"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

`İslamofobiya çox böyük təhlükədir` – İlham Əliyev

26 Noyabr 2015 - 22:25
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Xəbər verdiyimiz kimi, noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak ediblər.

ISESCO-nun Baş Konfransının XII sessiyası “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev ISESCO-nun Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsini ölkəmiz üçün əlamətdar hadisə adlandırıb: “İlk növbədə, sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. ISESCO-nun Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsi ölkəmiz üçün əlamətdar hadisədir. Çox şadam ki, bu tədbir Bakıda, Azərbaycanda keçirilir. Əminəm ki, qonaqlar ölkəmizin keçmişi, reallıqları ilə tanış olmaq üçün gözəl imkanlar əldə edəcəklər.

Son illər ərzində ISESCO dünya miqyasında çox önəmli beynəlxalq təşkilata çevrilibdir. ISESCO-nun əsas vəzifəsi İslam aləmində elmin, təhsilin inkişafıdır, İslam aləminin zəngin mədəni irsinin qorunmasıdır. ISESCO bu sahədə çox böyük uğurlara nail olubdur. Eyni zamanda, bu gün dünya miqyasında beynəlxalq təşkilatlar arasında da ISESCO-nun öz yeri var. Qeyd etdiyim kimi, son illər ərzində baş direktor cənab əl-Tuveycrinin rəhbərliyi ilə ISESCO dünya miqyasında çox önəmli və böyük nüfuza malik olan təşkilata çevrilibdir.

Biz Azərbaycanda daim çalışırıq ki, ISESCO-nun nüfuzu daha da artsın. Azərbaycan ISESCO-nun fəal üzvlərindən biridir. Bizim Bakıda keçirilmiş bir çox tədbirlərdə ISESCO təmsil olunur, cənab əl-Tuveycri Azərbaycana tez-tez səfərlər edir. Bakı şəhəri 2009-cu ildə ISESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. 2018-ci ildə isə bu şərəfli ada bizim digər qədim şəhərimiz Naxçıvan layiq görülüb. Bu, ISESCO tərəfindən Azərbaycana, Azərbaycan mədəniyyətinə və bu gün Azərbaycanın İslam aləmində oynadığı rola verilən yüksək qiymətdir.

Onu da qeyd etmək istəyirəm ki, yaxın zamanlarda Bakıda ISESCO-nun regional mərkəzi yaradılacaq. Azərbaycan dövləti bu mərkəzin yaradılması üçün bütün lazımi tədbirləri görür. Əminəm ki, bu mərkəz öz fəaliyyəti ilə həm regionda, həm ümumiyyətlə, İslam aləmində humanitar əməkdaşlığın dərinləşdirilməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün fəal yol oynayacaqdır”.

Azərbaycan Prezidenti ISESCO-nun Azərbaycanı daim dəstəklədiyini də vurğulayıb: “Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində ISESCO daim Azərbaycanın mövqeyini, yəni, haqq-ədaləti açıq şəkildə dəstəkləyir. Cənab əl-Tuveycrinin çoxsaylı çıxışlarında bu məsələ ilə bağlı birmənalı mövqe nümayiş etdirilir. Buna görə biz ISESCO-ya minnətdarıq, bütün müsəlman aləminə minnətdarıq.

Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, öz həllini tapmır. Uzun illərdir ki, Azərbaycan erməni işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınmış ərazimizin 20 faizi erməni işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı ermənilər tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər Xocalı soyqırımı törətmişlər. Bu gün 10-dan çox ölkə Xocalı faciəsini soyqırımı kimi tanıyır. Ermənistan bütün beynəlxalq hüquq normalarını kobudcasına pozur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır ki, orada erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. İyirmi ildən çoxdur ki, Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası da oxşar qərar və qətnamələr qəbul etmişlər. Yəni, beynəlxalq hüquq tam şəkildə Azərbaycan mövqeyini dəstəkləyir. Eyni zamanda, tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır. “Qarabağ” sözünün özü Azərbaycan mənşəlidir. Ona görə həm tarix, həm beynəlxalq hüquq ölkəmizin mövqeyini dəstəkləyir və bu münaqişə yalnız ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllini tapa bilər.

Onu da qeyd etməliyəm ki, ATƏT işğal edilmiş ərazilərə iki dəfə missiya göndərmişdir. Missiyaların məruzələri göstərir ki, işğal edilmiş torpaqlarda hər şey – bizim şəhərlərimiz, kəndlərimiz, tarixi, dini abidələrimiz dağıdılıb. Ermənilər işğal edilmiş torpaqlarda 10 məscidi dağıdıblar. Bu, vəhşilikdir. Bu, İslam mədəniyyətinə qarşı terrorizmdir. Bir daha qeyd etmək istəyirəm ki, ISESCO bu məsələdə Azərbaycanın haqlı işini daim dəstəkləyir”.

