"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

ABŞ diplomatının “7 rayon qaytarılsın” təklifinə YAP-dan ilginc reaksiya

24 Noyabr 2015 - 10:57
in GÜNDƏM, SİYASƏT
FacebookVatsap

ABŞ diplomatının “7 rayon qaytarılsın” təklifinə YAP-dan ilginc reaksiya

Bunu da oxuyun

BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

Vilayət Eyvazov Qazaxıstan Prezidenti ilə görüşüb

Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Siyavuş Novruzov: “Onlar əslində Ermənistanı düşdüyü vəziyyətdən çıxartmaq istəyirlər”

 
Dağlıq Qarabağın ətraf rayonlarının azad olunacağı ilə bağlı informasiyalara artıq Amerika diplomatı səviyyəsində reaksiya verilib. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik son ayların ən aktual mövzusundan bəhs edib.
“Mən daha əvvəl Karnegi Fondunda çıxışım zamanı da bildirmişdim ki, hərtərəfli həllin bir hissəsi kimi Dağlıq Qarabağ  ətrafındakı 7 rayon Azərbaycanın nəzarətinə qaytarılmalıdır”-deyə, Ceyms Uorlik bildirib. Diplomat APA-ya açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana son səfərindən sonra Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun qaytarılmasının gündəmə gəlməsi barədə məlumatlara münasibət bildirərkən belə deyib. O bildirib ki, həllin digər vacib elementi Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi olacaq.
“Bu elementləri özündə birləşdirən həllə çatmaq üçün siyasi iradə tapmaq prezidentlər üçün çox vacibdir” deyə, C.Uorlik vurğulayıb. Düzdür, bu xəbərlərin ardınca Ermənistan rəsmiləri Lavrovun İrəvan səfərində 7 rayon müzakirələrinin aparılmadığını bildirmişdi. Lakin Uorlikin son açıqlaması bağlı qapılar arxasında hansısa müzakirələrin aparıldığından xəbər verir. Prezidentlərin növbəti görüşünə ev sahibliyi etmək üçün faktiki olaraq yarışın getdiyi bir ərəfədə belə bir anonsun verilməsinə hələlik rəsmi Bakı reaksiya verməyə tələsmir. Azərbaycanın hakim partiyasından isə məsələ ilə bağlı münasibət öyrənə bildik.
YAP-ın icra katibinin müavini Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, Qarabağla bağlı aparılan danışıqlar mərhələli və paket variant üzrə aparılıb: “Mərhələli varianta əsasən, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağa bitişik rayonları qaytarılır, qarşılıqlı təmas yaranır, ondan sonra Dağlıq Qarabağın statusunun müəyyən olunması prosesi gedir. İkinci varianta əsasən, həm status, həm o rayonların taleyi birbaşa müəyyənləşir, məsələlər paket halında həllini tapır. Ona görə də 7 rayonun qaytarılması barədə amerikalı diplomatın dedikləri yeni bir şey deyil. İstər Amerika, istər Rusiyanın ayrı-ayrı siyasətçiləri tərəfindən bu məsələ mütəmadi şəkildə səsləndirilir. Hətta bir müddət öncə 3, yaxud 5 rayon söhbəti aparılırdı. Bildirilirdi ki, Laçın və Kəlbəcəri çıxmaq şərti ilə digər rayonlar qaytarılır və bufer zona yaradılır, sülhməramlılar yerləşdirilir”.
YAP təmsilçisi qeyd etdi ki, əslində Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan üçün mühüm əhəmiyyətli hadisə sayılmamalıdır: “Regionda stabilliyin yaranması üçün bu münaqişənin həlli aktuallaşmalıdır. Çünki dünyada kifayət qədər yeni münaqişələr var və yeniləri də başlayıb. Görünən budur ki, münaqişələrin həlli uzun sürəcək. Ona görə də Cənubi Qafqazda stabilliyin bərqərar olması üçün mütləq Qarabağda sülhə nail olmaq lazımdır”.
 
