən əlavə,  həm də yaradıcılıqla məşğul olurlar.  Bu yaradıcılıq həmin şəxslərin üstün cəhəti kimi qarşılanır. Odur ki, bəstəkarlıq fəaliyyətini Kəmaləddin Heydərova irad tutmaq cəhdi axmaqlıqdan başqa bir şey deyil”.
Fürsətdən istifadə edib BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevdən dünən Ermənistanda keçirilmiş referenduma münasibətini də soruşduq. Məlum olduğu kimi, dünən keçirələn referendumun nəticələrinə əsasən Ermənistan prezidentlik üsul-idarəsindən imtina edərək parlament tipli respublika modelinə üstünlük verdi. Qüdrət Həsənquliyev:
“Güman etmək olar ki, indi olmasa da, hansısa mərhələdə bu referendumun nəticələri Ermənistanın demokratikləşməsinə xidmət edəcək. Bəli, biz BAXCP olaraq hər zaman Azərbaycanın parlament tipli respublika modelinə keçməsi üçün çağırışlar etmişik və indi də bu təşəbbüsümüzün arxasındayıq. Demokratik və qanunun alliyinə söykənən Azərbaycanı mən parlament tipli respublika kimi görürəm. Hakimiyyətə bir daha çağırış edirəm ki, ən qısa zamanda siyasi qüvvələrlə danışıqlara başlasın, islahatlar aparsın və bu keçidi reallaşdırsın” (Publika.az).
Previous Post

Qüdrət Həsənquliyev Əli Kərimli və Cəmil Həsənlini ittiham etdi

Next Post

Ərdoğan-Putin qarşıdurması və Azərbaycan üçün çox yaxşı xəbər

Bənzər yazılar

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

23 İyul 2026 - 15:36

“Bizim Mərkəzi Asiya ölkələri, həmçinin qonşularımız – Azərbaycan, Ermənistan, Türkiyə ilə sıx münasibətlərimiz var və biz bu münasibətləri daha da...

Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

23 İyul 2026 - 11:03

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab...

SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

22 İyul 2026 - 23:17

İran Silahlı Qüvvələrinin bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi gəmiçilik şirkətlərinə xəbərdarlıq edib. Elchi.az xəbər verir...

Paşinyanın referendum XOFU

Paşinyanın referendum XOFU

22 İyul 2026 - 21:58

“Moskva Ermənistan hakimiyyətinə ən ağlabatan müddətdə referendum keçirmək təklifi verib ki, nəhayət, erməni xalqının nə istədiyi, hansı inkişaf yolunu seçdiyi,...

Next Post

Ərdoğan-Putin qarşıdurması və Azərbaycan üçün çox yaxşı xəbər

Ərdoğan-Putin qarşıdurması və Azərbaycan üçün çox yaxşı xəbər

Son xəbərlər

Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib

Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib

23 İyul 2026 - 17:45
Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödəniləcək

Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödəniləcək

23 İyul 2026 - 17:37
“Barselona” yeni hücumçu aldı

“Barselona” yeni hücumçu aldı

23 İyul 2026 - 17:25
Dron hücumundan sonra İraq-Küveyt sərhədindəki keçid məntəqəsi bağlayıb

Dron hücumundan sonra İraq-Küveyt sərhədindəki keçid məntəqəsi bağlayıb

23 İyul 2026 - 17:16
Tramp husilərin gəmilərə hücumuna görə İranı hərbi cəza ilə hədələyib

Tramp husilərin gəmilərə hücumuna görə İranı hərbi cəza ilə hədələyib

23 İyul 2026 - 17:08
Tramp Ər-Riyadla mülki nüvə sazişində uranın zənginləşdirilməyəcəyini bildirdi

Tramp Ər-Riyadla mülki nüvə sazişində uranın zənginləşdirilməyəcəyini bildirdi

23 İyul 2026 - 16:56
Zelenski yaxın günlərdə ABŞ-yə səfər edəcəyini bildirib

Zelenski yaxın günlərdə ABŞ-yə səfər edəcəyini bildirib

23 İyul 2026 - 16:49
Komandamız Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

Komandamız Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

23 İyul 2026 - 16:35
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir – VİDEO

Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir – VİDEO

23 İyul 2026 - 16:23
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir – FOTO – VİDEO

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir – FOTO – VİDEO

23 İyul 2026 - 16:12
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib

Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib

23 İyul 2026 - 16:08
Rubio Ukraynada nizamlanma üçün şərti açıqladı

Rubio Ukraynada nizamlanma üçün şərti açıqladı

23 İyul 2026 - 16:00
Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir

Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir

23 İyul 2026 - 15:52
ARDNF-in investisiya portfeli 9% artıb

ARDNF-in investisiya portfeli 9% artıb

23 İyul 2026 - 15:45
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

23 İyul 2026 - 15:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.