Prezident İlham Əliyev erməni terror təşkilatları tərəfindən 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-dan çox terror aktı törədildiyini də diqqətə çatdırıb: “Bu terror aktları nəticəsində 2 mindən çox günahsız insan həlak olmuşdur. Biz dəfələrlə bəyan etmişik ki, terrorizmin nə milləti, nə də dini var. Əfsuslar olsun ki, son vaxtlar bəzi Qərb dairələri, media nümayəndələri İslamı terrorla bağlamaq istəyirlər. Biz bu çirkin əməlləri qətiyyətlə pisləyirik. İslam sülh dinidir, mərhəmət dinidir, dostluq dinidir. Biz İslam dəyərlərini dünyaya təqdim etmək üçün Azərbaycanda fəal iş aparırıq. Azərbaycan o ölkələrdəndir ki, dünyanın ən məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal rol oynamış, öz maliyyə töhfəsini vermişdir.

Azərbaycan müsəlman aləmində birinci ölkədir ki, Vatikanda öz sərgisini nümayiş etdirə bilmişdir. Biz islamofobiyaya qarşı açıq şəkildə mübarizə aparırıq. Ən yüksək səviyyədə – Prezident səviyyəsində bəyanatlar verilib. İslamofobiya çox böyük təhlükədir, böyük ədalətsizlikdir. Gələcəkdə sivilizasiyalararası münaqişələrə gətirib çıxara bilər. Ona görə, həm ölkə daxilində, həm xaricdə biz İslam mədəniyyətini təbliğ edirik. Dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın təşkilatçılığı ilə mütəmadi qaydada sərgilər, təqdimatlar, mədəni proqramlar təşkil edilir. Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bizim təşəbbüsümüz ilə Bakıda artıq bir neçə dəfə Beynəlxalq Humanitar Forum keçirilmişdir. Üç dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Dünya dinlərinin liderlərinin Zirvə görüşü keçirilmişdir. Gələn il BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcəkdir. Qeyd etməliyəm ki, bütün bu tədbirlərdə ISESCO fəal iştirak edir. Budur bizim dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfəmiz.

Bu yaxınlarda Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycanda heç vaxt milli, dini zəmində qarşıdurma olmamışdır və əminəm ki, olmayacaqdır.

Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə olaraq bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz. Ona görə, biz bu bölgədə öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq”.

Azərbaycanın zəngin tarixə malik olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev daha sonra Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq müstəvidə fəal iş apardığını da vurğulayıb: “Onu da qeyd etməliyəm ki, Azərbaycan gənc müstəqil dövlətdir. Cəmi 24 ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2 mindən çoxdur. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri – 743-cü ildə tikilmiş Şamaxı məscidi Azərbaycanda yerləşir. Bu yaxınlarda məscid əsaslı şəkildə təmir edilibdir və bu gün həm dini abidədir, həm də memarlıq abidəsidir. Ona görə, bu məsələlərdə əlbəttə ki, beynəlxalq təşkilatların, aparıcı siyasətçilərin rolu kifayət qədər böyükdür – xüsusilə indiki şəraitdə, çox həssas vaxtda. Əfsuslar olsun ki, dünyada münaqişələr daha da alovlanır, qarşıdurmalar daha da çoxalır. Azərbaycan öz tərəfindən çalışır ki, humanitar əməkdaşlıq risklərin azaldılmasına gətirib çıxarsın.

ISESCO-nun bilavasitə məşğul olduğu sahələr də Azərbaycanda uğurla inkişaf edir. Qeyd etdiyim kimi, bizim çox zəngin tarixi irsimiz, qədim mədəniyyətimiz var. Bizim bütün mədəni abidələrimiz dövlət tərəfindən qorunur. Təhsilə böyük diqqət göstərilir. Azərbaycanda savadlılıq təxminən 100 faizə çatıbdır. Elmin inkişafına böyük diqqət göstərilir. Elmin inkişafı üçün əsaslı işlər görülür, vəsait ayrılır. Elmin İnkişafı Fondu yaradılıbdır. Azərbaycanda yeni texnologiyalar inkişaf edir. O cümlədən bir neçə il bundan əvvəl Azərbaycan dünyanın o qədər də böyük olmayan kosmik klubuna üzv olub. Azərbaycanda kosmik sənaye sürətlə inkişaf edir. Çünki hər bir ölkənin gələcəyi elmin, təhsilin səviyyəsindən asılıdır, gələcəkdə daha da böyük dərəcədə asılı olacaqdır. Çünki ölkələrin inkişafını şərtləndirən əsas yeni texnologiyalardır, innovasiyalardır, elmin inkişafıdır, təhsilin səviyyəsidir. Biz bu sahəyə çox böyük diqqət göstəririk. Hesab edirəm ki, Azərbaycanın əldə etdiyi təcrübə bəzi ölkələr üçün maraqlı ola bilər.