S.Novruzov son zamanlar həmsədrlərin fəallaşmasını təsadüfi saymadığını vurğuladı: “Fikirləşməyin ki, onlar bunu bizim xeyrimizə edirlər. Onlar əslində Ermənistanı düşdüyü vəziyyətdən çıxartmaq  istəyirlər. Ermənistanda iqtisadi böhran, insanların ölkəni tərk etməsi, əhalinin davamlı kütləvi aksiyalara çıxması, konstitusiya dəyişikliyi ilə bağlı referendum etirazlarını Amerikada da izləyirlər. Özü də Ermənistandan köçənlərin əksəriyyəti ABŞ-a üz tutur”.
ABŞ Qarabağ məsələsində müsbət dönüşə nail olarsa, torpaqların azad olunması istiqamətində ciddi addımlar atarsa, o halda Bakı ilə Vaşinqton arasında münasibətlər normal məcraya düşə, “soyuq savaş” elementləri aradan qalxa bilərmi? S.Novruzov: “Bakı ilə Vaşinqton arasında münasibətlər həmişə yaxşı olub. Sadəcə olaraq, hər iki tərəfdən olan bəzi insanlar, o cümlədən müəyyən mətbuat orqanları bu münasibətləri gərginləşdirməyə çalışıb. Tutaq ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırkı institut müəllimi vaxtilə ölkəmizdə neft biznesi qurmağa çalışıb, ancaq bu, alınmadıqdan sonra Azərbaycana qarşı mütəmadi şəkildə düşmən mövqedə dayanır və qərəzli çıxışlar edir. Onun çıxışını Amerika dövlətinin mövqeyi kimi təqdim etməyə çalışırlar. Düzdür, müəyyən dövrlərdə Dövlət Departamenti tərəfindən də ədalətsiz şəkildə, onların Azərbaycandakı əlaltıları, QHT-lər, siyasi partiyalar tərəfindən ötürülmüş düzgün olmayan informasiyalar nəticəsində bəyanatlar verilib. Lakin bu da sırf ermənipərəst qüvvələrin canfəşanlığı nəticəsində baş verib. Amma ümumilikdə Azərbaycan həmişə Amerika ilə strateji müttəfiq olub. Həm Əfqanıstanda, həm İraqda, həm də Kosovoda sülhyaratma prosesində birgə iştirakımız olub”.
YAP funksioneri ABŞ-ın Qarabağ ermənilərinə yardımı davam etdirəcəyi barədə rəsmi mövqeyindən təəccüblənmədi: “Təbii ki, erməni lobbisi və onların əlaltıları Amerika Konqresində hətta Azərbaycana səfirin təyin olunmasına maneçilik törədə bilirlərsə, Dağlıq Qarabağ ermənilərinə yardım edilməsi də təəccüblü deyil. Çünki yardım ayrılmasını Konqres təsdiq edir. O baxımdan Konqresdəki antiAzərbaycan mövqeli qüvvələr buna nail olur. Düzdür, orada Azərbaycanın dostları da az deyil. Amma nəzərə alsaq  ki, ermənilər 100 ildən artıqdır Amerikada yaşayırlar və özlərinin geniş şəbəkələrini qurublar, onların təsir mexanizmi hələ də qalır”.
Previous Post

ABŞ diplomatının “7 rayon qaytarılsın” təklifinə YAP-dan ilginc reaksiya

Next Post

Elxan Mehdiyev NATO tədbirinin Ermənistanda keçirilməsinə imkan vermədi

Bənzər yazılar

BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

10 Sentyabr 2026 - 18:24

Azərbaycan regional əməkdaşlığın siyasi ambisiyadan praktiki icraya necə keçə biləcəyinin konkret nümunəsini təqdim edir. Elchi.az xəbər verir ki, bunu Birləşmiş...

Vilayət Eyvazov Qazaxıstan Prezidenti ilə görüşüb

Vilayət Eyvazov Qazaxıstan Prezidenti ilə görüşüb

10 Sentyabr 2026 - 17:21

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin daxili işlər nazirləri ilə görüşüb. Elchi.az xəbər verir ki, bu...

Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

10 Sentyabr 2026 - 12:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da paytaxtın Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların...

MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Parlamentin payız sessiyası çərçivəsində komitə iclasları başlayır

10 Sentyabr 2026 - 10:53

Milli Məclisin payız sessiyası çərçivəsində komitə iclasları başlayır. Elchi.az-ın xəbərinə görə, sentyabrın 11-də parlamentin Elm və təhsil və Ailə, qadın...

Next Post

Elxan Mehdiyev NATO tədbirinin Ermənistanda keçirilməsinə imkan vermədi

Elxan Mehdiyev NATO tədbirinin Ermənistanda keçirilməsinə imkan vermədi

Son xəbərlər

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

10 Sentyabr 2026 - 23:02
İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

10 Sentyabr 2026 - 21:54
SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

10 Sentyabr 2026 - 21:37
Mesajların hökmranlığı

Mesajların hökmranlığı

10 Sentyabr 2026 - 21:24
AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

10 Sentyabr 2026 - 21:15
Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

10 Sentyabr 2026 - 21:12
Şəmkirdə istixanada yanğın olub

Şəmkirdə istixanada yanğın olub

10 Sentyabr 2026 - 19:15
“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

10 Sentyabr 2026 - 19:07
Britaniya polisi İran agentlərini ələ keçirib

Britaniya polisi İran agentlərini ələ keçirib

10 Sentyabr 2026 - 19:00
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Bu imtahanın nəticələri elan olundu

10 Sentyabr 2026 - 18:53
Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

10 Sentyabr 2026 - 18:42
FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

10 Sentyabr 2026 - 18:37
BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

10 Sentyabr 2026 - 18:24
Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

10 Sentyabr 2026 - 18:15
“Mançester Yunayted” “Sabah”la yubiley matçına çıxacaq

“Mançester Yunayted” “Sabah”la yubiley matçına çıxacaq

10 Sentyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.