Bu il Bakıda tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Onu da qeyd etməliyəm ki, Avropa Oyunları Azərbaycanda Olimpiya Oyunları səviyyəsində keçirilmişdir. Altı mindən çox idmançı, minlərlə qonaq ölkəmizə gəlmişdir. Qısa müddətdə – cəmi iki il yarım ərzində bütün hazırlıq işləri görüldü və bu Oyunlar tarixə ən gözəl, ən mötəbər, yaxşı təşkil edilmiş Oyunlar kimi daxil oldu. Birinci Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsi, hesab edirəm ki, sadəcə olaraq idman məsələsi deyil. Bu, eyni zamanda, dediyim kimi, bizim multikulturalizmə, dinlərarası, millətlərarası münasibətlərə verdiyimiz dəyərli töhfə olmuşdur. İki ildən sonra – 2017-ci ildə isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Cəmi iki il ərzində Azərbaycanda həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bax, bu iki hadisə əslində Azərbaycanın hansı mövqelərə malik olduğunu əyani şəkildə göstərir.

Biz 2008-ci ildə “Bakı prosesi”nə təkan verdik. O vaxt Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilən Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik. Çünki Azərbaycan həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu, birinci belə toplantı idi. Ondan sonra 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasına üzv ölkələrin nazirlərini dəvət etdik. Yəni, bu prosesə “Bakı prosesi” adı verilibdir. Dünyada artıq “Bakı prosesi” özünəməxsus rol oynayır. Yəni, biz çalışırıq ki, bütün bu məsələlər tənzimlənsin, dünyada daha da böyük anlaşma olsun, qarşıdurmaya yol verilməsin, insanlar rahat, sülh, əmin-amanlıq şəraitində yaşasınlar”.

ISESCO-nun Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsinin Azərbaycan üçün çox böyük hadisə olduğunu bir daha vurğulayan Prezident İlham Əliyev qonaqların burada səmərəli işləyəcəklərinə əminliyini də ifadə edib: “Burada müzakirə olunan məsələlər gələcəkdə həm İslam həmrəyliyini gücləndirəcək, humanitar sahədə görülən işlərə daha böyük təkan verəcək, eyni zamanda, dünya miqyasında qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət göstərəcəkdir.

Mən çıxışımın sonunda bir daha Azərbaycan xalqının böyük dostu cənab əl-Tuveycrinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Cənab əl-Tuveycri həm ISESCO-nun rəhbəri, həm də ictimai xadim kimi dünyada çox böyük rol oynayır, Azərbaycanı dəstəkləyir. ISESCO-nun bu səviyyəyə qalxmasında onun xüsusi xidmətləri var. Mən istəyirəm ki, bugünkü toplantıda qonaqların iştirakı ilə gözəl missiyanı icra edim. Cənab əl-Tuveycri mənim Sərəncamımla Azərbaycanın dövlət ordeni olan “Dostluq” ordeni ilə təltif edilibdir. İstəyirəm bu gün bu toplantıda bu ordeni ona şəxsən özüm təqdim edim”.

Previous Post

`İslamofobiya çox böyük təhlükədir` – İlham Əliyev

Next Post

Çeçenlərdən bəyanat: “Ərdoğanın əmrini gözləyirik”

Bənzər yazılar

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23

Çərşənbə günü ABŞ-də inflyasiyanın gözləniləndən daha çox sürətlənməsinin səbəb olduğu dolların möhkəmlənməsi fonunda qızılın qiymətləri kəskin şəkildə azalır. Elchi.az xəbər...

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20

Fransada şagirdlərin ölkə üzrə etiraz aksiyalarına başladığı vaxtdan indiyədək hüquq-mühafizə orqanları əməkdaşları təxminən 8 min nəfəri saxlayıblar. Elchi.az -ın BFMTV...

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19

Albaniyanın paytaxtı Tiranada etiraz aksiyasında iştirak edən tələbələr Təhsil Nazirliyinin binasına od vurublar. Elchi.az -ın "Politico" nəşrinə istinadən verdiyi məlumata...

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin 51 %-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının rəhbərliyi yenidən formalaşdırılıb. Elchi.az Özbəkistan mətbuatına istinadən...

Next Post

Çeçenlərdən bəyanat: “Ərdoğanın əmrini gözləyirik”

Çeçenlərdən bəyanat: “Ərdoğanın əmrini gözləyirik”

Son xəbərlər

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.